Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə20/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   16   17   18   19   20   21   22   23   ...   103

42 
 
bildirdi:  "Arslan  şahın  torpaqlarını  (mü lklərini)  xəlifə  mənə  iqta  pay  torpağı 
veribdir və mən də onlara y iyələn mək üçün oraya yollanacağam"
1

Eldəniz  Farsın  üzərinə  yürü mək  üçün  artıq  qoşuna  əmr  vermişdi,  ancaq 
1161-c i  ildə  Sunqur  ibn  Mədud  vəfat  etdi  və  qardaşı  Zəngi  ibn  Mədud  (1162-
1175) onun yerinə Farsın hakimi oldu. Müəlliflərdən birində Zəngi ibn Modudun 
sultandan  və  atabəy  Eldənizdən  vassal  asılılığ ı  qəbul  etməsinin  ətraflı  təsviri 
qalmışdır:  "Su ltan  və  Atabəy  əmir  Zəngiyə  çağırış  vərəqəsi  göndərdilər.  Onun 
ürəyini  qorxu  götürdü  və  onlara  cavab  verdi:  "Mən  sultanın  məmlükü  və  onun 
quluyam!  Mən  onun  əmrinə  qarşı  çıxanlardan  və  ona  tabelikdən  boyun 
qaçıranlardan  deyiləm.  Bəli!  Mən im  qardaşım  səhv  hərəkətə  yol  vermişdi,  A llah  
da sultana görə ondan elə intiqam ald ı ki, onun həyatı üzüldü və o, ölümün dadını 
anladı. Mən qorxuram  ki, bundan ötrü sultanın və atabəy Eldənizin ürəyində mənə 
qarşı kin qalmış olsun və mən istəyirəm ki, özü m üçün təhlükəsizlik əldə edim və 
bundan arxayın olu m ki, sultanın qulluğuna gəlim".  
"O  öz  elçisi  ilə  onların  hər  ikisinə  hədiyyələr  və  bəxşişlər,  nadir  şeylər, 
bütün  növlərdən  olan  mü xtəlif  geyimlər,  həbəş qulamlarından  olan  xacələr,  Qatif 
və başqa ərəb ölkələrindən alın mış ərəb atları göndərdi və çalışırdı  ki, onlar onun 
xahişinin yerinə yetirildiy i haqqında elçi vasitəsi ilə ona iltizam versinlər..."  
"Elçi  atabəy  Zənginin  yanına  gə ləndən  sonra,  o,  səliqə-sahmanla  hazırlıq  
gördü  və  qoşunu  ilə  b irlikdə  sultanın  qulluğuna  yollandı.  [Bıı  vaxt]  sultan 
İsfahanda  idi.  Atabəy  Eldəniz  isə  Zənginin  qərargaha  yaxınlaşdığın ı  bilib,  bütün 
ordunun təcili və tam silah lan masına əmr verdi. Əmr yerinə yetirild i və qoşun yol 
boyunca  düzləndi.  Zənginin  gələcəyi  yerdə  sultanla  birlikdə  qalan  atabəy 
Eldənizdən başqa, bütün əmirlər onu qarşılamağa çıxmışdı.  
Zəngi  sultanın  yerləşdiyi  yerə  yaxın laşıb  təntənənin  möhtəşəmliyin i  və 
əzəmətin i  gördü.  Bu,  onu  qorxutdu  və  ağlını  sarsıtdı.  Onlar  sultana  yaxın laşanda 
əmirlər  və  haciblər  atlardan  endilər,  ona  tələsməyi  əmr  etdilər.  O  tələsdi,  onun 
ruhunu  dəhşət  və  itaət bürüdü,  ürəyi  isə  dondu.  Atabəy  Eldəniz  bunu sezən  kimi, 
öz atını ona sarı tərpətdi və haciblər [Zəngiyə] işarə ilə bildirdilər  ki, bu Atabəydir. 
O istədi  ki, [atabəyin] atın ın dırnaqları altındakı torpağı öpsün, ancaq atabəy buna 
imkan  vermədi.  O,  atını  Zənginin  yanına  sürüb,  atın  üstündə  onu  qucaqladı.  Bu  
zaman  Zəngi  onun  əllərindən  öpdü  və  dedi:  "Mənim  ağam!  Mən  bağlaşmaya 
əsasən sənin yanına qulluğa gəlmişəm!" Sultan Zəngini Farsa və onun nahiyələrinə 
hakim təyin etdi, ona əmr etdi  ki, ədalətli və insaflı o lsun, rəiyyətə edilən  zülmün  
qarşısını alsın"
2

Farsın  hakimi  əvvəllərdə  olduğu  kimi,  verg ini  ödəməyi  davam  etdirdi, 
Sultan Arslan şahın və atabəy Eldənizin ad ı ilə pul kəsdirməyə başladı
3

                                                                 
1
  İbn Xaldun, V, səh. 168. 
2
  Əl-Hüseyni, vər.  86b-88a;  həmçinin  bax:  Ravəndi,  səh.276-277;  Müq.  et:  Эрдоган  Мерчил,  стр. 
43-45. 
3
 Ст. Лэн-Пуль, III, стр.244. 


43 
 
Ço x  çəkməd i  ki,  Ərdəbil  hakimi  Nüsrətəddin  Ağ  Quş öldü.  Eldəniz  onun 
oğlu  Məhəmməddən  Ərdəbili  və  onun  ətraf  əyalətlərini  aldı,  onları  öz  vəliəhdi 
Cahan  Pəhləvanın  mü lklərinə  qatdı,  Məhəmməd  ibn  Ağ  Quşa  onun  əvəzində 
Həmədanın  Bərucird  əyaləti  verildi
1
.  Bu  addım,  şübhəsiz,  Atabəylər  sülaləsinin 
Azərbaycanda yerləşən mülklərin in əsas ərazisini genişləndirməyə yönəldilmişdir. 
Azərbaycanda  torpaq  əldə  etmək  üçün  Eldəniz  sultanlığ ın  paytaxtı  sayılan 
Həmədanın ço x mühü m əyalətini vassala vermişdi.  
1167-c i  ildə  atabəy  Eldəniz  "Mosula  elçi  göndərib,  sultanın  adına  xütbə 
oxutdurmağı, pul kəsdirməy i, əvvəllər Səlcuq sultanlarına nə göndərilird isə, onları 
sultana  göndərməyi  tələb  etdi.  On lar  tabeçilik  və  itaətlə  cavab  verdilər:  Sultan 
Arslan şah  ibn  Toğrulun  adına  Mosulda  və  onunla  qonşu vilayətlər  Diyarbəkr  və 
əl-Cəzirədə  xütbə  oxu mağa  başladılar,  ona  hədiyyələr  göndərdilər.  [bunların 
arasında]  məxmər,  cins  atlar,  Bizans  qatırları  və  Misirdə,  Dəməşqdə  hazırlan mış 
mü xtəlif  geyimlər  var  idi.  Qütbəddin  Mədud  ibn  Zəngi  ilə  atabəy  Şəmsəddin 
Eldəniz  arasındakı  dostluq  möhkəmləndi  və  onlar  əl-ələ  verib,  Su ltan  Arslan  şah 
ibn Toğrulun qulluğunda durdular"
2

Bu  gətirilən  sitatdan  görünür  ki,  Eldəniz  belə  bir  halda  öz  dövlə tinin 
mövqeyini  möh kəmləndirmək  üçün  Mosul  hakimlərin in  Səlcuqilərə  münasibətdə 
formal  vassallıq  münasibətlərindən  necə  də  istifadə  etmişdir.  A xı  məhz  Mosul 
atabəyi Sultan Məsudun Abbasi xə lifələrinə qarşı  mübarizəsində əsas qüvvələrdən 
biri olmuşdur. Mosul atabəyi ilə sülh  münasibətləri  Eldənizin hakimiyyəti altında 
olan şərq və cənub-şərq ərazilərində hərəkəti üçün əl-qolunu açdı. 
Hic ri  563 (17.10.1167-4.10.1168)-cü ildə Kirmanın hakimi Toğrul şah öldü 
və  onun  oğlanları  arasında  hakimiyyət  uğrunda  mübarizə  başlandı.  Toğrul  şah ın  
ortancıl oğlu II Arslan şah qaçıb Həmədana -Sultan Arslan şah və atabəy Eldənizin  
qulluğuna  gəldi.  Onlar  onun  xahişini  qəbul  etdilər.  Bu  haqda  əl-Hüseyni  belə 
yazır: "Atabəy onu ucaltdı, ona hörmət və ehtiram göstərdi, onu təmin etdi. O, onu 
öz  evinə  qaytarmaq  üçün hazırlığa  başladı.  O,  onun  üçün  lazımi  miqdarda  qoşun 
müəyyənləşdirdi  və  onlara  mu zd  verdi.  O,  bu  qoşunlara  Həmədan  valisi  əmir 
Cəmaləddin  Məhəmməd  ibn  Ağ  Quşu  başçı  təyin  etdi.  Atabəy  onun  bayrağı 
altında ən cəsarətli qəhrəman ları və təcrübəli süvariləri göndərdi. Əmir h icri  564 -
cü  ildə  Həmədandan yola  düşdü.  O,  paytaxtın  yerləşdiyi  Cüvaşirə  çatanda  oranın 
hakimi  qaçdı  və  ə mir  Cə ma ləddin  Məhəmməd  təntənə  ilə  şəhərə  girdi.  Qala  ona  
təslim  edildi,  o  da  Su ltanın  və  atabəy  Eldənizin  göstərişinə  görə  oranı  Kirmanın  
hakiminə  təhvil  verdi..."  II  Arslan  şah  əmirə  dedi:  "Mən  sultanın  bu  ölkədə 
canişiniyəm (naib), buna görə də qoşunun muzdu veriləndən sonra nə qalsa, mən  
                                                                 
1
 Əl-Hüseyni, vər.88b. 
2
 Əl-Hüseyni, vər.92b 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə