Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə18/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   14   15   16   17   18   19   20   21   ...   103

38 
 
yöndəmsiz  və  çirkin  Eldəniz  olmuşdur.  Tacir  qulları  arabalara  dolduraraq,  İraqa 
gətirmişdi. İlin isti vaxtları idi, buna görə də karvan yalnız gecələr yol gedirdi. 
Eldəniz  satınalınma  qullardan  ən  kiçiyi  idi.  Yolda  o,  üç  dəfə  yuxulu  halda 
arabadan düşmüşdü.  İki  dəfə  onu qaldırıb  arabaya qoymuşlar,  üçüncü  dəfə  isə  tacir, 
onsuz  da  onu  pulsuz  aldığından,  əmr  edir  ki,  onu  yolda  qoysunlar.  Eldəniz  səhər 
ayılanda,  karvanın  izi  də  qalmamışdı.  A xşamçağı  o,  karvanı  haqlayanda,  taciri 
heyrət bürümüşdü. 
Mirxondun rəvayətinə görə, İraqda bu qulları sultanın vəziri Əbu Ha mid Əli 
ibn  Əh məd  əs-Sü meyrəmi  tacirdən  satın  alır.  Ancaq  Eldənizi  almaqdan  imtina 
edir.  Eldəniz  ağ layır  və  vəzirdən  xah iş  edir  ki,  onu  da  götürsün.  Vəzir  razılaşır, 
Eldəniz diribaşlığı və fərasəti ilə tezliklə ağasının rəğbətini qazan ır. 
Hic ri  516-c ı  ilin  səfər  ay ında  (may,  1122)  is ma ililər  və zir  Sü meyrə mini 
Həmədanda öldürürlər. Onun bütün var-dövlətini sultan müsadirə etdirir
1
.  Eldəniz 
də sultanın xid mətinə  keçir.  Sultan onun bacarığını görüb, tərb iyəsini  Əmir Nəsrə  
tapşırır.  Bir  müddətdən  sonra  Eldəniz  heç  bir  sahədə  öz  tay-tuşlarından  geridə 
qalmırdı,  əksinə,  at  çapmaqda,  ox  atmaqda  onlan  arxada  qoyurdu.  Tezliklə  onu 
sultan mətbəxinə başçı (əlhivan salar) qoydular
2
.Burada  Eldəniz öz sahmançılığın ı 
və  iş  aparmaq  bacarığın ı  göstərdi.  O,  bu  vəzifəsində  ikən  Sultan  Mahmudu  ölüm 
yaxaladı. 
Sultan  II  Toğrulun  hakimiyyəti  dövründə  (1132-1135)  Eldəniz  sultanın 
şəxsi  məmlükləri  sırasına  keçirild i  və  o,  vəzifə  pillələrində  sürətlə  irəli  getdi. 
Sultanın  bütün  ömrü  boyu  məsləhətçisinə  çevrilən  qadını  Mö münə  xatın  ona 
xüsusi iltifat göstərirdi.  Eldəniz onun göstərişlərinə əməl edərək heç bir vaxt saray 
münaqişələrinə qarışmır və bir-b irilə kəskin ədavət aparan əmirlərin hər hansı bir 
dəstəsinin  tərəfini  saxlamırdı.  Sultan  Eldənizin  sadiqliyini  q iy mətləndird i  və  onu 
əmir  rütbəsinədək  qaldırdı.  Bir  qədər  keçməmiş  sultan  II  Toğrul  Eldənizi  azyaşlı 
oğlu Arslan şaha atabəy təyin etdi. 
Sultan  II  Toğrul  öləndə  isə  yeni  Sultan  Məsud  (1135 -1152)  Şəmsəddin 
Eldənizi  II Toğrulun dul qadnına evləndirdi. Hə min qadından (Mömünə xatından - 
C.Q.) onun iki oğlu - Nüsrətəddin Məhəmməd  Cahan Pəhləvan və Müzəffərəddin  
Osman Qızıl Arslan və bir qızı o ldu, qızın adın ı biz b ilmirik
3

1136-c ı  ildə  Sultan  Məsud  Arranı  atabəy  Eldənizə  iqta  torpağı  verdi  və  o, 
Bərdəyə  ö z  iqamətgahına  yola  düşdü
4
.  Eldəniz  burada  yerli  əmirləri  tezliklə  öz 
tərəfinə çəkdi, sultan xidmətinə asılılıqdan çıxdı, saraya nadir hallarda gəlirdi. Yavaş -
yavaş o, bütün Azərbaycana yiyələndi və xırda əmirlikləri ö zünə tabe etdirdi
5

                                                                 
1
 İbn əl-Cövzi, VIII, səh.308-309; Sibt ibn əl-Cövzi, 2/1, səh.107-108. 
2
 Əl-Qəlqəşəndi, V, səh.471. 
3
 Nişapuri, səh.75. 
4
 Yenə orada. 
5
  Şərəfəddin  Bitlisiyə  görə  (I,  səh.409),  atabey  Eldəniz  Azərbaycan  və  Ermənistana  canişinlik 
vəzifəsini hələ  Sultan  Mahmudun hakimiyyəti  dövründə almış  və  Eldəniz"  ləyaqətlə  işə  başlamış, 


39 
 
Cüzcaninin  (açıq-aydın  yanlış)  dediyinə  görə,  guya  Şəmsəddin  Eldəniz  "öz 
imperiyasının öz qulları arasında bölüşdürən" Böyük Sultan Səncərin məmlükü idi. "Bu 
qullar  "atabəy"  adı  daşıyırdılar.  Azərbaycanın  və  İraqın  taxt-tacını  Səncər  atabəy 
Eldəniz  əs-Səncəriyə  verdi. O, Azərbaycan ərazini öz hakimiyyəti altına alıb, ço xlu  
işlər gördü və bu ölkədə onun fəaliyyətinin izləri hələ də qalmaqdadır"
1

Şəmsəddin Eldəniz İraq sultanlığı taxtı uğrunda gedən mübarizə  nəticəsində baş 
verən çoxlu ara müharibələrində iştirak edirdi. Azərbaycana göndəriləndən sonra isə o, 
taxt-tacın hər hansı bir  iddiaçısının  fəal tərəfdarı olma mışdır. "O gücləndi, bütün  böyük 
hökmdarları  əzdi  və  çoxlarını  özünə  tabe  etdi,  türkmənlərin  qiyamçı  başçılarını 
tamamilə  darmadağın  dağıtdı.  O,  Arran  ölkəsindəki  çaxnaşmalara  son  qoydu"
2
.  Bu 
mürəkkəb dövrü qələmə alan naməlum erməni  müəllifi qeyd edir ki, tarixin bu dövrü 
"qorxunc və  müharibələrdə qələbə  çalan,  çox  dolaşıq qəsdlərin  mahir  bilicisi,  onların 
rəhmsiz  peyğəmbəri  böyük  xəlifə  Eldənizin"  hakimiyyəti  ilə  əlamətdardır.  "[Bu 
xüsusiyyətlərinə görə], o öz xalqı arasında tam ehtiram sahibidir və məşhurdur. O, çox 
ölkələri  fəth  etmişdir,  [bununla  yanaşı]  o,  xoş  xasiyyəti  və  sülhsevərliyi  ilə 
məziyyətlənir. Onun hakimiyyəti illərində ölkələrin çoxunda asayiş hökm sürürdü"
3

Mənbələrdən görünür ki, Şəmsəddin Eldəniz bu həyəcanlı dövrdə irəli getməsinə 
kö mək edən döyüşçü və siyasətçi keyfiyyətlərinə  malik idi. Sultan sarayının bu sadiq 
xidmətçisi  təmkinliliyi  və  şəraiti  qiymətləndirmək  bacarığı  ilə  fərqlənir,  öz  vaxtmı 
sakit  gözləyirdi.  Mənbələr  onun  fəaliyyətinin birinci  dövründən  danışarkən sultana 
və onun ailəsinə sədaqətliyini qeyd edirlər. Eldəniz müstəqil hakim  və atabəy olanda, 
onun  əmirlərlə  işləri  yoluna  qoymaq  bacarığı  ön  sıraya  çıxır;  bu  mənada  Mxitar 
Qoşun  Arrandakı  çaxnaşmalara  son  qoyulmasına  aid  məlu matı  bizim  üçün 
xüsusilə qiy mətlidir. 
Əmirlərin  çıxışları  nəticəsində  Süley man  şah  taxtdan  salınıb  öldürülən 
zaman,  qəsdin  təşkilatçıları  Eldənizə  müraciətlə  xahiş  etdilər  ki,  öz  oğulluğu 
Arslan şahı İraq sultanlığı taxtına çıxarmaq üçün Həmədana gətirsin.  
Bu barədə  məktubla  müraciət edən əmirlərin  ittifaq ının başında qüdrətli və 
nüfuzlu  Şərafəddin  Müvəffəq  Qord-Boz  dururdu.  O  və  Eldəniz  hələ  sultan 
Məsudun  məmlükü  olduğu  vaxtlardan  yaxın  dost  idilər  və  hər  ikisinin  nisbəsi  əl-
Məsudi idi
4

Hic ri  555-c i  ilin  zülqədə  ayında  (noyabr,  1160)  atabəy  Eldəniz  20  min lik 
ordunun başında Arslan şahla Həmədana gəldi
5
. Burada onları dövlətin bütün əyan 
                                                                                                                                                      
ona  [etibar  edilən]  əyalətlərin  mühafizəsi  və  müdafiəsində,  himayə  və  mübarizəsində  lazımi 
qətiyyət və cəhdlik göstərmişdi". 
1
  Cüzcani,  I,  səh.165,  170-171.  Çox  güman  ki,  Cüzcani  Səlcüqilərin  hakimiyyəti  altında  olan 
ərazilərdəki bütün hakimləri Ali sultanın vassalları kimi təsəvvür edirdi. 
2
 Мхитар Гош, стр, 17 
3
 Erməni aqioqrafıya abidələri, səh.254. 
4
 Əl-Hüseyni, vər.80b; Ravəndi, səh.264-266; Yəzidi, səh.146. 
5
 Nişapuri, səh.74; Əbül-Fida, III, səh.36. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə