Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə25/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   21   22   23   24   25   26   27   28   ...   103

52 
 
(Ona həmd və sanalar olsun! - ərəbcə) qəzəbinə gəlsin. Tarix  595 (ermənicə). Kim 
[şərtə] əzm ilə əməl etsə, Allah onu bəxtiyar etsin. Amin!"
1
 
Atabəy Eldəniz və onun xəlifələri  Gürcüstan ilə arasıkəsilməz  mübarizədə  
Azərbaycan  və qonşu  vilayətlərin  xristian  əhalisini  öz  tərəflərinə  çəkməyə  ümid  
bəsləyirdilər.  Azərbaycan  Atabəyləri  bu  məqsədlə  yerli  ruhaniləri  himayə 
edirdilər.  Ermən i  salnaməçisinin  məlu matına  görə,  atabəy  Eldəniz  " xristianları 
sevir  və  ölkənin  abadlığına  qayğı  göstərirdi"
2
  və  "xeyirxah  xasiyyəti  və 
sülhsevərliyi  ilə  fərqlən ird i.  Onun  hakimiyyəti  illərində  ço x  ölkələrdə  əmin-
aman lıq hökm sürürdü"
3

Eldənizin  oğulluğunun sultan taxtına çıxması ilə, demək olar ki, eyni vaxtda 
III  Stepannos  (1168-1214)  Sünikin  baş  keşişi  seçildi.  "Atabəy  Eltukuz,  onun 
oğulları  -  atabəy  Pəhləvan,  Qızıl  Arslan  və  Əbu  Bəkr  ona  hörmət  göstərir,  onu 
nəvazişlə "fəxr əl-Məsih" ("Məsihin -  İsanın fəxri") adlandırırd ılar. Onun şərəfinə 
bizim  siqəl  (sicill)  adlandırd ığımız  mənşur  (fərman)  və  tuğra,  yaxud  möhürlü  
tərifnamə vermişdilər.  Baş keşiş III  Stepannos "öz eparxiyasına nəslin in vərəsəlik 
etməsi  üçün  atabəydən  fərman  və  siqəl  ald ı.  Noravank  kilsəsinə  məxsus  bütün 
ərazi  üçün  də  o,  atabəydən  yazılı  mənşur  (fərman)  almışdı.  [Sonra]  atabəydən 
Ağaraki-Dzor kəndin i də  istədi. [Atabəy] oranı  iltifatla, sabit və ədalətli  mənşurla 
kilsəyə  bağışladı.  Monastınn  yanında  nə  varsa  hamısını  -  torpağı,  suyu,  bağlan, 
üzü m-lükləri,  həmçin in  yaşayış  yerlərini  və  hətta  Anapat  qalasım  da  bütün 
vergilərdən azad etdi"
4

 
* * * 
 
Biz,  Azərbaycan  Atabəyləri  dövlətinin  qərb  sərhədlərindəki  siyasi  şəraiti, 
atabəy  Şəmsəddin  Eldənizlə  Gürcüstanın  qarşılıq lı  münasibətlərin i  gözdən  
keçirdik. İndi də dövlətin şərq hüdudlarındakı vəziyyətə nəzər salaq.  
Sultan Arslan şahın və atabəy Eldənizin torpaqla rın ın uzaq şərqində Nişapur 
hakimi  Müəyyid  Ay-Aba  onların  vassalı  idi.  Böyük  Sultan  Səncərin  ölümündən 
sonra,  1157-c i  ildə  Ay-Aba  güclənməkdə  olan  Xa rə zmşah  İl-A rslan  (1156-1172) 
tərəfindən  gözlənilən  təhlükənin  qarşısını  almaq  məqsədilə  sultanın  yardımına, 
daha  doğrusu,  Atabəy  Eldənizin  yard ımına  ümid  bəsləyərək,  Su ltan  Arslan  şahın 
adına xütbə o xutdurdu. 
Atabəyin  köməyinə  arxalanan  Ay-Aba  hicri  558  (1163)-ci  ildə  Ku mis 
vilayətinə  hücum  etdi,  Bistam  və  Dəmqan  şəhərlərini  tutdu,  vilayətə  öz  can işini 
Tengizi təyin etdi, o isə Mazandaran şahı Rüstəmlə  münaqişəyə girdi. 1163 -cü ilin  
                                                                 
Л.Т . Гюзальян.Персидская надпис.ю стр, 629-241; V.Minorsky, Studies , səh. 100. M. Borsset, 
Les Ruines d`Ani, I, pp, 31-32. 
2
 Vardan, səh. 151-152. Müq. et: Y.A.Manandyan, səh.275. 
3
 Памятники армиянской агиографии, стр, 254.  
4
 Stepannos Orbelian, səh.195, 200. 


53 
 
oktyabrında  Rüstəm  şahın  ordusu  əzildi  və  onun  torpaqları  Ay-Aba  torpaqlarına 
birləşdirildi. Su ltan Arslan şah və atabəy Eldəniz Ay-Abaya fəxri geyim, bayraq və 
hədiyyələr  göndərdilər  və  onun  İraq  sultanlığ ının  şərqində  canişinlik  rütbəsini 
təsdiqlədilər
1
. Atabəyin təklifi ilə Ay-Aba hakimiyyəti altında olan bütün torpaqlarda 
Sultan Arslan şahın adına xütbə oxutdurmağa başladı
2

Hicri  562 (28.10.1166-16.10.1167)-ci ildə Ay-Aba Həmədana gəldi və atabəy 
Eldənizə bildirdi ki, Xarəzmşah İl-Arslan öz qoşunlarını Nişapuru tutmağa yönəltmişdir. 
O, Atabəyi qabaqcadan xəbərdar etdi: "Əgər siz ona qarşı çıxıb qabağını almasanız və 
qəsdlərinin yolunu kəsməsəniz, onda sizin qənşərinizdə [yerin altından] elə bir bulaq 
fəvvarə vuracaq ki, onun gözünü tıxaclaya bilməyəcək və elə  dəniz yaranacaqdır ki, 
axınını dayandıra bilməyəcəksiniz"
3

Atabəy  Eldəniz  Həmədandan  Reyə  yollandı  və  oradan  Xarəzmşah  İl-Arslanın 
yanına aşağıdakı məzmunda bir məktubla elçi göndərdi: "Doğrudan-doğruya bu Müəyyid 
Ay-Aba sultanın məmlükdür, Xorasan isə sultanın ölkəsidir, onun atalarının və babalarının 
yeridir.  Eləcə  də  sənin  qaldığın  Xarəzm  də  onun  mülküdür!  Əgər  sən  Nişapura 
hərəkət  etsən,  onda  mənim  cavabım  sənə qarşı  hücum  və  bizim  aramızda  müharibə 
olacaqdır. Sən özün haqqında düşünmürsənmi!"
4
 
Atabəy  Eldənizin  məktubu  Xarəzmşahı  qəzəbləndirdi  və  o  öz  qoşununu 
Nişapurun  mühasirəsinə  yönəltdi.  Şəhərin  mühasirəsi  iki  ay  sürdü,  ancaq  Nişapur 
dayanıb tab gətirdi. Xarəzmşah Eldənizin qoşunlarının Bistama hücumunu eşidəndə, öz 
qoşununu Nişapurdan geri çəkdi və Bistamın divarları önündə Atabəylə üz-üzə gəldi. 
Onların arasındakı döyüş bir nəticə vermədi, ancaq yaxın bir vaxtda  Müəyyid Ay-Aba 
özü Xarəzmşahın tərəfinə keçdiyindən, Nişapur İraq səlcuqiləri üçün itirilmiş oldu
5

Hicri  563  (17.10.1167-04.10.1168)-cü  ildə  Marağahakimi  Nüsrətəddin  Arslan-
Aba  əl-Əhmədili  xəlifə  Müstəncidə  məktub  göndərib  ondan  xahiş  etdi  ki,  Bağdadda 
xütbəni  Sultan  Mahmudun  adına  oxutdursun.  Atabəy  Eldəniz  qiyam  qaldırmış  vassalı 
itaətə gətirmək üçün oğlu Cahan Pəhləvanın başçılığı altında qoşunu silahlandırdı. Mara-
ğanın  divarları  önündə  Nüsrətəddin  Arslan-Aba  məğlub  edild i.  Cahan  Pəhləvan 
Marağanı mühasirəyə aldı, ancaq sonra banşıq bağladı
6

564  (05.10.1168-24.09.1169)-cü  ildə  atabəy  Eldəniz  Rey  şəhərini  və  
nahiyəsini  yenidən  ələ  keçirtdi.  Buna  səbəb  Rey  hakimi  Əmir  İnancın  dövlət 
xəzinəsinə illik vergin i ödəməkdən boyun qaçırması id i.  Eldəniz vergin i almağa öz 
adamlarını  göndərəndə,  İnanc  rəsmən  imtina  etdi.  Bu  zaman  Atabəy  İraqdan  bir 
məktub  aldı.  Ona  sadiq  adamlar  bildirirdilər  ki,  Əmir  İnanc  İl-Arslan la  sazişə 
gəlib,  Atabəydən  imtina  etmək  və  Reyi  ətrafı  ilə  birlikdə  Xarəzmşahın  hakimiy -
                                                                 
1
 İbn əl-Əsir, IX, səh.92. 
2
 Yenə orada, vər.93a. 
3
 Əl-Hüseyni, vər.91b-92a. 
4
 Yenə orada, vər.92a. 
5
 Yenə orada, vər.92b. 
6
 İbn əl-Əsir, IX, səh.97-98; İbn Xaldun, V, səh.175. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə