Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə24/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   20   21   22   23   24   25   26   27   ...   103

50 
 
hamısı  qızıldandı.  Onun  xəzinəsində  böyük  miqdarda  qiy mətli  qaş-daş,  inci  və 
mərcan tapdılar"
1

Belə bir  məğlubiyyətə baxmayaraq, gürcü qoşunu hicri 559-cu il cu madi əl-
əla  ayında  (aprel,  1164)  yenidən  Ani  şəhərinə  basq ın  etdilər  və  onu  taladılar.  
Özünü yetirən atabəy Eldəniz onları şəhərdən qovdu və düşməni izləməy i Sürməri 
hakimi  İb rahimə  həvalə  etdi.  Eldəniz  ö zü  isə  şəhərin  bərpası  haqqında  göstəriş 
verdi və hicri  559 I (1164)-cu ilin sonunda Anini əmirlərdən Şəddad və Fəzlunun 
qardaşı Əmir Şahənşaha (1164-1174) verdi
2

561  (1166)-ci  ildə  böyük  bir  gürcü  qoşunu  Azərbaycana  soxuldu.  
Gəncəyədək gəlib çatdı, orada qətlə və talan lara başladı
3

Hic ri 569-cu ilədək nə gürcülər, nə də atabəy Eldəniz heç bir  fəal  fəaliyyət 
göstərmədi.  569-cu  il  qışın  ortalarında  (yanvar,  1174)  Atabəyin  qadını  Mö münə 
xatın  Naxçıvandan  Həmədana  gəlib,  gürcü  qoşununun  yeni  hücumu  haqqında 
xəbər gətird i. 
Baharın  gəlişi  ərəfəsində,  Atabəy  və  onun  oğulları  başda  olmaqla  ordu 
Naxçıvana  yollandı,  Qurban  bayramı  günü  (yanvar,  1174)  yürüş  üçün  hər  şey 
hazır  id i.  Bir  neçə  gündən  sonra  ordu  "torpaqları  Naxçıvandan  üç  mən zil 
məsafədə olan"
4
 gürcülərə qarşı hücuma keçdi. Ancaq baş qaldıran taun xəstəliy i 
Atabəyin ordusuna böyük tələfat verdi: "Hər yüz döyüşçüdən, demək olar, hamısı 
ölürdü.  Taun  çox  insan  həyatı  apardı.  Buna  baxmayaraq,  Böyük  atabəy  və şah-
ərmən  (Nəsirəddin  Sökmən)  azsaylı  qoşunla  abxaz  çarına  qarşı  yürüşü  davam 
etdirdilər.  Gürcü lər əlçatmaz dağlarda və qalm  meşələrdə gizləndilər". Atabəyin 
qoşunu Ağşəhər qalasını tutdu
5
 və ətraf nahiyələ ri talayıb Na xç ıvana qayıtdı
6

Hicri tarixi  ilə  570-ci il  rəbiüləvvəl ay ında (oktyabr,  1174) gürcü qoşunları 
bir neçə gün içində Anini  mühasirəyə ald ılar, şəhəri ələ  keçirib taladılar və oraya 
öz  canişinlərin i  təyin  etdilər
7
.  Atabəy  Eldəniz  ö z  qoşunlarını  Aninin  hakimi 
Şahənşahın kö məyinə göndərdi, ancaq "böyük döyüşdən" sonra gürcülər tərəfindən 
məğ lub oldu
8

Bir müddətdən sonra Eldəniz yeni qüvvə toplayaraq bir daha gürcülərə qarşı 
çıxd ı.  Düşmən  tərəflər  Dvin  yaxınlığındakı  dü zdə  qarşılaşdılar,  ancaq  döyüş  baş 
verməd i, Eldəniz qoşunlarını Naxçıvana qaytardı
9

Hic ri  571-ci  il  məhərrə m  ayında  (avqust,  1175)  atabəy  Eldəniz,  Sult an  
Arslan  şah,  Xilat  hakimi  Şahərman  və  Diyarbəkr  hakimin in  qoşunu  Cahan 
                                                                 
1
 Əl-Hüseyni, vər.90a-91b; Müq. et: Ravəndi, səh.274-275; Yəzidi, səh.160-161. 
2
 İbn əl-Kalanisi, səh.364; Vardan, səh.156. 
3
 İbn əl-Əsir, IX, səh.94. 
4
 Ravəndi, səh.284; Müəllifi naməlum "Səlcuqnamə", səh.71. 
5
 Bu, Çaldır gölünün yaxınlığında, Kars-Axalkalaki yolundakı Tetris-Tsixe qalasıdır. 
6
 Ravəndi, səh.284-285; Müəllifı naməlum "Səlcuqnamə", səh.71. 
7
 İbn əl-Kalanisi, səh.364-365; Vardan, səh.158-159; Tacidarların tarixi və mədhi, səh.23. 
8
 İbn əl-Kalanisi, səh.365; T acidarların tarixi və mədhi, səh.24. 
9
 İbn əl-Kalanisi, səh.365. 


51 
 
Pəhləvanın başçılığı altında gürcülərə qarşı daha bir yürüş düzəltdilər. "Onlar  Lori 
Dmanisi  dü zənliyinə  çatdıla r,  vilayəti  yağ malad ıla r,  A xa lkala ki  ilə  Trialeti 
arasında  yerləşən  Ağşəhər  mahalına  girdilər  və  buranı  elə  dağıtdılar  ki,  sanki 
burada  qabaqlar  bir  kimsə  yaşamamışdır.  Gürcülərin   çarı  keçilməz  sıx  meşədə 
gizləndi. Eldəniz burada bir neçə gün qaldıqdan sonra Naxçıvana qayıtdı"
1

Gü rcü  salnaməsi  Eldənizin  bu  yürüşünü  təsvir  edərək  yazır  ki,  çar  III 
Georgi bu vaxt "kiçik bir dəstə ilə  Lori və Diman isi dağları arasında kef çəkir, ov 
ovlayırdı.  Qoşunların  yerini  öyrən mək  üçün  onun  yanına su ltanın  göndərdiyi  bic, 
hiyləgər  və  ö z  işini  yaxşı  bilən  bir  adam  gəld i.  O,  hər  şeyi  öyrənib,  sultanın  və 
atabəyin qarşısında gəlib durdu və dedi: "Budur bizim  intiqam almaq anımız, əgər 
biz ondan yararlan masaq, belə bir an ələ düşməyəcək". "Onlar çann kiçik b ir dəstə 
ilə qald ığını görüb, bütün gecəni yol getdilər, dan yeri söküləndə yatanların üstünü 
[gözlən ilmədən  elə]  kəsdilər  ki,  çar  birtəhər  yaraqlanıb,  ata  min məyə  macal 
tapdı"
2

Çarın  əshabələri  ona  geriyə  qayıtmağı  təklif  etdilər,  ancaq  o,  döyüşə 
girməyi  qərara  a ldı.  Gü rcülər  "elə  bir  ig idlik  göstərdilər  ki,  bircə  (?)  faydasız 
aznaurdan və xaç aparandan başqa, döyüşdə nə bir əyan, nə bir aznaur, nə də çara 
tabe, nəyə isə yararlı və tanınmış bir adam itirməd ilərsə
3
, buna baxmayaraq, çar III 
III  Georgi  güc-bəla  ilə  əsir  düşməkdən  qurtardı,  "abxazlar  darmadağın  edild i, 
müsəl-manlar elə bir qələbə çald ı ki, beləsin i kimsə xatırlaya b ilmirdi"
4
.  
Bu  məğlubiyyətdən sonra çar III  Georgi "Anisini onun keçmiş hakimlərin in 
qohumlarına  qaytarmalı  oldu"
5
,  bununla  da  çar  III  Georg inin  "Aniyə  bir  daha 
qayıtması  nəsib  olmayan"
6
  Əmir  Şahənşahı  özü  ilə  aparması  haqqında  Vardanın 
verdiyi məlu mat həqiqətə uyğun deyildir. Bunu Əmir Şahənşah tərəfindən yazılmış 
hicri 595 (03.11.1198-22.10.1199)-c i il tarixli yazı da təsdiq edir.  
Yazıda deyilir: "Mən - adım Sultan
7
 ibn Mahmud ibn Şavur  ibn Mənuçöhr 
əş-Şəddadi,  babalarının  və  nəsillərin in  ömrünü  uzatmaq    (can-darazi)  üçün 
buyurdum:  Əbül-Məməran  məscidi  yerləşən  yerdən  xeyirxah  ehtiyaclar  üçün 
tikilmiş dükanadək (dükkan ku sabuləst)  bu ərazidən olan pamb ıq parçaları (pəndə-
furuşi  və  kəttani)  satışı,  biz  əmr  etdik  ki,  alğı  və  satqı  məhz  bu  yerin  ö zündə 
aparılsın.  Əgər  bir  kimsə  bu  göstərişin  varlığına  pozuqluq  gətirsə,  qoy o,  Allahın 
                                                                 
1
 Yenə orada. 
2
 T acidarların tarixi və mədhi, səh.25. 
3
 T acidarlarının tarixi və mədhi, səh.26. 
4
 Ravəndi, səh.285. 
5
 T acidarların tarixi və mədhi, səh.26. 
6
 Vardan, səh.159. 
7
 Özünü Mahmudun oğlu adlandıran Ani hakimi Şəddadın və IV Fəzlunun qardaşı idi, ola bilsin 
ki,  farsca  Şahənşah  adını  ərəb  dilindəki  "sultan"  sözü  ilə  eyniləşdirmişdir.  L.T.Gözəlyən 
("Akademik N.Y.Marra" məcmuəsi, səh.629-641) "ki" - yəni "hansı ki" sözünü yanlış olaraq "Key-
Sultan" oxumuşdur. Beləliklə, bu kitabəyə görə Şəddadilərin Anidəki hakimiyyətlərinin son tarixi 
hicri 595-ci il götürülməlidir. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə