Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə32/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   28   29   30   31   32   33   34   35   ...   103

66 
 
məlu m  oldu  ki,  Cahan  Pəhləvanın  həyata  keçirdiy i  tədbirlərin  ço xu  mərkəzi 
hakimiyyətin möhkəmlən məsinə eyni dərəcədə kö mək edə b ilməmişdir.  
 
 
 
Qızıl Arslan. 
Azərbaycan Atabəyləri dövləti 
tarixində "məmlük dövrünün" baĢlanğıcı 
 
Eldənizlər  dövləti  tarixin in  tədqiqinin  ən  çətin  dövrü  XII  əsrin  80-ci 
illərin in sonu 90-cı  illər - atabəy Qızıl Arslan və İraqın sonuncu Səlcuq sultanı III 
Toğrulun hakimiyyəti dövrüdür. Ərəb və fars mənbələrin in, o cümlədən bu dövrdə 
baş  verən  hadisələrin  şahidlərinin  məlu matları  ço x  məhduddur.  Lakin  əlimizdə 
olan  qısa  məlu matlardan  belə  təsəvvür  etmək  olar  ki,  bu  dövr  siyasi  hadisələrlə 
dolğun  dövrdür  və  Azərbaycan  Atabəyləri  bu  zaman  ciddi  sarsıntılara  məru z 
qalmışdır. 
Ta xt-tacın varisliy i  məsələsində sabit qaydaların olma ması  ilə ə laqədar baş 
verən  iğtişaş  və  daxili  müharibələr  hələ  Səlcuqilərin  hökmranlığı  dövründə  belə 
mərkəzi  höku mətin  qüdrətini  dəfələrlə  zəif  salmışdı.  Təcrübəli  siyasətçi  olan 
Cahan  Pəhləvan,  şübhəsizdir  ki,  gələcəkdə  baş  verə  biləcək  daxili  çaxnaş manı 
nəzərə  almış,  hələ  sağlığ ında  varislik  məsələsində  qayda  yaratmaq  təşəbbüsündə 
olmuşdu.  Cahan  Pəhləvanın  müasiri  Ravəndi  Atabəyin  öz  ailəsinə  bağlılığ ını 
xüsusi  qeyd  edir.  Cahan  Pəhləvanın  dörd  oğlu  və  bir  neçə  qızı  var  idi.  Qızlarını 
qonşu  hakim  və  əmirlərə  ərə  vermişdi.  Uşaqlarından  ən  çox  Rey  hakimi  İnancın  
qızı  İnanc  xatından  doğulmuş  oğlanlarını  -  Qutluq-İnanc  Mahmudu  və  Əmir 
Əmiran  Öməri  sevirdi.  Türk  qızı  Küteybə  xatından  Əbu  Bəkr  adlı  oğlu ,  Özbəkin  
anası  kəniz  Zah idə  xatından  isə  sonralar  Naxçıvan  və  vilayətin  hakimi  Cəlaliyyə 
adlı q ızı olmuşdu
1
. Cahan Pəhləvan öz oğlanlarından hər birin i hakim şəxs etmək 
istəyirdi və ona görə də öz sağlığında o, "Azərbaycan və Arranın idarə olun masını 
öz oğlu Əbu Bəkrə tapşırır və onun tərbiyəsini əmisi Müzəffərəddin Qızıl Arslana 
həvalə  edir.  Reyi,  İsfahanı  və  İraqın  qalan  hissəsini  öz  oğlanları  İnanc  Mahmuda 
və  Əmir  Əmiran  Ömərə,  Həmədanı  isə  Özbəkə  ayırır"
2
.  Ölü mqabağı  Cahan 
Pəhləvan  öz  uşaqlanna  əmiləri  Qızıl  Arslana  tabe  olmağı,  eləcə  də  "sultan 
Toğrulun  qulluğunda  durmağı,  ona  qarşı  kin  bəslə-məməy i,  [onun]  itaətindən 
boyun  qaçırmamağ ı,  onu  müdafiə  etməyi,  yardımsız  qoymamağ ı,  [hər  sahədə] 
onun  tərəfdarı  olmağ ı,  onunla  münasibətləri  kəs məməyi,  ona  qarşı  çıxmamağ ı, 
                                                                 
1
 Əl-Hüseyni, vər. 97 b; Ravəndi, səh.312; müəllifı naməlum "Oğuznamə", səh.76. 
2
 Əl-Hüseyni vər.79b. Müq. et: T acidarların tarixi və mədhi, səh.56. "Böyük Xutlu İnanca - İraqdan 
Xvarasana  və  Babilə, o  birisinə,  Əmir-Bubkara  (Əbu  Bəkrə)  -Azərbaycandan  Ermənistana, kiçiyi 
Əmir-Mirmana  (Əmir  Əmirana)  isə  -  Kurqan  (Kaspi)dənizindən  Kölakun  (Kögcə  gölü)  dənizinə 
qədər". Burada Özbəkin adı çəkilmir. 


67 
 
bütün  işlərində  ona  kömək  göstərməyi  vəsiyyət  edir.  O,  uşaqlarına  [xəlifən in] 
itaətindən  çıxmaqdan  çəkinməy i  və  [onun]  nəcib  peyğəmbərlik  əmrlərin i  həyata 
keçirməkdən  boyun  qaçırmamağ ı  vəsiyyət  edir  [və  deyirdi]  ki,  mö minlərin  əmiri 
onlar üçün dayaq olmalı, bütün sınaqlarda, çətinliklərdə ona arxalan malıdırlar,  [o] 
elə  bir  qala  və  istinadgahdır  ki,  ü zərinizə  inadkar  düşmən  hücum  edərsə,  onun 
yanında sığınacaq tapa bilərsin iz"
1

Vəsiyyətnamədən  göründüyü  kimi,  atabəy  Cahan  Pəhləvan  öz  uşaqlarına 
gələcək  hərəkətləri  üçün  elə  b ir  xüsusi  proqram  (məramnamə)  tərtib  etmişdir  ki, 
atalarının  başladığı  işi  davam  etdirməyə  imkan  versin  və  dövləti  onun  kimi 
əzəmətlə  idarə edə bilsinlə r.  Lakin görünür ki,  Cahan Pəhləvan vəsiyyətnaməsində 
nəzərdə  tutduğu  vilayətlərin  oğlan larının  ixtiyarına  verilməsin i  rəs miləşdirməyə 
imkan tapa bilməmişdir. 
Mənbələr  Cahan  Pəhləvanın  hakimiyyəti  dövründə  baş  verən  hadisələri 
bütün  təfərrüatı  ilə  açıb  göstərə  bilmir.  Lakin  əl-Carbazağani  və  naməlu m  əsərin  
müəllifın in  verdiyi  q ısa  məlu matlardan  aydın  olur  ki,  Atabəyin  ölümü  onun 
yaratdığı  idarə  qayda-qanununu  pozdu.  Onun  varisi  Qızıl  Arslan  yalnız  Su ltan  III 
Toğrulun deyil, eyni  zamanda qardaşı arvadı İnanc  xatın və onun tərəfdarları o lan 
İraq əmirlərinin müqaviməti ilə rastlaşmalı o lur
2

Cahan  Pəhləvanın  himayəsi  altında  olan  sultan  III  Toğrulun  hakimiyyəti 
dövrünü təsvir edən Ravəndi yazır  ki, sultan 10  il ərzində bütün qayğılardan azad 
yaşamışdır.  Çünki  Atabəy  onun  bütün  arzuların ı  yerinə  yetirir,  Məlik  şah  və 
Səncər kimi böyük sultanlarını belə əldə edə bilmədiklərin i ona çatdırırd ı.  Bu cür 
nemət içərisində yaşadığına baxmayaraq, Su ltan III Toğrul "bütün insanlara həs əd 
aparır,  gününü  əyləncə  və  kef  məclislərində,  atabəy  isə  vuruşlarda  və  ağır 
zəh mətdə  keçirird i"
3
.  Rəvəndi  yazır  ki,  Atabəy  itaət  etməyən  əmirləri  aradan 
götürür,  onların  yerinə  öz  adamlarını  təyin  edird i.  0,  özünün  60,  ya  70  şəxsi 
məmlü künü  yüksək  dövlət  vəzifələrinə  irəli  çəkir,  "uşaqların ı  düşmənlərdən 
qoruyacaqları  ümidi  ilə  [ona  borclu]  qulların  hər  birini  şəhər  və ya vilayətə  təyin 
edirdi".  Lakin  sonrakı  hadisələr  sübut  etdi  ki,  həmin  məmlüklər  tezliklə  "dövləti 
onun övladları və sultan üçün bədbəxtliyə çevirdilər və onlar vilayətlər və şəhərlər 
üzərindəki hakimiyyət hüquqlarından  məhru m oldular, çünki bu qullar  iqta sahibi 
olduqlarından hər biri ayrılıqda müstəqil hakimə çevrildi"
4

Padşahlarının  sağlığında  belə  özlərini  müstəqil  aparan  və  cah -cəlallı  həyat 
sürən məmlüklərin yüksək mövqeləri barəsində İbn İsfəndiyar məlu mat verir.  
Ölü mündən  bir  az  əvvəl  atabəy  Cahan  Pəhləvan  Reyə  gəlir  və  əyanlardan 
biri  ilə  söhbət  etdiyi  zaman  birdən  çavuşların  səs -küyünü  eşidir.  Atabəy  kimin 
gəldiyi  ilə  maraq lanır  və  ona  deyirlər  ki,  gələn  atabəyin  Reydəki  can işini  və 
                                                                 
1
 Əl-Hüseyni, vər.97b-98a. 
2
 Əl-Carbazağani, səh.422; Tarix əl-vüzara, səh.52-53 (bax: K.Luther,səh. 117-128). 
3
 Ravəndi, səh.309-310. 
4
 Yenə orada. səh.310. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə