Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə30/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   26   27   28   29   30   31   32   33   ...   103

62 
 
buzurqvari)  arasının  kəsildiyi  narahatçılıq  törədir  və  heç  olma zsa  bir  dəfə  
görüşmək arzusu ifadə olunur
1

Cu madi  sani  ayında  (oktyabr,  1181)  yazılmış  üçüncü  məktubunda 
Xarəzmşah  gileylən ir  ki,  Xarəzmin  atabəyin  paytaxtından  uzaqlığ ı  müntəzəm 
məktublaşmağa  imkan  vermir.  Lakin  Xarəzmşah  bild irir  ki,  o,  atabəyin  yüksək 
məclisində  (məclisi-səmi)  baş  verən  bütün  hadisələrdən  daima  xəbərdardır, 
dövlətlər  arasındakı  sərhədlərdə sakitlikdir  və  atabəyin dövlətində olan  çətinliklər 
yavaş-yavaş  aradan  qaldırılır.  Xarəzmşah  iki  dövlət  arasında  yaradılmış  birliyə 
görə atabəyə öz minnətdarlığ ını bildirir və Əmir Səlahəddinlə göndərdiyi  məktuba 
görə  təşəkkür  edir.  Xarəzmşah  atabəyin səfırin i  öz  yanında  ona  görə  çox  saxlay ır 
ki,  onun  gözəl  və  müdrik  söhbətləri  şahı  sevindirir,  çünki  səfirin  şəxsiyyəti  bir 
daha onu sübut edir ki, onu göndərən atabəy həqiqi mənada dostdur
2

Hic ri  578-ci  ilin  rəcəb  ayında  (noyabr,  1182)  Atabəyə  yazdığı  dördüncü 
məktubunda Xarəzmşah az-az  məktublaşdıqları və səfirlərin gec-gec göndərilməsi 
üçün  üzr  istəyir  və  yazır  ki,  bu,  heç  də  onların  arasındakı  dostluğun  azalmasına 
səbəb  ola  bilməz,  əksinə,  dostluq  daha  da  möhkəmlənir.  Xarəzmşah  atabəydən 
göndərdiyi hədiyyələrin qəbul olunmasını  xahiş edir, çünki bu hədiyyələr səmimi-
qəlbdən göndərilmişdir və ü midvardır ki, onların arasında şadlıq yolu həmişə  açıq 
olacaq, etibarsızlıq yolu isə bağlanacaqdır
3

Cahan  Pəhləvan  xəlifə  əl-Müstədi,  eləcə  də  onun  vərəsəsi  Abbasi 
xəlifələrin in  ən  qüwətli  hakimlərindən  olan  xəlifə  ən -Nasir  ilə  elə  münasibət 
saxlay ırd ı ki, bu da ona müsəlman ruhanilərinə ehtiram pərdəsi altında Bağdaddan 
asılı  o lmadan  öz  müstəqil  siyasətini  yerit məyə  imkan  verirdi.  Atabəy  "Ali 
məskənə"  [xəlifəyə]  özünün  mö minlik  (dindarlıq),  tabelik  və  lazımi  itaətkarlığın ı 
bildirmək  üçün  daima  səfırlər  göndərirdi.  [Beləliklə]  o,  dövlətin  [əzəmətin i]  və 
ölkədəki  hakimliyin i  bütünlüklə  A li  məskənə  itaəti  və  [onun]  alicənab  buyu -
ruğuna tabeliyi sayəsində əldə etmiş olduğunu göstərirdi"
4
.   
Bununla  Cahan  Pəhləvan  dövlətinin  daxili  işlərinə  xəlifənin  qarışmamasına nail 
olurdu. Aşağıdakı sözlər məhz atabəy Cahan Pəhləvana aiddir: "Əgər xəlifə imamdırsa, 
onun daimi  məşğuliyyəti namaz qılmaq olmalıdır, çünki namaz dinin əsası və işlərin ən 
gözəlidir.  Bu  sahədə  üstünlüyü  və  xalq  üçün  nümunə  olması  ona  kifayətdir.  Bu, 
həqiqi  padşahlıqdır.  Xəlifənin  müvəqqəti  padşahlığın  işinə  qarış masının  heç  b ir 
əhəmiyyəti yo xdur, bunu sultana tapşırmaq lazımd ır"
5

Mənbələrdən məlum olduğu kimi, hər iki xəlifə "daima ona fəxri  xələt (paltar) və 
xeyir-dua göndərirdi". Bütün ömrü boyu Cahan Pəhləvan arasıkəsilmədən Bağdaddan "ali 
                                                                 
1
 Ət-Təvəssül ila-t-tərəssül, səh. 168-171. 
2
 Yenə orada, səh.172-176. 
3
 Yenə orada, səh.176-182. 
4
 Əl-Hüseyni, vər.97a-b. 
5
 Ravəndi, səh.309. 


63 
 
peyğəmbərlik xeyir-duası"

alırdı. Ola bilsin ki, bu diqqət və güzəşt onun nəticəsi idi ki, 
atabəy bir dəfə də olsun III Toğrulun sultanlığını tanımaq üçün Bağdada nə xahiş, nə də 
tələblə müraciət etmiş, yəni sultanın adına Bağdadda xütbə o xun masını istəmişdir. 
Atabəy  Cahan  Pəhləvanm  ən  görkəmli  müvəffəqiyyətlərindən  biri  Təbrizin 
onun  hakimiyyətinə  birləşdirilməsi  olmuşdur.  Təbriz  Ağ-Sunqur  əl-Əhmədilinin 
nəslinə  mənsub  idi.  1175-ci  ilin  yayında  Təbrizin  və  qonşu  torpaqların  hakimi 
Nüsrətəddin  Arslan-Aba  ibn  Ağ-Sunqur  öldükdən  və  onun  yerinə  varisi  Fəlakəddin 
Əhməd keçdikdən sonra Cahan Pəhləvan Ruin-Dej qalasını  mühasirəyə ahr. Qalanı 
ala bilməyib, mühasirəni Marağaya keçirdir. Bu vaxt atabəyin qardaşı Qızıl Arslan Təbrizi 
mühasirə edir. Marağa qazısı Sədrəddin əl-Maraği əhalini  xilas etmək  xatirinə şəhəri 
təslim  verdiyindən  Cahan  Pəhləvan  oranı,  demək  olar  ki,  döyüşsüz  ələ  keçirir. 
Burada  bağlanmış  sülh  müqaviləsinə  əsasən  Cahan  Pəhləvan  Təbrizə  sahib  olur, 
Marağa  isə  monqolların  basqınına  qədər  öz  sahiblərinin  əlində  (ixtiyarında)  qalır. 
Cahan Pəhləvan Təbrizi iqta sifətilə qardaşına verir
2

Atabəy Cahan Pəhləvanın xarici siyasətində ən çətin problemlərdən biri dövlətin 
qərb sərhədlərində asayişi təmin etmək idi. Məsələnin mürəkkəbliyi ondan ibarət idi ki, 
həmin vilayətlərdə (əl-Cəzirə və Şərqi Anatoliya) Misir və Suriyanın məşhur hakimi - 
Əyyubilər  sülaləsinin banisi  Səlahəddin  Yusif  (1169-1193)  böyük  fəaliyyət  göstərirdi. 
Ona  görə  də  Cahan  Pəhləvan  qonşu  hakimlərə  daima  təzyiq  göstərir,  mübahisəli 
məsələlərdə  əksər  hallarda  barışdıncı  və  vasitəçi  rolunda  çıxış  edir,  hamiliyində 
olanlara hərb i yardım göstərirdi. 
578-c i  hicri  ilinin  rəcəb  ayında  (noyabr,  1182)  Sə lahəddin  Mosul  və  Əşrəf 
vilayətlərini  tutmaq  üçün  yürüşə  başlayır.  Zəmanəsinin  ən  mötəbər  hakim  və 
əmirləri  bu  işdən  çəkin məyi  ona  məsləhət  görmələrinə  baxmayaraq,  o,  Mosulu 
mühasirəyə alır.  Səlahəddinin gözləmədiy i halda, Mosulun hakimi atabəy İzzəddin 
I  Məsud  (1180-1193)  və  onun  naibi  Mücahidəddin  Qaymaz  müdafıəyə  ço x  gözəl 
hazırlaş mışdılar. İzzəddin I Məsud qızı  Bəhadəddin ibn Şəddadı Bağdada göndərib 
xəlifədən  xahiş  edir  ki,  Səlahəddini  Mosuldan  çıxması  üçün  razı  salsın.  Xəlifə  öz 
səfıri  vasitəsilə  Səlahəddinə  sülh  müqaviləsi  bağlamaq  əmrini  verir.  Səlahəddin 
sülhə  bir  şərtlə  razılaşır  ki,  Hələb  şəhərin i  ona  versinlər.  İzzəddin  Məsud  isə  bu 
şərti qəbul etmir.  Bundan sonra Mosula atabəy Cahan Pəhləvan və Xilatın hakimi 
Şah-ərman  Məhəmməd  ibn  İbrah im  Sö kmənin  səfirləri  gəlir  və  Səlahəddinə  sülh 
bağlamaq  əmrin i  çatdırırlar.  Xəlifə  və  Cahan  Pəhləvanın  adından  Səlahəddinə 
bildirirlər ki, onun Fərat çayından o taya keç məyə haqqı yo xdur, çünki bu torpaqlar 
İzzəddin Məsuda mənsubdur, əks təqdirdə İzzəddinə həm  Cahan Pəhləvan, həm də 
bütün  müsəlman  hakimləri  lazımi  yard ım  göstərəcəklər.  Səlahəddin  qəzəblənərək 
                                                                 
1
 Əl-Hüseyni, vər.97b. 
2
 İbn əl-Əsir, IX, səh.134; İbn əl-İbri, səh.216. 
 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə