Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə38/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   34   35   36   37   38   39   40   41   ...   103

78 
 
Hic ri 588-c i  il cu madi sani ayının  15-də (28.06.1192)  Qə zvin ya xınlığında  
Toğrul  ilə  Qutluq-İnanc  Mahmud  və  tərəfdarların ın  15  minlik  qoşunları  arasında 
döyüş baş verir. Qutluq-İnanc məğlub olur, III Toğrul isə hədsiz qənimət əldə edir. 
Lakin  döyüşün  əsas  nəticəsi  bundan  ibarət  olur  ki,  Qutluq-İnanc  döyüşçülərinin  
əksəriyyəti III Toğrulun tərəfinə keçir
1

Bu  qələbədən  sonra  sultan  III  Toğrulun  təntənəli  surətdə  Həmədana  daxil 
olur  və  yenidən  sultan  taxtına  sahiblənir.  Qutluq-İnanca  gəldikdə  isə  o,  Reydə, 
anasının  yanında  gizlənir,  buradan  Xarəzmşah  Təkişə  elçilər  vasitəsilə  xəbər 
göndərir  ki,  III  Toğru l  həbsdən  azad  olmuş  və  İran  İraq ını  zəbt  etmişdir.  Eyni 
za manda  Qutluq-İnanc  Xərə zmşahdan  III  Toğrula  qarşı  mübarizə  üçün  yardım 
istəyir
2
.  Xarəzmşah  Təkiş  İraqda  vəziyyətin  qeyri-müəyyənliy indən  istifadə 
edərək,  h icri  589  (yanvar,  1193)-cu  ilin  əvvəlində  İraqı  işğal  etmək  məqsədi  ilə 
qoşun  göndərir
3
.  Onun  qoşunu  Reyi  və  Təbərək  qalasın ı  zəbt  edir  və  ölkədə 
azğın lıq  törətməyə  başlayır.  Qutluq-İnanc  və  onun  anası  Xarə zmşah  qoşunlarının 
qüvvəsindən qorxaraq, qaçıb Sərcahan qalasında gizlənirlər
4
. Bundan istifadə edən 
edən  III  Toğrul  Təkişə  külli  miqdarda  bəxşiş  göndərir  və  rəğbətini  qazanıb, 
Qutluq-İnanca qarşı mübarizədə ondan kömək d iləy ir. III Toğrul ö z qızını  Təkişin 
qardaşı  Yunis  xana  verir  və  hətta  onun  adı  ilə  pul  kəsdirməyə,  sultanlıqda  onun 
adına  xütbə  oxutmağa  söz  verir
5
.  Bu  isə  Səlcuq  sultanının  Xarə zmşahdan  vassal 
asılılığını qəbul etməsinin təsdiqi olardı. 
Bu  vaxt  Xarəzmşah  Təkiş  öz  qardaşı  Sultan  şahın  ona  qarşı  üsyan 
qaldırdığ ını,  Gürgənci  zəbt  etdiyin i  və  Xarəzmi  mühasirəyə  aldığ ını  eşidir.  Ona 
görə  də  Təkiş  zəbt  olunmuş  torpaqlardan  xərac  toplayaraq,  Rey  və  Təbərəkdə 
əmir  Tamqaçın  başçılığı  ilə  Xarəzm  qoşun  dəstələrini  qoyub  tezliklə  Xarəzmə 
qayıdır
6

Xarəzmşahın  getməsindən  istifadə  edərək  III  Toğrul  h icri  589-cu  ilin 
yazında  (mart-aprel,  1193)  xarəzmlilərin  qoşun  dəstəsinə  hücum  edir,  onla rı 
qılıncdan  keçirir.  Rey  və  Təbərək  qalasını  tutur,  qətl  olun muş  əmir  Tamqaçın 
başını  Xarəzmə  göndərir
7
.  Həmin  bu  vaxtda  İnanc  xatın  III  Toğrula  aşağıdakı 
məktubu  yazır:  "Mən  heç  zaman  sənə  meyil  göstərməkdən  çəkin məmişəm  və 
sənin  yaxın  və  uzaq  düşmənlərinin  düşməni  olmuşam.  İndi  A llah  səni  ə cdadının 
mü lkiyyətində  xaqan  tikd ikdən  sonra,  mən  də  sənin  qulluqçularından  və 
kənizlərindən  biriyəm.  Mənim  bo l  xə zinəm  və  pulum  var,  sən  məni  qəbul  etsən, 
                                                                 
1
  Əl-Hüseyni,  vər.l03b-104a;  Ravəndi,  səh.334,  Nişapuri,  səh.90;  İbn  əl-Əsir,  IX,  səh.224;  230; 
Yəzidi, səh.173; Əl-İsfahani. Əl-Fəth, səh.575; Ибн Тагриберди, VI,стр, 135. 
2
 İbn əl-Əsir, IX, səh.230; Cüveyni, I, səh.299. 
3
 Nişapuri, səh.90; Cüveyni, I, səh.300. 
4
 Ravəndi, səh.336; əl-Hüseyni, vər.l04a. 
5
 İbn əl-Əsir, IX, səh.230; Ravəndi, səh.336, 350. 
6
 İbn əl-Əsir, IX, səh.230; Cüveyni, I, səh.300; Əbül-Fida, III, səh.85; Rəşidəddin, 1/2, səh.100. 
7
 Ravəndi, səh.336; İbn əl-Əsir, IX, səh.230; Yəzidi, səh. 174; Cüveyni, I, səh.302. 


79 
 
kənizlərindən  biri  kimi  sənə  xid mət  göstərərəm,  bu  şərtlə  ki,  kəbin  kəsilməyə 
razılıq  barədə  iltizam  verəsən.  Mən  Həmədana  sənin  qulluğuna  gələrəm  və 
tədricən xəzinəmi və pulları sənə verərəm"
1

III  Toğrul  evlən məyə  razılıq  verir.  Lakin  kəbin  kəsildikdən  az  sonra 
Toğrula  xəbər  verirlər  ki,  İnanc  xatın  onu  zəhərləmək  qəsdindədir.  Qulluqçu 
qızlardan biri III Toğrula  xəbər verir  ki, onun xanımı sultanın içkisinə zəhər qatıb. 
III Toğrul  İnanc  xatını həmin  içkin i  içməyə  məcbur edir və o  zəhərlən ir.  Bu dövr 
Atabəylər  dövlətinin  siyasi  həyatında  həddən  artıq  sui-qəsd  və  intriqalar 
törədilməsində  dəhşətli  rol oynamış  həmin  qadının  həyatı  belə  sona  çatır
2

 
 
 
 
 
 
                                                                 
1
 Əl-Hüseyni, vər. 104a; Арабский аноним, D-173, vər.674b. 
2
 Müəllifi naməlum Oğuznamə, səh. 81; Tacidarların mədhi və tarixi, səh. 58; Rəşiddədin, 1/2 100; 
Mirxond, IV səh. 21, Ravəndəyə görə (səh. 337), İnanc xatun yay ipi ilə boğulub; əl-Hüseyni İnanc 
xatının sui-qəsdindən xəbər vermir, ancaq qeyd edir ki, “vaxt ı çatanda öldü”.
     


80 
 
Qutluq-İnanc  Mahmud  anasının  aqibətini  görüb  qorxur,  atasının  bir  dəstə 
qulamı  ilə bərabər Azərbaycana, doğma qardaşı Əmir Əmiran Ömərin yanına qaçır
1

Qardaşlar Təbrizi tutur, Azərbaycan və Arran hakimi və atabəy Əbu Bəkrin üzərinə 
hücuma  hazırlaşmaq  üçün  qoşun  toplamağa  başlayırlar.  Əbu  Bəkr  Naxçıvandan 
qardaşlara  qarşı  qoşun  çəkir  "və  onlar  qılınclar  toqquşan,  nizələ r  parçalanan 
vuruşda qarşılaşırlar.  Qardaşlardan hər biri o birinə qarşı möhkəm  müqavimət gös -
tərir.  Əmir  Əbu  Bəkr  [İnancın  qoşununa]  həmlə  edir,  onlar  rüsvayçılıqla  qaçırlar. 
Əmir onları o vaxta qədər izləyir  ki, böyük bir dəstə əsir düşür, ancaq qardaşların 
ikisi də canlarını qurtara b ilirlər"
2

Əbu  Bəkr  tərəfındən  məğlubiyyətə  uğradıqdan  sonra  Əmir  Əmiran  Ömər 
Şirvana  qaçır,  Qutluq-İnanc  Mahmud  isə  Zəncanda  sığınacaq  tapır.  Burada  o, 
Xarəzmşah  Təkişə  məktub  göndərir  və  III  Toğrula  qarşı  mübarizə  üçün  ondan 
yardım  istəyir
3
.  Eyni  zamanda  xəlifə  ən-Nasir  də  Təkişə  məktubla  müraciət  edir. 
Xəlifə də III Toğruldan şikayətlənir,  xəlifəyə tabe torpaqlara soxulmasından narazı 
qaldığını  bild irir.  Məktubla  bərabər  xəlifə  III  Toğrulun  hakimiyyəti  altında  olan 
bütün  torpaqlarını  iqta  sifətilə  Xarəzmşaha  bağışlanılması  haqqında  mənşur 
göndərir
4
.  Yard ım barəsində xahişi aldıqdan sonra, Toğrula qarşı birgə  mübarizədə 
iştirak etməkdən fayda götürmək  imkanını əldən verməmək üçün Təkiş qoşunu ilə 
Xarəzmdən  yürüş  edir  590  (1193).  Semnanda  Qutluq -İnanc  öz  tərəfdarları  və  III 
Toğrulu tərk etmiş İraq əmirləri ilə birlikdə Təkişə qoşulur
5

Xarəzmşahın  hücum  xəbərin i  eşidən  III  Toğru l  təcili  surətdə  qoşunları  ilə 
Reyə  tərəf  üz  qoyur.  Xarəzmşahla  döyüşə  girmək  ərəfəsində  III  Toğrul 
Xarəzmşahın  böyük  hacibi  Şihabəddin  Məsud  ibn  əl-Hüseynidən  məktub  alır. 
Məktubda hacib  Təkişlə  barışığa  girməyi  və  onun tələblərin i  ödəməy i  III  Toğrula 
məsləhət  bilir.  Böyük  hacib  yazırdı:  "Mən  sultan  Əlaəddin  Təkişin  mə mlükü  
olduğuna,  onun  iltifatı  və  ehsanı  ilə  bəslənməyimə  baxmayaraq,  onun  əlində  bir  
oyuncağam  və  bu,  xeyirli  məsləhət  verməkdə  mənə  maneəçilik  törətmir.  Başına 
k alansuv taxmış elə bir döyüşçü yoxdur ki, sənin hakimlik hüququn hesabına sənə 
tabe  olmasın:  çünki  sənin  [ata-baban]  sultan  və  sultan  oğlanlarıdır,  onların  
hakimiyyəti  mü xtəlif  ölkələrə  yayılmış,  onlar  bütün  torpaqlara  sahib  olmuşlar  və 
onların  xid mətində  saysız-hesabsız  insan  dururdu.  Mən  sənə  Reydən  Savəyə 
çəkilməy i, orada Əlaəddin Təkişlə sülh bağlamağı məsləhət bilirəm. Biz isə səninlə 
onun  arasında  vasitəçi  olarıq.  Onun  tələbinin  son  hüdudu  sənin  Reydən 
                                                                 
1
 Əl-Hüseyni, vər.l04b. 
2
 Əl-Hüseyni, vər.l04b; Yəzidi, səh.90; Mirxond, IV, səh.21; T acidarların tarixi  və mədhi (səh.57): 
"Onlar (qardaşlar)  arasında həsəd və mübarizə  başlayır.  Əmir  Bubkar  (Əbu  Bəkr)  böyük  qardaşına 
qalib gəlib, onu qaçmağa vadar etdikdən sonra birincilik əldə edir və atabəy olur". 
3
 İbn əl-Əsir, IX, səh.230; Ravəndi, səh.340. 
4
 İbn əl-Əsir, IX, səh.230. 
5
 İbn əl-Əsir, IX, səh.230; əl-Hüseyni, vər.l07b-108a; Ravəndi, səh.341. 
 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə