Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə24/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   148

çatışmamazlığmdan  və  üstünlüyündən,  xarekterindən  və 

davranışından söhbət gedəndə həm özünü ittiham edəndə, həm 

də özünü tərifləyəndə eyni cür düşünür. Hər bir millətə çoxlu 

mövhumat,  yanlış  ideyalar,  kortəbii  milli  instinklər  və 

intuisiyalar  xasdır.  Millətin  və  xalqın  öz  Vətəninə  tənqidi 

yanaşan nümayəndələri də onu tərifləyənlər qədər onun mənəvi 

inkişafında  iştirak  edirlər.  Ümummilli  humanizm  milli 

istisnahğm başlanğıcına qarşı dayanır: 

dünyada  heç  bir 

millətin bu cür özünü 

qiymətləndirmə  hüqüqü  yoxdur.  Onun  iqtisadi  və  mədəni 

naliyyətləri nə qədər üstün olsa da hər hansı seçilmişlərə və ya 

üstünlüklərə  iddialı  ola  bilməz.  Hər  bir  xalqın  öz  tarixi 

mövqeyinə  görə  özünün  və  bəşəriyyətin  qarşısında  müəyyən 

tarixi  öhdəlikləri  var.  Hər  bir  adamda  mütləq  vətənpərvərlik 

hissi olmalıdır. Bu və ya digər xalq yetkin milli həyat yaşamaq 

istəyirsə  digər  millətlər  dənizində  millətlərdən  biri  kimi  qala 

bilməz - o özünü yetkinləşdir- məli, fövqəlmilli maraqla özünü 

yükləməli, 

bəşəriyyətin 

ümümdünya 

tarixi 


həyatına 

qoşulmalıdır. Böyük təbii və tarixi göstəriciləri olan istənilən 

xalq özü-özünə qapılmamalı, yalnız özü üçün yaşamamalı, öz 

milli “Mən”i ilə qürrələnməməli, ən pisi özünü başqa millətdən 

üstün  tutmamalıdır.  Bu  həqiqi  böyüklükdən  və  şəxsi  milli 

ləyaqətdən  imtina  etmək,  özü-özündən  uzaqlaşmaq,  özünün 

bəşəriyyətin  ümümdünya-tarixi  tərəqqisindəki  rolunu  itirmək 

deməkdir. Sadə bir həqiqət var: xalqın milli özünü düşünməsi 

nə  qədər  yüksək  olarsa  onun  milli  ləyaqət  hissi  bir  o  qədər 

yüksək  olacaqdır,  başqa  xalqlara  bir  o  qədər  məhəbbət  və 

hörmətlə yanaşacaqdır. İstənilən xalq başqa xalqlara hörmətlə 

yanaşsa,  o  mənən  bir  o  qədər  yetkinləşəcəkdir:

 

bəşəriyyətə  qarşı həqiqi məhəbbət 



olmayanda vətənə qarşı da həqiqi məhəbbət ola bilməz. 

72 


Məhəbbot,  nigab,  ailə  problemlərinə  də  toxunmaq 

vacibdir. Ailə sosial varlıq zəncirində əsaslı halqadır, axı hər 

bir  millət  və  dövlət  ayrı-ayrı  ailələrdən  yaranmışdır:  ailə 

dövlətin  birinci  bazisidir.  Ailə  ər-arvadı  və  onların 



varislərini  birləşdirən  cəmiyyətin  ilkin  özəyidir.  Ailədə 

ayrıca  şəxsiyyət  özünün  bəzi  xüsusiyyətləri  ilə  üzv  kimi 

hansısa  tama  daxil  olur.  Ailənin  həyatı  cinsi  və  əməyin  yaş 

bölgüsü ilə, ev təsərrüfatını aparmaqla, məişətdə adamların bir 

birinə köməyi ilə, ər-arvadın şəhvani həyatı, nəslin artırılması, 

deməli,  xalqın  təkrar  istehsalı,  yeni  nəslin  tərbiyəsi,  eyni 

zamanda əxlaqı, hüquqi və psixologi münasibətlərdə bağlıdır. 

Ailə şəxsiyyətin fərdi təşəkkülünün mühüm alətidir: məhz 

burada uşaq ilk dəfə ictimai həyata qoşulur, onun dəyərlərini, 

davranış  normalarını,  təfəkkür  tərzini,  dilini  mənimsəyir. 

Başqa  cür  desək,  ailə-tərbiyə,  həyat  təcrübəsinin  ötürülməsi, 

məişət  müdrikliyi  məktəbidir.  Kişi  və  qadının  yetkin  nigah 

əlaqəsi birləşən cütlüyün bölgüsünü nəzərdə tutur, yəni onların 

elə əlaqəsi nəzərdə tutulur ki, onlar bir-birini inkar yox, tələb 

edirlər, hər biri digərində öz şəxsi həyatının tamamlığmı tapır. 

Yalnız  belə  olduqda  ər-arvadın  həqiqi  birgə  yaşayışından 

danışmaq  olar.  Şəxsiyyətlərarası  uyğunlaşma  problemi  -  çox 

incə  və  olduqca  mürəkkəb  problemdir.  Ünsiyyətə  girən 

adamlar (kommunikasiya, birgə əmək fəaliyyəti, təhsil, oyun 

vaxtı və ya səxsi münasibətlər prosesində) uyğun gəlirlər və ya 

az  uyğunlaşırlar,  bəzən  isə  heç  uyğun  gəlmirlər. 



Şəxsiyyətlərarası  uyğunlaşma  -  partnyorlarm  ünsiyyət, 

birgə fəaliyyət və ya nigahdakı həyat vaxtı qarşılıqlı qəbul 

olunmaqlarıdır:  bu  vaxt  dəyər  meyllərinin,  sosial  və  əxlaqi 

mövqelərinin, 

zövqlərinin, 

temperamentlərinin, 

xarakterlərinin, emosional və intellektual səviyyələrinin və 

73 



əhval-ruhiyyələrinin, 

dünyagörüşlərinin 

əməyə 

olan 


münasibətlərinin  və  s.  uyğunluğu  nəzərdə  tutulur.  Kişi  və 

qadın arasındakı münasibətdə, dostluq və məhəbbətdə bir sıra 

şəxsi  keyfiyyətlər,  məsələn,  şəhvani  qarşılıqlı  zövq  almağın 

mümkünlüyü-mühüm  rol  oynayır.  Cinsi  qarşılıqlı  təminatın, 

onların  bir-  birinə  uyğun  gəlməsinin  psixoloji  incəliyi  hər 

şeydən  əvvəl  qadının  özünü  kişiyə  tam  təhvil  vermək 

istəyindən,  kişiyə  maksimum  zövq  vennəyindən,  öz 

növbəsində kişinin qadın üçün buzları əritməsindən və ya hər 

birinin  eqoistcəsinə  maksimum  özlərinin  zövq  almağa  can 

atması,  partniyomn  qayğısına  qalmaması  ilə  bağlıdır  (yeri 

gəlmişkən  qarşılıqlı  məhəbbətin  gücü  məhz  şəhvani  zövqlə 

bağlıdır).  Şəxsiyyətlərarası  uyğunluğun  meyarı  partnyorların 

nəticədən, qarşılıqlı fəaliyyət prosesindən qane olmasındandır, 

qarşılıqlı  anlaşma  yaratmaq  üçün  xüssi  şərait  yaratmağa  və 

daimi  olaraq münasibətləri aydınlaşdırmağa  can  atmaq lazım 

deyildir.  Şəxsiyyətlərarası  uyğunlaşma  vaxtı  adətən  qarşılıqlı 

simpatiya, hörmət, gələcək əlaqələrin yaxşı olacağına əminlik 

yaranır;yəni  münasibət  etibarlı  hesab  olunur.  Kişilər  adətən 

fəal, qadınlar isə səbrli olurlar. Qadınlarda intuisiya güclü olur 

-  təbiət  bunu  qadınlara  bəxş  etmişdir;  onların  təbiətlərinə 

mürəkkəb  və  xüsusi  incə  məsuliyyət  düşür.  Nigah  -  kişi  və 

qadın  arasındakı  münasibətlərin  hüquqi  cəhətdən 

qanuniləşdirilməsidir.  Hegel  yazırdı  ki,  “nigah  adlanan 

müxtəlif cinsdən olan iki şəxs arasındakı əlaqə sadəcə olaraq 

heyvani əlaqə deyildir, bu sadəcə vətəndaş nigahıda deyildir, o 

ilk  növbədə  qarşılıqlı  məhəbbət  və  inam  əsasında  yaranır, 

ər-arvadı bir tam halına salan mənəvi əlaqə ittifaqıdır”. 

Məhəbbət haqqmdada qısa danışmaq məsləhətdir. Nigahın 

emosional - psixoloji, əxlaqi və estetik əsası 



74 


Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə