Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə148/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   140   141   142   143   144   145   146   147   148

ilə filiz və mineralı aşkar edə bilər. Torpağın dərinlik- lərindəki 

bu  daşları  məşq  etməklə  adamların  90%-i  müəyyənləşdirə 

bilər. 

Qiymətli  metallar  və  daşlar  təkcə  ziynət  əşyan  kimi 



istifadə olunmur, onlar həm  də öz sahibinə müsbət  və mənfi 

təsir  göstərə  bilər;  bu  daş  və  metalın  bioritminin  insanın 

bioritminə uyğun olub olmadiğından asılıdır. 

İstənilən daş bu və ya digər magia ( cadugarlıq) gücünə 

malikdir; bu da onu talisman və ya gözmuncuğu edir. Bu iki 

anlayış yaxın olsa da öz məğzlərinə görə fərqlənirlər. 

Gözmuncuğu 

öz 


sahibini 

pis 


gözlərdən, 

bədbəxtçilikdən, xəstəlik və digər arzu olunmaz  təsirlərdən  - 

istər  insanlar,  istərsə  də  axirət  qüvvələri  tərəfindən  olan 

təsirlərdən qoruyur. O, həm də sahibinə impuls göndərməklə 

gözlənilən təhlükəni xəbər verə bilir. 

Talisman  uğur  və  xöşbəxtlik  gətirir.  O,  xarakterdəki 

müəyyən kefıyyətləri və xüsusiyyətləri möhkəmləndirə bilər, 

kənardan diqqəti cəlb edə və xoş əhval ruhiyyə yarada bilər. 

Qiymətli daşların  gücünə inam nadir və  gözəl  daşlarla 

zəngin olan Hindistanda yaranmışdır. Qədim insanlar daşlara 

müalicəvi  vasitələr  kimi  baxmışlar.  Qədim  Çin  təbabətində 

qiymətli daşlar dərman siyahısına daxil edilmişdir. Uzun illər 

ərzində  hətta  daşı  əzib  içmək  də  qəbul  olunmuşdur,  lakin 

daşları  talisman  və  gözmuncuğu  kimi  gəzdinnək  daha  geniş 

yayilmışdır. 

Adi  təsəvvürdə  daşlar  Yerin  üstündə  və  altında 

rastlaşdığımız  bərk  materiallardır.  Elmi  nöqtəyi  nəzərdən  isə 

yer  daşlardan  deyil,  dağ  süxurlardan  və  minerallardan 

ibarətdir. Qiymətli daşlar isə başqa əksər daşlardan seçilərkən 

hesab olunur, əsasən menerallardır. 



457 


Menerallar  tələsmədən  yaşayır  onlardakı  dəyişikliklər 

hiss olunmadan, çox ləng gedir. Bu sakitliyinə görə onu bəzən 

cansız  təbiətə  aid  edirlər.  Belə  təsəvvür  yaranır  ki,  onlarda 

hərəkət, həyat yoxdur. 

Qədim sivilizasiya daşların müalicəvi xassələrini bilir və 

lazım gələndə istifadə edirlər. Təbiətdə, təbii  şəraitdə hər bir 

daş  maye  halindan  daş  halına  qədər  uzun  bir  dövr  yaşayır. 

Yalnız yüzillər, minillər sonra o öz formasını alır. 

insanlarda həmişə nə isə çatışmır; pul, vaxt, sağlamlıq, 

şöhrət, xöşbəxtlik ...............  daşlar. İnsan pul, əşya, dost 

toplayır.  Lakin  çox  vaxt  hər  şeyi  olan  insan  bunlardan  necə 

istifadə  etmək  lazım  olduğunu  bilmir.  O,  öz  tamahının, 

əşyalarının quluna çevrilir. İnsanın daşların əsirinə düşməsi də 

mümkündür. 

Süni  daşlar  yerdən  mənəvi  qida  almadığından  onları 

yetim və ya məhəbbətsiz doğulan uşağa bənzətmək olar. Süni 

daşlar həmişə xaricdən enerji mənbəyi axtarır və buna görə də 

onlar insanın arzularını, enerjisini özünə çəkir. Məsələn, süni 

almaz başdan enerji götürür, belə ki, almaz Qoça məxsusdur. 

Qoç  da  başı  idarə  edir.  Onu  çox  gəzdirəndə  baş  ağrısı,  baş 

gicələnməsi  baş  verir,  görmə  qabiliyyəti  zəyifləyir,  dişlər 

laxlayır və s. Tam sağlam adama süni daş təhlükəlidir - insanın 

ömrünü azaldır. 

Daşlar qiymətli yarım qiymətli və xırda şeylər qayırmaq 

üçün  lazım  olan  daşlara  bölünür.  Parlaq  daşlar  qiymətli  və 

yarım  qiymətli  daşlardır  və  onlar  zərgərliyə  aiddir.  Parlaq 

olmayan  və  cilalanma  uçün  əlverişli  olanlar  isə  xırda  şeylər 

qayirmaq üçün lazım olan daşlara aiddir. Daşların dəyəri onun 

nadirliyi, fərdi kefıyyəti və emalının mürəkkəbliyi ilə müəyyən 

olunur. Akademik A.Fersman daşları dəyərinə görə aşağıdakı 

sinifə (sıraya) bölür: 

458 



I

 

sıralı qiymətli daşlar: almaz, aleksandrit, sapfır, yaqut, 



zümrüt, evklas, mirvari. 

II

 



sıralı  qiymətli  daşlar;  topaz,  beril,  mavi  turmalin, 

ametist, sirklon, akvamarin. 

III

 

sıralı  qiymətli  daşlar:  firuzə,  turmalin,  dağ  billuru, 



tüstülü  kvars,  serdolik,  xrizopraza,  əqiq,  aylı  daş,  kəhrəba, 

aqat. 


Xırda  şeylər  qayırmaq  üçün  lazım  olan  daşlar:  nefrit, 

lazorit, sodalit, amazonit, malaxit, absidian. 

Qədim  dövrlərdən  belə  bir  fikir  var  idi  ki,  eansız 

predmetlər heyvan və bitki kimi ətrafdakılara yaxşı və pis təsir 

edə  bilər.  Məsələn,  Səmərqənddə  qadınlar  uşaqlara  nabat 

sordurur  və  ovuclarına  yapışqan  sürtürdülər  ki,  o  böyüyəndə 

nitqi  şirin  olsun  və  bahalı  şeylər  onun  əlinə  “yapışsın”. 

Yunanlar  belə  hesab  edirdi  ki,  canavar  parçalayan  qo

5

aınun 


dərisindən tikilən paltar ziyan gətirir, həmin adamda qaşınma 

yaradır. Eyni zamanda belə fikirləşirdilər ki, itin ağzında olan 

daş çaxıra salınıb içilsə onun içənlər arasın da mübahisə düşür. 

Moabadan  olan  uşaqsız  ərəb  qadınları  çox  uşaqlı  qadınların 

paltarını  geyir  və  düşünürdüler  ki,  bununla  onların  uşaqları 

olacaq. Qədim vaxtlarda seçilən hökümdarı daşın üstünə çıxıb 

elan edirdilər ki, onun hökümdarhğı möhkəm olsun. 

Ayrı-ayrı  daşların  sehirli  xassələri  haqqında  əfsanələr 

gəzir. Peru hindliləri ayrı-ayrı məhsulların, heyvandarlığın bol 

olması üçün müxtəlif daşlardan istifadə edirdilər. Sakit okean 

sahillərində suyun  yonub hamarladığı mərcan çörək ağacının 

kökünə  oxşayır;  bu  cür  mərcan  tapan  onu  öz  ağaclarından 

birinin dibinə basdırır ki, məhsuldarlıq yaxşı olsun. Belə hesab 

edirdilər ki, üstü  yumru  olan daş pulun  çox olmasına kömək 

edir. Əgər 

459 



kimsə böyük bir daş və onun altında çoxlu daş qırıntıları görsə 

bu pulun artmasına işarədir. 

Belə  hesab  edirdilər  ki,  ölmüş  adamın  sümüyü  və  ya 

nəfəsi toxunan hər bir şeylə adamı ölü kimi kar və kor etmək 

olar. Əgər sevgilinizlə görüşə gedərkən yol üstü qəbirsanlıqdan 

bir ovuc torpaq götürüb sevgilininzin valideyinləri yatan otağın 

üstünə  töksəniz,  onda  qəbir  torpağı  onları  möhkəm,  ölü 

yuxusuna  aparacaq  və  onlar  sizin  görüşünüzə  mane 

olmayacaqlar.  Oğrular  ev  yaranlar  öz  işlərində  bu  metotdan 

istifadə edirlər. Cənubi slavyan xalqlarında ev oğruları getdiyi 

evə  əvvəlcədən  ölü  sümüyü  atır  və  “qoy  evdəkilər  bu 

sümükdən  tez  ayılmasınlar”  deyib  öz  işlərini  görürdülər. 

Bundan  sonra  evdə  ayıq  adam  olmurdu.  Yava  adasında  oğru 

gedəcəyi evin ətrafına qəbirdən götürdüyü torpağı səpirdi. Çox 

vaxt  ölü  doğulan  uşağın  barmağından  şam  hazırlanırdı. 

Rəhmətə gedənlərin köməyi ilə yağış yağdırmaq da olar. Yeni 

Kaledoniyada yağış yağdıranlar öz bədənlərini qara rəngləyir, 

qəbirdən  meyidin  qalığını  çıxardır  onu  mağaraya  gətirir  və 

üstünə  yavaş-yavaş  su  tökürdülər.  Bu  vaxt  su  yarpağa  dam- 

cılanmah idi, bu da yağış gətirirdi. 



Qiymətli daşlan harada gəzdirirlər? 

Üzükdə,  boyunbağıda,  qolbağda,  sırğada  qiymətli 

daşların  təsiri  fərqli  və  kifayət  qədər  güjlü  olur.  Daşın 

keyfiyyəti daimidir, anjaq insanın bədəninə müxtəlif toxunma 

ilə  onun  təsiri  fərqli  olur.  Enercini  ovujun  orta  hissəsi  qəbul 

edir:  biz  nə  isə  xahiş  edəndə  ovujumuzu  irəli  veririk. 

Orqanizimdə işlənmiş enerci harmaqlarm uju ilə «axır», daşla 

olan üzük gedən enercini buraxır və diqqətimizi keçirdiyimiz 

hissələrə toplayır, buraxdığımız 

460 



səhvlər  haqqında  düşündürür.  Üzük  gedən  enercini  bir  az 

ləngidir, özünə aid  olanlardan tez əl  çəkmir. Hər bir barmaq 

müəyyən  planetlə  və  zodiakm  bir  çox  büreü  ilə idarə  olunur 

ona görə də hansi barmaqda hansı daşı gəzdimıək vaeibdir. 

Qolbağ  və  bilərzik  də  üzük  kimidir,  lakin  onun 

fəaliyyəti  daha  güelüdür,  belə  ki  həm  çıxan,  həm  də  girən 

enerjiyə nəzarət edir, insana hansı eneji ilə qidalandığını hiss 

etdirir. Kiminlə ünsiyyət yaratmağa, kimdən uzaq olmağa, nə 

yeməyə və. s kömək edir. 

Boyunda  və  sinədə  gəzdirilən  muncuq,  broşka  (bəzək 

sancağı)  və  ya  kulonda  olan  daşlar  insana  öz  şəxsi  hislərinə 

diqqət yetirməyə kömək edir, nə istədiyimizi bizə yaxşı və pis 

olan nə varsa onları anlamağa imkan verir. Qulaq öz fomıasma 

görə  nüvəni  xatirladir,  orada  bütün  orqanlara  uyğun  gələn 

nöqtə var, yəni qulaq insanın proyeksiyasıdır, sırğanın asıldığı 

mərcək isə başdır hər bir adamın “Mənidir”. Ona görə də sırğa 

insan  şəxsiyyətinə  diqqəti  artırır.  Sırğa  qadının  ruhunu  onun 

sirrini  və  müəmmalarını  göstərir.  Çox  vaxt  daşları  xəstə 

orqanların üstündə gəzdirmək məsləhət görülür. Daşlar insana 

xəstə orqan ilə əlaqəyə girməyə kömək edir. 

Qiymətli  daşlardan  müalicə  məqsədi  ilə  istifadə 

olunması son vaxtlar daha da çoxalmışdır. Astroloqlar bürclərə 

uyğun hansı daşı gəzdirməyin insan üçün əhəmiyyətini nəzərə 

alaraq  müəyyən  təkliflər  etmişlər.  Beləliklə  bürclərə  təhkim 

olunmuş daşlar: 

Q

O

£  -  almaz,  yaqut,  ametist,  heliotrop,  aylı  daş, 

akvamarin,  zümrüd  hamısı  qırmızı  rəngli.  Yaxşı  olar  ki,  bu 

daşlar dəmir və  ya polad çərçivəyə salınsın, ancaq bu vaxt 

0

 



mütləq dəriyə toxunmalıdır. Yaqutu isə boyunbağı kimi polad 

çərçivədə gəzdirmək daha yaxşıdır. 



461 


Busa - sapfır, firuzə, əqiq, opal, zümrüd, yaşıl mərmər, 

nefrit, karnelol - hamısı ağ parlaq rəngli. Onları mis çərçivədə 

gəzdirmək  məsləhətdir.  Firuzəni  isə  yalnız  boyunbağı  kimi 

gəzdinnək  məsləhətdir.  30  yaşından  yuxarı  qadına  bu  daşı 

gəzdirmək məsləhət deyil, yalnız yuxusuzluq və gecə yuxunu 

qarışdırdıqda  onu  gümüş  çərçivədə  taxmaq  olar.  Buğalar 

kəhrəbadan imtina etməlidirlər. 

Əkizlər  -  əqiq,  zümrüd,  serdolik,  xrizopraz,  beril,  dağ 

billuru,  yəşəm-əqiq,  topaz.  Nefritdən  imtina  etmək  lazımdır. 

Əqiqi isə boyunbağı kimi gəzdirmək məsləhətdir. 

Tərəzi - opal, lazurit, mərcan, almaz, mirvari, beril, aylı 

daş,  nefrit,  billur,  xrizolit,  turmalin.  Damarlı  əqiq  (oniks) 

gəzdirmək  məsləhət  deyil,  bu  onsuzda  möhkəm  olmayan 

iradəni zəiflədir. 



Əqrəb  -  qara  mirvari,  topaz,  akvamarin,  karbunkul, 

mərcan, almaz, yaqut, beril, aylı daş, malaxit, süleyman daşı. 

Bu daşlar üçün polaq cərcivə daha yaxşıdır, onu qolbağ və üzük 

kimi gəzdirmək məsləhətdir. 



Oxatan  -  sapfır,  topaz,  ametist,  xrizolit,  firuzə,  opal, 

karbunkul,  zümrüd,  əqiq,  sirkon  -  hamısı  qırmızı  və  ya  göy 

rəngdə. Nefrit bu bürcdən olanlara həmişə problemlər gətirir. 

Oşlaq  -  süleyman  daşı,  oniks,  yaqut,  aylı  daş,  lazurit, 

xrizopraza,  əqiq  hamısı  qara  rəngli.  Lazuritdən  qorunmaq  və 

mirvari gəzdirmək məsləhət deyil, belə ki, ya xarab olacaq, ya 

da itəcəkdir. 



Dolça  -  ametist,  kəhrəba,  süleyman  daşı,  sirkon,  açıq 

sapfır, opal, lazurit, obsidion. 



Baha  -  mirvari  (ancaq  qara  yox!),  ametist,  zümrüd, 

sapfır, aylı daş, qırmızı mərcan, akvamarin, topaz. 



462 


Xərçəns - aylı daş, zümrüd, kvars, mirvari, koral, yaqut, 

xalsedon  hamısı  ağ  rəngli.  Lazurit,  oniks,  süleyman  daşı 

məsləhət  deyil.  Xərçəng  üçün  ən  yaxşı  metal  gümüşdür. 

Zümrüd qaşlı gümüş üzük onlar üçün ən yaxşı talismandır. 



Şir  -  xrizolit,  kəhrəba,  qızılı  topaz,  yaqut,  almaz, 

sardoniks, oniks, serdolik, sapfır, obsidian, zümrüd. Bu bürcdən 

olanların marion, rauxtopaz, hematit gəzdirməsi məsləhət deyil. 

Qız  -  zümrüd,  yəşimə,  billur,  sapfır,  xalsedon,  nefrit, 

serdolik. 

Astroloji təsnifatın köməyi ilə daşlar və insanın zadiak 

xarakteri  arasındakı  uyğunluğu  müəyyənləşdirmək  olar. 

Daşdan gələn təsiri möhkəmləndirmək üçün onunla sıx əlaqəyə 

girmək lazımdır bu da  yalnız o vaxt mümkündür ki, daşın öz 

sahibinə rəğbəti olsun. Bu daşla əlaqənin ilk şərtidir. Əgər daş 

sahibinin xoşuna gəlmirsə bu əlaqə mümkün olmur həm də bu 

əks  təsir  doğura  bilər.  Daş  seçimini  əsaslandımıaq  lazımdır. 

Daşı  insanın  xariji  görünüşü,  xüsusi  ilə  gözün  rənginə  uyğun 

seçmək lazımdır. 

luğu: 


Daşın insanın gözünün rəngi ilə harmonik uyğun- 

Gözün rənsi 

Gəzdirilməsi məsləhət 2Örülən 

daşlar 

Göy 


Əqiq, alaeksandrid, kamosonid, 

bcrill, firuzə, malaxit, xrizoproza 

Qonur 

Serdolik, kəhraba, heliotrop, 



geosinid 

Mavi 


Narıncı və qızılı rəngli daşlar 

Qara 


Firuzə, mərcan, mavi ametist 

463 


insan  və  daşlar...  Bəli  bu  da  bir  möcüzədir  və  biz  bu 

möcüzənin  bəzi  məqamlarını  nəzərdən  keçirdik.  Əsasən 

tanıdığımız,  Azərbaycanda  istifadə  olunan  qiymətli  daşlarla 

ünsiyyət  yaratmağa  çalışdıq.  Lakin  daşların  bizə  deyəcəyi 

çoxlu  sözləri  hələ  də  başa  düşməmişik.  Bunun  üçün  təbiətə 

qayıtmaq, onun qarşısında buraxdığımız səhvləri etiraf etmək 

və ondan asılı olduğumuzu qəbul etməliyik. Bəlkə, belə olsa, 

daşları  da  duya  biləcəyik.  Bu  daşlardan  daha  çox  bizlərə 

lazımdır. 

464 



M U N D Ə R I C A T  

I

 

FƏSİL ......................................................................................... 3 

Cəmiyyət idrakın obyektidir.......................................................... 3 

§1. Cəmiyyətin mənşəyi, təbiəti və mahiyyəti, ictimai 

transformasiyalar ................................................................ 4 

§2. Cəmiyyət bütöv, öz-özünə inkişaf edən sistemdir ............ 27 

§3. Cəmiyyət və bəşəriyyət, millət və ailə .............................. 55 



II

 

FƏSİL ........................................................................................ 84 

Cəmiyyətin həyatının təbii əsaslan .............................................. 84 

§1. Təbiət anlayışı. Fəlsəfi fikir tarixində təbiət və cəmiyyətin 

qarşıltqlı münasibəti haqqmda məsələ .............................. 87 

§2. Təbiət cəmiyyətin həyat fəaliyyətinin əsasıdır. Təbiət və 

cəmiyyətin qarşılıqlı surətdə bir-birinə təsiri .. 112 

§3. Ekologiya, müasir qlobal ekoloji problemlər və onlann həlli 

yollan: ............................................................................. 137 

§4. Canlı və cansız təbiət. İnsanın canlıya münasibəti haqqında 

müasir baxışlar ................................................................ 162 



III

 

FƏSİL .................................................................................... 184 

Cəmiyyətin iqtisadi həyatının fəlsəfi problemləri ..................... 184 

§1. Cəmiyyətin iqtisadi həyatının əsas təzahürləri ................ 189 

§2. Cəmiyyətin həyatında istehsal üsulunun rolu .................. 197 

§3. Obyektiv iqtisadi qanunlar .............................................. 205 

§4. İqtisadi münasibətlər və iqtisadi maraqlar ...................... 221 

§5. Cəmiyyətin iqtisadi həyatının obyektiv və subyektiv 

tərəflərinin qarşılıqlı fəaliyyəti ....................................... 235 



IV

 

FƏSİL .................................................................................... 258 

465 


 

Cəmiyyətin siyasi həyatı ............................................................ 258 

§1. Cəmiyyətin siyasi həyatını şərtləndirən amillər .............. 260 

§2. Cəmiyyətin siyasi həyatında dövlətin rolu ...................... 272 

§3. Siyasi rejim ...................................................................... 280 

§4. Cəmiyyətin siyasi həyatı və siyasi şüur ........................... 287 



V

 

FƏSİL ...................................................................................... 302 

Cəmiyyətin mənəvi həyatı ......................................................... 302 

§1. Cəmiyyətin mənəvi həyatı anlayışı, mahiyyəti, ictimai 

təbiəti və məzmunu ......................................................... 303 

§2. Cəmiyyətin mənəvi həyatının əsas ünsürləri ................... 313 

§3. Cəmiyyətin mənəvi həyatının - ictimai şüurun fonnaları 336 

§4. Cəmiyətin mənəvi həyatının dialektikası ........................ 384 

P. S .................................................................................................. 406 

Əlavə oxu .................................................................................. 406 

Cəmiyyət təbiətin ayrılmaz hissəsidir ................................... 406 

Çapa imzalanmışdır: 14.11.2013. 

Kağız formatı 60x84'/|f, 

Çap vərəqi 29. Sifariş 23. 



Qiyməti müqavilə ilə. 

Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə