Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə2/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   148

fomıa  və  mexanizmlərin  ictimai  ilə  əvəz  olunması  hesabına 

mümkün olur. 

Bizim üçün vacib olan odur ki, cəmiyyət və insan demək 

olar ki, eyni vaxtda yaranmışdır. İnsan yalnız təbii yox, həm də 

ictimai  -  predmet  varlıqdır,  insan,  ictimai  -  predmet  dünyada 

yaşayan  varlıqdır.  Bu  dünya,  bir  tərəfdən,  insan  tərəfindən 

yaradılır,  digər  tərəfdən  -  o  insanı  formalaşdırır,  onu 

ictimailəşdirir.  Hər  bir  ictimai  “predmet”  adamlar  arasında 

vasitəçi olur, onları birləşdirən vasitəçiyə çevrilir, bu mənada o 

ictimai  münasibət  olur.  İnsan  bütövlük  kimi  yalnız  ona  görə 

özünü reallaşdırmır ki, onda ruh və bədən ayrılmazdır, həm də 

ona görə ki, insan həm ictimai sistemin hərəkət anıdır, həm də 

cəmiyyət - insanın hərəkət anıdır. 

Lap  əvvəldən  yaranan  cəmiyyət  özünü  ziddiyətli 

fenomen kimi göstərir. O daimi olaraq özünü dağıdır, belə ki, 

onda  daim  xaos,  müxtəlif  səviyəli  fəlakətlər,  cinayətkarlıq, 

korrupsiya, maraqların münaqişəsi vardır. Çoxlu sayda meyllər 

var  ki,  bu  da  cəmiyyəti  daxilən  “dağıdır”.  Tarix  çoxsaylı 

cinayətlərin  (Babilistan,  Roma  imperiyası,  hunlar,  xəzərlər, 

qızıl  ordu,  inklərin,  mayalarin,  asteklərin  və  başqalarının 

dövlətləri),  o  cümlədən  tarixəqədərki  icmaların  Yer  üzündən 

silinməsi  faktını  həmişə  xatırlayır.  Bu  o  deməkdir  ki,  onlar 

hansısa  çağırışa,  imtahana  tab  gətinnəyiblər.  Onların  iflası  - 

tarixi  faktdır.  Əksər  vəziyyətlər  müasir  cəmiyyətin  riskli 

cəmiyyət  olduğunu,  insanın  özünün  yaşaması  üçün  riskli 

olduğunu göstərir. 

Beləliklə,  cəmiyyət  daim  yox  olma  həddində  yaşayır  - 

xaoslar,  çoxsaylı  müharibələr,  ekoloji  fəlakət,  inqilabları 

özündə cəmləşdirən amillərin çoxluğuna baxmayaraq o hələ də 

mövcudluğunu saxlaya bilmişdir. Həyat bacarığı olan cəmiyyət 

nə isə yaratmağa, özünü bütövə daxil 



etməyə,  onu  dağıdanı  düzəltməyə  meylli  olur.  Cəmiyyət 

inteqrasiyaya uyğunlaşmayan dağıdıeı meylləri nəzarət altında 

saxlamağa çalışır. Öz genezisi və inkişafı prosesində eəmiyyət 

yalnız  özünün  yaşaması  prosesini  deyil,  həm  də  bir  çox 

parametrlərdə  tərəqqi  edən  dinamikanı  təmin  edən  yeni 

mahiyyət,  mexanizmlər  işləyib  hazırlaya  bilmişdir.  Bu  cür 

modelə keçid necə baş tutmuşdur? Bunun üçün nə baş verməli 

idi? 


Əgər  tarixə  nəzər  salsaq  adamları  birləşdirən 

bütövlüyün  iki  böyük  tipini  aşkar  edə  bilərik.  Birinci,  ilkin 

olan tarixi göıüntülərin dərinliklərini nəzərdən keçirir - bu ailə, 

qəbilə, tayfa, qəbilə və icma ittifaqlarıdır. Onları ənənəvi və ya 

arxaik lokal qrup adı altında birlədirmək olar. Bu birlik özünü 

adamların birgə məişəti və ya ümumi mənşə, dil, tale, dünyaya 

baxışları  ilə  bağlı  olan  adamların  qarşılıqlı  fəaliyyəti 

fomıasmda  özünü  göstərir.  İctimailiyin  ikinci  tipi  dövlət  və 

sivilizasiyanın  qurulması  gedişində  yaranır  və  “böyük 

cəmiyyət”  kimi  özünü  göstərir.  Bu  mahiyyətlərin  prinsipial 

fərqi  ondan  ibarətdir  ki,  böyük  cəmiyyətlər  özündə  yeni 

keyfiyyət yaradırlar - bu lokal və ya onların mexaniki cəminə 

uyğun  gəlmir.  Onun  təbiəti,  qanunları,  üsulları,  fəaliyyət 

formaları başqa olur. Böyük cəmiyyətlərin yeni keyfiyyətləri 

təbiətdən yenicə ayrılmış tarixəqədərki adamı tarixi adamdan 

ayıran astanadır. Burada bizi yeni keyfiyyətləri olan bu böyük 

cəmiyyət  maraqlandırır  -  bu  tip  min  illər  ərzində  olan 

dəyişikliklərə baxmayaraq özünü qoruyub saxlaya bilmişdir. 

Böyük cəmiyyətə keçid  - tarixi prosesdir. Təbii ki, bir 

neçə on və yüzlərlə adamlardan təşkil olunmuş qəbilə və tayfa 

qruplarının  lokal  cəmiyytdən  fərqlənən  böyük  cəmiyyətə 

çevrilməsində  obyektiv  təlabat  var  idi.  Nə  üçün  adamlar 

psixoloji baxımdan əlçatmaz olan bu addımı 



atmışdırlar? Necə oldu ki, onlar birdən dövlətin ağır yükünü öz 

üzərlərinə  götürdülər?  Güman  etmək  olar  ki,  bu  cür  nəhəng 

dəyişikliyə onları kəskin zərurət vadar etmişdir. Məsələ elə bir 

həddə idi ki, adamlar ya bu addımı atmalı, ya da məhv olmalı 

idilər.  Bu  zərurəti  nəzərə  almayanlar  tarixin  məngənəsində 

sıxılmışlar,  həyat  üçün  vacib  olan  ehtiyatlardan  uzaq 

düşmüşlər və tənəzzülə uğramışlar. 

Tarixəqədərki  insan  birliyinin  yeni  strategiyanı  qəbul 

etməsinə vadar edən determinant kimi ictimai entopiya amilini, 

yəni,  möhkəm  həyatı  pozan,  dağıdan  amilləri  nəzərə  almaq 

lazımdır. Ümumiyyətlə, insan bütün vaxtlarda həmişə böhranlı 

vəziyyətdə yaşamışdır. Qədim insanların təbiətlə harmoniyada 

yaşaması ilə bağlı baxışlar “qızıl əsr” mifologiyasının qalığıdır. 

Arxeologiya  sübut  etmişdir  ki,  hələ  o  vaxtlar  insanlar 

heyvanların  bir  çox  növlərini  məhv  etmişlər.  Ona  görə 

paleolitdən tarixi inkişafın növbəti mərhələsinə keçid ovçuluq 

obyektinin vəhşicəsinə məhv edilməsi ilə xarakterik olmuşdur. 

İnsanın ətraf mühitlə münasibəti daim pozması varlığın vaxtı 

keçmiş  növlərindən  uzaqlaşmasna  gətirib  çıxarmışdır.  Çıxış 

yolu  tapan  qədim  icmalar  yaşaya  bildilər,  onlar  varislik 

mexanizmini  möhkəmləndirdilər,  daha  uyğun  həyat  modeli 

axtarmağa meyl etdilər. Nəticədə yeniləşmənin yeni tipi daha 

effektli  həyat  və  tarixi  strategiya  oldu.  Yerdə  qalanlar  ətraf 

aləmin  çağırışına  cavab  tapa  bilmədiklərindən  “getdikləri 

yolu” yarımçıq qoydular. Beləliklə böyük cəmiyyətlər zərurət 

kimi  yaranır,  sonra  bu  “mutasiya”  möhkəmlənir  və  hakim 

möveyə keçir. 

Böyük  cəmiyyətin  qurulması  uzun  sürən,  ziddiyətli, 

ziqzaq,  əyri-üyrü  və  dal-dalı  hərəkətlərlə  mürəkkəbləşən  bir 

prosesdir. Yeni keyfiyyətli cəmiyyət əldə edən insanlar 




Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə