Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə9/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   148

etmək  hesabına  edilir;  o  vəzifə  funksiyalarını  və 

səlahiyyətlərini yerinə yetirməkdən asılı olaraq edilir. Hüquqi 

dövlət  ideologiyası  və  dövlətçiliyin  alət  fərziyyəsi  ictimai 

şüurda  “dövlət  -  xalqa  xidmət  sahəsidir”  formulasmı 

zənginləşdirmişdir. 

Bu 


cür 

yanaşmada 

dövlət 

nümayəndələrinə  vətəndaş  cəmiyyətin  muzdlu  işçiləri  kimi 



baxırlar, onların adamlar və birliklər üzərindəki hakimiyyətinə 

müəyyən hədd daxilində imkan verilir  - onlara  adamların və 

cəmiyyətin azad inkişafı və həyat şəraitinin problemlərini həll 

etmək səlahiyyəti verilir. 



§2. Cəmiyyət bütöv, öz-özünə inkişaf edən sistemdir 

İnsan  və  təbiətin  vəhdəti  haqqında  fikrindən  məntiqi 

olaraq  insan  cəmiyyəti  və  təbii  varlığın  vəhdəti  ideyası  irəli 

gəlir.  Müasir  elmdə  bu  ideya  V.J.Vernedskinin  əsərlərində 

əsaslandırılmışdır.  O  yazırdı  ki,  bəşəriyyət  canlı  varlıq  kimi 

Yerin müəyyən geoloji təbəqəsi - onun biosferası ilə maddi - 

enerji proseslərlə qırılmaz bağlıdır. Fizii baxımdan bir dəqiqə 

belə  onsuz  qala  bilməz.  Cəmiyyətdə  olan  orijinallığa, 

xüsusiyyətlərə  baxmayaraq  o  özündə  bütövlükdə  varlığın 

diskretlik,  strukturluq,  dəyişkənlik,  dinamizm  kimi  universal 

xassələrini təcəssüm etdirir. Cəmiyyətin təbiətlə bu vəhdətinin 

dərk olunmasından sonra filosoflar - sosiologiyanın atası hesab 

olunan  Oqyust  Kontdon  başlayaraq  -  daha  tez-tez  ictimai 

həyatın  iki  aspektini  statikanı  (sükunət  halı)  və  dinamikanı 

(hərəkət)  ayırmışlar.  Statika  deyərkən,  cəmiyyətin  mövcud 

strukturu,  onun  əsas  hissələrini,  elementlərini,  eyni  zamanda 

onlar  arasındakı  əlaqə  və  münasibətləri  başa  düşürdülər. 

Dinamika  deyərkən,  fəaliyyət  göstərmək,  hərəkət,  dəyişiklik 

başa düşülürdü. Əlbəttə həm də nəzərə 



27 


almırdı ki, real ictimai həyatda göstərilən bu iki amil heç vaxt 

ayrı mövcud deyildir. Onlar sosial fəlsəfi təhlilə uyğun gəlmək 

üçün  onlar  ayrı-ayrı  təqdim  oluna  bilər.  Cəmiyyətin 

strukturunu yaxşı izah edə bilmək üçün onun sakit vəziyyətini 

götürən sosioloqlar onu saat düzəldənə bənzədirdilər. Saatsaz 

saatı düzəltməyə başlamazdan qabaq onu dayandırır ki, saatın 

mexanizminin  quruluşunu  diqqətlə  nəzərdən  keçirsin. 

Filosoflar da ictimai həyata təqribən bu cür yanaşırlar; əvvəlcə 

cəmiyyət  sakit  vəziyyətdə  təhlil  olunur  -  statik  halda, 

elementlər  və  hissələrin  məcmusu  kimi,  müəyyən  struktur 

kimi,  sonra isə başlanğıc təsəvvürdən çıxış  edərək, hərəkətin 

xüsusiyyətləri,  cəmiyyətin  inkişafı,  onun  dinamikası  tədqiq 

edilir. 

İctimai  sistemi  elementlərin  vəhdəti  kimi  onların 

qarşılıqlı 

münasibəti 

aspektində 

təhlil 


vermək 

məqsədəuyğundur. Qeyd etmək lazımdır ki, müasir fəlsəfə belə 

bir baxışdan çıxış edir ki, bizi əhatə edən dünya bölünmüşdür, 

diskretdir,  bununla  belə,  o  vahiddir,  kontimaldır.  O  ayrı-ayrı 

hissələrdən, obyektlərdən təşkil olunmuşdur, eyni zamanda bu 

obyektlərin  rəngarəng  xasələrini  özündə  birləşdirir  -  bu 

xassələr  bu  obyektlərin  bir-biri  ilə  əlaqəsinin,  qarşılıqlı 

münasibətinin  spesifikasını  təzahür  etdirir.  Təbiətin  üzvü 

hissəsi olan cəmiyyət bununla yanaşı təbiət sistemindən fərqli 

olaraq daha mürəkkəb struktura, quruluşa malikdir. 

İstənilən təbiət stmkturu kimi cəmiyyətin strukturu da 

özündə  yalnız  ayrı-ayrı  adamlar  və  onların  birlikləri 

formasında ayrı-ayrı elementləri və hissələri deyil, həm də bizə 

bir  sosial  obyekti  digərindən  fərqləndinııəyə  imkan  verən 

onların  xassələrini  və  münasibətlərini  birləşdirir.  Bu  və  ya 

digər qrup insan birliyi olmadan, eyni fonuada sosial varlığın 

bölünməz “sosial atomu”, “ilk kərpicləri” 

28 



kimi çıxış edən ayrı-ayrı fərdlər olmadan cəmiyyət yoxdur və 

ola  da  bilməz.  İnsan  öz  əsas  nəsli  keyfiyyətlərini  kollektiv 

varlıq kimi mənimsəmişdir. Ona görə də insan və cəmiyyət bir 

medalın  iki  üzü  kimi  həmişə  bir-biri  ilə  qırılmaz  əlaqədə 

olacaqdır.  Bununla  belə  insan  və  cəmiyyət  -  müxtəlif 

hadisələrdir,  bir-birinin  eyni  deyildir.  Canlı  orqanizm  onu 

təşkil edən çoxsaylı hüceyrələrin heç birində olmayan xassəyə 

malik olduğu kimi cəmiyyət də yalnız ayrı-ayrı fərddən nə isə 

bir qədər üstün olmayıb, həm də sadəcə olaraq onu təşkil edən 

fərdlərin sırf məcmusu olmayıb ondan bir az mürəkkəbdir. Ona 

görə də hər bir sosial birlik yalnız onu təşkil edən adamların 

fərdi  keyfiyyətlərinin  məcmusu  olmayıb,  həm  də  onu  təşkil 

edən  fərdlərin  heç  brində  olmayan  bəzi  şəxsi  keyfiyyətlərin 

məcmusudur - bu da həmin birliyə özünəməxsusluq, nadirlik 

verir,  istənilən  sosial  birliyin,  ailənin,  qəbilənin,  tayfanın, 

xalqın, millətin, bütövlükdə insan cəmiyyətinin bu xüsusiyyəti, 

onları  təşkil  edən  ayrı-  ayrı  adamlardan  onların  fərqi  onunla 

izah  olunur  ki,  bütün  göstərilən  birliklər  özlərində  daha  bir 

mühüm  komponenti  -  adamlar  arasında  sosial  əlaqəni, 

qarşılıqlı  fəaliyyəti,  münasibəti  birləşdirirlər.  Bəzi  fəlsəfi 

təlimlərdə  ictimai  həyatı  təşkil  edən  bu  ənənə  yığcamlıq, 

koolektivizm  adlanır.  Həm  qruplar  arasında  həm  də  onlar 

daxilində bu qarşılıqlı fəaliyyət onların sonsuz müxtəlifliyi və 

spesifikliyi bu birliklərin hər birinə təkrarolunmaz kolorit verir 

və  bu  xoşbəxt  və  bədbəxt  ailələri,  böyük  və  balaca  xalqları, 

sabit,  tərəqqi  edən  dövlətləri  və  qeyri  sabit  dağılmağa  meyl 

edən  dövlətləri  fərqləndirməyə  imkan  verir.  Beləliklə, 

cəmiyyətin  sosial  strukturu  onu təşkil edən iki əsas cəhətin 

ayrılmaz  vəhdətidir:  a)  bu  fərdlərin,  adamların,  onların 

birliyinin vəhdəti, b) adamlar və ictimai 

29 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə