Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə17/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   148

iqtisadi və mədəni amillər bir-biri ilə sıx bağlıdırlar. Məsələn, 

doğuşun  artması  (təbii  -  bioloji  amiljcəmiyyətin  inkişafına 

səbəb olur - bu istehsalın, təhsilin, tibbi xidmətin inkişafı ilə 

uyğunlaşmış halda ola bilər - belə uyğunlaşma olmasa bu hal 

yoxsulluğun, xəstəliyin və sosial sabitliyin pozulmasına gətirib 

çıxara bilər. 

Şübhəsiz ki, texniki ixtiraların və elmi kəşflərin rolu 

da  olduqca  böyükdür.  İxtiralar  və  buxar  maşınının  və  digər 

texniki  yeniliklərin  geniş  tətbiqi  XVII-XIX  əsrlərdə  sənaye 

inqilabına  gətirib  çıxarmışdır,  sonra  bu  sənayenin 

burjuaziyanın,  proletariatın  inkişaf  etdiyi  yeni  tip  sənaye 

cəmiyyətinin  yaranmasına  səbəb  oldu.  XX  əsrin  tarixi 

təcrübəsi  göstərir  ki,  əmək  alətlərinin  inkişafı,  texnikanın 

tərəqqisi,  avtomatlaşnianm  və  yüksək  texnologiyanın  sənaye 

istehsalına  tətbiqi  ictimai  həyatın  bütün  sahələrini,  müxtəlif 

insan birliklərini - böyük və kiçik - strukturunu, mədəniyyətini, 

təlabatlarmm ödənilməsi üsullarını dəyişir. 

Mədəniyyətin,  onun  bölgüsünün  rolu  da  böyükdür. 

Belə  ki,  XIX-XX  əsrlərdə  Qərbi  Avropa  və  ABŞ-dan  elmin 

nailiyyətlərinin Yaponiyaya gətirilməsi ona gətirib çıxardı ki, 

qısa 


vaxt 

ərzində, 

ikinci 

dünya 


müharibəsindəki 

məğlubiyyətinə  baxmayaraq,  Yaponiya  dünyanın  ən  inkişaf 

etmiş ölkələrindən birinə çevrildi. 

Təəssüf  ki,  tarixdə  əks  xarakterli  nümunələr  də 

olmuşdur. Hakim sinfin həyata keçirdiyi tədric etmə siyasəti, 

ölkəyə  yeni  ideyaların  daxil  olmasının  qarşısının  alınması, 

yeni  məhsulların  gəlişinə  qoyulan  qadağalar,  güclü  dövləti 

viranh vəziyyətə salmış, nəticədə sosial struktur və institutlar 

köhnəlmişdir. Tarixin təcrübəsi göstərir ki, mədəni yaradıcılıq 

sahəsindəki  mütərəqqi  ideyalar  öz  vaxtını  artıq  yaşamır, 

institutlar  və  sosial  strukturlar  hakimiyyət  fomrası  üçün 

təhlükə yarada bilər. 



51 


Ona görə də mədəniyyətin inkişafı prosesi daim hakimiyyət və 

dövlət  tərəfindən  nəzarət  altında  olur.  Elmin  və  texnikanın, 

ədəbiyyatın, ineəsənət və fəlsəfənin inkişafının çoxəsrlik tarixi 

hakimiyyətin  yeni  ideyaların  və  nəzəriyyələrin  təsdiq 

olunmasına  müqavimət  göstərməsinin  -  darvinizm,  genetika, 

kibernetika,  eyni  zamanda  texniki  ixtiralar  (buxar  maşını, 

kompüter), incəsənətdə olan yeni meyllərin şahidi olmuşdur. 

Bununla belə ictimai inkişafın nəzərdən keçirilən sosial 



ilkin  şərtlərinin  əhəmiyyətinə  baxmayaraq  nəzərə  almaq 

lazımdır  ki,  bütün  sosium,  onu  təşkil  edən  adamlar  Yer 



planetinin 

biosferası 

tərkibinə 

daxil 

olan 

canlı 

orqanizmdir.  Digər  canlı  varlıqlar  kimi  adamlar  cazibə 

qüvvəsinin,  elektromaqnit  sahəsinin,  kosmik  şüaların,  istilik 

dinamikasının  təsirinə,  hələ  axıra  qədər  öyrənilməmiş  nazik 

enerjilərin  şüalanmasının  təsirinə  məruz  qalırlar.  İnsan  və 

təbiətin dərin vəhdətinin duyulması qədim filosoflar tərəfindən 

Dao  (Lao-Tszı),  Loqos  (Platon),  Allah  (isa  peyğəmbər) 

anlayışlarında  ifadə  olunmuşdur.  Lao-Tszıya  görə  Dao  hər 

şeyin  vəhdətidir,  hər  şeyin  əsası,  köküdür,  bütün  şeylərin 

anasıdır.  “İnsan  yerdən,  yer  göydən  (kosmosdan),  göy  isə 

daodan,  dao  özü  isə  özü-özündən  asılıdır”.  Əksər  fəlsəfi 

təlimlərdə  sosial  həyatın  hərəkətverici  qüvvəsi  kimi  təbii 

amilləri  də  qeyd  edirlər.  Vemadski  biosfera  və  neosfera 

haqqında təlimində canlı və cansız maddələrin maddi - enerji 

vəhdətini  əsaslandırır.  Qumilyev  bioritm  problemini 

araşdırmış,  xüsusən  etnogenez  ritminə  diqqət  yetirmiş, 

etnosların  yüksəlişini,  depresiyasmı  və  tənəzzülünü  tədqiq 

etmişdir. Dünya fəlsəfi fikrinin nəticələrini nəzərə alan müasir 

sosial  fəlsəfə  ictimai  həyatdakı  dəyişiklik  və  inkişaf 

proseslərinə bu və ya digər dərəcədə təkan verən yalnız 

52 



ictimai - iqtisadi, siyasi və mədəni deyil, həm də təbii amilləri 

tədqiq  etməyi  qarşısına  vəzifə  qoymuşdur.  Bütün  bu  amillər 

tədricən  yığılaraq  -  istər  aydın  görünən  istərsə  də  şüurumuz 

üçün  sirli  qalan  -  güclü  reformist  və  inqilabi  hərəkat  yaradır, 

müxtəlif tarixi dövrlərdə dərin sosial dəyişikliyi sürətləndirir. 

Sosial hərəkat müəyyən məqsədlərə çatmaq üçün az və 

ya  çox  dərəcədə  mütəşəkkil  fəaliyyət  göstərən  adamların 

kollektiv,  birgə  fəaliyyətlərində  ifadə  olunur,  o  iştrakçılarm 

sosial  kollektiv  birgə  fəaliyyətlərində  ifadə  olunur, 

0

 

iştirakçıların  sosial  vəziyyətini  dəyişdirir,  sosial  hərəkatın 



ümumi,  daha  aydın  səbəbi  adamların  əsas  təlabatlannm,  ilk 

növbədə iqtisadi təlabatlarmm ödənil- məməsidir. Məhz bunlar 

adamlarda  narazılıq,  narahatlıq,  psixi  gərginlik,  sosial 

gərginlik  yaradır.  Bu  narahatlıq  zahirən  adamlar  arasında 

əlaqələrin  yaranmasında, kəskin diskusiyalarm qurulmasında, 

yaranmış  vəziyyətlə  bağlı  düşüncələrin  bölüşdümlməsində 

təzahür edir. Narahatlıq, qıcıqlanma vəziyyəti, böyük və kiçik 

birlikləri,  bütöv  etnosları, sinifləri, dövlətləri əhatə edə bilər. 

Sosial  münaqişəni  yaradan  bu  vəziyyət  -  müəyyən  sosial 

hərəkatın  başlanğıe  nöqtəsidir,  o  sosial  sarsıntıların 

yaxınlaşdığını göstərir. Bu vəziyyət istər-istəməz əksər xalqları 

əhatə  edir,  bəzən  o  inqilabi  partlayışın  astanasında  dayanan 



inqilabi  vəziyyət  adlanır.  Ancaq  inqilab  sosial  hərəkatın 

formalarından  biridir.  Onun  xarakteri  rəngarəngdir  və  ilk 

növbədə  onun  məqsədləri,  eyni  zamanda  tətbiq  olunan 

metodlar  və  ona  cəlb  olunan  adamların  sayı  ilə  müəyyən 

olunur.  Bu  əsas  meyarla  da  reformist  və  inqilabi  hərəkat 

bir-birindən fəqlənir. 



Reformator hərəkatı adətən qismən məhdud dairəni və 

birlikləri əhatə edir. Onlar qurulmuş sosial qaydalar 



53 


Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə