Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə15/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   148

əsasında yaranır. Onların hər biri üçün ictimai həyatın öz daxili 

strukturu, çoxsaylı ayrı-ayrı formaları ilə spesifik sahəsi uyğun 

gəlir.  Cəmiyyət  üçün  əsas,  zəruri  olan  fəaliyyət  növləri 

haqqında  baxışlar  yalnız  onun  strukturunun  mürəkkəbliyini 

başa  düşməyə  yox,  həm  də  sonrakı  izahat  gedişində  vahid, 

bütöv orqanizm kimi cəmiyyətin xüsusi xəssələrini, onu təşkil 

edən hissələrdə olmayan keyfiyyətləri gömıəyə imkan verir. 

Cəmiyyətin 

strukturunu 

nəzərdən 

keçirməyi 

yekunlaşdıraraq  qeyd  etmək  lazımdır  ki,  təhlil  gedişində 

ayırdığımız  sosial  fəaliyyətin  tipləri,  qruplar,  institutlar, 

reallıqda  olan  onların  qarşılıqlı  münasibəti  həmişə  bir  yerdə 

mövcuddur, qarşılıqlı əlaqədədir, tez-tez toqquşurlar, bir-birinə 

sirayət  edirlər.  Ona  görə  də  cəmijq/ətin  tərkib  hissələrinin 

göstərilən xassələri hələ onun ümumi vəziyyətini, onun ümumi 

fəaliyyətini  tam  izah  etmir.  Yalnız  onun  ayrı-ayrı  hissələrinə 

xas olan xassələrə yox, həm də onu təşkil edən hissələrin heç 

birində olmayan xassələrə malik olan xüsusi orqanizm kimi, 



vahid  sistem  kimi  cəmiyyəti  yaradır.  Aristotel  dediyi  kimi 

tam sadəcə olaraq onu təşkil edən hissələrin məcmusunu təşkil 

etmir, onu daha çox, başqa cür başa düşmək lazımdır. Ona görə 

də  cəmiyyəti  tam  kimi  başa  düşmək  üçün  yalnız  onun 

hissələrini  öyrənmək  yox,  həm  də  bütövlükdə  cəmiyyətin 

xassələrini aydınlaşdırmaq lazımdır. Bu aşağıdakı xassələrdir; 



özfəaliyyət, özünü təşkil, özünü inkişaf etdirmək, öz-özünə 

kifayət etmə. Qeyd etmək lazımdır ki, birinci üç xassə yalnız 

bütövlükdə cəmiyyətə xas deyil, o az və ya çox dərəcədə onu 

təşkil  edən  sahələrə  də  aiddir:  ancaq  öz-özünə  kifayət  etmə 

xassəsi sırf bütövlükdə cəmiyyətə xasdır. 



45 


Öz-özünə  kifayət  etmə  -  sistemin  öz  şəxsi  fəaliyyətini 

yaratmaq  və  öz  mövcudluğu  üçün  zəruri  şəraiti  qurmaq, 

kollektiv  həyat  üçün  tələb  olunan  hər  şeyi  istehsal  etmək 

bacarığıdır.  Öz-özünə  kifayət  etmə  -  cəmiyyətin  onu  təşkil 

edən  hissələrindən  əsas  fərqidir.  Yuxarıda  göstərilən  sosial 

fəaliyyətin heç bir tipi sərbəst fəaliyyət göstərə bilməz, heç bir 

ayrıca sosial qrup təklikdə yaşaya, lazım olanlarla özünü təmin 

edə  bilməz.  Bu  cür  bacarığa  bütövlükdə  yalnız  cəmiyyət 

qadirdir.  Yalnız  fəaliyyətin  bütün  növlərinin  məcmusu  bütün 

bir  yerdə  götürülmüş  və  qarşılıqlı  əlaqədə  olan  qruplar  və 

onların institutları, bütövlükdə öz-özünə kifayət etmə sosial 

sistem kimi cəmiyyəti yaradır - öz mövcudluqları üçün zəruri 

olan  şəraiti  öz  şəxsi  cəhdləri  hesabına  yaratmağa  qadir  olan 

adamların birgə fəaliyyətinin məhsulu olan cəmiyyəti yaradır. 

Cəmiyyətin  inkişafı  və  onun  dinamikası  məsələsinə 

də  diqqət  yetirmək  məqsədəuyğundur.  Qeyd  etdiyimiz  kimi 

təbiət  kimi  cəmiyyət  də  sabitlik  və  qeyri-  sabitliyin, 

dəyişməzlik və dəyişkənliyin, sükunət və hərəkətin ziddiyətli 

vəhdətini təşkil edir. Ona görə də sosial təhlil cəmiyyətə onun 

strukturu  baxımından  yalnız  statikada  deyil,  həm  də  onun 

dəyişkənliyi  və  inkişafı  baxımından  dinamikada  baxılmasını 

tələb edir. Təbiət kimi cəmiyyət haqqında da demək olar ki, o 

daim  axır,  hərəkət  edir,  dəyişir.  Həm  təbii,  həm  də  ictimai 

varlığın bu universal xassəsini vaxtilə Heraklit və digər yunan 

filosofları qeyd etmişlər. Lakin inkişaf haqqında ən yetkin və 

dərin  təlimi  Hegel  yaratmışdır.  Kont  və  Marks  öz  fəlsəfi 

sistemlərində sosial inkişafın spesifikasına, onun amillərinə

təkamül  və  inqilabi  formalarına  böyük  diqqət  yetirmişlər. 

Onların nəticələrinə əsaslanan müasir 



46 


filosoflar  belə  hesab  edirlər  ki,  sosial  hadisələrin  tədqiqində 

prosessual adlanan yanaşma lazımdır, bəzən onu dialektik və 

ya tarixi də adlandırırlar. Başqa sözlə desək, eəmiyyətə onun 

quruluşu  baxımından  statikada  (sükunətdə)  baxsaq  struktura 

onun  dinamikası,  dəyişməsi  və  inkişafının  təhlili  ilə 

tamamlanacaqdır.  Cəmiyyətin  inkişafının  müasir  prosesual 

təhlili  əsaslı  şəkildə  işlənib  hazırlanmış  anlayışlar  aparatına 

əsaslanır.  Hal-hazırda  sosial  tədqiqatlarda  “proses”, 

“fəaliyyət”,  “dəyişkənlik”,  “inkişaf’,  “tərəqqi”,  “tənəzzül”, 

“inkişaf amili”, “təkamül”, “inqilab” və s. terminlərdən geniş 

istifadə olunur. Bu anlayışların qısa məzmununa nəzər salaq. 



Proses - sosial sistemlərdə, yəni qruplarda, institutlarda, 

bu sistemin digər elementlərində vahid dəyişkənlik seriyasıdır. 

Proseslərin  müxtəlif  növləri  mümkündür;  (daxili)  şəxsiyyət, 

məsələn  insanın  öz  biliyini  artırması,  öz-  özünü 

təkmilləşdirməsi 

prosesi; 

adamların 

qarşılıqlı 

münasibətlərində baş verən proseslər, məsələn, onların razılığa 

gəlmədən  münaqişəyə  qədər  və  əksinə  inkişafı;  sosial  birlik 

daxilində  və  onlar  arasında  olan  dəyişiklik;  bütövlükdə 

cəmiyyət  struktumnu  əhatə  edən  proseslər.  Proseslərin 

inkişafına  digər  yanaşma  da  mövcuddur.  Məsələn,  həm 

konstruktiv,  inteqrasiya,  adamları  birləşdirən,  yaxınlaşdıran 

prosesləri və ya əksinə, dağıdıcı, ayıran, rəqabət və münaqişə 

yaradan prosesləri ayırmaq olar. 

Ən  sadə  proses,  cəmiyyətin  fəaliyyət  göstərməsidir  

bunu  deyərkən  cəmiyyətdə  mövcud  struktur  və  münasibətlər 

çərçivəsində  onun  gündəlik  fəaliyyəti  ilə  bağlı  olan  dönmə, 

qayıtma qabiliyyətli dəyişiklik nəzərdə tutulur. 



Dəyişiklik  deyərkən  cəmiyyət,  və  ya  onun  ayrı-ayrı 

hissələrində və onların xassələrində kəmiyyət xarakteri 



47 


Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə