Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə13/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   148

subyektidir.  Ona  görə  adamlar  subyektdirlər  ki,  onların 

fəaliyyəti  bu  və  ya  digər  obyektə  istiqamətlənmişdir.  Sosial 

fəaliyyətin  ikinci  elementi  fəaliyyətin  obyektləridir.  Yalnız 

şeylər  yox,  həm  də  adamlar  bu  cür  ola  bilərlər  -  həkim, 

müəllim, bəzi digər peşə nümayəndələrinin fəaliyyəti belədir. 

Bununla belə bu səpkidə çox vaxt digər tip obyektlər - şeylər 

çıxış edirlər, onlar öz növbəsində iki qrupa ayrılırlar. Onlardan 

biri  -  alət  və  maddi  istehsal  vasitələri,  digəri  isə  -  mənəvi 

istehsal  alətləridir  -  onların  arasında  kompüter,  qələm,  yazı 

maşınları daha çox əhəmiyyət kəsb edirlər. Başqa sözlə desək, 

fəaliyyət  obyektlərinin  bu  qrupuna  bütün  şeylər  -  onun 

köməyi  ilə  adamlar  ətraf  mühiti  dəyişir,  onu  öz  təlabatlarma 

uyğunlaşdırır - daxildir. 

Daha  bir  obyekt  qmpu  vasitələrdir,  onlar  şeylər  qədər 

insan  fəaliyyəti  üçün  zəruridir,  lakin  onların  şey,  maddi 

xarakterləru  yoxdur.  Fəaliyyətin  bu  obyektləri  o  qədər 

özünəməxsus,  orijinaldır,  şeylərdən  fərqlidir  ki,  sosial 

fəaliyyətin  strukturunu  nəzərdən  keçirərkən  onları  adətən 

xüsusi üçüncü komponent kimi ayırırlar. Bu jestlorin dili, səs 

və yazı nitqi məlumatlardır - onlar müxtəlif kağız və elektron 

daşıyıcılarda, kitablarda, lentlərdə, disketlərdə əks olunur. Bu 



simvollar,  işarələrdir.  Şeylər  kimi  onlar  da  istənilən  insan 

fəaliyyəti  üçün  zəruridir.  Bizim  şüurumuza  təsir  edən 

simvollar  və  işarələr  fordi  fəaliyyətdə  məqsədyönümlüyü 

təmin  edir.  Kollektiv  fəaliyyətdə  isə  onu  razılaşdırır.  Əgər 

fiziki  şeylər  bilavasitə  insanın  ətraf  aləmə  uyğunlaşmasına 

xidmət  edirsə,  simvollar  onun  üçün  bu  məsələnin  həllini 

yüngülləşdirir. 

Sadaladığımız sosial fəaliyyətin üç elementindən əlavə, 

dördüncü,  zəruri  element  də  vardır.  Bu  sosial  fəaliyyətin 

göstərilən əsas amilləri arasındakı əlaqə. 

39 



münasibətlərdir.  Təcrübə  göstərir  ki,  nəzərdən  keçirilən  üç 

elementin - adamlar, şeylər, simvollar - mexaniki yığımı onlar 

arasında əlaqə, qarşılıqlı fəaliyyət olmasa nə sosial fəaliyyəti, 

nə  də  bütölükdə  sosial  həyatı  yaratmırlar.  Məhz  buna  görə 

adamlar,  şeylər,  simvolar  arasındakı  möhkəm,  dəfələrlə 

təkrarlanan  əlaqənin  -  tədrieən  həm  fərdi  fəaliyyət 

səviyyəsində,  həm  də  sosial  qrup  və  bütün  eəmiyyət 

səviyyəsində  yaranan  əlaqənin  ietimai  həyat  üçün  istisna 

əhəmiyyəti vardır. 

Beləliklə  istənilən  insan  fəaliyyətinin  dörd  elementi 

vardır - adamlar, fiziki şeylər, simvollar və onlar arasındakı 

əlaqə.  Onların  təkrar  istehsalının  zəruriliyi  çoxplanlı  ietimai 

sistemin  baza  sistemini  yaradan  ietimai  fəaliyyətin  əsas 

tiplərini yaradır. Sadə sosial fəaliyyətin dörd əsas elementinə 

müvafiq  olaraq  ictimai  fəaliyyətin  dörd  tipi,  sahəsi  ayrılır: 

maddi,  mənəvi,  nizamlayan,  və  ya  idarə  edən,  xidmət 

fəaliyyəti,  bəzən  məhdud  mənada  humanitar  və  ya  sosial 

adlanır.  Bütün  bunlar  istənilən  insan  fəaliyyəti  üçün  zəruri 

şəraiti  təmin  etməklə  eyni  zamanda  bütövlükdə  eəmiyyətin 

həyat fəaliyyətinin ilkin şərtini yaradır. 

Sosial 

həyat 

sahəsinin 

spesifikliyinə 

və 

funksiyalarına da diqqət yetirmək lazımdır. Maddi istehsalın 

özünəməxsusluğu  ondan  ibarətdir  ki,  o  adamların  baza 

təlabatlarını  ödəmək  üçün  zəruri  olan  bəzi  maddi  şeyləri, 

malları yaradır, istənilən fəaliyyət formasında onların fizioloji 

fəallığını  müdafiə  edir.  Burada  əsas  fəaliyyət  subyekti  fiziki 

əməklə  məşğul  olan  adamlardır,  doğrudur  maddi  istehsalla 

həm də əqli əmək işçiləri də məşğuldurlar-son illər onlann payı 

xeyli artmışdır. Bu sahədə əkinçilər, şaxtaçılar, maşınqayırma 

sahəsində çalışanlar. 

40 



fəhlələr  və  mühəndislər,  aqronomlar,  müəssisə  rəhbərləri  də 

məşğul olurlar. 

Cəmiyyət  üçün  bu  sahənin  əhəmiyyətini  hamı  qəbul 

edir.  Bu  sahənin  işçilərinin  zəhməti  ilə  xammal  əldə  olunur, 

maşın  və  mexanizmlər  yaradılır,  həm  şəxsi  ehtiyatların 

ödənilməsi  üçün  zəruri  olanlar,  həm  də  təhsil,  elm,  tibb  və 

idarə  sistemlərinin  maddi  təminatı  həyata  keçirilir.  Məhz  bu 

sahədə adamların gündəlik həyatı üçün zəruri olanlar - mənzil, 

ərzaq,  geyim  və  s.  -  yaradılır.  Lakin  bu  vəziyyət  həm  bu 

sahənin  rolunu  şişirtməyə,  mütləqləşdinnəyə,  həm  də  onu 

insan fəaliyyətinin digər sahələrinə qarşı qoymağa əsas vermir. 

Onun cəmiyyət həyatının digər sahələrindən köklü fərqi insan 

fəaliyyətinin bütün mürəkkəbliyini, müxtəlif keyfıyyətlili- yini 

ona şamil etməyə əsas vermir. D.Bell, C.Qelbreyt, Z.Bjezinski 

və digər müasir tədqiqatçılar inkişaf etmiş ölkələrin malların 

iqtisadiyyatından  xidmətin  iqtisadiyyatına  keçməsini  nəzərə 

alaraq  qeyd  edirlər  ki,  postindistrial  cəmiyyətdə  maddi 

istehsalı rolunun enməsi baş verəcəkdir. 

ictimai  həyatda  mənəvi  istehsal  mühüm  və  artmaqda 

olan  rol  oynayır  -  bu  prosesdə  şeylər,  əşyalar  yox,  ideyalar, 

sürətlər,  elmi  və  bədii  dəyərlər  istehsal  olunur.  Doğrudur  bu 

dəyərlər  istər-istəməz  mənəvi  dəyərlərin  daşıyıcısı  olan 

kitablarda, şəkillərdə, heykəllərdə və ya məlumatların müasir 

elektom daşıyıcılarında, fiziki şeylərdə maddiləşir. Ancaq bu 

predmetlərdə  ən  əsası  onların  mənəvi  tərəfi  yox,  onların 

məzmunlarıdır,  onlarda  olan  ideyalar,  surətlər,  hisslərdir. 

Mənəvi  fəaliyyət  prosesində  insan  ətraf  aləmi,  onun 

rəngarəngliyini və mahiyyətini dərk edir: dəyər şüuru sistemi 

yaradır, onun üçün bu və ya digər təbii və ictimai hadisələrin 

əhə 


41 


Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə