Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə16/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   148

kəsb edən daxili yenidən yaranmanın başlanğıc mərhələsi başa 

düşülür. 



İnkişaf - tez-tez baş verən dəyişiklik hadisəsidir, tədrici 

kəmiyyət  dəyişikliyi  dərin,  geridönməz  keyfiyyət  sıçrayışına 

gətirib çıxarır, strukturun elementlərində və onların arasındakı 

münasibətin zənginləşməsində və ayrılmasında təzahür edir. 



Tərəqqi - inkişaf prosesinin rəngarəngliyindən biridir. O 

sistemin mövcudluğunun dəyişkən şəraiti və sistemli quruluşun 

mürəkkəbləşməsi prosesi ilə bağlı sistemin həyat qabiliyyəti və 

uyğunlaşmasının  yüksələn  səviyyəsində  təzahür  edir. 

Tərəqqiyə  əks  olan  tənəzzüldür  -  sistemin  özünü  inkişaf 

etdirməsinin  və  ətraf  mühitin  şəraitini  mənimsəməsi 

imkanlarının daralması, sistemin sadələşməsi və dağılmasıdır. 

Cəmiyyətə  dəyişmə  və  inkişaf  baxımından  yanaşma 

aşağıdakı  əsas  problemləri  yaradır:  cəmiyyətdə  baş  verən 

dəyişikliyin  istiqaməti;  inkişafın  mənbəyi  və  ya  amilləri; 

istənilən  inkişafın  baş  verdiyi  formalar  göstərilən 

problemlərdən  birincini  nəzərdən  keçirərkən  nəzərə  almaq 

lazımdır  ki,  təbiətdə  və  cəmiyyətdə  mövcud  olan  daimi, 

istiqamətləndirici  dəyişikliyi  heç  də  bütün  filosoflar  qəbul 

etmirlər. İnkişafın sadədən mürəkkəbə, ibtidaidən aliyə doğru 

getməsini  yalnız  determinist  -  filosoflar  (Spinoza,  Hegel, 

Marks)  qəbul  edirlər.  Digərləri,  indeterministlər  və  ya 

volyuntaristlər 

(Şopenhauer,  Nitşe  və  b.)  inkişafın 

istiqamətləndiyini  inkar  edirlər,  insan  psixikasmdakı  kor, 

şüursuz başlanğıcın rolunu mütləqləşdirilər və sosial inkişafın 

qabaqcadan  bilinməyən,  qaydasız  xarakterini  onunla 

bağlayırlar. Yalnız tarixi inkişafın istiqamətliliyi deyil, həm də 

onun  üstün  mütərəqqi  xarakterini  qəbul  edən  detemıinist 

variant da vardır - onlar optimist 



48 


gümanlara əsaslanırlar,  qeyd  edirlər ki,  ictimai  inkişafın  yeni 

səviyyəsi  lazım  gələndə  daha  yetkin  olur;  başqa  sözlə  desək, 

inkişaf sosial həyatın daim yaxşılaşmasına aparır. 

Tərəqqi  problemi  ətrafında  çoxsaylı  diskussiyalar 

aparılmış və bu gün də aparılmaqdadır. Filosofların müəyyən 

hissəsi həyatın iqtisadi, siyasi, elmi sahələrində tərəqqini qəbul 

edirlər,  lakin  mənəviyyat,  əxlaq  sahələrində  olan  tədrici 

inkişafa  ehtiyyatla  yanaşırlar  -  yalnız  dünya  müharibələri, 

inqilablar,  digər  sosial  sarsıntılar  dövründə  əxlaqi  tənəzzül 

müşahidə  olunmur,  həm  də  əxlaqi  təkmilləşmənin  dəqiq 

meyarının  olmaması  da  bu  cür  yanaşmaya  əsas  olmuşdur. 

Bununla 


belə 

cəmiyyətdə 

baş 

verən 


dəyişikliyin 

istiqamətliyinin,  qanunauyğunluğunun  və  mütərəqqiliyinin 

qəbul  olunmasından  asılı  olmayaraq  cəmiyyətdə  və  insanlar 

arasındakı  münasibətdə  daim  yenilik  yaradan  bu  dəyişiklik 

faktının  özü  əksər  filosoflar  tərəfindən  qəbul  olunur,  belə  ki, 

adamların  mənəvi  həyatının  zənginləşməsini,  elmi  biliklərin 

inkişafını,  texniki  tərəqqini,  müxtəlif  insan  təla-  batlarmm 

təmin olunması imkanlarının artmasını inkar etmək çətindir. 

Cəmiyyətdə  baş  verən  dəyişikliyin  mənbəyi,  amilləri 

və ya səbəbləri haqqında məsələlər də olduqca vacibdir. 

Bu 


səbəblərdən 

biri 


cəmiyyətin 

fəaliyyət 

göstərməsinin  gündəlik  prosesi  ilə,  adamların  yeməyə, 

geyimə,  mənzilə  və  s.  olan  təlabatlarmı  ödəmək  üçün 

göstərdikləri  fəaliyyətlə  bağlıdır.  Doğrudur  bu  gündəlik 

fəaliyyət  zahirən  eyni  cür,  yeknəsək  görünür,  bununla  belə 

onun  gedişində  adamların  vərdiş  və  bacarıqları  tədricən 

təkmilləşir,  onların  fəaliyyət  növləri  daha  da  rəngarəng  olur. 

Cəmiyyətin, sosial qrupların tərkibləri dəyişir. 

49 



Onilliklər və  yüzilliklər ilə ölçülən bu təbii və uzun prosesin 

gedişində  adamlar  yaşa  görə  dəyişir,  doğulur  və  ölürlər, 

nəsillər  bir  -  birini  əvəz  edir,  cəmiyyətin  strukturunda  və 

quruluşunda kifayət qədər dərin dəyişiklər baş verir. 

Gündəlik  fəaliyyət  prosesindən  başqa  ictimai  həyatda 

cəmiyyət  həyatının  əsasına  toxunan  daha  ciddi,  köklü 

dəyişiklik aşkar olunur. Onlar güclü reformasiya və inqilabi 

hərəkatın təsiri altında baş verir. 

Sosial 


fəlsəfədə 

cəmiyyətdə 

olan 

keyfiyyət 



dəyişikliyinin  səbəbləri  haqqında  müxtəlif  fikirlər  söylənilir. 

Bəziləri onu ictimai həyatın təbii əsaslarında olan dəyişikliklə, 

iqlim,  bioloji  və  hətta  kosmik  amillərlə  bağlayırlar 

(Monteskyö, Vemadski, Qumilyev, Çijevski). Qumilyevə görə, 

“canlı  maddələrin  enerjisi  bizim,  bizim  nəslin  bədəninə 

keçmiş,  gələcək  nəslə  də  keçəcəkdir:  rəngarəng  entogenezə 

təkan verəcəkdir. 

Digərləri bu səbəbləri  iqtisadiyyatda, əmək alətlərində, 

istehsalın təşkili metodlarmdakı dəyişiklikdə axtarırlar (Marks, 

Roston). Amerikalı sosioloq Roston bəşəriyyətin beş yüksəliş 

mərhələsinin  bir-birini  əvəz  etməsinin  bilavasitə  mənbələrini 

sənayenin,  texnikanın,  bütövlükdə  təsərrüfatın  inkişaf 

səviyyələri ilə bağlamışlar. 

Nəhayət,  üçüncülər  sosial  dinamikanın  mənbəyini 

mənəvi  sahədə,  cəmiyyətin  mədəni  həyatındakı  dəyişiklikdə 

görürdülər (Hegel, Kont, Sorokiz). Kant belə hesab edirdi ki, 

“ideyalar dünyanı idarə edir, dəyişir və ya başqa sözlə desək... 

bütün sosial mexanizm həqiqətən də əqidəyə, inama əsaslanır.” 

Doğrudan  da  bu  amillərdən  hər  biri  gömnür,  ictimai 

həyatın inkişafına müəyyən təsir göstərir, lakin onların sosial 

rolu spesifıkdir, müxtəlif dəyərlidir. Həm də təbii. 

50 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə