Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə18/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   148

çərçivəsində  baş  verir  və  ona  görə  də  hakimiyyət  tərəfindən 

represiya  və  zorakılıqla  üzləşmir.  Bu  cür  hərəkat  dəyişikliyə 

nail  olmağa  çalışır  -  məsələn,  mövcud  qanunvericiliyin 

yaxşılaşdırılması  vasitəsi  ilə,  dövlət  büdcəsinin  nəzərdən 

keçirilməsi və s. Bu həmkarlar, maarifçi, ekoloji, milli və digər 

hərəkatlardır.  Ancaq  öz  dinc,  leqal  xarakterinə  baxmayaraq 

reformist  hərəkat  tədricən  dərin  ictimai  dəyişikliyə  gətirib 

çıxara bilər. 



İnqilabi  hərəkat  öz  başlanğıcında  reformist  hərəkata 

oxşaya  bilər.  Ancaq  inkişaf  etdikcə  onda  fərqlər  yaranır; 

narahatlıq  və  gərginlik  yaşayan  geniş  kütləni,  bütöv  ictimai 

sinifləri əhatə  edir, özünü qoruma və maddi təminatın köklü, 

əsaslı təlabatma toxunur, güclü motivlər yaradır. Bu hərəkatın 

iştirakçıları  çox  vaxt  hakimiyyət  tərəfindən  represiyalara  və 

təqiblərə  məruz  qalırlar.  Bununla  belə  onların  əsas 

fərqləri-məqsəd  və  metodların-  dadır.  Onların  məqsədi  dinc 

islahatlar  deyil,  güc  tətbiq  etməklə  mövcud  ictimai-siyasi 

quruluşu devirməkdir. Yeni  siyasi  hakimiyyətin əsası  olmağa 

qadir  olan  geniş  miqyaslı,  kütləvi  xüsusi  təşkilatların  olması 

zərurəti  buradan  irəli  gəlir.  İnqilabi  hərəkat  qalib  gəldikdən 

sonra  yeni  qaydalar  həyata  keçirir,  cəmiyyətin  quruluşunu 

kökündən dəyişir, sinfi strukturda irəliləyişə nail olur, ictimai 

institutların  tərkibini  dəyişir,  dəyərlər,  adətlər,  davranış 

nümunələrdə dəyişiklik edir. Bütöv siniflərin, xalqalarm iştirak 

etdiyi  inqilablar  cəmiyyətdə  daha  böyük  dəyişiklik  edir  - 

1789-cu il Fransa, 1917-ci il Rusiya, 1949-cu il Çin inqilabları. 

XX  əsrin  ortalarında,  xüsusən  İkinci  dünya  müharibəsindən 

sonra Asiya, Afrika və Latın Amerikasının bir sıra ölkələrində 

baş verən inqilablar nəticəsində daha böyük ictimai dəyişiklik 

olmuşdur.  Sosial  inqilab  vaxtı  keçmiş  qaydalara,  totalitar 

rejimə qarşı 

54 



istiqamətlənəndə  o  nəinki  özünü  doğruldur,  həm  də  çox 

zəruridir. Ancaq cəmiyyətin inkişafının yalnız inqilabla bağlı 

olduğunu  düşünmək  yanlış  fikirdir.  Ancaq  nəzərə  almamaq 

olmaz ki, tarixi təcrübəyə əsasən inqilablar istənilən dağıdıcı 

ictimai  münaqişə  kimi  həmişə  baha  başa  gəlir.  Onlar  adətən 

günahsız  insanların  əzabları  və  ölümü  ilə  müqayisə  olunur. 

Təcrübə göstərir ki, pis düşünülmüş və tələsik həyata keçirilən 

islahatların da ağır nəticələri olur. Bununla belə müasir inkişaf 

etmiş  ölkələrin  bütün  iqtisadi  və  mədəni  nailiyyətləri  sosial 

inqilabdan  daha  çox  sosial  demokratik  islahatlar  hesabına 

olmuşdur. Təcrübə daha çox inandırır ki, təbiətdə olduğu kimi 

sosial  prosesdə  də  üstünlük  inqilabi  yox,  inkişafın  təkamül 

üsülundadır.  Beləliklə,  öz-özünə  inkişaf  edən  sistem  kimi 

cəmiyyətin sosial-fəlsəfi təhlili onun həm statikasını, həm də 

dinamikasını nəzərdən keçirməyi tələb edir və ya başqa sözlə 

desək,  cəmiyyəti  təşkil  edən  qrupların,  təşkilatların, 

institutların və cəmiyyətdə geden fasiləsiz təkamül və inqilabi 

dəyişiklik və inkişaf proseslerini özündə birləşdirir. 



§3. Cəmiyyət və bəşəriyyət, millət və ailə 

Cəmiyyət  müəyyən  xalqlar  çoxluğunun  vahid-bütöv 

sistemidir.  Cəmiyyət  müxtəlif  səviyyəli  birliklə  bağlı  olan 

adamalrdan  ibarət  hansısa  tamdır,  bu  da  onları  birgəlik 

adlandırmağa  imkan  verir,  bu  isə  adamların  kifayət  qədər 

yüksək  inkişaf  səviyyəsində  mümkündür.  Qeyd  etmək 

lazımdır ki, “cəmiyyət” sözünün kökü ”cəm”dir, bu da məhz 

təklərin,  hansısa  təkcələrin  birləşməsini  ifadə  edir. 

Cəmiyyətdən əvvəl “sürü” olmuşdur, bu adamların birliyinin 

ibtidai  forması  üçün  xarakterikdir.  Birliyin  bu  forması  lap 

qədim dövrlərə, əcdadlarımızın sürü halında 

55 



yaşadığı  dövrə  gedir.  ’’Sürü”  sözü  heyvanlara  şamil  edilir  - 

onların əksəriyyəti sürü halında yaşayırlar - sonradan “birlik” 

sözü,  birgə  yaşayış  tərzinə  şamil  edilərək  işlənmişdir. 

Hal-hazırda  “birlik”  həm  də  insan  birliklərinə-  müxtəlif 

böyüklükdə  olan  insanların  birgə  yaşayışına  şamil  edilir. 

Məsələn biz elmi birliklər, jurnalistlər birliyi ifadəsini işlədirik. 

Adi  şüurda  eəmiyyət  anlayışı  çox  vaxt  hansısa  sayda  olan 

adamların  müəyyən  məqsədlər  üçün  birləşməsi  mənasında 

işlədilir: idman cəmiyyəti, rəssamlar cəmiyyəti və s. Ancaq bu 

cəmiyyətlər və ya birliklər bütöv dövləti yaradan çoxluq kimi 

cəmiyyətin  bir  hissəsidir.  Bu  anlayışı  və  onun  əks  etdirdiyi 

reallığı məhz bu mənada nəzərdən keçirəcəyik. S.Frank yazırdı 

ki,  “sosial  fəlsəfənin  problemi  cəmiyyətin  nə  olması,  onun 

insan həyatındakı əhəmiyyəti, onun həqiqi varlığı, onun bizim 

qarşımızda qoyduğu öhdəliklər məsələsidir”. 

İnsan  cəmiyyəti-canlı  sistemin  inkişafının  adi 

mərhələsidir,  onun  əsas  elementləri  -  adamlar,  onların 

birgə  fəaliyyətlərinin  formaları,  ilk  növbədə  əmək,  əmək 

məhsulları,  mülkiyyətin  müxtəlif  formaları  və  onun 

uğrunda əsrlər boyu gedən mübarizə, müxtəlif institutların 

məcmusu,  ruhun,  mənəvi  aləmin  zərif  sahələridir. 

Cəmiyyətə  həm  də  öz-özünü  təşkil  edən  davranış  sistemi, 

adamların bir-biri ilə və təbiətlə qarşılıqlı münasibəti kimi də 

baxmaq olar; axı cəmiyyət əvvəlcədən bütün kosmosla yox, bu 

və  ya  digər  konkret  cəmiyyətin  yerləşdiyi  ərazi  ilə  bilavasitə 

qarşılıqlı münasibət kontekstinə daxil olmuşdur. Biz bütövlükə 

insan  cəmiyyəti  haqqında  danışanda  bütün  adamları  özündə 

birləşdirən  birliyi  nəzərdə  tuturuq.  Bunsuz  cəmiyyət  yalnız 

müəyyən  sayda,  ayrı-ayrı  yaşayan,  maraqları,  məqsədləri, 

fəaliyyətləri, əmək fəallıqları, ənənələri. 



56 


Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə