"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti



Yüklə 57,63 Kb.
tarix29.03.2022
ölçüsü57,63 Kb.
#84825
Həbib-3


“Azərbaycan Hava Yolları”

Qapalı Səhmdar Cəmiyyəti

Milli AviasiyaAkademiyası

Sərbəstiş № 3

İxtisas :Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi

Qrup : 1138a.

Fənn :Menecment və marketinqin əsasları

Mövzu: Əməyin məhsuldarlığının idarə edilməsi

Müəllim :Ramazanova Sevil

Tələbə :Yusifov Həbib

Bakı 2022

İdarəetmə ictimai iqtisadi münasibətlərin konkret məqsədəuyğun təşkil edilməsidir, bütöv tam bir sistemin ayrı-ayrı hissələri, ünsürləri arasındakı əlaqəni təmin edən yeni prosesdir. İdarəetmə əvvəlcədən nəzərdə tutulan və dərk edilmiş məqsədə nail olmaq, nəticələr əldə etmək üçün hər hansı konkret obyektə məqsədəuyğun təsir etmə vasitəsidir. İdarəetmə bütün obyektiv qanunlar sisteminin tələblərinin habelə müasir cəmiyyətə xas olan ictimai, kollektiv və şəxsi mənafelərin həyata keçirilməsi mexanizmidir. İdarəetmədə ən başlıca məqsəd və vəzifə cəmiyyətin obyektiv imkanlarından istifadə olunmasını təmin etməkdir. İdarəetmə əslində cəmiyyətin potensialından istifadə etmənin mühüm amilidir. İdarəetmə həm də zəhmətkeşlərin əmək fəaliyyətinin təşkil edilməsi və səfərbərliyə alınmasının başlıca formasıdır. Cəmiyyət özü də mürəkkəb bir sistemdir. İqtisadi, sosial, mənəvi inkişafın əlaqələndirilməsi, ayrı-ayrı adamların, kollektivlərin fəaliyyətinin istiqamətləndirilməsi, cəmiyyətdə baş verən bir çox sosial iqtisadi münasibətlərin qaydaya salınması müəyyən problemlərin həlli ilə əlaqədardır. Bütün bunlar və digər məsələlər idarəetmə elmindən istifadə olunmasına, onun öyrənilməsinə olan tələbatı əhəmiyyətli dərəcədə artırır. Ona görə bəzən XX əsr elmi-texniki tərəqqi əsri olsa da, bəzən idarəetmə əsri adlandırılır. Lakin müasir texnika mürəkkəb texniki sistemlər, qurğular, axın xətləri, müasir ETT-də təşkil olunmasına və idarə edilməyə möhtacdır. İdarəetmə elmi bütün cəmiyyətlər üçün təxminən eyni olan bir sıra əlamətlərə malikdir. Çünki idarəetmə prosesi hansı cəmiyyət olursa olsun müəyyən sistemlərin, o cümlədən iqtisadi, sosial, texniki sistemlərin, habelə idarəedən və idarə olunan yarım sistemlərin, idarəedici parametrlərin, müəyyən informasiyaların toplanmasını, işlənməsini, idarə edən və idarə olunan sistemlərdə əks əlaqələrin mövcudluğunu və s. nəzərdə tutur. Bununla belə, idarəetmənin sosial məzmunu ayrı-ayrı ictimai- iqtisadi formalarda müxtəlif olmuşdur. Müasir dövrdə idarəetmə elminə olan tələbat obyektiv olaraq artmışdır. Bu əsasən aşağıdakılarla əlaqədardır:

1. Xalq təsərrüfatının ümumi miqyasının çoxalması, onun strukturunun mürəkkəbləşməsi, dərinləşməsi, sahə və sahələrarası əlaqələrin mürəkkəbləşməsi;

2. Təşkilati, iqtisadi, sosial əlaqələrin inteqrasiya olunması, birbirinə nüfuz etməsi;

3. Müasir ETT-nin nailiyyətlərindən daha səmərəli istifadə olunması və onun özünün yüksək səviyyədə idarə edilməsi zərurəti;

4. Xalq təsərrüfatının hərtərəfli intensivləşdirilməsi və istehsalın səmərəliliyinin yüksəldilməsi;

5. Kompleks sosial-iqtisadi problemlərin həlli ilə.

İdarəetmə çoxcəhətli bir prosesi əhatə edir. O, cəmiyyətin bütün fəaliyyət dairəsi ilə əlaqədardır. Çünki hər bir idarəetmə mərhələsi nəticə etibarı ilə insanların fəaliyyətinin nizamlanması, qayday salınması, kiçik və böyük komplekslərin idarə olunması, bu isə istehsal, əmək kooperasiyasının həyata keçirilməsi, habelə canlı əməklə istehsal vasitələrinin müəyyən qaydada əlaqələndirilməsi ilə bağlıdır. İdarəetmənin konkret obyektləri aşağıdakılardan ibarətdir: 1) ayrı-ayrı kollektivlər, müəssisələr, təşkilatlar, kompleks xalq təsərrüfatı sahəsi; 2) bütövlükdə xalq təsərrüfatı və cəmiyyət; 3) cəmiyyətdə baş verən iqtisadi və siyasi, sosial, hüquqi və ideoloji proseslər. İdarəetmənin üç əsas növü vardır: a) cansız təbiətin idarə edilməsi. Məsələn, maşınların, avadanlıqların, texnoloji, ETT-nin idarə edilməsi; b) canlı təbiətin, orqanizmin idarə edilməsi, məsələn, fizioloji, biokimyəvi və biofiziki idarəetmə; c) şüurlu, sosial idarəetmə-cəmiyyətin idarə edilməsi. Hər bir idarəetmə öz növbəsində müxtəlif sahələrə ayrılır. Məsələn, sosial idarəetmə özünə aşağıdakıları daxil edir: cəmiyyətin idarə edilməsi, dövlət idarəetmə sistemi, ictimai təşkilatların idarə edilməsi, heyətin idarə edilməsi və s. Bütün sosial idarəetmə sistemini üç iri sahəyə bölmək olar: 1. siyasi idarəetmə; 2. iqtisadi idarəetmə; 3. dövlət idarəçiliyi. Cəmiyyətin həyatını maddi nemətlər istehsalı təşkil edir. Ona görə də bilavasitə maddi nemətlər istehsalı, onun idarə edilməsi, habelə idarəetmənin bütün səviyyə və sistemlərdə subyekti olan işçilərin, daha konkret desək heyətin idarə edilməsi ən vacib məsələlərdən biridir. İdarəetmə münasibətlərinin təhlili idarəetmənin bir sıra metodoloji məsələlərini işləyib hazırlamadan mümkün deyildir. Metod dərk etmə yolu və tədqiqat vasitəsidir, obyekti dərk etmək üçün ayrı-ayrı insanların, kollektivlərin praktiki və nəzəri fəaliyyət bacarığı, hərəkət tərzidir. Metodun əsasını elmi nəzəriyyə təşkil edir. Elmi nəzəriyyə olmadan seçilmiş hər hansı bir metod lazımi səmərə verə bilməz. Müəyyən metodlar sisteminə əsaslanmadan idarəetmə münasibətləri, habelə müəssisə və cəmiyyətdə baş verən sosial-iqtisadi proseslər haqqında dəqiq, elmi fikir yürütmək olmaz. İdarəetmə sahəsində istifadə olunan metodları 2 yerə ayırmaq olar:

1. Ümumi metodlar

2. Xüsusi metodlar



Ümumi metodlar universal metodlar və ya kompleks metodlar adlanır. Ümumi metodlara aşağıdakılar aid edilir: kompleks (sistem) halında yanaşma metodu, xalq təsərrüfatının sahələrarası mövqeyindən yanaşma metodu, optimallaşdırma metodu, müşahidə metodu, təhlil metodu, tarixi yanaşma metodu, deduksiya metodu, induksiya metodu, mücərrəd təkəkkür metodu.
Yüklə 57,63 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə