Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə20/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   148

təlabatlarmı  ödəyə,  öz  məqsədlərinə  tam  cəfa  bilməz.  Bütün 

bunlar  hamı  üçün  yaxşı  olmağın  zəmri  şərtidir.  Axı  hər  bir 

adamın həyatı ictimai birliklə bağlıdır, deməli tam adamların 

qarşılıqlı münasibətidir, elə bir əsasdır ki, bütün vətəndaşların 

azadlığı onun üzərində qurulur, onların təbii bacarıqları inkişaf 

edir.  Adamların  birliyində  bütün  irrasional,  qanunauyğun  və 

təsadüfü olanlar təzahür edir. Hegelə görə, vətəndaş cəmiyyəti 

- onun üzvlərinin birliyin sərbəst subyekti kimi öz təlabatları və 

təhlükəsizliklərini  və  mülkiyyətlərini  qorumaq  üçün  hüquqi 

quruluş  əsasında  birləşmələridir.  Vətəndaş  cəmiyyətinin  əsas 

prinsipi  bu  cəmiyyətin  tam  hüquq  və  ləyaqətinin  təmin 

olunmasıdır.  Bütöv  maraqlarla  şərtlənən  fərdi  məqsəd  və 

maraqlar sistemin  hərtərəfli asıhlğmı  yaradır, belə ki,  hər bir 

adamın  həyatı,  onun  hüquqları  yaşamaqları  ilə  sıx  bağlıdır, 

onun  yaxşı  yaşamaq  hüququ  vardır.  Fərdlərin  bu  sistemi 

vətəndaş  cəmiyyətidir.  Vətəndaş  cəmiyyəti  qismən  inkişaf 

etdikdən  sonra  adamlar  (müəyyən  ölçüdə)  öz  təbii 

azadlıqlarından  imtina  etdilər  və  vətəndaş  dövlətin 

hakimiyyətinə  tabe  oldular.  Bu  onlara  düzgün  və  dəyərli 

üstünlük verdi-onlar yalnız vətəndaş başlanğıem yaranmasına 

ümid  etməyə  başladılar.  Məhz  buna  görə  onlar  dövlətə 

eəmiyyətin bütün üzvlərinin gücünü verdilər, bu da qanunların 

yerinə yetirilməsini təmin etməyə imkan verir. Bu düzgün və 

dəyərli  üstünlük  -  bunun  üçün  adamlar  birləşmişlər  -  başqa 

adamlar  tərəfindən  ola  biləcək  ziyandan  qarşılıqlı  qorunma, 

onların  zorakılığına  müqavimət,  cinayətkarlığa  görə 

cəzalandırmaqdır. 

Cəmiyyətin  sosial  strukturu  haqqında  da  qısa 

məlumat  vermək  lazımdır.  Cəmiyyətdə  öz  mövqeyinə, 

maraqlarına  və  cəhdlərinə  görə  müxtəlif  sosial  siniflər  var. 

Onlann mənşəyi ilə bağlı müxtəlif fikirlər söylənilmişdir. 

60 



Bəziləri  onların  mənbəyini  ya  mənəvi  keyfiyyətlərdə, 

adamların  psixoloji  xüsusiyyətlərində,  ya  da  onların  dini 

baxışlarında, dünyagörüşlərində (Feyerbax demişkən saraydan 

fərqli  olaraq  adamlar  mağaralarda  başqa  cür  düşünürlər) 

digərləri  bunu  yaxşı  yaşamaqda  (yerindən  asılı  olmayaraq 

adamlara maddi istehsal sistemində) görürdülər. Hegelə görə, 

siniflər  var-dövlətin,  gəlirin  qeyri-  bərabər  bölünməsindən 

yaranır, əməyin xarakterindən doğur: əkinçiliklə məşğul olan 

kəndlilər  fabrik  və  zavodlarda,  tikintidə  çalışan  fəhlələr, 

məmurlar sinfini təşkil edən xidmətçilər, əqli əməklə məşğul 

olan  adamlar-  alimlər,  rəssamlar,  incəsənət  xadimləri.  Çox 

təəssüf  ki,  uzun  illər  bu  adamlar  “təbəqə”  kimi  qəbul 

olunmuşdur. Əslində ziyalılar əqli əməklə məşğul olan ictimai 

sinifdir. Son vaxtlar müasir sosial fəlsəfi ədəbiyyatlarda “orta 

sinif’  ifadəsi  işlənməyə  başlamışdır.  Cəmiyyətin  sosial 

strukturu  tarixən  yaranmış,  nizamlı,  bütöv  kimi 

cəmiyyətin  müxtəlif  elementləri  arasındakı  əlaqə  və 

münasibətlərin - ayrı-ayrı fərdlər və insanların tarixi birlik 

formaları  (qəbilə,  tayfa,  xalq,  millət,  ailə)  siniflər,  sosial 

qruplar - nisbətən möhkəm sistemidir. 

Cəmiyyətin  sosial  strukturunu  anlamaq  üçün  əsas 

əhəmiyyət  kəsb  edən  anlayışlar  istehsal  üsulu,  əmək 

bölgüsünün  iqtisadi  sahəsi  anlayışlarıdır.  Dünyaya  gələn 

ardıcıl  olaraq  mürəkkəbləşən  təhsil  və  tərbiyə  mərhələləri 

keçən  cəmiyyət  üzvləri  öz  intellektual,  əxlaqi  və  digər 

göstəriciləri  ilə  oxşar  deyillər,  ən  əsası  isə  öz  meylləri, 

maraqları,  xarakterləri,  həyatı  və  məişət  imkanları  ilə 

fərqlənirlər. Hər bir gənc vətəndaş qanunauyğun və ya təsadüf 

nəticəsində  müəyyən  ictimai  qrupa  düşür.  İqtisadi  baxımdan 

ağıllı qurulan və mənən inkişaf etmiş cəmiyyətdə S.Simonun 

dediyi “Hər kəsə bacarığına, hər kəsə 



61 


işinə görə” prinsip həyata keçirilməlidir. Təəssüf ki, bu prinsip 

yalnız  ideal  cəmiyyətdə  reallaşa  bilər.  Ən  ağıllı  cəmiyyətdə, 

belə bərabərlik yalnız qanun qarşısında ola bilər, yerdə qalanlar 

da qarşısında bərabərsizlik vardır; adamlar doğulandan əql və 

xarakterlərinə  görə  bərabər  deyillər.  Onlardan  biri  bir  cür 

fəaliyyətə,  digərləri  başqa  fəaliyyətə  olurlar.  Cəmiyyətə  - 

bütövün marağı üçün - bütün fəaliyyət növləri həm bütövlükdə 

cəmiyyət,  həm  də  ayrı-ayrı  adamlar  üçün  lazımdır.  Siniflər, 

sosial qruplar arasındakı sərhədlər nisbidir, dəyişkəndir. Bu o 

deməkdir ki, bu və ya digər sinfin, bu və ya digər sosial qrupun 

hər bir nümayəndəsi üçün ictimai miqrasiyanın real imkanları 

mövcuddur. 



Vahid - tam sosial planetar sistem kimi bəşəriyyəti də 

nəzərdən  keçirmək  məqsədəuyğundur.  Heç  bir  cəmiyyət 

qürurlu  şəkildə  tək  real  mövcud  ola  bilməz.  Bu  və  ya  digər 

cəmiyyət nə qədər cox inkişaf edirsə digər cəmiyyətlərlə də bir 

o qədər çox mümkün olan əlaqəyə girir, daha mürəkkəb əlaqə 

və  münasibətlər  qurur.  Bu  artıq  ibtidai  icma  quruluşunda 

olmuşdur. O vaxtdan birlik və cəmiyyətlərin qarşılıqlı əlaqəsi 

güclənir  və  mürəkkəbləşir.  Adamlar  həm  özlərinin  bioloji 

təbiətləri, həm əvvəlcədən daxil olduqları Kainat qanunlarına, 

həm  də  ictimai  mahiyyətlərinə  görə  vahid  “planetar  ailənin” 

üzvləridirlər.  Bizim  hər  birimiz  bu  və  ya  digər  dövlətin 

vətəndaşı  kimi  eyni  vaxtda  həm  də  sözün  geniş  mənasında 

bütün  bəşəriyyətin  vətandaşlarıyıq.  Axı  müəyyən  mənada  o 

dünya  birliyində  baş  verənlərə  görə  mənəvi  məsuliyyəti  öz 

çiyinlərində daşıyır. Bu və ya digər adamın mənəvi həyatı nə 

qədər zəngin olsa da, onun əqli nə qədər yüksək inkişaf etsə də 

o  bəşəriyyətin  mənəvi  dəyərlərini  mənimsəməsə,  başqa 

xalqların və tarixin xəzinəsindən bəhrələnməsə 



62 


Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə