Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə22/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   148

demişdir. Taqorun əsərlərində başqa xalqlardan götürülmüş, öz 

xalqının tarixinə uyğunlaşdırılmış çox şeylər var. Qədim hind 

eposları olan Mahabharata və Ramayana indoneziyalılarm etik 

və  estetik  zövqlərinə  böyük  təsir  göstərmişdir.  Məşhur  Tac 

Mahalın tikintisində iştirak edən İsfahan və Səmərqənd ustaları 

sonradan  Teymurun  paytaxtı  Səmərqəndi  şöhrətləndimıişlər. 

İranlı  xalçaçıların  əl  işləri  bütün  dünyaya  yayılmışdır. 

Meksikadakı  katolik  kilsəsini  Kordovadan  olan  sənətkarlar 

tikmişlər  -  vaxtilə  İspaniyanın  cənubu  mavrlarm  hakimiyyəti 

altında  olmuşdur,  bu  da  onların  mədəniyyətində  öz  izini 

qoymuşdur. Hətta dinlər - xiristianlıq və islam - belə qarşılıqlı 

təsirdən qaça bilməmişlər: min illər ərzində ən böyük xiristian 

məbədi  Konstantinopolda  olan  Sofiya  kilsəsi  olmuşdur. 

Konstantinopolu  işğal  edən  Sultan  ikinci  Mehmet  göstəriş 

vermişdir  ki,  onu  məscidə  çevirsinlər.  Binaya  iki  minarə 

quraşdırıldı,  örtüyü  dəyişdirildi;  sonra  burada  -  şəhər  artıq 

İstanbul  adlandı  -  Göy  məscid  tikildi  və  o  Sofiya  kilsəsinin 

arxitektur incəliyini mənimsədi. Bu mədəniyyətlərin qarşılıqlı 

sürətdə  bir-birini  zənginləşdirməsinin  nümunəsidir.  Böyük 

incəsənət məhz ona görə böyükdür ki, o yalnız milli deyil, həm 

də dini sərhədləri dəf edə bilir. 

Çoxşaxəli  olan  bəşəriyyət  həm  də  bütövdür  -  o  lap 

çoxdan,  XXI  əsrdən  xeyli  əvvəl  belə  olmuşdur.  Sivilizasiya 

təhlükə  ilə  üzləşəndə  biz  onun  köklərinin  necə  sıx  bir-birinə 

bağlı  olduğunu  hiss  etdik.  Bəşəriyyət  dinc,  işgüzar,  xeyirxah 

dialoqa  maraqlıdır,  o  müharibələrə  son  qoyulmasını,  elmi- 

texniki və mədəni tərəqqini, təbiətə yaxşı münasibəti, həyatının 

normal olmasını istəyir. Bizim planetdə bütün xalqlara yer var, 

biz  sülh,  əmin-amanlıq  şəraitində  yaşamağa,  vəziyyətimizi 

yaxşılaşdırmağa  can  atmalıyıq.  Xalqların  və  millətlərin 

birləşməsinə, onların 

66 



qırılmaz  əlaqələrinin  yaranmasına  kömək  edən  hər  şey 

bəşəriyyət  üçün  edilən  xeyixahlıqdır.  Biz  hamımız  Kainatın 

övladlarıyıq, hamımız sosial varlıq dalğasında bir gəmidə - Yer 

adlı səmtə üzürük. 



Millət  ideyasını,  millətin  mahiyyətinə  xüsusi  yer 

ayırmaq  məqsədə  uyğundur.  Millət  -  tarixən  formalaşan 



insanların birlik formasıdır, adətən ərazi və iqtsiadi həyat 

dil  və  mənəvi  xüsusiyyət,  ümumiliyinə,  hansısa  səviyyədə 

bioloji  özünəməxsusluğa,  eyni  zamanda  xarakter, 

temperament  və  adətlərin  özünəməxsusluğuna  malikdir. 

Bütün  insanlar  mədəniyyətin  özünəməxsusluğunda  təzahür 

edir.  Dil  birliyi  bu  dildə  danışanları  bağlayır,  onların  eyni 

qəlbli,  eyni  fikirli  olmasını  təmin  edir,  bu  da  millətin  bütün 

nümayəndələri  bir-birini  yaxşı  başa  düşürlər,  bu  da  insanın 

daxili dünyasını yaxınlaşdırır, bunun əsasında da millətin real 

əlaqə və vəhdəti yaranır. Məsələ ondadır ki, dil şüurla xüsusi 

münasibətdədir,  yalnız  ünsiyyət  vasitəsi  olmayıb,  həm  də 

idrak, dərketmə vasitəsidir; dil millətin ruhu, qəlbidir. Dil bir 

növ  “ənənə  arabasıdır”,  hissləri,  simvolları,  emosional 

assosasiyaları, milləri qoruyur və onları nəsildən-nəslə ötürür. 

Dil  xarakterin  özünəməxsusluğunun  ən  dərin  və  əsas 

ifadəsidir.  Millətə  daxil  olan  adamların  xarakterlərinin 

müxtəlifliyi  onların  birləşməsinə  mane  olduğu  kimi  həm  də 

millətlərin  xarakterlərinin  müxtəlifliyi  bəşəriyyətdə  bütün 

xalqların real vəhdətinə mane ola bilmir. Bu birlikdə millətin 

mənəvi həyatı, onun mədəniyyəti millətin subyektlərinin şəxsi 

gücləri  hesabına  möhkəmlənir,  onun  hər  bir  subyekti  isə 

yaradıcılıq  enerjisinin  mənbəyini  ümummilli  mənəvi 

yüksəlişdən alır. Bu yolda öz millətinə olan məhəbbət ona olan 

inamla,  onun  üstünlüyünə  olan  inamla,  onun  ruhunun 

yaradıcılıq gücü, onun çiçəklənməsi 



67 


ilə  birləşir.  Dindar,  mömin  adam  inanır  ki,  Allah  onun 

millətindən  üz  döndərməyib,  bütün  çətinliklər  keçicidir, 

nailiyyətlər,  uğurlar  isə  əbədidir.  Öz  millətini  sevib  ona 

inanmamaq  olmaz;  çünki  vətən  canlı  mənəvi  gücdür,  orada 

yaşamaq adamda elə hiss yaradır ki, o insanların yaxşı olmasını 

istəyir,  hər  şeyi  düz  edir,  gələcək  nəslin  yaxşı  yaşamasını 

istəyir. 

Sosial  fenomen  olan  millətin  mənbəyi  hansılardır? 

ibtidai  sürünün  əvəzinə  gələn  ilk  spesifik  insanların  birlik 

olması qəbilədir  - adamların qan qohumluğuna əsaslanan 



birliyidir.  Qəbilə  qan  qohumluğu  tellərilə  birləşən,  kollektiv 

əməklə məşğul olan, ümumi mənafeləri birgə mühafizə edən, 

eyni zamanda dil, əxlaq, ənənə ümumiliyilə birləşən adamlar 

qrupudur. Bir neçə qəbilənin birləşməsi tayfam - etnik birlik 



və  adamların  sosial  təşkilini  yaradır.  Onun  xarakterik 

xüsusiyyətləri:  ümumi  ərazi,  qonşu  tayfalarla  təbii 

sərhədlərinin  olması,  iqtisadi  ümumilik,  tayfa  üzvlərinin 

bir-birinə  qarşılıqlı  köməyi  -  bu  adətən  özünü  kollektiv  ovda 

göstərir, dil, şüur birliyi, mənşə ümumiliyi və qan qohumluğu 

əlaqələri. Sonradan tayfa ittifaqlarının yaranması, tayfalararası 

təsərrüfat və mədəni əlaqələrin güclənməsi, hərbi toqquşmalar, 

əhalinin  miqrasiyası,  adamların  sayının  artması,  xüsusi 

mülkiyyətin  yaranması  -  bütün  bunlar  tədricən  tayfaların 

qarışmasına,  əvvəlki  qan  qohumluğu  əlaqələrinin  ərazi 

əlaqələri  ilə  əvəz  olunmasına  və  insanların  yeni  tarixi  birlik 

formasının  -  xalqın  yaranmasına  gətirib  çıxannışdır.  Xalq 

adətən  öz  mənşəyi  və  dili  ilə  yaxın  olan  bir  neçə  tayfanın 

birləşməsindən  yaranır.  Xalq  həm  də  bir  tayfanın  digərinin 

ərazisini  işğal  etməsi  nəticəsində  müxtəlif  dilli  tayfaların 

birləşməsindən  yaranmışdır.  Xalqın  formalaşması  prosesində 

onun ayrı-ayrı hissələri arasında 

68 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə