Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə30/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   148

Antik fəlsəfədə «kosmos» sözü yarandı və «kainat» kimi 

tərcümə  olundu.  Kosmos  antik  yunan  filosofları  üçün 

nizamasalınmış vəhdət (xaosa əks olan) idi. İlk əvvəl bu vəhdət 

qayda, quruluş kimi başa düşülürdü. Dünyanı ilk dəfə kosmos 

adlandıran  Pifaqor  olmuşdur,  o,  burada  olan  qaydalara  və 

harmoniyaya diqqət yetirmişdir. Pifaqorun təliminə görə, göy 

bədəni  müəyyən  zaman  aralığında  «səslənir»,  təbəqələrin 

haraıoniyasmı  yaradır  və  onlar  fasiləsiz  olaraq  bizə  təsir 

etdiyindən biz onları dərk edirik. Beləliklə, ioniyab filosoflar 

aşağıdakı  əsas  problemləri  araşdırmışlar:  materiya  və  onun 

strukturu  (atomist)  Kainatın  harmoniyası  (riyazi),  şeylər  və 

qüvvələrin  qarşılıqlı  münasibəti,  qeyri-üzvi  və  üzvi  aləm. 

Onların ən böyük xidmətləri ondan ibarət olmuşdur ki, onların 

qoyduqları mövzular 

sonralar başqa 

fılolsoflarm 

düşüncələrinin obyekti olmuşdur. Antik fəlsəfədə atomist təlim 

yaranmışdır - onlar dünyanın 

atomlardan, 

materiyanın  ən xırda tərkib  hissələrdən ibarət  olması  fikri  ilə 

çıxış etmişlər. (Levkipp, Demokrit, Epikür). 

Qeyd edək ki, Aristoteldə təbiətin dərk olunması bütöv 

təlim  statusu  aldı.  O,  naturfəlsəfəni  fizika  ilə  eyniləşdirirdi, 

ona, əlbəttə ki. Yer haqqında təlim kimi baxırdılar, o hərəkətsiz 

halda görünən ulduzlu səmanın mərkəzində buxarlanır. Təbiət 

fəlsəfəsi  artıq  bizə  məlum  olan  dörd  elementi-od,  su,  hava, 

torpağı  ayırır,  fiziki  bədənin  tərkibi  ilə  bağlı  suallara  cavab 

verirdi. Eyni zamanda bir çox başqa problemləri, xüsusən də, 

hərəkətin növlərini,  «səbəbiyyətin»  növlərini və  s. məsələləri 

nəzərdən  keçirmişdir.  Aristotel  öyrədirdi  ki,  təbiət-  müə}^ən 

məqsədlə  hərəkət  edən,  öz  şəxsi  formasını  yaradan,  eyni 

zamanda çoxlu digər formaları yaradan canlı orqanizmdir, yəni 

təbiət ona daxil olan obyektləri özü 

92 



yaradır. Bu yaranmanın mənbəyi xarici qüvvə olmayıb daxili 

ruhdur  -  entelexiyadır,  Allahın  əqlidir,  bu  varlığın  özünə 

xasdır.  Aristotel  təbiətin  hərəkətini  onun  məkan  daxilində 

yerdəyişməsi  kimi  qəbul  etmirdi.  O,  həm  də  keyfiyyət 

dəyişikliyi, yaranma və məhv olma kimi hərəkət foraıalarım da 

nəzərdən  keçirirdi.  Ellinizm  dövründə-  tarixçilər  bu  dövrü 

Makedoniyalı  İsgəndərdən  (e.ə.  356-  323)  qədim  dünyanın 

sonuna qədər olan (e.ə. VI əsrin ortalarına qədər olan dövrü) 

adlandırdılar  -  təbiət  fəlsəfəsi  yalnız  fəlsəfi  mühakimələrə 

deyil,  həm  də  astrologiyadan,  biologiyadan,  coğrafiyadan, 

mexanikadan,  fizikadan  olan  geniş  empirik  məlumatlara 

əsaslanırdı. 

«Naturfəlsəfə»  anlayışını  romalı  filosof  Seneka  təklif 

etmişdir. O, bu anlayış altında təbiəti öyrənən və izah edən tam 

konkret  fəlsəfi  biliklər  sahəsini  nəzərdə  tuturdu.  Bu  cür 

fılosofluq etməyin mənbəyi nədir? Təbiəti bilavasitə müşahidə 

etməklə  təbiətin  mənzərəsini  qurmaq  olar,  eyni  zamanda 

çoxsaylı  nəzəriyyələrə  də  söykənmək  olar.  Lakin,  bununla 

belə,  naturfəlsəfəyə  az  yer  verilirdi:  o  vaxtlar  belə  hesab 

olunurdu ki, hər hansı mexanizmlər və maşınlarla torpağın və 

suyun tərkibi ilə məşğul olmaq filosofun işi deyildir. Filosoflar 

əsasən fəlsəfənin siyasət, etika, ritorika, poeziya və s. sahəsi ilə 

məşğul olmalıdır. Filosoflar praktiki fəaliyyət hesabına yığılan 

biliklərdən qaçmağa çalışırdılar. Belə təsdiq edirdilər ki, fəlsəfi 

biliklər gündəlik biliklərdən üstün olmalıdır, ona hökmranlıq 

etməlidir.  Lakin  bu  naturfəlsəfəni  mücər-  rədliyə  məhkum 

edirdi, ona gətirib çıxarırdı ki, nature- fəlsəfənin üzərində süni, 

uydurulmuş  sxemlər  və  nəzəriy-  yələr-geosentrizmə 

oxşar-hökmranlıq  edirdi:  -  geosentrik  baxışlara  görə.  Yer 

Kainatın mərkəzində yerləşir. Bu cür 



93 


münasibət müvafiq reaksiyaların yaranmasına gətirib çıxarırdı. 

Təhlil olunan məsələnin tam mənzərəsini yaratmaq üçün 

burada  mikrokosmos  və  makrokosmos  probleminə  də 

münasibət  bildirmək  yerinə  düşərdi.  Yunan  dilində 

«mikrokosmos» və «makrokosmos» «kiçik dünya» və «böyük 

dünya»  mənalarını  verir.  Demək  olar  ki,  bu  müqayisədə 

insanın  Kainata  münasibəti  ifadə  olunur.  Artıq  qədim 

naturfəlsəfi  konsepsiyalarda  belə  bir  ehtimal  yaranmışdır  ki, 

insan və Kosmos bir-biri ilə sıx bağlıdırlar, insanın öz quruluşu 

Kainatın  quruluşunu  yaradır.  Nümunə  üçün  Pumşa  haqqında 

qədim hind mifinə nəzər salaq. Orada deyilir ki, bütün dünya 

ilk insan olan Pumşadan əmələ gəlmişdir. Bu ilk insan özünün 

təkcəliyindən, nadirliyindən daha əhəmiyyətli məqsədlər üçün 

imtina etmişdir. Puruşanm hissələrindən Kainat yaranmışdır... 

İnsanın  parçalanması  dünyanın  müxtəlif  tərkiblərə  malik 

olmasının  simvoludur.  «Kainatın  ilk  adamı»  mifinə  görə 

insanın  bədənindən  torpaq,  sümüklərindən  daşlar,  qanından 

çaylar, saçından ağaclar, nəfəsindən külək və s. yaranmışdır - 

dünyanın müxtəlif xalqlarının nağıllarında bu mifə rast gəlmək 

olar. Çox güman ki, insan və Kainat arasında olan oxşatma iki 

mənalıdır.  «İnsanda  kosmik  elementlərdən  başqa  heç  nə 

yoxdur» fikrini belə başa düşmək lazımdır ki, insan kosmosda 

ərimişdir  -  Demokrit  məhz  belə  güman  edirdi.  Ancaq  fikrin 

digər gedişi də ola bilərdi; Kosmosda insanda olmayan heç nə 

yoxdur. Beləliklə, məsələn. Kosmos insanın «ruhunda», «ruh» 

isə «əqidə» əriyir. İnsanın mikrokosmos olması fikri fəlsəfədə 

kök  saldı.  İnsan  dünyanın  inikası,  güzgüsü,  güc  və  əql 

mərkəzidir.  İnsan  təbii  varlıqdır.  Lakin  bir  sıra  antropoloji 

konsepsiyalarda bu cür tərif natamam hesab olunur və ona 

94 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə