Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə38/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   148

həyatında  qeyri-bioloji,  ictimai  qanunauyğunluğun  rolunun 

daim güclənməsinə təkan verir. Məsələn, insanın və cəmİ

3

^ətin 


siyasi, istehsal, mənəvi fəaliyyəti təmiz ictimai hadisədir, o, öz 

xüsusi təbiət qanunlarından fərqli olaraq öz xüsusi qanunları ilə 

inkişaf  edir.  Ancaq  bu  inkişafda  təbii  qanunların  inkişafını 

qiymətləndirməmək düzgün olmazdı. İnsan ağıllı olsa da, hər 

halda heyvandır. Bioloji və ictimai amillər həm insanda, həm 

də  cəmiyyətdə  sıx  qarşılıqlı  fəaliyyətdədirlər,  dialektik 

cəhətdən  bir-biri  ilə  bağlıdırlar.  Bioloji  növ  kimi  insanın 

yaşamasının zəruriliyi və onun tam hərtərəfli inkişafının yalnız 

cəmiyyətdə mümkün olması ictimai birliyin xüsusi növünün - 

insan ailəsinin meydana gəlməsini şərtləndirmişdir. Ailə həm 

bioloji, həm də müxtəlif ictimai funksiyalar (təsərrüfat, tərbiyə 

və  s.)  yerinə  yetirir.  Onun  mühüm  bioloji  funksiyası  insan 

nəslinin artırılması, insanın özü-özünü istehsal etməsidir. Bax 

bu baxımdan ailə insan cəmiyyətinin özəyi kimi təbiətlə daha 

sıx  bağlıdır.  Əhalinin  yenidən  istehsalının  başlıca  amili  kimi 

ailənin  rolu  həmişə  sabit  qalır.  Bu  funksiya  demoqrafik 

amillərlə, əhali problemi ilə sıx bağlıdır. 

Əhali nəzəriyyəsinə xüsusi yanaşma tələb olunur. Əhali 

müəyyən  ərazi  çərçivəsində:  ölkənin  bir  hissəsində,  bütün 

ölkədə,  bir  qrup  ölkədə,  bütün  dünyada  yaşayan  adamların 

məcmusudur. Ölkənin əhalisi coğrafi mühit və maddi nemətlər 

istehsalı  üsulu  ilə  birlikdə  cəmiyyətin  inkişaf  imkanlarını 

müəyyən  edir.  Bununla  belə  istehsalın  və  bütövlükdə 

cəmiyyətin  normal  inkişafı,  təbii  sərvətlərin  mənimsənilməsi 

üçün  müəyyən  minimum  əhalinin  olması  zəruridir.  Əksinə, 

əhalinin çox olması cəmiyyətin maddi həyatına mənfi təsir edə 

bilər  və  hətta  ətraf  mühitə  öldürücü  təsir  edə  biləcək  ictimai 

münaqişələrə və 



116 


partlayışlara gətirib çıxara bilər. Bir sıra filosoflar, sosioloqlar 

və  iqtisadçılar  əhali  artımına  cəmiyyətin  inkişafının 

hərəkətverici  qüvvəsini  başa  düşməyin  açarı  kimi  baxmağa 

cəhd etmişlər. Məsələn, ingilis siyasi iqtisadının banisi, dəyərin 

əmək nəzəriyyəsinin müəllifi U.Petti qeyd etmişdir ki,  bütün 

zənginliklərin  əsası  əmək,  istehsal  sahəsidir.  Ona  görə  də 

zəhmətkeş  əhalinin,  istehsal  prosesinin  başlıca  iştirakçısının 

artımına o cəmiyyətin inkişafının, təbiətin fəth edilməsinin ən 

mühüm şərti kimi baxmışdır. 

Əhali  artımını  ictimai  inkişafın  əsas  qüvvəsi  hesab 

edən 


nəzəriyyələr 

yaranmaqda 

olan 

burjuaziyanın 



qeyri-istehsal  təbəqələrə  zadəganlara  və  ruhanilərə  qarşı 

mübarizədə  ideologiyasını  ifadə  edirdi.  O  dövrdə  bu  eür 

ideyalar  müəyyən  mənada  mütərəqqi  əhəmiyyət  kəsb  edirdi. 

Cəmiyyətdə hakimiyyətə can atan burjuaziya torpaqla məşğul 

olan aristokratları onda ittiham edirdilər ki, məhz onlar əhalini 

dilənçi  vəziyyətinə  salmışdılar.  Torpaq  aristokratlarının 

ideologiyası 

isə 


mülkədarların, 

torpaq 


sahiblərinin 

hökmranlığına bəraət qazandırmaq üçün öz növbələrində sübut 

etməyə çalışırdılar ki, əhalinin kasıb vəziyyətdə yaşamasında 

kütlənin  özü  günahkardır.  Nəticədə  sosiologiyada  yeni  bir 

məktəb  yarandı  və  onlar  belə  hesab  edirdilər  ki,  kasıbçılığa, 

əhalinin  dilənçi  vəziyyətdə  yaşamasına  hər  eür  ehtiyac  və 

məhrumiyyətlərə səbəb əhali artımıdır. Bu mövqeni daha fəal 

şəkildə  ingilis  iqtisadçısı  və  din  xadimi  T.R.Maltus  müdafiə 

edirdi. 

Amerikalı 

B.Franklindən 

götürdüyü 

statistik 

məlumatlara  əsaslanaraq  yazdığı  «Əhali  qanunu  haqqında 

təcrübə»  (1798)  əsərində  o  təsdiq  edirdi  ki,  əhalinin  kasıb 

vəziyyətinin,  o  eümlədən  işsizliyin  səbəbi  əhalinin  sayının 

həddindən artıq olmasıdır. Hər şey 

117 



«əhalinin təbii qanunu» ilə bağlıdır: bu qanuna görə əhali artımı 

həndəsi silsilə ilə, ərzaq istehsalının artımı isə ədədi silsilə ilə 

gedir.  Əgər  əhalinin  artımını  dayandmuasaq,  onda  gələcəkdə 

fəlakət  olacaqdır  Maltus  bu  vəziyyətdən  çıxış  yolunu  əhali 

artımının  məcburi  şəkildə  nizama  salınmasında  görürdü  - 

müharibə,  yoluxucu  xəstəliklər,  aclıq,  məcburi  ağır  əmək, 

nigahm məhdudlaşdırılması və s. Bu nəzəriyyə onu yaradanın 

adı ilə maltusçuluq adı almışdır. 

Maltusun  ardıcılları,  neomaltusçuluğun  pərəstişkarları 

olan  Q.Butul,  N.Çemberlen,  U.Foqt  və  başqaları  zəif  inkişaf 

etmiş  ölkələrin  geridə  qalmasının  əsas  səbəbini  ölkənin 

əhalisinin  sürətlə  artmasında  görürdülər.  Bu  mühakimələrdə 

müəyyən  məntiq  var.  Ancaq  bu  halda  onlar,  çox  güman  ki, 

səbəbi  nəticə  ilə  qarşılaşdırırlar.  Axı  əhali  artımı  kompleks 

səbəblərlə:  məhsuldar  qüvvələrin,  mədəniyyətin  inkişaf 

səviyyəsi,  mövcud  ictimai  quruluşun  xarakteri  ilə,  adamların 

həyat  inkişafı  üçün  bu  quruluşun  yaratdığı  şəraitlə  müəyyən 

olunur.  İctimai  inkişafın  hər  bir  mərhələsinə  bu  və  ya  digər 

dövlət  tipinə,  mədəniyyətinə  öz  əhali  artımı  sürəti,  əsasən 

iqtisadi şəraitlə, o cümlədən coğrafi amillərlə bağlı olan onun 

artımının  xüsusi  qanunları  xasdır.  Müxtəlif  regionlarda  və 

ölkələrdə müasir demoqrafik vəziyyət müxtəlifdir. Onu demək 

kifayətdir  ki.  Yer  kürəsi  əhalisinin  70  faizi  qum  ərazinin  7 

faizində  cəmləşmişdir.  Planetin  cənubunda  əhali  surətlə  artır. 

Məsələn,  Afrikanın,  Asiyanın  və  Latın  Amerikasının  əhalisi 

hər  25  ildən  bir  praktiki  olaraq  iki  dəfə  çoxalır.  Şimalda  isə 

bunun əksi müşahidə olunur: Avropada əhali artımı demək olar 

ki,  yoxdur,  bəzi  ölkələrdə  hətta  əhalinin  azalması  meyli 

müşahidə olunur. - məsələn, Rusiyada 1990-cı ildən üzü bəri 

əhalinin sayı ildə təqribən bir 



118 


Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə