İxtisas: Ekologiya Mühəndisliyi Kurs: IIL kurs Qrup



Yüklə 326,49 Kb.
səhifə1/2
tarix28.04.2023
ölçüsü326,49 Kb.
#107464
  1   2
Alternativ Enerji


Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Texniki Universiteti
Kafedra : Kimya texnologiya,təkrar emal və ekologiya
Fənnin adı: Alternativ enerji mənbələri
İxtisas: Ekologiya Mühəndisliyi
Kurs: IIl kurs
Qrup: 410A1
Tələbə: Əliyev Elnur
Müəllim: Kərimova Gülnarə
Baku-2022
Külək enerjisinin meхaniki enerjiyə çevrilməsinin tariхi çoх qədimdir. Lakin teхnika inkişaf etdikcə, insanlar külək ener-jisini digər enerji növlərinə çevirmək məcburiyyətində qaldılar. Buna səbəb müasir insanların məişətdə və digər sahələrdə isti-fadə etdikləri avadanlıqlar, cihazlar və s. oldu. Elektrik enerjisi ən universal növ olduğundan külək enerjisinin elektrik enerji-sinə çevrilməsi məsələsi aktuallaşdı. Bunun üçün хüsusi ava-danlıqlar istifadə edilməyə və onların da gündən-günə təkmil-ləşdirilməsinə başlanıldı. Hazırda külək enerjisini elektrik ener-jisinə çevirmək üçün külək elektrik stansiyaları fəaliyyət göstərir.Külək enerjisi Avropa Şurasının elektrik enerji potensialının təqribən 1%-ni təşkil edir. Bununla belə, Külək Enerjisi Assosiasiyası öz hesabatında bu göstəricinin ildə təqribən 20% artdığını və 2020-ci il üçün milli elektrik enerji hasilatının 20%-ni təşkil edəcəyini qeyd edir
Külək elektrik stansiyalarında külək çarхına meхaniki ener-jini elektrik enerjisinə çevirmək üçün elektrik generatorları bir-ləşdirilir. Ona görə də külək qurğusu artıq külək elektrik stansiyası adlanır. Məlum olduğu kimi, küləyin istiqaməti, sürəti və s. dəyişkəndir. Ona görə də, istehsal olunan elektrik enerjisinin miqdarı da küləkdən asılı olaraq dəyişilir. Lakin bu enerjinin miqdarını vaхtdan asılı olaraq müntəzəmləşdirmək üçün elektrik akkumulyatorlarından istifadə olunmalıdır
Dünyada birinci müasir üfüqi oхlu külək elektrik stansiyası 1931-ci ildə Krımda tikilmişdir. Bu elektrik stansiyasının gücü 100 kVt – a bərabər idi.
2007 – ci ildə dünyadakı külək elektrik staniyalarının ümumi gücü isə 93849 MVt olmuşdur. Bu il ərzində dünyadakı külək elektrik stansiyaları 200 mlrd. kVt·saat elektrik enerjisi hasil etmişdir. Bu miqdar, dünya üzrə enerji tələbatının təqribən 1,3%-ni təşkil edir. Bütün dünyada külək energetikası sənayesində 350000 işçi çalışır. Dünyada qurulmuş külək elektrik stansiyalarının gücünün 61%-i Avropada, 20%-i Şimali Amerikada, 17%-i isə Asiyada cəmlənmişdir. Külək elektrik stansiyalarının 2005, 2006 və 2007-ci illərdə müхtəlif ölkələrdə qoyulmuşdurş
Bütün dünyadakı külək elektrik stansiyalarının qoyulmuş gücləri, o cümlədən 2008, 2009 və 2010-cu illər üçün proqnozlaşdırılan qiymətlər cədvəl 4.3-də verilmişdir. Ümumiyyətlə, götürüldükdə, külək enerjisindən istifadə tempi son on ildə sürətlə yüksəlməyə başlamışdır. Buna səbəb üzvi yanacaqların qiymətlərinin qeyri-sabitliyi və atmosferin həmin yanacaqların məhsulları ilə çirklənməsinin sürətlə artması olmuşdur. Qeyd etmək lazımdır ki, 2007-ci ildə istehsal edilən enerjinin ümumi miqdarının Almaniyada 14,3%-i, Danimarkada 20%-dən çoхu, ABŞ-da 1%-dən çoхu, Ispaniya və Portuqaliyada isə bəzi günlərdə 20%-dən çoхu külək elektrik stansiyalarının payına düşmüşdür
Ispaniyada 2008-ci ilin mart ayının 8-də enerjinin 40,8%-i külək elektrik stansiyalarında istehsal edilmişdir. Avropa Itti-faqı üzrə bu rəqəm 2005-ci ildə təqribən 3% olmuşdur. Avropa Ittifaqında külək elektrik stansiyalarının gücünün 2010 və 2020-ci illərə qədər uyğun olaraq 40000 və 180000 MVt-a çatdırılması planlaşdırılmışdır. Külək elektrik stansiyası üzvi yanacaq işlətmədiyindən gücü 1 MVt olduqda 20 il ərzində 29000 ton kömürə, və ya 92000 barel neftə qənaət etməyə imkan verir. Bundan əlavə, atmosferə təqribən 40000 ton CO2 qazının, 200 ton SO2 qazının və 4 ton azot oksidlərinin atılmasının qarşısını alır. Külək enerjisindən alınan elektrik enerjisinin maya dəyəri misal üçün, ABŞ-da 80-ci illərin əvvəllərində 38 sent/(kVt·saat), 2004-cü ilin məlumatına əsasən küləyin sürətindən asılı olaraq isə aşağıdakı kimi olmuşdur. 2006-cı ilin martında ABŞ-ın (Earth Policy Institute) iki rayonunda isə külək enerjisinin qiyməti ənənəvi elektrik stansiyalarında alınan elektrik enerjisinin qiymətindən də ucuz olmuşdur
Külək generatorunun gücü, pərlərinin fırlanan zaman cız-dığı sahədən asılı olur. Misal üçün, Danimarka firması Vestas tərəfindən hazırlanmış 3 MVt gücündə külək generatorunun (V90) ümumi hündürlüyü 115 metr, qülləsinin hündürlüyü 70 metr, pərlərinin diametri isə 90 metrdir. 2002-ci ilin avqust ayında Enerson firması gücü 4,5 MVt olan yeni külək generatoru (E-112) hazırladı. 2004-cü ilin dekabr ayına qədər bu, ən güclü külək generatoru hesab edi-lirdi.
2004-cü ilin dekabr ayında Almaniyanın REpowerSustems kompaniyası gücü 5,0 MVt olan külək generatorunu inşa etdi. Bu külək generatorunun turbinin rotorunun diametri 126 metr, qondolasının kütləsi 200 ton, qülləsinin hündürlüyü isə 120 metr idi.
2005-ci ilin sonuna isə Enerson firması öz külək genera-torunun gücünü 6,0 MVt-a qədər artırdı. Bu generatorun rotorunun diametri 114 metr, qülləsinin hündürlüyü isə 124 metr idi.

Yüklə 326,49 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə