Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə34/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   148

etirafı qoparmaq olmur, ondan hədiyyə almaq çətindir, o heç 

nəyi könüllü vermir». 

Qeyri-adi mətn deyilmi? Təbiət poetikləşdirilir, ancaq o 

saxtalaşmış, hərəkətsiz deyildir, o,  canlıdır, axarlıdır... Çoxlu 

fəlsəfi  mətnlər  oxuyan  adam  bu  sətirlərin  müəllifinin  kim 

olduğunu güman edə bilər. Lakin biz də özümüzü iz axtaranlar 

rolunda təsəvvür edək. Belə ki, uzun vaxt ərzində təbiətə bu cür 

münasibətin  kim  tərəfindən  olmasını  tapmaq  çətin  olmuşdur. 

Bəs  bu  sözlərin  müəllifi  kimdir?  Öz  axtarışımızı  nədən 

başlayaq?  Bu  cür  mətn  nə  vaxt  yarana  bilər?  Əlbəttə  ki,  bu 

mətn antik fəlsəfədə yarana bilməz. Niyə? Ona görə ki, antik 

dövrdə hər bir ağacın, hər bir bulağın, çayın, hər bir dərənin öz 

yerli ruhu-qoruyucusu var. Adamlar ağacı kəsməmişdən əvvəl, 

çayın  qabağını  bağlamamışdan  əvvəl  qurban  kəsirdilər.  Bu 

dövrdə  təbiət  sanki  poetik-  ləşdirilmişdir.  Ancaq  yunan 

mütəfəkkirlərinin  dili  olduqca  ciddi,  təmkinli  idi.  Bəli  onlar 

təbiəıi  nə  isə  gözəl  bir  şey  kimi  qəbul  edirdilər,  lakin  təbiət 

hakim  dünya  quruluşuna  bənzədilirdi.  Antik  filosofların 

baxışlarında  təbiət-mövcud  olan  hər  şeydir.  Buna  müvafiq 

olaraq  insan  təbiətdən  ayrılmır,  onun  daxilindədir,  onun  bir 

hissəsindədir. 

Sadaladığımız 

sətirlərdə 

isə 


müəllif 

təbiətlə 

qaynayıb-qarışmır, aydın şəkildə onu kənardan, hansısa başqa 

nöqteyi-nəzərdən müşahidə edir. Antik yunanlar haqqında belə 

demək  olar:  «Mən  təbiətlə  birlikdə  yaşayıram».  Mətndə  isə 

«mən təbiəti seyr edirəm, təbiəti müşahidə edirəm» deyilir. Bu 

fraqmetə əsasən belə demək olar; «Təbiət heç də öz-özünə olan 

kimi  deyil,  o  tamamilə  mənim  təsəvvürümün  məhsuludur. 

Təbiətin  mən  gördüyüm  kimi  xassələri  var:  o  ciddidir, 

mülayimdir, sevir, bərk 



104 


qorxudur, vahiməyə salır». Yox, bu sətirlər antik dövrdə deyilə 

bilməzdir. 

Bəlkə  bu  mətn  orta  əsrlərdə  yaranmışdır?  Nağılçılıq, 

kinayəlik,  surətlərin  zənginliyi  orta  əsrlər  fəlsəfəsinin 

xarakterik  xüsusiyyətidir.  Burada  isə  vəziyyət  başqadır. 

Birincisi, mətndə dini heç nə yoxdur, daha çox burada təbiət 

mənzərəsinin  təsviri  dindən  kənar  verilir.  Yaradan  haqqında 

heç  nə  deyilmir.  Fəlsəfi  mətnin  müəllifinin  şüurunda  təbiət 

öz-özünə  yaşayır,  o,  müdrik  və  sakitdir.  Eyni  zamanda  orta 

əsrlərdə  təbiətə  antik  dövrdən  fərqli  münasibət  yaranmışdır. 

Artıq IX əsrin başlanğıcında yeni, mahiyyət etibarı ilə təbiətə 

qarşı  istismarçı  münasibət  dərk  olunmağa  başlanmışdır.  Bu 

əsasən  o  dövrdə  tərtib  olunan  şəkilli  frank  təqvimlərində  öz 

əksini  tapırdı.  Əgər  əvvəlki  təqvimlərdə  on  iki  ay  passiv 

alleqorik fiqurlarla ifadə olunurdusa, artıq təzə təqvimlərdə bu 

aylar  cütcü,  əkinçi,  biçinçi,  meşə  doğrayan,  ət  doğrayan 

formasında,  yəni  dünyanı  fəth  edən  adam  formasında  təsvir 

olunmağa  başladı.  İnsan  və  təbiət  burada  ayrılırdı.  İnsanlar 

təbiətin daxilində yaşamırlar, təbiətdə hökmranlıq edirlər. 

Bizi narahat edən mətni-təbiətin poetik təsvirini yenidən 

oxuyuruq.  Təsvir  olunan  təbiətə  meşəni  doğrayanları, 

əkinçiləri  məskunlaşdınnaq,  yerləşdirmək  olarmı?  Xeyr,  bu 

heç 

ağlabatan 



deyildir. 

Müəllifin 

təsəvvüründə 

təbiət-insanlardan  asılı  olmayan,  onun  hökmranlığına  tabe 

olmayan ünsürdür. «Hədi}^ələrlə onun başını qatmaq olmaz». 

Bundan başqa maraqlı bir etiraf da var: «Biz həmişə ona təsir 

edirik,  lakin  onun  üzərində  bizim  heç  bir  hakimiyyətimiz 

yoxdur».  Biçinçi  və  meşəni  kəsənlər  belə  deməzdirlər.  Əgər 

meşəni  doğrayırıqsa,  məhsulu  yığırıqsa  niyə  hökmranlığımız 

olmasın... Bu heç də təbiətin bizə hədiyyəsi olmayıb bizim 



105 


gərgin əməyimizin nəticəsidir. Biz dövrün sahibləriyik. Bir az 

da  qabağa  gedək,  əsrlərə  nəzər  salaq-dünyaya  yeni  baxışın 

formalaşdığı intibab dövrü. Əvvəllər İlabinin iradəsi kimi qəbul 

olunanlar  artıq  insanların  adı  ilə  bağlanmağa  başlandı.  İnsan 

bər  şeyin  mərkəzidir.  İnsana  olan  münasibət  dəyişir,  bəm  də 

təbiətə  olan  münasibət  də  dəyişir.  Əgər  nə  vaxtsa  təbiət  təsir 

obyekti idisə, indi artıq o fəal istismar predmetinə çevrilir. O, 

sadəcə  olaraq  insan  fəaliyyəti  üçün  meydan  deyil, 

emalatxanadır.  Məbz  Frensis  Bekon  onu  belə  adlandırmışdır. 

Onun alimi cəllada mənalı bənzətməsi də var. Cəllad işgəncə 

verməklə müttəbimi etiraf etməyə məcbur etdiyi kimi, alim də 

təcrübə vasitəsi ilə təbiətdən (naturadan) onun sirlərini çıxarır. 

Alim  təbiətşünasdır,  naturalistdir!  Elmin  əsas  vəzifəsini  o 

təbiəti  fətb  etməkdə  və  naturanı  dərk  etmək  əsasında 

mədəniyyəti  məqsədəuyğun  şəkildə  yenidən  qumıaqda  görür. 

Lakin  bizim  verdiyimiz  mətndə  təbiət  emalatxanaya 

bənzəyinni? Qətiyyət yox! Müəllif təbiətdən zövq alır, onu seyr 

edir.  Aneaq  onun  sirləri  müəllif  üçün  qaranlıqdır.  Adını 

tapmağa çalışdığımız filosof təbiətin sirlərini «arzuolunmayan, 

gözlənilməyən, öz oyununa bizi qatan», «bəmişə yeni surətlər 

yaradan»  kimi  verir.  Ancaq  müəllif  təbiətin  bu  sirlərini 

birləşdirməyə  beç  başlamır.  O,  təbiətin  sirli  titrəyişini 

qorumağa çalışır. Bekon kimi onu aydınlaşdınnağa eəbd etmir. 

Deməli təbiətin mətndə verilən təsviri nə antik dövrə, nə 

orta əsrlərə, nə də intibab dövrünə aid deyildir. Bəlkə bu sətrlər 

XVIII əsrdə yaranıb? Artıq demişdik ki, təbiətin mənalı təsviri, 

şübbəsiz  ki,  elə  bir  vaxtda  yaranmışdır  ki,  bu  vaxt  fılosofluq 

etmək sırf dini pərəstişdən azad idi. Məbz XVIII əsrdə Allab 

ideyasına  münasibət  dəyişmişdir,  o  tənqid  olunmağa 

başlanmışdır. Filosofların 



106 


Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə