Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə33/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   148

clmlorinin  banisi  Qalileo  Qalileyin  adını  çəkməmək  olmaz. 

Təbiətin təsviri və onun formaları ilə bağlı bəşəriyyətin iki min 

illik təcrübəsinə Qaliley yenilik gətirdi, təbiətin elmi cəhətdən 

öyrənilməsinin və təcrübə vasitəsi ilə təhlilinin əsasını qoydu. 

Qaliley  üçün  fəlsəfənin  həqiqi  kitabı  başqa  «hərflərlə»  - 

üçbueaqlarla,  kvadratlarla,  dairələrlə,  kürələrlə  yazılan  təbiət 

kitabı  oldu.  İndi  artıq  naturfəlsəfədə  təbiətə  yeni  münasibət 

yarandı;  filosoflar  artıq  təbiətə  hansısa  sirli  qüvvələrin 

fəaliyyət göstərdiyi aləm kimi deyil, qanunlar məemusu kimi 

baxmağa başladılar. İnsan özünü əhatə edən təbiətin gözəlliyini 

özü  üçün  açdı,  oraya  sevinc,  zövq  mənbəyi  kimi  baxmağa 

başladı;  bu  orta  əsrlərin  qəmli  asketizminə  qarşı  insanların 

etirazı idi. Fəlsəfədə və romantik estetikada təbiətə pozğun və 

qüsurlu  insan  sivilizasiyasına  qarşı  dayanan  sığınacaq  kimi 

baxılmağa başlandı. Romantizmin banilərindən olan J.J.Russo 

təsdiq  edir  ki,  insanın  təbii  vəziyyətindən  sosial,  ictimai 

vəziyyətə keçməsi bizim bədbəxtçiliyimizin mənbəyi oldu. 

XVII-XVIII əsrlərdə elm sürətlə inkişaf etməyə başladı, 

istehsalın  yaranması  və  inkişafına  istiqamətlənən  çox  saylı 

təcrübə  və  eksperimentlər  həyata  keçirilməyə  başladı.  Yeni 



dövrün fəlsəfi baxışlarında və praktiki fəaliyyətində insan və 

təbiətin  qarşılıqlı  münasibətlərinin  yeni  tipi  daha  açıq 

görünməyə başladı. Dövrün əsas ideyası ondan ibarət oldu ki, 

insan  təbiəti  fəth  etməli,  onu  mənimsəməli  və  onun 

hökmdarına  çevrilməlidir.  Elmdə  başlıca  məqsəd  təbiətin 

sirlərinin və qanunlarının dərk olunması oldu. F.Bekon yazırdı 

ki,  «elm  və  texnikanın  məqsədi  təbiət  üzərində 

hökmranlıqdır».  Bu  eür  ideyaların  yaranması  insan 

cəmiyyətinin  getdikcə  artan  gücünə,  onun  məhsuldar 

qüvvələrinin inkişafına təkan verirdi. Sonralar 



101 


tədricən  insanın  praktiki  fəaliyyətində  olduğu  kimi 

nəzəriyyələrdə  də  insanın  təbiət  üzərində  tam  hökmranlığı 

meyli  üstünlük  təşkil  etməyə  başladı.  Bu  eür  yanaşmanın 

klassik  təsvirin  İ.S.Turgenevin  «Atalar  və  oğullar»  əsərində 

nihilist  Bazarovun  dilində  yaxşı  verilir:  «Təbiət  məbəd  yox, 

emalatxanadır.  İnsan  isə  orada  işçidir».  Yeni  dövrdə  təbiətə 

ardıcıl  dəyişdirici  fəaliyyət  obyekti  kimi,  insanın  heç  bir 

ölçüsüz və hesabsız istədiyi qədər götürə biləcəyi xəzinə kimi 

baxmağa  başladılar.  Yeni  dövrdə  elmin  və  təbiətşünaslığın 

metodlarının  formalaşması  ilə  naturfəlsəfə  xeyli  dəyişdi: 

Dünyanın  mexaniki  mənzərəsinin  yaradıcısı  İ.Nyuton 

naturfəlsəfə deyərkən, təbiət haqqında nəzəri, riyazi cəhətdən 

qurulmuş  təlim,  «təbiət  haqqında  dəqiq  elmləri»  nəzərdə 

tuturdu.  XVII  əsr  naturfılosofları  təbiəti  saat  mexanizminə 

bənzədirdilər. 

Naturfolsəfənin  inkişafının  yeni  mərhələsi  I.V.Hö- 

tenin adı ilə bağlıdır. O, belə hesab edirdi ki, təbiətin istənilən 

şəkildə  seyr  edilməsi,  istənilən  şərhi  süni  şəraitdə  həyata 

keçirilən fiziki təcrübələrə yox, təbiətə toxunmaqdan, təbiətlə 

ünsiyyətdən alınan bilavasitə hissi təəssüratdan başlanmalıdır. 

Təbiətin  öyrənilməsi  ilə  bağlı  bu  cür  yanaşmaya  parlaq 

nümunə  rənglər  haqqında  onun  təliminin  yaranması  oldu-o 

rənglərin  köməyi  ilə  təbiətin  əsrarəngiz  gözəlliyini  təsvir 

etmişdir.  Höte  rənglərin  onda  oyatdığı  təəssüratlarla 

kifayətlənməmiş, 

onlar 


arasındakı 

qarşılıqlı 

əlaqəni 

araşdırmaqla  təbiəti  daha  dərindən  öyrənməyə  çalışmışdır. 

Höte  əmin  idi  ki,  təbiətdə  çox  saylı  müxtəlif  formalar 

möveuddur  və  onlar  arasındakı  əlaqənin  düzgün  qurulmasını 

aydınlaşdırmaq  təbiəti  tam  dərk  etməyə  kömək  edəcəkdir. 

Hötenin  baxışlarının  fəlsəfi  xarakteri  onunla  bağlı  idi  ki,  o, 

dünyanı  özünəməxsus  şəkildə,  özünəxas  olan  tərzdə  şərh 

edirdi. Aneaq bu o 



102 


demək deyildir ki, o bu şərhini təbiətlə bağlı yeganə, düzgün 

şərh  hesab  edirdi.  Lakin  XVIII  əsr  naturfəl-  səfəsində  yeni 

dünyagörüşü  metodu  yarandı:  təbiətə  ruhən  bağlı  olan  insan 

onu mənimsəməyə eəhd etmək istədi. Məhz bu dövrdə yaranan 

texnika təbiətdə olan əbədi qaydada insanı dağıtmağa başladı. 

Tədrinən belə təəssürat yarandı ki, təbiət emalatxanadır və onu 

kim neeə istəsə qura bilər. Sadəeə olaraq təbiəti yalnız hissi, 

əyani  yox,  başa  düşülən  qanunları  olan  abstraksiya, 

mücərrədlik kimi dərk etməyi öyrənmək lazımdır. 

Nəzərinizə  fəlsəfi  bir  mətn  çatdırmaq  istəyirəm.  Onun 

kimə  məxsus  olduğunu,  hansı  məzmun  daşıdığını,  müəllifin 

nəyi  qeyd  etmək  istədiyini  anlamaq  üçün,  ilk  növbədə,  onu 

diqqətlə oxuyun. 

«Təbiət! Biz onun əhatəsindəyik, onun ağuşundayıq, biz 

ondan nə çıxa bilmirik, nə də onun dərinliklərinə girə bilmirik. 

Çağırmadan,  gözlənilmədən  o  bizi  öz  girdabına  alır,  bizim 

nazımızla oynayır və biz yalnız taqətdən düşəndən sonra onun 

əlindən çıxa bilirik. O, hər dəfə yeni surətlər yaradır; onda olan 

nə varsa indiyə qədər olmamışdır, nə varsa daha olmayacaq, 

hər  şey  təzədir-hər  şey  sanki  köhnəlir.  Biz  onun  arasında 

yaşayırıq  ancaq  ona  yadıq.  O,  həmişə  bizimlə  danışır,  ancaq 

sirlərini açmır. Biz daim olaraq ona təsir edirik, ancaq bizim 

onun üzərində heç bir hakimiyyətimiz yoxdur. O, hər şeydir. 

O, özü həm mükafatlandırır, həm də cəzalandırır və əzab verir. 

O  ciddi  və  qətidir,  sevir  və  qorxudur,  gücsüz  və  hər  şeyi 

sevəndir. Onda hər şey fasiləsizdir. O, keçmiş və gələcəkdən 

xəbərdar  deyildir,  onun  indisi  əbədidir.  O,  xeyirxahdır.  Mən 

onun  bütün  işləri  ilə  birlikdə  tərifləyirəm.  O,  müdrik  və 

sakitdir. Ondan məhəbbət 

103 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə