Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə25/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   148

məhəbbətdir,  doğmdur,  heç  də  bütün  nigahlar  bu  hissə 

əsaslanmır, hətta nigahdan kənarda məhəbbət ola bilər. Ailə - 

məhəbbətin,  hönnətin  və  qarşılıqlı  qayğının  təbii  yuvasıdır. 

Məhəbbət  qarşılıqlı  olanda,  biz  bütöv,  səmimi  və  sadiq 

sevəndə hər şey gözəldir. Arximed yaxşı demişdir: məhəbbət 

teoremdir,  onu  hər  gün  sübut  etmək  lazımdır.  Məhəbbət  - 



fərdi seçilmiş hissdir, o dərin və möhkəm həyəcanda, fikrin 

və  işin  sevimli  adama  istiqamətlənməsində,  azad, 

məqsədsiz ona doğru can atmaqda təcəssüm edir. Sevmək 

həm  də  sevilmək  istəyidir.  Şəhvani  baxımdan  məhəbbət 

qarşılıqlı ələ almağı və qarşılıqlı verməyi nəzərdə tutur. Təbii, 

mənəvi  fərqlər,  hətta  əksliklər  məhəbbətdə  vəhdət  yaradır. 

Məhəbbət  şəxsiyyətin  formalaşmasına,  onun  özünü  təsdiq 

etməsinə, onun yaradıeıhq imkanlarının üzə çıxmasına böyük 

təsir edir. Məhəbbətin əxlaqi təbiəti onun sadəcə olaraq digər 

cinsin  varlığına  can  atmasına  yox,  onun  şəxsiyyətinə,  fərdi 

kcyfıyətlərinə  meyl  etməsindədir.  Məhəbbətin  estetik  tərəfi 

onda təzahür edir ki, sevən adam onda həyat gücünü qaldırır, 

təxəyyülünü  oyadır,  zövq  alma  hislərini  gücləndirir,  uzun 

müddətli sevinc bəxş edir, tərəddüd əzabı verir, bir sözlə daxili 

ziddiyyətlər  yaradır.  Əsil  qarşılıqlı  məhəbbət  özündə  öz 

başqasını:  “qadın  kişini,  kişi  isə  qadını”  birləşdirir.  Sevən 

insan  qarşısındakı  sevgilisini  ilahiləşdirir,  onun  müsbət 

keyfiyyətlərini görür. 

Məhəbbət,  nigah  və  ailə  insanın  və  insan  birliyinin 

yaranması  ilə  yaranmış  və  inkişaf  etmişdir.  Doğrudur,  tək 

nigah bəzi heyvanlarda da müşahidə olunur, ancaq bu instinkt 

və  təbii  seçmə  yolu  ilə  baş  tutur.  Uzaq  keçmişdə  cinsi 

münasibət nizamsız xarakter daşımış və ailə olmamışdır. Hər 

bir qadın  hər bir kişiyə  və eyni  dərəcədə hər bir kişi hər bir 

qadına məxsus idi. Buna yalnız heyvani 

75 



qısqanclıq  mane  olurdu.  Sonradan  cinsi  münasibətlər 

valideynlər  və  uşaqların,  daha  sonra  qardaş  və  bacıların 

ayrılması yolu ilə inkişaf etdi. Qəbilə quruluşunda qrup nigahı 

yarandı.  Cinsi  əlaqəyə  girən  kişi  və  qadın  müxtəlif  qəbiləyə 

məxsus  idilər.  Bir  qəbilənin  bütün  qadınları  o  biri  qəbilənin 

bütün  kişilərinin  potensial  arvadları  idilər.  Ər  arvad  müxtəlif 

qəbilələrdə yaşayırdılar. Yalnız analarını tanıyan uşaqlar onun 

qəbiləsinə daxil olurdular və ya ananın ailəsinə - qadın xətti ilə 

yaxın  qohumlarının  ailəsinə  daxil  olurdular.  Sonradan  qrup 

nigahı  çərçivəsində  epizodik  birgə  yaşayış  cüt  nigahlara  və 

möhkəm olmayan ailə cütlüklərinə gətirib çıxardı. Ər arvadın 

ayrı ayrı yaşaması tədricən ərin arvadın qəbiləsinə köçməsi ilə 

nəticələndi, lakin uşaqlar hələ də anasının nəslinə daxil idilər. 

Ailə  cütlüyü  hələlik  öz  təsərrüfatı  ilə  məşğul  olurdular,  ona 

görə də cəmiyyətin təsərrüfat özəyi hesab olunmurdu. Ailənin 

inkişafının bu ilkin mərhələsi üçün ər arvadın bərabər hüquqlu 

olmaları  xarakterikdir,  ana  xaqanlığı  dövründə  isə  qadınlar 

hökmranlıq etməyə başladılar: qadın əməyi (əkinçilik) kişilərin 

(ovçuluq)  əməyindən  daha  effektli  idi.  Əməyin  “kişi”  növü 

(maldarlıq,  ağır  gücün  və  mürəkkəb  alətlərin  əkinçilikdə 

tətbiqi)  cəmiyyətin  və  ailənin  iqtisadi  həyatında  mühüm  rol 

oynadıqdan sonra ana xaqanlığı -matriarxathğı ata xaqanlığı - 

patriarxathqla  əvəz  etdi.  Patriarxal  ailələr,  onunla  yanaşi 

monoqam  ailələr  yarandı.  Qadın  kişinin  ailəsində  yaşamağa 

başladı. Uşaqlar atanın adını və mülkünü daşımağa başladı. 

Xüsusi  mülkiyyətin  və varislik institutunun  yaranması 

ilə  iqtisadi  səbəblər  üzündən  qadınlardan  möhkəm  sadiqlik 

tələb  olunmağa  başladı.  Həm  dövlətin  qanunları,  həm  əxlaq 

normaları, həm də din qadını ailədə 



76 


kişiyə tabe etdi. Ailənin möhkəmliyi qadının nigahı dağıtması 

huququndan məhram etməklə həyata keçirildi. Əgər əvvəllər 

qız özünə ər seçə bilərdisə və nigah qarşılıqlı meyl əsasında 

olurdusa  indi  artıq  nigah  münasibətləri  çox  vaxt  alqı-satqı 

əsasında həyata keçirilirdi. Bununla yanaşı, uşaqların tərbiyəsi 

və  taleyi  ilə  bağlı  valideynlərin  məsuliyyəti  artmışdır, 

ər-arvadın  qarşılıqlı  öhdəlikləri,  ailə  ləyaqəti  kimi  əxlaqi 

keyfiyyətlər formalaşırdı. Quldarlıq quruluşunda qullar ailə 

qurmurdular,  quldarlar  arasında  vahid  nigah  bəzən  kişi  üçün 

çoxarvadlığa  gətirib  çıxarırdı,  qadınları  isə  fahişəliyə  sövq 

edirdi. Feodalizm şəraitinə ailə münasibəti, nigah cəmiyyətin 

zümrə  ierarxiyasmm  təsiri  altında  idi.  Ailədə  kişinin 

hakimiyyəti 

güclənmişdir. 

Qadın 

təsərüffat 



işlərinə 

aparmaqda,  uşaqları  tərbiyə  etməkdə  azadlıq  əldə  etsələr  də 

onların  taleyi  ağır  idi.  Feodalizm  dövründə  kəndli  ailəsində 

kişi  və  qadın  arasındakı  münasibət  ziddiyyətli  xarakter 

daşıyırdı: iqtisadi maraq əmək əxlaqı, zəhmətkeş qadına, evdar 

qadına  olan  hörmətlə  uyğunlaşdırılırdı.  Kapitalizm  ailənin 

inkişafını  elə  bir  istiqamətə  yönəltdi  ki,  ər-arvad  cütlüyünün 

birgə  həyatı  dövründə  qadınların  iqtisadi  müstəqilliyi  təmin 

olunurdu:  bəzi  ölkələrdə  qadınların  özlərinə  məxsus  olan 

kapital üzərində hüquqları qorunur. 

Adamların  həyatının  xeyli  hissəsi  məişət  adlanan 

şəraitdə keçir. Məişət - adamların yaşadığı, adətən istehsal 



və  ictimai  fəaliyyətlə  məşğul  olmadığı  sosial  mühitdir. 

Məişət  adamların  ictimai  həyatının  tərkib  hissəsidir  və 

bütövlükdə  cəmiyyətin  digər  tərəfləri  ilə  çoxlu  tellərlə 

bağlıdır.  Məişətdə  insanın  bir  çox  şəxsi  keyfiyyətləri 

formalaşır,  yaxşı  məişətdən  əhval-ruhiyyə,  iş  bacarığı  və 

sağlamlıq asılıdır. Məişətdə insanlar yalnız 



77 


Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə