Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə12/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   148

edir. Bu fikri inkişaf etdirən M.Veber cəmiyyətin əsasını sosial 

fəaliyyətdə görür - o, buna başqa adama istiqamətlənən insan 

davranışı kimi baxır. Veberlə razılaşan sosioloq Parsons sosial 

həyata “öz rollarını yerinə yetirən adamlar arasındakı qarşılıqlı 

münasibətin  məcmusu  kimi  baxır”.  Cəmiyyətin  ilkin  əsası 

haqqında bu baxışa K.Marks da yaxın olmuşdur. O deyirdi ki, 

“Cəmiyyət adamların qarşılıqlı fəaliyyətinin məhsuludur”. 

Beləliklə, cəmiyyətin ilkin əsası haqqında suala ümumi 

cavab  ona  gətirib  çıxarmışdır  ki,  ictimai  hadisələrin 

rəngarəngliyi öz mahiyyətinə görə adamların fəaliyyətinin bu 

və ya digər növündədir. 

Məhz  insan  fəaliyyəti  bütün  ictimainin  mahiyyətinin, 

ilkin  əsasının,  substansiyasının  gizli  sirridir.  Müasir  fəlsəfə 



sosial  fəaliyyətdə  ictimai  münasibətin  bütün  mürəkkəb 

sisteminin  başlanğıc  nöqtəsini,  sosial  biliyin  müxtəlif 

sahələrinin  inteqrasiya  vasitələrini  görür.  Lakin  insan 

fəaliyyətinin  istisna  əhəmiyyətini  etiraf  edən  müasir 

sosiologiya  bununla  belə  sosial  qarşılıqlı  fəaliyyətin  süni 

sadələşdirilməsinin,  onda  olan  rəngarəngliyi,  mürəkəbliyi, 

çoxölçülüyün  bəsitləşdirilməsinin  təhlükəli  olduğunu  qeyd 

edir.  Bununla  belə  ona  da  diqqət  yetirilir  ki,  sosial  fəaliyyət 

əsaslı,  sistemi  təşkil  edən  əhəmiyyət  kəsb  etsə  də  o  heç  də 

insanın mövcudluğunun son, “daha bölünməz” əsası deyildir. 

Bunun isə ən azı iki səbəbi var

1) Sosial fəaliyyət, fəallıq, onun əsasında olan müxtəlif 

maddi  və  mənəvi  təlabatlardan,  maraqlardan,  motivlərdən, 

dəyər  istiqamətlərindən  yaranır  və  onlarla  müəyyən  olunur. 

Amerikalı  sosioloq  A.Maslou  insan  təlabatlarmın  xüsusi 

piramidasını təklif etmişdir - onun beş səviyyəsi var. Maslouya 

görə bu səviyyələrdən ikisi yeməyə, mənzilə və s. olan fizioloji 

təlabatların ödə 



36 


nilməsi və təhlükəsizliyinin bariz təlabatıdır, qalan üç səviyyə 

isə  ikinci  dərəcəlidi  və  ünsiyyətə,  başqa  adamlar  tərəfindən 

hörmətə olan təlabat, yaradıcılığa, özünü- reallaşdırmaya olan 

təlabatdır. 

2) Bundan başqa həm də nəzərə almaq laimdır ki, insan 

fəaliyyəti cəmiyyət üçün həm qurucu, həm də dağıdıcı xarakter 

kəsb  edə  bilər.  Özünün  gözlənilməz  nətieələri  ilə  o  yaradıeı 

insan  üçün  yad  olan  bütöv  dünya  yarada  bilər  və  ya  ona 

düşmən  olan  sosial  münasibətlər  və  institutlar,  siyasi  və 

ideoloji hadisələr törədə bilər. İnsan fəaliyyətinin bu dağıdıeı 

nətioələrinin  mümkünlüyü  nəzərə  alınmasa  sosial  həyat 

haqqında təsəvvürlər tam ola bilməz. 

Sosial  həyat  çoxqath,  çoxölçülü  strukturdur.  O  həm 

ayrı-ayrı  fəaliyyət  növlərinin  məemusu  kimi,  həm  təlabatlar 

piramidası kimi, həm milli (etnik) birliklərin, sosial qrupların 

(ailə,  zümrə,  siniflər,  kastalar),  təhsil,  gəlir,  status  və  s. 

səviyyələrin ölçüsü ilə yaranan sosial stratlar (təbəqələr) kimi 

həm də müxtəlif ietimai təşkilatların - iqtisadi, siyasi, mədəni - 

müəyyən struktur kimi başa düşülə bilər. Eyni zamanda ietimai 

həyatın  digər  mühüm  tərəfi  ayrıla  və  nəzərdən  keçirilə  bilər: 



adamlar arasındakı əlaqələr, asılılıqların məcmusu.  Onlar 

dini,  elmi,  bədii,  təsərrüfat,  siyasi  və  s.  həyat  fəaliyyətinin 

böyük sahələri kimi tədqiq oluna bilər - bu sahələr daxilindəki 

münasibətlər kimi, həm də onlar arasında olan münasibət kimi 

araşdırıla bilər. 

Cəmiyyəti orada olan, sosial münasibətəri təmin etmək 

məqsədi ilə yaranmış çoxlu təşkilatlar, müəssisələr, institutlar 

baxımından  da  təhlil  etmək  olar.  Sosial  strukturlar  bu  sosial 

aspekti  də  çoxlu  sosial  qurumlan,  o  cümlədən  müxtəlif  tipli 

təsərrüfat  müəssisələrini,  təşkilatları,  fmnalan,  təhsil,  səhiyyə 

sahəsində olan müəs 

37 



sisələri,  mərkəzi  və  yerki  hakimiyyət  səhiyyə  orqanlarının, 

yəni,  insanın  müxtəlif  təlabatlarmı  ödəyən  iqtisadi,  siyasi, 

mədəni təşkilatların geniş şəbəkələrini özündə birləşdirir. 

Cəmijqy^ətin  strukturlarının  anlaşılmasına,  nəhayət, 



universal  və  ya  sintetik  yanaşma  da  mümkündür.  Bu  cür 

yanaşmada  cəmiyyət  ayrı-ayrı  şəxsiyyətlərdən  balaca  qrup, 

ayrı-ayrı  kollektivlərdən,  böyük  sosial  qrup  və  onların 

təşkilatlarından,  ayrı-ayrı  xalqlardan,  millət  və  dövlətlərdən, 

beynəlxalq dövlətlərarası birliklər və təşkilatlardan ibarət olan 

kimi təqdim olunur. Bu elementlərin hər biri bir-biri ilə həm 

üfüqi, həm də şaqul mürəkkəb qarşılıqlı asdıqda olurlar. 

Sosial 


həyatın, 

fəaliyyət 

növlərinin, 

sosial 


münasibətlərin,  sosial  birliklərin,  ictimai  institutların, 

sadalanan çoxsaylı tərəflərinin təhlili, sosial fəlsəfənin bir elm 

kimi  əsasını  təşkil  edir.  Bu  məzmunun  bütün  zənginliyinə 

diqqət  yetirmək  vaxt  çərçivəsinə  sığmadığından  diqqətimizi 

daha çox sosial sistemin substansional əsasım, yəni adamların 

birgə fəaliyyətini, onun mahiyyətini, stmkturu- nu təşkil edən 

tərəflərinin xarakterinin təhlilinə yönəldək. 

Sosial  fəaliyyətin  strukturu.  Fəaliyyət  -  ətraf  aləmə 

fəal  münasibətin xüsusi insan formasıdır  - onun  məzmununu 

bu dünyanın  məqsədyönlü  mənimsənilməsi və dəyişdirilməsi 

təşkil  edir.  Bu  məzmun  sosial  fəaliyyətin  əsas  struktur 

elementləri ilə reallaşır, o sadə fərdi formada olur, yəni insanın 

şeylərlə  və  ya  digər  adamlarla  qarşılıqlı  fəaliyyətində  özünü 

göstərir.  Hətta  ən  sadə  sosial  fəaliyyətin  yarandığı  əsas 

elementlər hansılardır? 

istənilən sosial fəaliyyətin strukturunda birinci element, 

istənilən  fəaliyyətin  mühüm  və  zəruri  amili  insan,  adam, 



fərdlərdir. İnsansız heç bir sosial fəaliyyət mümkün deyildir. 

O bu fəaliyyətin fəal tərəfi, onun 



38 


Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə