Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə10/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   148

qruplar 

arasında 

qarşılıqlı 

fəaliyyətin, 

əlaqələrin, 

münasibətlərin məcmusu. 

Qeyd  etmək  lazımdır  ki,  sosioloqlar  üçün  ayrı-ayrı 

adamları,  onların  birlik  və  təşkilatlarını  öyrənmək  sosial 

qarşılıqlı  münasibətləri  tədqiq  etməkdən  asan  olmuşdur. 

Məsələ  ondadır  ki,  adamlar  arasındakı  əlaqə  və  qarşılıqlı 

münasibət yetkin, möhkəm deyil, qeyri-maddi xarakter daşıyır. 

Məhz buna görə də ictimai həyatdakı bu yetkin olmayan əlaqə 

və  münasibətlər  dərhal  başa  düşülməmişdir.  Lakin  güman 

etmək  olar  ki,  onların  əhəmiyyətli  rolunu  adamlar  çoxdan 

intuitiv səviyyədə hiss etmişlər- bunu belə bir fakt təsdiq edir 

ki,  adamlar  arasındakı  mənəvi  əlaqə  arasında  yaranan 

əhəmiyyətli  sosial  institutlar  olan  biri  din  termini  ilə  ifadə 

olunmuşdur-bu  “reliqare”  latın  sözü  olub,  münasibət,  əlaqə 

deməkdir.  Lakin  onların  rolunun  qiymətləndirilməsində 

ehkam-  çılıq  hələ  də  qalmaqdadır.  Onlardan  ən  geniş 

yayılmışı  iki  çaşqınlıqdır;  ifrat  fərdiyyətçilik  və  anarxizm: 

mübariz  kohektivizm,  onlardan  ən  təhlükəlisi  təzahürü 

faşizmdir. 



İfrat  fəaliyyətçilik  və  ya  sosial  nigilizm  baxımından 

yalnız  ayrı-ayrı  adamlar,  şəxsiyyətlər  mövcuddur,  ictimai 

əlaqələr,  qarşılıqlı  münasibətlər  deməli,  həm  də  cəmiyyət 

mövcud  deyildir.  Buradan  belə  qənaətə  gəlmək  olar  ki, 

“cəmiyyət  kateqoriyası”  uydurmadır, sırf cəfəngiyatdır, onun 

arxasında  real  heç  nə  dayanmır.  Bu  cür  yanüşmanm  nəticəsi 

anarxizmdir,  onlar  obyektin,  ictimai  əlaqənin,  qarşılıqlı 

fəaliyyətin  rolunu  inkar  edirlər,  deməli,  müxtəli  ictimai 

təşkilatların  və  dövlətin  də  əhəmiyyətini  qəbul  etmirlər.  Rus 

sosioloqu,  anarxizmin  görkəmli  nəzəriyyəçisi,  “dövlətsiz 

cəmiyyət”  konsepsiyasının  yaradıcısı  P.  Kropotkinanm 

fikrincə, şəxsiyyətin azadlığı “yalınız o 



30 


vaxt mümkün olacaqdır ki, birliyin əsas ideyası tam azadlıq, 

hakimiyyətin olmaması - anarxiya olsun”. 

Əksinə,  ifrat,  mübariz  kollektivizmin  tərəfdarlarının 

fikrincə,  “cəmiyyət”,  “dövlət”  anlayışları  ilə  ifadə  olunan 

sosial  hadisələr  yalnız  real  mövcud  olmayıb,  həm  də 

cəmiyyətin  təşkil  olunduğu  fərdlərdən  fərqli  olaraq,  daha 

3

diksək  dəyərə  malikdirlər.  Bu  konepsiyanm  məğzi  belədir; 



“yalnız  cəmiyyət,  cəmiyyətdən  başqa  heçnə  tək  cəmiyyət 

mövcuddur”.  Bu  konsepsiyanın  tərəfdarlarının  fikrincə, 

ayrı-ayrı adamlar daha geniş bütövün yalnız bir hissəsi Hegel 

demişkən,  “anıdır”  -  ayaqlar  və  əllər  insan  hədənin  hissələri 

olduğu kimi onlar ayrıca mövcud deyillər. Şəxiyyətin, ayrıca 

adamın rolunu açıq şəkildə aşağı salan bu Hegel konsepsiyası, 

onun  davamçıları,  xüsusən  K.Marks  tərəfindən  tənqid 

olunmadan qəbul olunmuşdur - sonradan Marksm bu mövqeyi 

kəskin  tənqidə  məruz  qalmışdır.  Rus  filosofu  N.  Berdyayev 

yazırdı;  “Marks  gözəl  sosioloq,  ancaq  zəif  antropoloq 

olmuşdur. Marksizim cəmiyyət problemini qoyur, ancaq insan 

problemini  qoymur,  onun  üçün  insan  cəmiyyətin 

funksiyasıdır,  iqtisadiyyatın  texniki  funksiyasıdır.  Cəmiyyət 

ilkin fenomen, insan isə epifenomendir” 

Mübariz  kollektivizmin  konsepsiyasının  ardıcıl  həyata 

keçirilməsi  totalitar  siyasi  rejimin  bu  və  ya  digər  növünün 

bərqərar  olması  gətirib  çıxarır  -  bu  vaxt  cəmiyyət  şəxsiyyəti 

tam  özünə  tam  tabe  edir,  onun  şəxsi  həyatının  bütün 

məqamlarını  -  ən  xırda  detallarına  qədər,  həta  güc  tətbiq 

etməkdə, zorla bu və ya digər dəb rəqs və s. standartları tətbiq 

etməklə - nizamlamağa cəhd edir. Bu ehkamlarda olan nəzəri 

xarakterə baxmayaraq tarixi təcrübə göstərir ki, onlar bir çox 

insan əzablarının və 

31 



bədbəxtliyinin  mənbəyi  ola  bilərlər  -  bu  da  dünyagörüşü 

çaşqınlığının nə qədər təhlükəli olduğunu göstərir. 

Əlbəttə, ictimai təşkilatın iki göstərilən komponentləri - 

adamlar  və  onların  qarşılıqlı  münasibəti  -  hələ  cəmiyyətin 

mürəkkəb strukturunu tam əhatə etmir. Onlar yalnız onun iki 

əsas, aparıcı dayaqlarıdır. 

Əslində  isə  cəmiyyətin  strukturu  iki  ölçülü  deyildir,  o 

mürəkkəbdir, çoxölçülüdür, müxtəlif hissələr və elementlərdən 

ibarətdir  -  çoxcəhətli  sosial  hadisələrin  dərk  olunmasında 

əlverişlilik  yaratmaq  üçün  onlar  bu  iki  komponentdə 

cəmləşdirilmişdir.  Təbii  ki,  real  mövcud  olan  canlı  cəmiyyət 

qarşımızda  rəngarən  çalarları,  sonsuz  element  və  hissələrin 

çoxluğu  ilə  dayanır.  Sosoial  sistem  özünün  sistemaltısı  kimi 

maddi, mənəvi və həyatın digər sahələrini qəbul edir - onların 

hər birinin öz komponentləri var. Belə ki, mənəvi sahə özündə 

din, elm, incəsənət, hüquq, əxlaq və s. birləşdirir. Cəmiyyətin 

bütün bu müxtəlif hissələri bir-biri ilə bağlıdır, çoxlu əlaqələr, 

qarşılıqlı fəaliyyət hesabına bir-birinə qarışmışdır - bu da sosial 

strukturun ayrı-ayrı elementlərini vahid tam halında birləşdirir; 

bu  hüceyrələr  arasında  bədən  əlaqəsini  canlı  orqanizmi 

yaratmasına bənzəyir. 

Şübhəsiz  ki,  cəmiyyət  təbiətdən  həm  fiziki,  həm  də 

bioloji  cəhətdən  əsaslı  şəkildə  fərqlənir,  öz  mürəkkəbliyi  ilə 

seçilir.  Ona  görə  də  sosial  sistemin  sosial  -  fəlsəfi  təhlilində 

mürəkkəb  anlayışlar  aparatından  istifadə  olunur.  Təbiət 

sistemini  təsvir  etmək  üçün  geniş  tətbiq  olunan  “elemenf’, 

“münasibəf’, “təşkilaf’, “sistem”, “struktur” anlayışlarla yanaşı 

sosial fəlsəfədə “subyekt”, “obyekf’, “ideal”, “sosial fəaliyyəf’ 

və s. kimi xüsusi anlayışlardan da istifadə olunur. Bu anlayışlar 

aparatının  yaradılması  fəlsəfi  fikrin  inkişafının  uzun  tarixi 

prosesinin nətieəsidir. 

32 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə