Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə140/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   136   137   138   139   140   141   142   143   ...   148

müəyyən  hiss  orqanları  ilə  bağlıdır,  büllura  gəldikdə  isə  o 

bizim  dünyanı  və  kosmosu  hissən  dərk  olunmayan 

qavrayışımızla bağlıdır. 

Qədim  dövrlərdə  belə  hesab  edirdilər  ki,  büllur  yatmış 

adamı qorxulu yuxulardan qoruyur; qaşlı üzükdə olan büllur tez 

üşüməkdən, so}aığa davamsızlıqdan və donmaq təhlükəsindən 

xilas edir; boyunbağı formasında gəzdirərkən körpə uşağa süd 

verən  ananın  südünü  artırır;  paltarın  altında  qarının  sağ 

tərəfində  gəzdirəndə  öd  kisəsinin  fəaliyyətini  yaxşılaşdırır  və 

onun  fəaliyyətini  orqanizmin  tələbatına  uyğun  nizama  salır. 

Qədim dövrlərdə təsdiq edirdilər ki, dağ bülluru soyuğun təsiri 

ilə yaranır və o özü “əbədi buzdur” 



Zümrüd  -  qədim  xalqlar  onu  “İzidanm  sirli  daşı” 

adlandırırdılar.  O,  anaların  və  dənizçilərin  talismanı  hesab 

olunurdu; belə bir inam var idi ki,  gözgüyə baxılan kimi ona 

uzun müddət diqqətlə baxanda bütün  sirlər orada əks olunur, 

gələcəyi  əvvəlcədən  görmək  mümkün  olur.  Yaddaşı 

möhkəmləndirmək və görmə qabiliyyətini yaxşılaşdımıaq öçün 

zümrüdü boyunda gəzdirirdilər. Qızılla düzəldilmiş zümrüd pis 

xəstəliklərdən  qorujmr,  o  məhəbbət  və  yuxusuzluğun 

hökmdarıdır. Gənc oğlan və qızları pozğunluqdan qorunmaq və 

ağıllı  olmaqları  üçün  zümrüd  gəzdirməyi  məçbur  edirdilər. 

Belə hesab edirdilər ki, zümrüd gəzdirənlərin yuxuları tez-tez 

düz  çıxır.  Sentyabr  ayında  doğulanları  zümrüd  yalançı 

dostlardan  hifs  edir,  onlarda  inam  yaradır.  Lakin  bu  daşın 

özünü  tam  mənada  göstərməsi  üçün  ulduzlar  cədvəlində  Ay 

yaxşı  vəziyyətdə olmalıdır. Müalicəvi  xassəsinə görə zümrüd 

melanxoliyanı  (qəmginliyi)  dağıdır  və  uzunömürlülük  bəxş 

edir. Zümrüd qadın və kişi arasında fərq görmür, uşaqlara isə 

daha incə yanaşır, əsəb sisteminə yaxşı təsir 



433 


edir.  Venera  daşı  olan  Zümrüd  qadınlara  və  ailə  ocağına 

himayədarlıq edir. O, təmiz adamların daşıdır. Xərçəng bürcü 

altında  doğulan  əsəbi,  xəyalpərəst  və  hissiyyatlı  adamları 

zümrüd  pis  yuxulardan  qoruyur.  Balıqlara  yaxşı  təsir  edir  və 

onların sirli fikirlərini cəmləşdirir. Oğlaq və Əqrəblərə uyğun 

gəlmir. Digər bürcdən olanlar bu daşı gəzdirə bilər. Yalançılara 

bədbəxtlik,  həm  mənəvi,  həm  də  fiziki  xəstəlik  gətirir. 

Zümrüdlə  ehtiyatsız  davrananda  o  pis  təsir  edir.  Avropalılar 

Zümrüdə məhəbbət, uğur simvolu kim baxırlar. 

Karneol - tünd qırmızı rəngli əqiq - qədim müəlliflərin 

fikrincə,  mübahisə  və  davadan  qomyur,  qadınların  qan 

dövranını  nizama  salır,  dişləri  möhkəmləndirir,  qızdırma, 

titrəmə  və  əsəb  xəstəliklərini  sakitləşdirir.  Lakin  bu  daşın 

başlıca istifadə məqsədi- insanı şimşəkdən vəö pis qüvvələrdən 

qorumaqdır.  Şərqdə  bu  daşı  doğum  vaxtı  ağıza  alırlar. 

Ümumiyyətlə bu daş çox xoşbəxtlik və sağlamlıq daşı  hesab 

olunur; son vaxtlar onu bazedov xəstəliyi (qalxanvan vəzinin 

fəaliyyətinin artması nəticəsində əmələ gələn xəstəlik) yaranan 

vaxtı  gəzdirməyi  məsləhət  görürlər.  Karneolu  gəzdirənlərdə 

toxunma hissi güclənir. 

Kəhrəba  -  ən  sirli  və  güclü  həmayillərdə  (gözmün- 

cuqlanndan) biri hesab olunur. Kəhrəbanın  bir parçası  dəriyə 

toxunanda  kişilərin  gücünü  və  qadınların  nəsil  artırma 

qabiliyyətini artınr. Kəhrəba yoluxucu xəstəliklərdən qoruyur 

(bu daşdan müştük düzəltmək ənənəsi də buradan irəli gəlir). 

Dəri,  boğaz,  revmatizma  xətəliklərini  müalicə  edir,  pis 

gözlərdən və cadıdan qoruyur. 

Talisman  kimi  gəzdirilən  kəhrəba  Şir  bürcü  altında 

doğulanlara xoşbəxtlik gətirir; başqalarına, xüsusilə də 

434 



Buğa  bürcü  altında  doğulanlara  bu  daşı  həmişə  gəzdirmək 

məsləhət görülmür. 

Eyni  zamanda  qulaq  ağrıyanda,  boğaz  ağnları  vaxtı 

qızılı parıltılı kəhrəbanı gəzdirirlər, eyni zamanda alın və göz 

ağrılarını xeyli yüngülləşdirir. Kəhrəbanın yanmasından çıxan 

tüstü görünmə (xəyal) yaradır, ona görə də cadugarlığa meyli 

olan falçılar arasında o daha məşhurdur. 

Kəhrəba  güclü  müalicəvi  enerjiyə  malik  olmasa  da 

ağrıları bədəndən çıxarır. Bir parça kəhrəbanı bədənin ağrıyan 

hissəsinə  qoyanda  o  mənfi  enerjini  udur  və  orqanizmin  özü 

özünün müalicə etməsinə komik edir. Depresiyaya və intihara 

meylli adamların kəhrəba gəzdinnəsi məsləhətdir. 

Kəhrəba  xoşbəxtlik  və  sağlamlıq  daşıdır,  sevgililərin 

talismanı  olub  sahibinə  məhəbbət  obyekti  kimi  baxılmasına 

kömək  edir.  Kəhrəba  qarın  boşluğuna  kömək  edir,  sarılığın 

müalicəsinə, ürəkkeçməsinə, baş gicəllənməsində qanaxmada, 

şişdə,  öskürəkdə  yardımçı  olur.  Sahibinə  uzun  ömür  gətirir, 

qadın 


xəstəliklərini, 

soyuqdəyməni 

diş 

ağrılarını 



yüngülləşdirir;  hamilə  qadın  kəhrəba  gəzdirərsə  asan  doğuş 

olur, yuxusuzluğa kömək edir. Yatan qadının sinəsinə qoyanda 

o bütün pis əməllərini etiraf edir. 

Kəhrəba  yaradıcılıq  daşı  hesab  olunur.  Şir  bürcündən 

olanların  talismanıdir.  Qalanlara  onu  daimi  gəzdirmək 

məsləhət  görülmür.  Yalnız  əqrəb  bürcündən  olanlara  uyğun 

gəlmir. 

Kəhrəbanı  heç  vaxt  gümüşdə  gəzdirmirlər  onu  yalnız 

qızıl və misdə gəzdirirlər. Məsləhət görülür ki, ən çox boyuna 

yaxın  gəzdirmək  lazımdır.  Xoşbəxtlik  və  sağlamlıq 

simvoludur. 

435 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə