Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə136/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   132   133   134   135   136   137   138   139   ...   148

azaldılmışdır, belə ki, müxtəlif astroloji məktəblər eyni Zodiak 

bürcünə müxtəlif daşları aid edirlər. 

Müasir  astrologiyanm  daha  məntiqi  yanaşma  üsulu 

vardır-onlar 

insanın 

xarakterinin 

harmonikləşməsinə 

(ahəngdarlığına) kömək edən əlvan daşların seçiminə üstünlük 

verir.  Bu  vaxt  daşlar  xarakterin  müsbət  xüsusiyyətlərini 

gücləndirməli  və  arzuolunmaz  və  mənfi  xüsusiyyətlri 

zəiflətməlidir;  lakin  insanlar  daşdan  nə  istədiklərini  aydın 

bilməlidirlər.  Əgər  bunu  etmək  çətindirsə,  mütləq  təcrübəli 

astroloqa  müraciət  etmək  lazımdır.  Əfsuslar  olsun  ki,  son 

vaxtlar  daşlardan  şöhrət  naminə  istifadə  edənlərin  sayı  xeyli 

artmışdır.  Bu  isə  təkcə  onların  özünə  mənfi  təsir  etməklə 

nəticələnmir,  həm  də  ətrafdakıların  daşlarla  bağlı  biliklərinin 

zəifliyindən arzuolunmaz dəbə gətirib çıxarır. 

Zərgərlik daşları talisman (himayədar) və ya gözmuncuq 

şəklində istifadə oluna bilər. Talisman müəyyən geyfıyyətləri, 

xarakterdəki  xüsusiyyətləri  möhkəmləndirir  və  qoruyub 

saxlayır, onların inkişaf etməsinə kömək edir, sanki kənardan 

diqqəti gəlb edir və onun sahibi üçün bu keyfiyyətlərə əlverişli 

olan mikro iqlim formalaşdırır. Talisman həmin adamda irsən 

olmayan  heç  bir  yeni  keyfiyyəti  inkişaf  etdirməyə  qadir 

deyildir. 

Gözmuncuğu-qoruyan,  mühafizə  edən  daşdır.  O, 

sahibini arzuolunmaz kənar təsirlərdən qorumaq üçün lazımdır. 

O,  seçim  immunitetini  yüksəldir  və  öz  təsiri  çərçivəsində 

bədəndə  olan  qüsuru  aradan  qaldırmağa  kömək  edir. 

Gözmuncuğu  təhlükənin  görünməz  əlamətlərini  instinktiv 

olaraq  duymağa  kömək  edir  və  adamı  bu  təhlükədən 

uzaqlaşmağa və daha təhlükəsiz yerə getməyə vadar edir. 



421 


Hər bir daş, adətən həm talisman, həm də gözmuncuğu 

xassələrinə malikdir; ona görə də daş seçərkən 

bunu 

mütləq 


nəzərə 

almaq lazımdır. 

İntellelektual  cəhətdən  kifayət  qədər  inkişaf  etməmiş  adama 

keflənməkdən  qoruyan  ametisti  gəzdirməyin  heç  bir 

əhəmiyyəti yoxdur, belə ki, Neptuna meyl edən bu daş talisman 

kimi sahibinin şüurunu arzuolunmaz və gözlənilməz dərəcədə 

genişləndirməsinə  gətirib  çıxaracaq  ki,  bu  da  alkoqollu 

içkilərin təsirindən yaranan vəziyyətə uyğun olacaqdır və daşın 

təsirini heçə endirəcəkdir. 

Qrafinya Voronsovun əqiqdən qayrılmış üzüyü hədiyyə 

kimi Puşkinə bağışlamasına həsr olunmuş şairin məşhur şeirini 

xatırlamaq  yerinə  düşərdi.  Burada  Puşkin  ona  talisman  kimi 

müraciət edir, lakin bu daş şairə uyğun gəlmir. Ekspansiv şairə 

əqiq deyil, zümrüd daha çox uyğun gəlirdi; əqiq isə sahibində 

emosional  ehtirasları  daha  da  goşdururdu.  Bayronda  da 

əqiqdən  hazırlanmış  üzük  var  idi.  Əlbəttə,  ola  bilər  ki,  bu 

təsadüfən üst-üstə düşən hadisədir. Lakin onlardan biri ölümü 

ilə nəticələnən duelə təhrik olundu, digəri isə özü Yunanıstana 

ölümünə qarşı getdi. 

Göründüyü kimi, talisman seçimi-çox incə, çox zəhmət 

və  səbr  tələb  edən  bir  işdir.  Belə  ki,  zərgərlik  daşı  seçərkən 

yalnız doğulduğu ili, ayı və günü deyil, həm də doğulduğu saatı 

4  dəqiqə  fərq  dəqiqliyi  ilə  nəzərə  almaq  lazımdır:  bunsuz 

doğum  vaxtı  çıxan  Zodiak  dərəcəsini  hesablamaq  mümkün 

deyildir və bu da həmin adamın xarakterinin formalaşmasında 

əsasdır. 

Talisman seçərkən onun forması böyük əhəmiyyət kəsh 

edir:  belə  ki,  məhz  forma  bu  və  ya  digər  daşın  təsirini 

gücləndirir  və  ya  zəiflədir.  Daha  kobud  desək,  talismanı 

insanın xarakteri ilə ölçüb- biçməklə seçmək lazımdır. 



422 


Ekspansiv  tezacıqlanan,  əsəbi,  səbirsiz,  hövsələsiz  adamlara 

aktivləşdirən, fəallaşdıran qırmızı rəngli- yaqut, aydm-qınnızı 

yəşəm  daşları  çox  təhlükəlidir.  Bu  daşlar  həmin  adamı 

düşünülməmiş  hərəkətlərə  təhrik  edir.  Bu  daşlara  təbii 

qəddarlığı  gücləndinnək  xasdır.  Bədxah,  qərəzkar  adamlarda 

onlar  pis  şeytana  çevrilirlər,  çox  vaxt  qarşısı  alınmaz,  labüd 

nəticələrə  gətirir.  Əksinə,  utancaq,  cəsarətsiz,  qorxaq 

adamlarda  onlar  tündməcaz  tempe-  ramentin,  ehtirasın 

inkişafına  kömək  edir,  venada  qanı  sürətlə  getməyə  məcbur 

edir.  Parlaq-qınmzı  rəngli  daşlar  qələbəyə  inam  oyadır, 

gəmginliyi qovur, həyat eşqini yüksəldir. 

Zümrüdü  isə  hamıya  tövsiyə  etmək  olar,  belə  ki,  bu 

şeytan  əleyhinə  olan  daşdır.  O,  insanda  olan  bütün  yaxşı  nə 

varsa hamısını stimullaşdırır, insanı həvəsləndirir. 

Gözmuncuğu  seçmək  kifayət  qədər  asandır.  Sadəcə 

olaraq  onu  nədən  qorumaq  lazım  olduğunu  müəyyən  etmək 

lazımdır. Gözmuncuğunu Zodiak bürcünə uyğun seçmək heç 

də vacib deyildir. Ulduz falına uyğun gəlməyəndə, o bir az öz 

gücünü  itirir,  lakin  bununla  belə,  onun  birbaşa  təsiri  qalır. 

Yalnız talisman kimi seçilən daşın xassələrinə diqqət yetirmək 

lazımdır. Ənənəvi gözmuncuqları əsasən aşağıdakı kimi qəbul 

olunmuşdur: 

Qoç üçün - açıq çəhrayı-yasəməni gözmuncuğu; Buğalar 

üçün  -  əqiq; Əkizlər üçün  - beril;  Xərçənglər üçün  - zümıiıd; 

Şirlər  üçün  -  yaqut;  Qızlar  üçün  -  ala-bula  yəşəm;  Tərəzilər 

üçün  -  almaz  və  ya  dağ  billuru;  Əqrəblər  üçün  -  sarı  topaz; 

Oxatanlar üçün - firuzə; Oğlaqlar üçün sarı, göy opal; Dolçalar 

üçün - sapfır, Balıqlar üçün - qızılı, göy xrizolit. 

Müxtəlif gözmuncuqları və talismanlar taxmaq məsləhət 

deyildir. Hər hansı bir adama 4, 8, 13 daş geymək 



423 


Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə