Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə134/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   130   131   132   133   134   135   136   137   ...   148

qayrılan  bəzək)  adlanırdı.  Kameyanın  vətəni  İskəndəriyyə 

şəhəri  olmuşdur,  burada  birici  Ptolomeyin  sarayında 

qliptikanın bu sahəsi inkişaf etdirilmişdir. Ennitajda saxlanan 

və  bütün  dünyada  məşhur  olan  Qonzaq  kameyası  burada 

düzəldilmişdir.  O,  üçqath  sardoniks  qiymətli  daşının 

parçasından  kəsilmişdir.  Eyni  zamanda  daşın  çoxrəngliliyi 

rəssama  yalnız  heykəltaraşlıq  deyil,  həm  də  nəqqaşhq 

sahəsində böyük effekt əldə etməyə imkan vermişdir. 

Kameya başhea olaraq qadın zinnəti idi. Onları saneağa, 

medalyona, üzüyə, boyunbağına qoyurdular. 

Qədim  dövrlərdə  qiymətli  daşların  istifadə  olunan  üç 

məqsədindən:  gözmuneuğu,  möhür,  bəzək-ən  çox  bəzək 

üstünlük  təşkil  edirdi.  Bununla  belə,  qədim  Yunanıstanda 

möhür də geniş yayılmışdır. Yunanlar möhürlərdə Allahı təsvir 

eyməyi çox xoşlayırdılar. Bununla belə “dövlət” Allahlarının 

(Zevs,  Appolon  və  ya  Demetri)  təsvirlərinə  olduqca  az  rast 

gəlinirdi.  Əsasən  sadə  adamların  özlərinə  himayədar 

seçdikləri, sadə adamlara yaxın olan Allahların (Afradita, Erot, 

Nika, Hermes) təsvirlərinə daha çox üstünlük verilirdi. 

Hər bir daşda onun sehirli xassəsini gücləndirmək üçün 

məhz nə təsvir etmək lazım olması haqqında bütöv bir təlimat 

sistemi var idi. Ametist yunanca kefli olmamaq mənasını verir. 

Görünür bu onun qınmzı çaxırın çox güclü durulaşdırılmasmı 

xatırladan bənövşəyi rənginə görə belə adlandırırdılar- bu cür 

çaxırdan  keflənmək  olmurdu.  Ametistin  üzərində  Ay  və  ya 

Günəş işarəsi oymaq qəbul olunmuşdur. Belə hesab edrdilər ki, 

məhz  bu  vaxtı  daşa  yalnız  keflənməkdən  deyil,  həm  də 

zəhərlənməkdən qorumaq bacarığı verilirdi. 



414 


Həndəsə  və  mexanikanı  yaxşı  bilən  Roma  alimləri 

kimya  və  mineralogiya  haqqında  olduqca  dumanlı  baxışa 

malik idilər. Onlar belə hesab edirdilər ki, qiymətli daşlar da 

ağac  kimi  yerdə  bitir.  Ona  görə  də  daşlar  yaxşı  və  ya  pis 

yetişmiş ola bilər. Məsələn, zəif rəngli yaqut yetişməmiş hesab 

olunurdu. Xarakterik haldır ki, “gemma” (üstündə yazı və ya 

şəkil  qazılmiş  qiymətli  daş)  latın  dilində  eyni  zamanda 

qiymətli daş və tumurcuq mənalarını verir. 

Roma  imperiyasının  son  əsrləri-bütpərəstlik  dininin 

ölməsi  və  mövhumatın  çiçəklənməsi  dövrüdür.  Qiymətli 

daşlara naxışlar vurmaq texnikası olan qliptikaya maraq azalır. 

Asanlıqla  emal  olunan  materiallar  seçilirdi.  Məişət 

gözmunçuğu  daha  geniş  yayılmışdır.  Ermitaj  toplusundaki 

sardoniks “tibbi” gözmunçuğu üçün maraqlı nümunə ola bilər. 

Burada  bir  əlində  Meduzanm  (bədəni  həlməşik  maddədən 

ibarət oxayaqcıqlı dəniz heyvanı) başı, digərində isə qılınc olan 

Pcrseyin  kobud  fiquru  oyulmuşdur.  Daşın  əks  tərəfində  isə 

yunan  dilində:  “Qaç,  podaqra  (bədəndə  maddələr 

mübadiləsinin  pozulması  nəticəsində  əmələ  gələn  oynaq  və 

toxuma xəstəliyi), Hersey səni təqib edir. ” yazısı oyulmuşdur. 

Roma  imperiyasının  süqutu  ilə  qiymətli  daşların 

cilalanması, onlara naxış vurulması və təraşlanması incəsənəti 

tənəzzül  edir.  Qərbi  Avropanın  öz  ustaları  daha  olmur. 

Qiymətli  daşlar  və  zərgərlik  məmulatları  Bizansdan 

gətirilməyə başlanır. 

Orta  əsrlərdə  qiymətli  daşların  müalicəvi  və  qommaq 

xassələri  haqqında  əfsanələr  daha  geniş  yayılmışdır.  Onu 

zəhərləyəcəklərindən  daim  qorxan  ingilis  kralı  Torpaqsız 

İohan özü ilə həmişə firuzə gəzdirirdi; o dövrün inamına görə 

firuzə zəhəri aşkar edirdi. Şotlandiya 



415 


kraliçası  Mariya  Styuart  bu  məqsədlə  almaz  gəzdirərdi.  Belə 

hesab  olunurdu  ki,  yaqut  qanaxmam  dayandırır,  yəşəm  daşı 

qızdırma  və  özündəngetmə  xəstəliyini  müalicə  edir,  almaz 

hamilə  qadınlara  doğuş  vaxtı  kömək  edir,  zümrüd  gələcək 

haqqında  fikir  söyləmək  gücünə  malikdir  və  onu  gəzdirənin 

əqli qabiliyyətini daha da gücləndirir. (Hələ vaxtilə imperator 

Heron  yaşıl  kristala  baxmaqla  öz  gələcəyini  qabaqcadan 

görməyə cəhd etmişdir.) Konk- vistadorlar (Mərkəzi və cənubi 

Amerikanı  tutmuş  ispan  və  portuqal  istilaçıları)  Cənubi 

Amerikanı  ələ  keçirdikdə  inklərin  məbədində  çoxlu  zümrüd 

tapdılar,  bu  da  onları  daha  da  həvəsləndirdi.  Lakin  heç  bir 

işgəncə zümrüd mədənlərinin yerini deməyə hinduları məcbur 

edə  bilmədi.  Qəribə  olsa  da  böyük  coğrafi  kəşflər  dövründə 

belə  hesab  edirdilər  ki,  topaz  dəniz  tufanını  sakitləşdirir. 

İntibah dövrünün böyük memarı və zərgəri Benvenuto Çellini 

yaqutu bütün daşlardan üstün tutur, onu tilsim (talisman) hesab 

edirdi. 

XVII-XVIII  əsrlərdə  Fransa  və  İngiltərədə  qiymətli  və 

yarımqiymətli daşlarla bəzədilmiş məhəbbət gözmun- cuqları 

dəbdə olmuşdur. 

Şərqdə qiymətli daşlara ənənəvi olaraq böyük əhəmiyyət 

verilmişdir: əsrlər boyu onların insanlara astroloji və praktiki 

təsiri  öyrənilmişdir.  Şərqin  istənilən  bəzək  dükanında  elə  bu 

gündə sizə deyərlər ki, məsələn, əqiq (qırmızı və narıncı rəngli 

qiymətli  daş)  mübahisə  və  dalaşmaqdan  qoruyur,  firuzə- 

qələbə daşıdır və s. 

Hal-hazırda biz yenidən qədim biliklərə müraciət edirik 

və 


ondan 

öz 


sağlamlığımız, 

müvəffəqiyyətimiz, 

xöşbəxtliyimiz,  arzularımızın  həyata  keçməsi  üçün  xeyir 

tapınq.  Daşlar  insanlara  böyük  təsir  gücünə  malikdir.  Onlar 

insanın enerjisini düzəldir, onun quruluşunu nizama 

416 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə