Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə137/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   133   134   135   136   137   138   139   140   ...   148

yol verilməz hesab olunur. Xoşbəxt seçim - 1, 3, 5, 7 və 9 daş 

qəbul olunur. Daşın təsiri onun ölçüsündən asılı deyildir, təsir 

onun təmizliyi ilə artır. Müxtəlif qüsurlar, tutqunlaşmalar daşın 

mənfi xassələrini artıra bilər. 

İstənilən  ünsiyyətin, 

0

  cümlədən  daşlarla  ünsiyyətin 



qurulmasında ilk addım  - simpatiyanın, meylin  yaranmasıdır, 

ona görə də - düzdür çox dəqiq olmasa da - daş əldə etməyin ən 

sadə  üsulu  -  simpatiyanız  olan  daşı  əldə  etməyinizdir.  Əgər 

insan xoşu gəlməyən hər hansı daşı nəyinsə xatirinə taxırsa, ən 

yaxşı  halda  onunla  kontakt  yarada  bilməyəcəkdir.  Bu  mənfi 

ünsiyyət daşlara da təsir göstərir. Buvaxt daşların rəngi dəyişir, 

məsələn opal hətta parçalana bilər. Ona görə də daş seçərkən 

ilk şərt sizin tərəfinizdən olan inam və rəğbətdir. 

Öz  daşınızla  ünsiyyət  yaratmağınız  üçün  xeyli 

çalışmalısınız. Qədim incəsənətə uyğun olaraq, aldığınız daşla 

tənhalığa  çəkilib  təklikdə  qalmalısınız,  onu  ovçunuzun  içinə 

alıb diqqətlə ona baxmalısınız, diqqətinizi cəmləməli, özünüzü 

nazik  dumana  bürünmüş  halda  hiss  etməlisiniz.  Sonra  bu 

dumanı  daşın  vasitəsilə  bədəninizə  çəkməli  və  bütün 

bədəninizə  tökməlisiniz.  İlk  dəfədən  hər  şeyin  uğurlu  olması 

heç də vacib deyildir. Müvəffəqiyyət çoxsaylı və gərgin, inadlı 

çalışmadan sonra təmin oluna bilər. 

Maraqlı  bir  cəhəti  də  qeyd  etmək  lazımdır.  Xarici 

cəlbediciliyinə  baxmayaraq  bir  çox  daşlar  həm  də  pis  ad 

çıxarmışlar.  Məsələn,  opal  uzun  illər  bədbəxtlik  gətirən  daş 

hesab  olunmuşdur.  Yalnız  XIX  əsrdə  ona  yeni  münasibət 

yarandı  və  yayılmağa  başladı.  Opalın  şöhrətinin  qayıtmasına 

ingilis kraliçası Viktoriya xeyli kömək etmişdir. Avstraliyadakı 

opal  mədənini  hamıya  bildirməyə  çalışan  kraliça  opal 

gəzdirirdi. 

424 



Bəli  cansız  hesab  etdiyimiz  qiymətli  daşlarla  bağlı 

əsrlərin sınağından keçib gələn baxışları təhlil edərkən, sanki 

insanın  canlı  bir  varlıqla  ünsiyyəti  necə  qurması  tarixçəsinə 

nəzər saldıq. Özünü bütün canlılardan üstün tutan insan bütün 

tarixi  dövrlərdə  təbiətdən  asılı  olduğunu  etiraf  etmək 

istiqamətində aparılan bütün söhbətlərdən çox böyük ustalıqla 

boyun  qaçırsa  da  daxilən  bu  asılılığı  həmişə  duymuşdur. 

Maraqlıdır ki, təbiət bütün başqa canlılara nisbətən insana qarşı 

daha diqqətcil olmuş, öz şüuru, ağılı və dəiTakəsi ilə öyünən 

insanın bütün şıltaqlığına dözmüşdür. Hər dəfə təbiətin qayğısı 

ilə üzləşən insan özünün təbiətə qarşı vəhşi hərəkətlərindən əl 

çəkməkdənsə  bu  səmimilikdən  suiistifadə  edərək  mövcud 

münasibətləri daha da gərginləşdirmişdir. 

Real həyatda hər hansı bir adama təbiətin bizə etdiyinin 

milyondan  birini  etsək  özümüzü  həmin  adama  qarşı 

sahibi-ixtiyar  kimi  apararıq.  Özümüzü  dərk  edəndən 

valideynlərimizin 

bizim 


üçün 

etdiklərini 

dəfələrlə 

sadaladıqlarının tez-tez bundan bizi şantaj etmək üçün istifadə 

etdiklərinin  şahidi  olmuşuq.  İnsan  üçün  vacib  olan  hava,  su, 

qida,  yaşayış  məskəni,  bir sözlə insan üçün mühüm  olan hər 

şeyi bizə təmənnasız bəxş edən və heç vaxt bundan bizə qarşı 

suiistifadə etməyən təbiətə münasibətimiz məqbul hesab edilə 

biləmi?  Bütün  verdikləri  azmış  kimi,  təbiət  bütün  ömrümüz 

boyu bizi hifz edir, yol göstərir, hər eür təhlükədən qorunmaq 

üçün  öz  predmetlərini  bizə  təklif  edir.  Bəli  daşlar  da  bizə 

yardımçıdır. Onlar da bizim yaşamağımız üçün kifayət qədər 

öz  köməklərini  əsirgəmirlər.  Bəs  biz?  Bütövlükdə  təbiətə, 

onun ayrı-ayrı predmetlərinə, o cümlədən daşlara qarşı düzgün 

olmayan münasibətimizi nə üçün dəyişdirmək istəmirik? 

425 



Qiymətli daşlarla bağlı bəzi mülahizələrinmizdən sonra 

ayrı-ayrı daşların xassələrini qısa şərh etməyi cəhd edək. 



Almaz - ən bahalı, gözəl və nəcib daşdır. O, günahsızlıq, 

məsumluq,  sadə  ürəklilik,  sarsılmazlıq,  mətanət  və  mərdlik, 

xəstəlik  və  hər  cür  azar  üzərində  qələbə  rəmzidir.  Bu  daşın 

möcüzəli,  ecazkar  xüsusiyyətlərə  və  qeyri-adi  gücə  malik 

olduğunu  qeyd  edirlər.  O,  bütün  işlərdə  uğur  gətirir, 

gözdəymədən,  tilsimlənmədən,  cadudan  qoruyur,  döyüşdə 

cəsarət  və  mərdlik  verir,  sağlam  və  uzun  ömrü  təmin  edir. 

Yaralanmadan qoruyur və pis  yuxuları qovur. Talisman kimi 

brilliantı  sol  qolda  və  ya  boğazda  gəzdirirlər,  lakin  daşın 

çərçivəsi  onun  dəriyə  toxunmasına  mane  olmamalıdır-dəriyə 

toxunanda onun gücü daha da artır. Daş hədiyyə veriləndə və 

ya miras qalanda çox böyük xeyirxah gücə malik olur. Almaz 

yüksək  temperatur,  soyuqdəymə,  sarılıq,  yaralar,  ürək- 

bulanması, qara ciyərin böyüməsinə qarşı ən yaxşı müalicədir. 

Astroloqlar  belə  hesab  edir  ki,  almaz  qorxulu  daşdır,  lakin 

qorxmaq lazım deyil, sadəcə olaraq o diqqət tələb edir. Almaz 

sahibinə o vaxt xoşbəxtlik gətirir ki, o nəyə isə həsr olunur ya 

da  vərəsəlik  kimi  qalır.  İnsan  almazı  hədiyyə  alanda  o  daha 

yaxşı olur. 

Almaz  şahların  və  ilk  din  xadimlərinin  daşıdır.  Qalan 

adamlara bu daş çox vaxt biganədir. Əyanlar nəslindən olanlar 

bu daşı gəzdirə bilərlər, lakin unutmasınlar ki, 7-9 il ərzində bu 

daşı heç bir xeyir gətinnəyəcək. 

Almaz  bütün  daşlardan  ən  bahalısıdır.  Qoç  bürcündən 

olanlara daha çox kömək edir. Zodiakm ilk daşı hesab olunur. 

Öz  bioritmi  ilə  işləməyi  bacaranlara  çox  kömək  edir.  Almaz 

bəşəriyyətin məqsədini və hər bir adamın vəzifəsini yaxşı bilir. 

İntellektual əməklə məşğul 



426 


Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə