Birinci fəsil: İman, İslam və mənəviyyat



Yüklə 0,52 Mb.
səhifə1/8
tarix17.09.2017
ölçüsü0,52 Mb.
  1   2   3   4   5   6   7   8

Əxlaq və mənəviyyat

Böyük Rəhbər həzrət Ayətullah Xameneinin baxışında


Birinci fəsil: İman, İslam və mənəviyyat


İmanın əlamətləri

İmanın əlamətləri günah etməmək, Allahdan qorxmaq, Allah bəndələri ilə yaxşı davranmaq, Allah düşmənləri ilə düşmən olmaq, qardaşların kiçik ixtilaflarına asanlıqla göz yummaq, düşmənlərlə isə zərrələri də hesablamaqdır. Möminlərin qarşısında təvazökar olun, özünüzü kiçildin: "möminlərə qarşı mülayim və təvazökar"1. Bu, bir-biri ilə kəllə-kəlləyə gəlməklə uyğun deyil. Bu, məhəbbət, bağış və keçinməklə yaranır.2


İman məhəbbətlə birgə olmalıdır!

İman məhəbbətlə və dərin eşqlə birgə olmasa, lazımi təsir bağışlaya bilməz. Əməl və fəaliyyət məqamında imana böyük təsir bəxs edən amil məhəbbətdir. Məhəbbət olmadan hərəkatı inkişaf etdirmək olmaz. Məhəbbətin ən üstün növü – yəni Əhli-beytə məhəbbət bizim ixtiyarımızdadır. Bu məhəbbətin zirvəsi Kərbəla və Aşura məsələsi, Allah adamlarının ozamankı fədakarlığının dəyərli yadigarlarını qorumaqdır. Bu, şiəliyin tarix və mədəniyyəti üçün yadigar qalmışdır.3


Siz Allaha iman sayəsində qüdrətləndiniz!

Allaha şükür olsun ki, böyük güclər və düşmənləriniz siz böyük, şücaətli və mübariz xalqdan hələ də qorxurlar və qorxmalıdırlar da. Siz Allaha iman sayəsində belə qüdrətlənmişsiniz. Bu imanı gücləndirin, birliyinizi artırın və nəyin bahasına olursa-olsun Allah düşməninin boyunduruğu altına girməyin. İslam uca və ucalıq bəxş edəndir; kim İslamla tanışdırsa, ucalıq ona məxsusdur. Xar olan şəxslər İslamdan uzaqlaşdıqlarına görə xar oldular. Özünüz İslamı qoruyun, imanınızı gücləndirin, İslam dəyərlərinin keşiyini çəkin, digər xalqları da İslamla barışmağa və İslama qayıtmağa sövq edin. Bu zaman bütün şeytansifət güclərin əli üzüləcək.1


Müharibədə xalqımıza parlaq qələbələr gətirən amil: İman

Bəzilərinin iki övladı, bəzilərinin üç övladı, bəzilərinin dörd övladı şəhid oldu. Biz gördük; əzizləri şəhid olan analar elə mətanət və möhkəmlik göstərirdilər ki, insan heyrətə gəlirdi. Allaha şükür olsun ki, mənim hörmətli şəhid ailələri ilə çoxlu görüşlərim həmişə olub və indi də var. Düşünürəm ki, şəhid anaları qüvvə və qüdrət baxımından doğrudan da misilsizdirlər. Güclü duyğu və emosiyaları olan, öz övladını aşiqcəsinə sevən bir qadına hansı amil belə bir qüvvə bəxş edir ki, bir, iki, yaxud daha artıq övladının şəhidliyi qarşısında belə mətanət və vüqar nümayiş etdirir?! Bu, imandandır. İnqilabda bizim xalqımızı qalib edən iman idi; müharibədə bizim xalqımıza parlaq qələbələr gətirən iman idi; İslamı və Quranı dünyada başıuca edən, İslam Respublikasını izzət və əzəmətə qovuşduran iman idi; şəhid ailələrinə dözüm, güc və qüvvə verən iman idi. Bu imanın qədrini bilin, onu qoruyun; heç bir silah onun qarşısında dayana bilməz.2


İlahi sirr imandan ibarətdir!

Bizim quruluşumuz xalqın imanına, duyğusuna və sevgisinə arxalanan bir quruluşdur. Ümumiyyətlə bu quruluşun məğlubedilməzlik sirri xalqa güvənməsidir. Bu, mühüm məsələdir. Xalqa güvənmək də hər yerdə və asan əldə olunmur. Əgər bir ilahi sirr olmasa, xalqın qəlbinin yönəlməsi də mümkün olmaz. Siz baxın, Allah-Taala elə əzəmətli Peyğəmbərə (ə) buyurur: "O səni Öz köməyilə və möminlərlə müdafiə edib möhkəmlətdi". Ayədə möminlər ilahi yardımla yanaşı qeyd olunmuşlar. Burada "möminlər" sözünün "yardım" sözünün təfsiri olduğunu demək olar; yəni ilahi yardım möminlərin vasitəsi ilə həyata keçir. Əlbəttə, o həzrətin dövründə adi məsələlər xaricində olan yardımlar da olmuşdur; məsələn nişan qoyulmuş mələklər və sair. Lakin əsasən möminlər olmuşdur. Sonra da buyurur: "Əgər sən Yer üzündə nə varsa, hamısını xərcləsəydin belə, yenə də onların ürəklərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi". Yəni ey bizim əziz Peyğəmbərimiz! Bu möminləri də sənin yola gətirdiyini düşünmə. Xeyr! Bu iş mənlərin, bizlərin, maddi və bəşəri amillərin işi deyil. Bu, ilahi və mənəvi sirdir.

Burada çox zərif məqam budur ki, bu ilahi və mənəvi sirr də tərif olunasıdır, insan ağlından xaric bir şey deyil. Bunları hamı başa düşə bilər. Bu aydın məsələdir. Və bu ilahi sirr imandan ibarətdir. İnsanların qəlbində iman çağlayıb əməl mərhələsinə çıxdıqda ilahi imana dayanan hər bir şey güclənir. Burada quruluş ilahi və Quran quruluşu, xalq da dinə etiqadlı olduğundan, dinə güvəndiyindən belə bir quruluşu bu xalqla mütləq və asanlıqla davam etdirmək olar. Bu xalq heç kəsdən bir şey ummadan, heç kəsə minnət qoymadan, özünün bütün bu ixlasına görə Allahdan savayı heç kəsdən qarşılıq istəmədən səhnəyə çıxır. Nəticədə dünyanın ən böyük siyasi strateqləri və ən güclü casus şəbəkələri bu ölkənin və bu quruluşun əleyhinə işləməyə başlayırlar, lakin on yeddi ildən sonra işlərində uğur görünmür. İnşallah onlarla on yeddi illər ötəcək və yenə uğursuz qalacaqlar. Görün xalqın rolu nə qədər böyükdür. Və parlament bu quruluşun idarəsində məhz xalqı təmsil edir.1
Bizim xalqımız inqilabda və müharibədə öz imanı və fədakarlığı hesabına qələbə çaldı!

19 Dey hadisəsində və qırxların keçirilməsi münasibəti ilə bir-birinin ardınca baş verən hadisələrdə əsas məqam budur ki, dindar və fədakar xalq maddi güc baxımından heç nəyi əskik olmayan bir rejimə qalib gəldi. Belə ki, həm o rejim çaşıb məəttəl qaldı, həm də dünyanın bütün siyasi analitik və ideoloqları; yəni dindar və fədakar xalq mübarizə apardığı bir rejimi bir tufan kimi darmadağın etdi. Əgər kimsə bunun adını möcüzə qoyursa-qoysun. Amma bu, təkrarı mümkün olmayan möcüzələrdən deyil, aydın təhlili olan, təkrarı həmişə və dünyanın hər bir yerində mümkün olan bir möcüzədir.

Əgər böyük bir xalqın Allaha imanı olsa, qəlbi iman nuru ilə işıqlansa, fədakarlığa hazır olsa, özündən böyük olan hər bir gücə qələbə çala bilər. Bu bir qaydadır. İran xalqı bu qaydanı sınaqdan keçirmişdir. Siz inqilabda bunu təcrübə etdiniz, İran xalqının Qumdan başlayan hərəkatda imanı və fədakarlığa hazırlığı sayəsində dünyanın birinci dərəcəli güclərinin himayə etdiyi bir quruluşu və rejimi necə məhv etdiyini, dünyanın bütün güclərinin qarşı çıxdığı bir İslam quruluşu yaratdığını gördünüz. Bu bir təcrübədir.

Başqa bir təcrübə müharibə idi. Siz gördünüz və dünya da müşahidə etdi ki, İran xalqı həmin imanı və fədakarlığa hazırlığı sayəsində Şərqin və Qərbin iştirak etdiyi bir müharibəni öz xeyrinə sona çatdırıb düşmənin bütün məqsədlərini puç edə və öz məqsədlərinə çata bildi. Bu, kiçik təcrübə deyil.1


Hər şey Allahla mənəvi əlaqədən asılıdır!

İnqilab, hökumət və idarələrdə nöqsan və yayınma bu cəhətdən başlayır: mənəviyyat, Allahla mənəvi əlaqə, qəlbin Allaha diqqəti cəhətinə əhəmiyyətsiz yanaşırlar. Əgər fikir versəniz, bizim inkişaf etdiyimiz, uğur qazandığımız, yaxşı işləyib razı qaldığımız yerlər bu cəhəti təmin etdiyimiz yerlərdir; harada ziyan gördüksə, işin bu cəhətinin zəifliyinə görə oldu.

Allahla mənəvi əlaqəyə əhəmiyyətsiz yanaşmaq olmaz. Bizim hər bir işimiz bu əlaqədən asılıdır. Düşmənlərdən qorxmamaq üçün bizim qəlblərimizi möhkəmlədən amil bu əlaqədir. Fikir və üslub fərqlərinə rəğmən, bizim qəlblərimizi möminlərə və Allah yolunun yolçularına qarşı sevgi ilə dolduran Allahla bu əlaqədir. Allahla mənəvi əlaqə öz nəfsimizdən ötrü həqiqəti tapdamamağa, ümumi məsləhəti şəxsi mənafeyə qurban verməməyə bais olur. Allahla mənəvi əlaqə Allah yolundan yayınmamağa, bu yolu getməyə peşman olmamağa və yorulmamağa səbəb olur. Allahla mənəvi əlaqə həmişə mümkündür, heç zaman gec və imkansız deyil.2
Bizim hərəkatımızın və xalqımızın nəyi varsa, Allaha diqqət və təvəkkülün məhsuludur!

Aşağıdakı bir neçə məsələ bizim üçün əhəmiyyətli və gələcəyə məxsus olan məsələlərdir və təbii ki, keçmiş də həmişə gələcəyin xidmətində durmalıdır:

Bir məsələ budur ki, bu hərəkatın, bu xalqın və onun sayəsində digər müsəlman xalqların nəyi varsa, Allaha diqqətdən, təvəkküldən və Allahın xatirəsini qəlblərdə yaşatmaqdandır. Bunu bir an da unutmaq olmaz. Əgər Allaha diqqət və Allahın tükənməz qüdrət mənbəyindən yardım diləmək olmasaydı, bu inqilabın, bu xalqın və bu hərəkətin bu uğurlara nail olmasını təsəvvür etmək çətin olardı. Gələcəkdə də belə olacaq.

İslam inqilabında əsas məsələ insan yetişdirməkdir. İnsan yetişdirmək üçün də birinci növbədə qəlbi təmir etmək və ruhu abadlaşdırmaq lazımdır. Qızılın, bərbəzəyin və nemətin olduğu, lakin insaniyyətdən, əxlaqdan və dindən uzaq düşən bir dünya insanlara da ləzzət verməyəcək, bəşərə rahatlıq bəxş etməyəcək. İnsanın rahatlığı dindən irəli gələn ruhiyyə və əxlaqdan doğur. Əxlaqın, mənəviyyatın və dinin olmadığı bir dünya bu gün gördüyünüz kimi ola bilər; böyük güclərin və dünya təcavüzkarlarının ağır təzyiqi nəticəsində xalqların başına gələnləri və gəlməkdə olanları görürsünüz.1


Bu böyük quruluşun dirəyi imandır!

Bu işi inqilab gördü. Bu iş imamın rəhbərliyi və bu imanlı xalqın zəhməti ilə baş verdi. Bu böyük quruluşun dirəyi imandır. İnqilabçı və əsl Məhəmməd İslamına iman bu möcüzəni edən parlaq həqiqətdir. Düşmən ilk gündən bunu anladı və onu zəiflətməyə çalışdı. İndi iyirmi ildir müxtəlif yollarla daim xalqın imanını zəiflətməyə çalışır. Onlara inqilab tərəfindən zərbə vuruldu, amma yenə başqa üsullarla buna çalışırlar.

Mənim əzizlərim! Buna yaxşı diqqət yetirin: öz daxilində bu həvəskar, aktiv və səmərəli imanı qoruya bilən hər bir qurum və təşkilat bu xalqın, bu məmləkətin, bu quruluşun və bu tarixin işinə daha çox yarayar. Siz Cihad2 üzvləri də beləsiniz. Siz özünüzdə bu imanı qorumağı bacardınız. Cihadın əsas dəyəri budur.3
İnqilabın başvermə amilləri: Allahı yada salmaq, ilahi vəzifəni yerinə yetirmək və Allah üçün qiyam etmək

İnqilabın başvermə amilləri hansılar idi? Bunun bir yox, çoxlu amilləri olmuşdur. Bunun üçün dəqiq elmi, sosioloji və tarixi araşdırma aparmaq lazımdır. Əlbəttə, bu məsələlər dəfələrlə araşdırılmışdır.

İnqilabın müxtəlif amilləri olmuşdur. Həmin amilləri öyrənməyin özü böyük bir elmi dərsdir. Bütün bu amillərdə mövcud olan ruh kimi yanaşmalı məsələ Allahı yada salmaq, ilahi vəzifəni yerinə yetirmək və Allah üçün qiyam etməkdir. Düzdür, bəzi şəxslərin zehnində müxtəlif maraqlar ola bilərdi; məsələn tağut diktaturası ilə və yaxud fəsadla mübarizə. Bunların hamısı düzgündür.

İnqilaba təsir göstərən bu maraqlar hamıda vardı, lakin onların təsir səbəbi dini ruhla və vəzifə hissi ilə yanaşı olmaları idi. Çünki istibdada, fəsada, asılılığa, geriliyə və yoxsulluğa qarşı mübarizə aparmaq, insanların məişət səviyyəsini yüksəltməyə və yoxsulluğu aradan qaldırmağa çalışmaq Allahın razılığına səbəb olan işlərdəndir. Allah-Taala insanlara bu işləri əmr etmişdir.

Əgər dini ruh olsa, bu amillər xalqın bütün təbəqələrində geniş və güclü formada yaranar. Odur ki, inqilab bitəsi deyildi və deyil. Əgər dini amil olmasa, bir neçə gün hərəkət olar, müəyyən bir qrup və təbəqə bir iş görər və sonra da yorular; bəziləri öz dünyaları ilə məşğul olarlar, bəziləri hakimiyyətə və vəzifəyə gələrlər, bəziləri hakimlərlə sazişə gedərlər, bəziləri qorxarlar, bəziləri rahat həyata üz tutarlar, bəziləri məyus olarlar və məsələ bitər.

Dünyanın çoxlu hərəkatlarında Allahın adı, xatirəsi, bəndəlik ruhu, ixlas, elə böyük insan, böyük imam kimi ilahi və mənəvi bir rəhbər olmadığından fəsadla, istibdadla və bir xalqın digər bədbəxtlikləri ilə mübarizədə hətta adi istedadlar da çiçəklənmədi.

Lakin burada bütün xalq - kişilər, qadınlar, qocalar, ömürlərində ictimai məsələlərə qoşulmayanlar, öz maddi həyatları üçün heç bir zərərli və təhlükəli işə girişməyənlər ayağa qalxdılar, qorxmadan küçələrə çıxdılar, ümumi bir təlatüm yarandı, hərəkat başladı və inqilab oldu; özü də bu inqilab ardınca elə iş gördü ki, İslam tarixində - erkən İslam çağının hökumətlərindən bizim dövrümüzə qədər heç zaman bu iş görülməmişdi; nə burada, nə də başqa bir yerdə. O iş nə idi?

O iş Quranın, İslam fiqhinin və din hökmlərinin hakimiyyəti, ölkənin qanunlarının və idarəsinin İslam əsasında həyata keçirilməsi idi. Bu, keçmişdə heç bir yerdə görünməmişdi.

Bu gün bəzi adamlar həqiqətən naşükürlük edir və Allahın nemətini kiçik sayırlar. Məsələn bir məhkəmənin bir yerdə bunların fikrincə düzgün olmayan bir hökm çıxardığına, yaxud ölkənin bir tərəfindəki bir prefektin, yaxud icra hakiminin bir söz danışdığına, yaxud bir dövlət məmurunun bir iş gördüyünə görə birdən-birə hər şeyi sual altına salırlar, inqilab, hökumət, İslam Respublikası, vilayət və bu böyük hərəkət tamamilə unudulur, nəyin baş verdiyini yaddan çıxarırlar.

Mənim əzizlərim! İnqilabın qələbəsindən on səkkiz ilə yaxın vaxt ötəndən sonra bəzən dünyanın müxtəlif yerlərindən görkəmli insanlar buraya gəlib bizimlə görüşür və deyirlər ki, siz özünüz inqilabın içində olduğunuzdan nə baş verdiyini yaxşı anlamırsınız. Bu hadisə vəsfəgəlməz bir hadisədir.

Hegemonizmin sığındığı və ABŞ-ın mərkəzləşdiyi yer, hökumət başçıları qlobal güclərin müti qulları olan, sərvəti hakim ailələr arasında paylanan, dini günbəgün zəifləyən, xalqı günbəgün şiddətə, əxlaqsızlığa və cinsi fəsada sövq edilən bir ölkədə müstəqil, azad və qorxmaz bir xalq hakimiyyəti yaranmışdır. Ölkənin başçı və məmurları, hakimiyyət orqanlarının rəhbərləri mömin insanlar və din alimləridir. Vəzifəli şəxsləri, hərbçiləri, ordusu, korpusu və deputatları hamılıqla mömin, dindar, bəziləri nafilə və gecə namazları qılan insanlardır. Bu ölkə ABŞ kimi bir gücün qarşısında dayanır, ondan qorxmur və ölkənin mənafeyini əcnəbilərə satmır.

Bunlar böyük və möhtəşəm məsələlərdir. Bir tərəfdə bir, iki, yüz eyib, yaxud mənfi hal ola bilər. Məgər Əmirəlmömininin (ə) hakimiyyəti zamanı eyib, qanun pozuntusu və kobudluq yox idi?! Məgər şəriət cəzası yox idi?! Məgər oğurluq yox idi?! Sözsüz ki, oğruya qarşı tədbir görürlər. Pis yer o yerdir ki, orada dərdə, fəsada qarşı tədbir görülməsin, pis işlərə və dinsizliyə həvəsləndirilsin.

Böyük bir cəmiyyətin və xalqın tərbiyəsi bir neçə il ərzində həyata keçmir. Möhtəşəm bir hadisə baş vermişdir; digərləri də bunu təsdiq edirlər. Bizim özümüz də diqqət etsək, çox möhtəşəm bir işin baş verdiyini anlayarıq. ABŞ-ın, sionizmin, transmilli şirkətlərin, beynəlxalq oğruların, dünyanın məşhur quldurlarının bu quruluşla heç zaman barışmaq istəməmələrinin səbəbi bu işin və hərəkətin möhtəşəm olmasıdır.

Bir xalq çox möhtəşəm bir inqilab edir. Bu inqilab öz ardınca belə möhtəşəm nəticə və təsirlər buraxır. Sonra da bununla kifayətlənmir, bununla iş bitmir.

Bu quruluş özünün ilk illərində dünyanın birinci dərəcəli gücləri olan SSRİ və ABŞ tərəfindən planlaşdırılmış böyük bir təxribatla mübarizə apardı. Allaha şükür olsun ki, sovetlər dağıldı, məhv oldu. Bu birisi də min bir problem və başağrısı ilə qalmışdır. Bu böyük güclər dünyanın digər gücləri və hərbi təşkilatları ilə birgə bizə qarşı müharibə başlatdılar. Bu xalq və bu inqilab isə bütün bunların qarşısında dayanıb onları nakam qoya bildi.

Məgər zarafatdır?! Bu dediklərimin hər biri bir quruluşu və bir rejimi əzib tapdaya, bir xalqı məhv edib diz çökürə bilər. İqtisadi embarqolar, hərbi hücumlar, uzun müharibə, böyük təbliğat müharibəsi və digər təxribatlar apardılar, amma yenə bacarmadılar. Müharibəni səkkiz il uzatdılar, amma bu ölkənin bir qarış torpağını da əllərində saxlaya bilmədilər; nə almışdılarsa, bu xalq caynaqlarından çıxardı.

Bu, inqilabın və bu quruluşun hünəri idi; bu hökumətin hünəri idi. Sonra da quruculuğa başladı. Dedi ki, indi müharibə bitmişdir və ölkəni qurmağa başlamalıyıq. Bu da quruculuq! Siz bu gün ölkənin harasına getsəniz, Allahın lütfü ilə iş, fəaliyyət və quruculuq görərsiniz. Xalq, hökumət, yüksək və aşağı rütbəli məmurlar hamılıqla çalışırlar. Bu, inqilabın təsiri və hünəridir və bu quruculuq gələcəkdə də davam etdiriləcək; rifaha, dünya və axirət kamalına, maddi və mənəvi yüksəlişə doğru bu hərəkət gəlcəkdə də davam edəcək. Bu xalq meydandan çəkilməyəcək.

Bunlar dinin səmərəsidir. Dinsiz bir inqilab, həmçinin partiya, ideologiya və şəxsiyyətlər bunu bacarmazlar. Bu, xalqın dini inancının səmərəsidir. Deməli, əsas amil budur. Siz bu əsas amili qorumalısınız. Bu xalq onu qorumalıdır.1


Cəmiyyətin xoşbəxtliyinin sirri Allaha iman ətrafında birləşməkdir!

Bu gün İran xalqı İslamın adı ilə işləyir, çalışır, İslam üçün zəhmət çəkir, cihad edir. Allahın dini, ilahi məfhum və dəyərlər əsasında bir ictimai quruluşun formalaşması bizim dövrümüzdə baş verən bir möcüzədir. Maddi hesablara görə əsla belə bir şey gözlənilmirdi. Müsəlman xalqlar bu hərəkətə həqiqətən məftun olmuşlar. Bu, şişirtmə deyil, reallıqdır. İslam Respublikası əleyhinə aparılan bütün bu təbliğatlara rəğmən, biz müsəlman xalqların İslam inqilabına və İslam Respublikasına qarşı nikbin olduqlarını və həmin istiqamətdə hərəkət etdiklərini görürük. Bu gün dünyada bu hərəkətdən təsirlənməyən az müsəlman xalq tapmaq olar.

Bu şövq və bu ümid xalqlarda o zamana qədər qalacaq ki, biz qeyd-şərtsiz imandan və Allahın dininə tam şəkildə boyun əyməkdən bir iynə ucu qədərincə uzaqlaşaq. Qlobal güclərlə münasibətdə də belədir, beynəlxalq məsələlərdə də, xarici siyasətdə də, ölkənin daxili məsələlərində də.

Biz cəmiyyətin Allaha iman ətrafında birləşməkdən ibarət olan xoşbəxtlik sirrini öz ictimai həyatımızda və quruluşumuzda hər an gücləndirməli və qabartmalı, xalqı İslam tərbiyəsinə doğru daha çox sövq etməli, cəmiyyətin gənclərini İslam tərbiyəsi əsasında yetişdirməliyik. Bizim universitetlərimiz öz üzərində yalnız alim yox, həm də müsəlman gənc və müsəlman mütəxəssis yetişdirmək vəzifəsini hiss etməlidir; məktəblər də həmçinin. Biz elə etməliyik ki, cəmiyyətdə İslam dəyərləri mütləq dəyərlər sayılsın və onun qarşısında duran digər dəyərlər zəifləsin. Radio və televiziya bunun üçün çalışmalı və proqram hazırlamalıdır.1


İslam ordusunun fərqi: Allaha iman

Silahlı qüvvələrin silah-sursata, təlimə, kadra və digər bu kimi amillərə ehtiyacı olsa da, İslam ordusunu digər ordulardan fərqləndirən cəhət Allaha imandan, ilahi fərman qarşısında itaətkarlıqdan və döyüşlərinin Allah yolunda cihad olmasını bilməkdən ibarətdir. Əsas amil budur. Əgər onu ayırsaq, İslam ordusu da digər ölkələrin orduları kimi və onlardan biri olacaq; yəni əgər silah-sursat, say, qüvvə və parlaq istedad çoxluğu olsa, müqavimət göstərməsi mümkündür, lakin qarşı tərəfin sayı bir qədər çox, texnikası bir qədər mütərəqqi olsa, bunların qələbəsi mümkün olmayacaq.

Siz bilirsiniz ki, bu gün İslam düşmənləri say, hazırlıq və texnika baxımından İslamın xidmətində duranlardan və İslamı müdafiə edənlərdən güclüdürlər. Lakin iman amili nəzərə alınsa, İslamın silahlı qüvvələri – ordu və korpus imanla təchis olunsa, Allaha arxalansa, Allah yolunda cihad etsə və üzərinə düşən vəzifəni yerinə yetirməyə çalışsa, hansı imkanlara malik olursa-olsun, dünyada heç bir qüvvə onun qarşısında dayana bilməz. Silahlı qüvvələrdə bu inamı yaratmaq lazımdır. Çünki biz texnika baxımından dünyanın böyük gücləri ilə rəqabət apara bilmərik. Onlar texnika və canlı qüvvə baxımından bizdən illərlə öndədirlər. İman amili isə bizdədir, onu döyüşçüyə köçürmək lazımdır. Biz harada uğur qazandıqsa, bu qüvvə ilə qazandıq və harada məğlub olduqsa, bu qüvvənin zəiflədiyinə görə məğlub olduq. Əgər gedib döyüş əməliyatlarını təhlil etsəniz, bu nəticəyə çatarsınız. Harada qəlblər iman nuru ilə işıqlanmışsa, biz bütün sədləri keçib irəliləmişik; harada maddiyyata və zahiri işlərə meyl, ilahi savaba rəğbətsizlik və şəriət vəzifəsinə diqqətsizlik bizim niyyətlərimizi bir qədər korlamışsa, orada uduzmuş və məğlub olmuşuq.2
Bizim vəzifəmiz Allahla mənəvi əlaqəni qorumaqdır!

Şüardan, qəhrəmanlıqdan və ötən işlərə görə razılıqdan bir an xaric olub vəzifəmizin nə olduğuna baxaq. Bizim hər birimizin vəzifəsi Allahla bu mənəvi əlaqəni qorumaq və onu heç zaman kəsməməkdir. Bizim hər birimizin Allahla mənəvi əlaqəsi öz əməlimizi, qəlbimizi, əxlaq və rəftarımızı Allahın sevdiyi və razı olduğu ilə uyğunlaşdırmaq, eqoistlikdən yalandan, böhtandan, hiylədən, nəfsin istəklərini öz həyatımıza hakim etməkdən çəkinmək, öz şəxsi əməllərimizdə Allahı yad etmək, Allah zikrini, Ona diqqəti, həqiqi bağlılığı, nəfslə mübarizəni və həqiqi ibadəti gücləndirməkdir. Bu bizim hər birimizin vəzifəsidir.1

Bu müddətdə İslam döyüşçülərinin göstərdiyi qəhrəmanlıq, şücaət, qüdrət, zəfər və bizim böyük xalqımızın göstərdiyi fədakarlıq, ruhi qüvvə, Allaha təvəkkül və özünəinam heç bir tərifə sığmır. Böyük güclərin ən modern silahlarının təsir etmədiyi polad iradəli xalqımızın, azad insanların, aslan qadınların, qeyrətli döyüşçülərin və qəhrəman Bəsic üzvlərinin xatirə dolu yaddaşını və ürək səhifəsini asanlıqla təsvir etmək mümkün deyil. Bunun üçün yazıçılıq və şairlik bacarığı olan bütün şəxslər, rəssam və heykəltəraşlar özlərinin və digərlərinin görüb-bildiklərini sənətkarcasına nəzmə və nəsrə çəkməli, əsərlər yaratmalıdırlar.

Burada döyüş hadisələrini yazan bütün yazıçılardan və bu mühüm vəzifəsini yerinə yetirən bütün şəxslərdən istəyirəm ki, bu dövrün xırdalıqlarını yaddan çıxarmasınlar, bu tükənməz xəzinəni gələcək nəsillərə yadigar qoysunlar. Bu dövr tarixin hərəkətverici və ümmətlərin ilhamverici qüvvəsinin ehtiyat dövrüdür.

"Möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar"2 xüsusiyyətinə malik olan qövmün meydana çıxması vədəsini gecənin abidlərinin və gündüzün aslanlarının simasında müşahidə etmək olar. Onlar qeyri-bərabər bir müharibədə qalib oldular, Fəcr, Zəfər, Kərbəla və Xeybər qələbələrində ilahi qüdrəti göstərdilər. Addımlarının möhkəmliyi Fəth ayələrinin aydın təfsiri, uca və möhkəm iradələri ilahi iradənin aşkar təzahürü idi.3
Hegemonizmin imkan və texnikaları iman qarşısında acizdir!

Qlobal hegemonizmin nəyi var? ABŞ-ın nəyi var ki, dünyanın müxtəlif ölkə və hökumətləri qarşısında lovğalıq edir? Silahı, texnikası, pulu, bombası, təyyarəsi və güclü donanması var. Düzdür, bunlar maddi texnikalar qarşısında güclü və təsirlidir, lakin iman qarşısında necə? Hegemonizmin və ABŞ-ın texnikalarının iman qarşısında heç bir təsiri yoxdur. Bizim xalqımız iman silahı ilə silahlandığına görə hegemonizm İran xalqının möhtəşəm və əzəmətli inqilabını məğlub edə bilmir. İran xalqı İslama dərin imanı sayəsində məğlubedilməz bir xalq olmuşdur. Heç bir güc bu xalqı məğlub edə bilməz; nə xarici düşmənlər, nə daxili düşmənlər, nə qruplaşmalar, nə təxribatçılar, nə də başqa bir kəs.

Mən siz əziz şəhid ailələrinə deyirəm: Allaha şükür olsun ki, sizin şəhidlərinizin qanı hədər getmədi. Allaha şükür olsun! Sizin əziz şəhidlərinizin bədənləri qana boyansa da, ruhları sevincə qərq oldu. Onlar İslamın izzətli olmasından ötrü vuruşub öldürüldülər və İslam izzətli oldu. Qanlarının hədər getməməsində onlar Hüseyn ibn Əliyə (ə) bənzəyirlər. O həzrəti faciəli şəkildə şəhadətə yetirdilər, düşmən zahirən o əzizləri şəhid edə bildi. Məsələnin zahirinə görə Yezid, amma əslində Hüseyn ibn Əli (ə) qalib oldu. Hüseyn ibn Əli (ə) İslamın yaşamasından ötrü canını fəda etdi və bu yolda uğur qazanıb İslamı sığortalamağı bacardı. Sizin əzizləriniz də İslamı və İslam respublikasını sığortaladılar.1
Bu mömin xalqa qarşı mübarizədə hamı məğlubiyyətə məhkumdur!

Dünyada İran xalqına - bu yekdil, güclü, mömin və məmurlarına qarşı belə səmimi hissləri olan xalqa qarşı mübarizə aparıb ona qalib gələ biləcək heç bir maddi güc yoxdur. Kim belə bir xalqla mübarizə aparsa, məğlubiyyətə məhkumdur. Kim belə bir ölkə, xalq və hökumətlə vuruşsa, məğlubiyyətə məhkumdur. Allaha və İslama kömək edən, Qurana əməl edən, öz taleyinə hakim olan, azadlığın və müstəqilliyin qədrini bilən, kənara çəkilməyən, məsələləri təhlil edən bir xalqla kim üzləşsə və mübarizə aparsa, özü məğlub və bu xalq qalib olacaq.

Təbii ki, dövlət qurumları işləyir və diqqətlidirlər. Lakin ən yaxşı diqqət edən iş yerində, dərsdə, gəzinti, idman və əyləncə mərkəzində olan siz xalqın, siz ata və anaların, siz gənclərin özünüzsünüz. Allahın lütfü ilə bu xalq bu ehtiyatlılıqla, bu diqqətlə, Allaha arxalanmaqla, hamılıqla Qurana və Allahın ipinə sarılmaqla əziz ölkəmizi nümunəvi, gözəl, azad, istedadlı, çalışqan, yorulmaz və sərvətli İslam ölkəsinə çevirə biləcək.2
Böyük işlər görmək üçün ilahi yardıma və möminlərin köməyinə güvənmək lazımdır!

Böyük işlər görmək üçün yalnız ilahi yardıma və bütün xalqın imanına güvənmək lazımdır. Pul, modern silah, maddi güc, siyasətbazlıq və siyasətcillik işlər üçün etimadlı dayaqlar deyillər. Əlbəttə, o iki amil bir-birinin yanında deyil; onların əlaqəsi horizantal yox, vertikaldır. Yəni əgər bizim dayağımız Allah və ilahi yardım olsa, xalqın qəlbi də Allaha yönələcək.

Allah-Taala şəxsiyyətinə uyğun olaraq ən böyük vəzifələri və bəşər tarixinin ən ağır işlərini tapşırdığı əziz Peyğəmbərinə (s) buyurdu: "O səni Öz köməyilə və möminlərlə müdafiə edib möhkəmlətdi".1 Yəni bu iki dayaq - ilahi yardım və möminlərin köməyi sənə uğur gətirdi. Məhz buna görə biz düşünürük ki, maddi güclər haqla baş-başa gəlməkdə acizdirlər. Nahaq güclərə etina olunmayanda və insanlar öz iradələri ilə onlarla vuruşmayanda heç bir reaksiya verməyəcəklər. Böyük xalq qüvvəsi nahaq güclərlə vuruşduqda isə o gücləri öz-özünə geri çəkilməyə vadar edəcək.

Xalqın qüvvəsi birləşib imanla hərəkət etməli, Allaha arxalanmalı, çətinliklərdən qorxmamalı və geriyə çəkilməməlidirlər ki, düşmən heç zaman içəriyə yol tapa bilməsin. Keçmişdə bəsit düşüncəli və yaxıngörən insanlar vardı. Onlara qərəzçilik ittihamı vura bilmərik, amma onlar xalqda düşmənlə vuruşmaq gücünün olduğuna inana bilmirdilər. Tarixin hərəkət sirrini və ilahi qanunları bilən şəxs isə duruş gətirir, birləşdirir və iradəni gücləndirirdi.2


: lib -> doc
doc -> Ayətullah Seyid Əli Xamenei Vİlayət nuru
doc -> Zərİf məqamlar (Böyük Rəhbər Ayətullah Xameneinin 1979-2004-cü illərdə müəllim və tələbələr qarşısında çıxışlarından seçmələr) Beşinci cild Tərtib edən: Həsən Qüddusizadə Çevirən: Maqsud Əzizoğlu Birinci fəsil
doc -> Hicab Böyük Rəhbər həzrət Ayətullah Xameneinin tövsiyələrində Tərtib edən: Məhəmmədhüseyn Himmətinejad
doc -> Vilayət bağçası altıncı cİld
doc -> Zeynəlabidin Bəhrami
doc -> Tərtib edən: Səid Mirzai Giriş İkinci Qüds Günündən bir xatirə
doc -> Uğursuz plan İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Seyid Əli Xameneinin 2009-cu IL fitnəsi haqda çıxışlarından seçmələr
doc -> AşİQLİK ŞƏRİƏTİ Ustad Əli Şəriətinin fikirləri və hikmətli kəlamları
doc -> İsraf İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Xameneinin israf haqda tövsiyələri
doc -> Birinci fəsil: İnqilabı, quruluşu və ölkəni müdafiə etməkdə fəhlələrin rolu


Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə