Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə138/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   134   135   136   137   138   139   140   141   ...   148

olan  bütün  adamlar  üçün  almaz  talismandır.  Filosoflar  onu 

bədənlərində gəzdirməkdənsə, stolun üstünə qoysalar yaxşıdır. 

Almazı  12  Zodiak  bürcünün  hamısı  gəzdirə  bilər. 

Brilliantla  olan  nişan  üzüyü-bağlanan  nikahın  uzunömürlü 

olması üçün zəmanətdir. 

Eyni  zamanda  belə  hesab  olunur  ki,  almaz  skleroz  və 

epilepsiyanı  müalicə  edir,  bədəndə  daş  əmələ  gəlməsinin 

qarşısını alır, içərisində ləkə olan almaz pis, bədbəxtlik gətirən 

daş  hesab  olunur.  Almazın  gücü  onun  emalından, 

düzəldilməsindən xeyli dərəcədə asılı olur. 



Aylı  daş  (adulyar)  -  daxilində  qızılı  parıltılı 

göyümtül-gümüşü  daşdır:  süd  kimi  ağ,  yüngülvarı  bənövşəyi 

rəngli görünüşü var. Bədbəxtlik, uğursuzluq daşı kimi məlum 

olsa  da  bu  düzgün  deyildir.  Mirvaridən  fərqli  olaraq  Ayın 

müsbət  xassələrini  özündə  təcəssüm  etdirir  və  şıltaqlıq, 

qərarsızlıq,  xəyalpərəstlik  xəstəliyinə  tutulma-  yanlara 

xoşbəxtlik  gətirir.  Xülyaçıhq,  xəyalpərəstlik  keyfiyyətlərini 

daha  da  artırır  və  bununla  təhlükəli  ola  bilər.  Çox  ciddi 

xarakterlikdən  və  dözümsüzlükdən  əziyyət  çəkən  adamlar 

üçün aylı daş xeyirlidir. Günəşə zidd olan bu daş epilepsiyadan 

və  əsəblə  bağlı,  digər  xəstəliklərdən  qoruyur.  Təzə  ay  çıxan 

vaxt  o  soyuyur  və  daha  parlaq  olur;  bu  vaxt  ona  cadugərlik 

gücü  qayıdır.  Belə  bir  inam  da  var  ki,  ciyər  xəstəliklərinin 

müalicəsinə  kömək  edir.  Melanxolik  temperamcntlilərlə 

bağlılığı şübhəsizdir. 

Aylı  daşla  insan  istirahət  edir.  Lakin  sakit,  təklikdə 

istirahət etmək məsləhətdir, əks halda daş bədənin qocalmasmı 

sürətləndirir. Xərçəng, əqrəb, balıqlar üçün daha faydalıdır 



427 


Aleksandrit  -  Əgər  “xoşbəxtlik-sizin  başa  düşül- 

məyinizdədirsə”, onda sizi əhatə edənlərə aleksandrit hədiyyə 

edin.  Bu  daşın  ikili  parıldaması  başqalarının  qəlbini  başa 

düşmək və ona əziyyət verməmək arzusunun rəmzidir. Bu daş 

rəhm, mərhəmət gətirir, öz sahibini sözəyatan, güzəştə gedən, 

üzüyola,  sakit,  dine  edir.  Bəziləri  belə  hesab  edir  ki, 

aleksandritin  ikili  rəngli  arteriya(ürəkdən  bədənin  müxtəlif 

üzvlərinə  qan  aparan  damar)  və  vena(qanı  orqanlardan  ürəyə 

gətirən damar) qanı deməkdir. Bu belədir, yoxsa yox, hər halda 

bu daş, şübhəsiz ki, qan dövranını nizama salır, qanı təmizləyir 

və  damarları  möhkəmləndirir.  Lakin  gecə  aleksandriti 

çıxarmaq məsləhətdir, onu suya qoymaq olar, səhər isə həmin 

sudan bir qurtum içmək lazımdır - bu ürək-damar xəstəlikləri 

zamanı kömək edir. Onun “təklik, tənhalıq daşı” adlandırılması 

ilə bağlı qəmgin əfsanə kökündən yanlışdır. Bu daş daha çox 

insanların  qəlblərini  düşünən  ağıllı  və  xeyirxah  adamların 

daşıdır.  Astroloqlar  belə  hesab  edir  ki,  aleksandrit  çox  ağır 

daşdır.  Bəzən  o  guya  gözlənilən  bədbəxtçiliyi  insanın  gizli 

emosional  vəziyyətinə  təsir  etməklə  xəbər  verir.  O,  tez-tez 

rəngini dəyişir. Sarı aleksandrit bədbəxtçiliyə işarədir. Bu daş 

yaxın  vaxtları  göstərən  sirli  barometri  xatırladır.  Çox  vaxt 

hadisələri xəbər verməklə yanaşı həm də hadisələrə təsir edir. 

Bəzi  adamlara  bədbəxtlik  gətirir  xarakterin  möhkəmliyini 

yoxlamaq üçün ciddi sınaqlarla üzləşdirir. Yalnız güclü adam 

onu  gəzdirə  bilər.  Əgər  həmin  adam  sınaqdan  çıxarsa,  onu 

xoşbəxtlik  gözləyir  və  o  bütün  ağır  problemlərdən  xilas 

olacaqdır. 

Balıqlar və Xərçənglərə aleksandrit gəzdirmək məsləhət 

görülmür.  Qız  bürcündən  olanlar  da  bu  daşdan  uzaq  olsalar 

yaxşıdır. Əqrəb, Oxatan və Oğlaqlar üçün 



428 


daha  uğurlu  daşdır.  Şüurlu  surətdə  çətin  sınaqlara  gedənlər 

üçün bu daş yaxşı köməkçidir. 



Ametist - ovda və idman yarışlarında uğur gətirən daşdır. 

Keflənməkdən  qoruyur.  Ametist  onu  hədiyyə  edənə  qarşı 

məhəbbət  oyada  bilir,  onu  gəzdirənin  ürəyi  yeni  məhəbbətə 

açılır.  Daş  uğur,  sakitlik,  xöşbəxtlik,  rifah  gətirir,  əsəb 

pozğunluğunu  sakitləşdirir,  qisasçılıq  hissini  nizama  salır. 

Ametist Əqrəb büreü altında doğulanların einsindən, yaşından 

və  ictimai  vəziyyətindən  asılı  olmayaraq  hamısı  üçün 

xoşbəxtlik daşı hesab olunur. Dul qadınlar və kişilər dünyasını 

dəyişən  həyat  yoldaşlarına  əbədi  məhəbbətlərini  və  yeni  ailə 

qurmaq  istəmədiklərini  bildirmək  üçün  ametist  gəzdirirlər. 

Buna  görə  də  ametist  sadiq,  sədaqətli  məhəbbət  rəmzidir  və 

“dul qalmışların daşı” adlanır. Ametist həm də din adamlarının 

daşıdır. 

Ametist Balıqlar, Şir və Oğlaqlar üçün məsləhət deyildir. 

Tərəzi,  Əkizlər  və  Dolça  bürcündən  olanlar  üçün  faydalıdır. 

Avropalılar  üçün  səmimilik  və  təmizqəlblilik,  Hindistanda 

sülhsevərlik, Misirdə sadiq məhəbbət, sağlamlıq və xoşbəxtlik 

simvolu hesab olunur. 



Akvamarin  -  şəffaf,  yaşılaçalar-  göy  daşdır.  Eyni 

zamanda  parlaq  göy  akvamarinlərə  də  rast  gəlmək  olur.  Bu 

xöşbəxt  ər-arvad  ittifaqı,  qarşılıqlı  məhəbbət  və  hörmət 

gözmuncuğudur.  Daş  öz  sahibinin  fikrini  onu  hədiyyə  edənə 

yönəldir.  O,  eyni  zamanda  dənizçilərin  peşə  talismanıdır, 

səyahət  vaxtı  təhlükəsizliyi  və  dəniz  döyüşlərində  qələbəni 

təmin  edir.  Fırtınanı  sakitləşdirmək  və  ehtirasları  soyutmaq 

gücünə  malikdir.  Boğaz  və  diş  ağrılarını  müalicə  edir;  bu 

xəstəlikdən əziyyət çəkənlər yaxşı olardı ki, gümüşə salınmış 

akvamarindən olan boyunbağı gəzdirsinlər. 



429 


Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə