2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri


 Dəyişikliyin “ziddiyyətliliyi”-



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə92/108
tarix08.01.2022
ölçüsü1,66 Mb.
#82702
1   ...   88   89   90   91   92   93   94   95   ...   108
Fəlsəfə imtahan sualları konspekti

22. Dəyişikliyin “ziddiyyətliliyi”-
Hərəkətə dialektik yanaşma onda 
fasiləlik və fasisəsizlik
 “qütb” 
anlarının olduğunu başa düşməyə imkan verir. Fasiləlik və fasiləsizliyin vəhdəti dəyişikliyin bütün 
növlərini  xarakterizə  edir.  Hər  bir  dəyişiklik  prosesində  bir  -  biri  ilə  sıx  bağlı  olan,  bir  -  birinə 
keçən  dövrü,  mərhələni  ayırmaq  olar.  Məsələn,  normal  fəaliyyət  göstərən  cəmiyyətin  həyatı 
fasiləsizdir,  ancaq  bu  fasiləsizlikdə  insan  nəsillərini,  fərdi  ayırmaq  olar.  Say  sıralarını  onların 
müəyyən  bir  -  birini  əvəz  etməsində  sıranın  üzvləri  təşkil  edir.  Bu  və  ya  digər  sıra  üzvlərinin 
ayrılması  onun  fasiləliyini  ifadə  edir.  Sıranın  fasiləsizliyini,  onun  vəhdətini,  deyək  ki,  sıranın 
formulu (qanunu) ifadə edir. 
 
Dəyişiklik prosesində sabitlik və dəyişkənliyin xarakterik əksliyi də aşkar olunur; bu hər iki 
an antik dövrdən başlayaraq müxtəlif fəlsəfi təlimlərdə qeyd olunub. Engels qeyd edirdi ki, hərəkət 
öz ölçüsünü ona əks olan - sükunətdə tapmalıdır, nisbi bərabərsizlik, sabitliksiz inkişaf ola bilməz. 
Sabitliyi predmetlərin (hadisələrin, proseslərin) müəyyən vaxt ərzində öz keyfiyyət müəyyənliyini: 
strukturunu,  mühüm  xarakterini  saxlamaq  (o  cümlədən  onlara  xas  olan  hərəkət  vəziyyətini) 
bacarığı kimi müəyyən etmək olar.
 Bu artıq mexaniki yerdəyişmə üçün gücə malikdir:cisimlərin 
hərəkəti haqqında o vaxt danışmaq olar ki, cisim hərəkət prosesində nə isə başqa şeyə çevrilmir, 
cisim kimi qalır; bundan başqa o həm də hərəkət  vəziyyətini  saxlamalıdır. Sabitlik dəyişikliyin 
saxlanması  və  toplanması,  sistemin  mürəkkəbləşməsinin,  inkişafının,  müxtəlif  mərhələlərin 
varisliyinin (ardıcıl surətdə birindən digərinə keçmə) zəruri şəraitinə xidmət edir. Lakin məhz nisbi 
sükunət vəziyyətinin, tarazlığın, müvazinətin, sabitliyin inkarı nəticəsində dünyada yeni yaranır. 
Sabitlik və dəyişkənlik bir - birini tələb edir (şərtəndirir), onları qırıb atmaq, ayırmaq olmaz. Bu 
anlardan hər hansı birinin mütləqləşdirilməsi real mənzərənin təhrif olunmasına aparır. 
 
Eyniyyət  və  fərq  –  hər  hansı  dəyişən  predmetin  dialektik  bağlılıq  (əlaqə)  xarakteridir.  Öz-
özünə  eyniyyət  artıq  lap  əvvəldən  özünün  fərqlə  -  bu  predmeti  bütün  başqa  predmetlərdən 
fərqləndirən – zəruri əlaqəsi var. Bundan başqa, daimi baş verən dəyişiklik necəsə daimi predmetin 
şəklini dəyişdirir, onun özünün – özü ilə eyniyyətini nisbi, natamam edir. Bax elə buna görə təsdiq 
etmək düz hesab edilir ki, predmet həm elə o özüdür, həm də o özü deyildir. Əks xüsusiyyətlərin 
–  sabitlik  və  dəyişkənlik,  eyniyyət  və  fərq  –  qeyri  –  dialektik  uyğunlaşdırılması  dəyişikliyi 
anlamağı  mümkün  etmir  (qeyri  –  mümkün  edir).  Xarakterik  haldır  ki,  dəyişkənliyin 
mütləqləşdirilməsi də  (Kratlini  xatırlayaq),  mahiyyət etibarı  ilə  ona gətirib çıxarır ki, dəyişiklik 
haqqında danışmaq, onu anlamaq qeyri – mümkün olur. (“Eyni bir suya heç bir dəfə də girmək 
olmaz”). Axın sanki “yapışdırılır”, onun mərhələsi, anı, daxili ayrılması fərqləndirilmir, bu da o 
deməkdir ki, o sanki sükutla, dəyişməzliklə bərabərləşdirilir.  
 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə