2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə93/108
tarix08.01.2022
ölçüsü1,66 Mb.
#82702
1   ...   89   90   91   92   93   94   95   96   ...   108
Fəlsəfə imtahan sualları konspekti

 Dialektik  əkslik-
Gündəlik  həyat  müşahidələrinin,  müxtəlif  elmlərdən,  eyni  zamanda  ictimai 


 
82 
tarixi praktikadan alınan təcrübəli faktların ümumiləşdirilməsi göstərdi ki, gerçəklik hadisələrinə 
qütb xarakteri xasdır - onların hər birində əkslik tapmaq olar. Riyaziyyatda – toplama və çıxma, 
kök altından çıxarmaq və qüvvətə yüksəltmək; fizikada – müsbət və mənfi yüklər; mexanikada – 
dartılma və itələmə; kimyada – maddələrin analiz və sintezi; biologiyada – varislik və dəyişkənlik, 
həyat və ölüm, sağlamlıq və xəstəlik – elmlərin kəşf etdiyi əksliklərin ötəri sadalanması belədir. 
Ən müxtəlif hadisələr və proseslərdə ziddiyyətli, bir - birini inkar edən (rədd edən), əks meyllərin 
açılması  dialektik  -  materialist  dünya  görüşünün  anlayışının  formalaşması  üçün,  dəyişkənlik, 
inkişaf proseslərini dərk etmək üçün prinsipial əhəmiyyəti var. 
 
Əkslik  predmetlərin  (hadisələrin,  proseslərin)  o  xassələri  hesab  olunur  ki,  bir  sıra  şkalada 
(müxtəlif  ölçülü  cihazlarda  dərəcələrə  bölünmüş  lövhəcik)  “son  dərəcə”,  axırıncı  yeri  tutur. 
Əksliklərə nümunə: yuxarı – aşağı, sağ – sol, quru – yaş, isti – soyuq və s. 
Dialektik əkslik
 deyəndə 
bu və ya digər bütöv, dəyişən, predmetlərin (hadisələrin, proseslərin) elə tərəfi, meyli başa düşülür 
ki, eyni zamanda bir – birini inkar edir və bir – birini tələb edir.  
Dialektik  əksliyə 
vəhdətlik,  qarşılıqlı  əlaqə
  xasdır:  onlar  bir  –  birini  tamamlayır,  bir-birinə 
keçir,  öz  aralarında  mürəkkəb  şəkildə  qarşılıqlı  təsirdədirlər.  Dialektik  əksliklər  arasındakı 
münasibət  həmişə 
dinamik  xarakter
  daşıyır.  Onlar  birinin  başqasına  keçməsinə,  yerlərini 
dəyişməyə  və  s.  Qadirdirlər.  Onların  qarşılıqlı  dəyişməsi  tərəfləri  olduqları  predmetin  özünün 
dəyişməsinə  gətirib  çıxardır.  Onların  əlaqəsinin  dağılması  nəticəsində  bir  –  birinə  münasibətdə 
əkslik  olmağı  dayandırırlar.  Beləliklə,  dialektik  əkslik  haqqında  ayrı  –  ayrılıqda,  bir  sıra  tam 
çərçivəsində, onların ziddiyyətli vəhdətindən kənarda danışmaq ağılsızlıqdır. 
Əkslik  qüvvələrinin,  meyllərinin  toqquşmasında  həm  cəmiyyətdə  (burada  o  əyani  şəkildə 
özünü göstərir), həm də canlı və cansız təbiətdə (əgər cansız təbiətə onun təkamülü, mürəkkəblik 
və  mütəşəkkilliyinin  artması  prosesində  baxılarsa)  dəyişiklik,  inkişaf  prosesi  həyata  keçir. 
Əksliklər arasındakı  mürəkkəb, hərəkətli  münasibətlər 
dialektik  əkslik
  adlandırıldı.  Başqa  sözlə 
desək,  “əksliklərin  vəhdəti  və  mübarizəsi”  və  “dialektik  əkslik”  terminləri  özündə  eyni  mənanı 
birləşdirir.  
 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə