2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri


-Qədim Azərbaycan fəlsəfəsi: zərdüştlük və manilik



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə33/108
tarix08.01.2022
ölçüsü1,66 Mb.
#82702
1   ...   29   30   31   32   33   34   35   36   ...   108
Fəlsəfə imtahan sualları konspekti

 
5-Qədim Azərbaycan fəlsəfəsi: zərdüştlük və manilik 
 
Qədim  Azərbaycanda  dini-fəlsəfi  fikirlər  hələ  eramızdan  əvvəl  VII  əsrdə  zərdüştilikdə 
mövcud olmuşdur. Zərdüştliyin formalaşması b.e.ə. IX-VII əsrlərə aid edilir. Zərdüştilik bir sıra 
Şərq ölkələrində yayılmışdır. Lakin ilk faktlarla tanışlıq Zərdüştün azərbaycanlı olmasına şübhə 
yeri  qoymur.  Zərdüştün  vətənindən  söhbət  gedərkən  Orta  Əsr  müəllifləri,  o  cümlədən  Əhməd 
Bəlazuri  (IX  əsr),  Əbu-Reyhan  Biruni  (XI  əsr)  onun  "Azərbaycandan  çıxdığını"  söyləmişlər. 
Yaqut Həməvi (1179-1229) Zərdüştün Şizdən olduğunu yazırdı. Şiz, Urmiyanın qəsəbəsi idi. Alim 
Urmiya  haqqmda  danışarkən  oranı  "məcusilərin  peyğəmbəri  Zərdüştün  şəhəri"  adlandırmışdır. 
Qütbəddin Şirazi (1236-1311) onu "Görkəmli fılosof, kamil imam Zərdüşt Azərbaycani" deyə yad 
etmişdir. 
Tədqiqatçılar  zərdüştiliyin  müqəddəs  kitabı  Avestanın  da  məhz  bu  ərazidə  yarandığını 
təsdiqləyirlər. Zərdüştliyin ideyalarını, qısa şəkildə belə qruplaşdırmaq olar: 
l.  Kainatın  nizamı,  dünyanın  mövcudluğu  xeyir  və  şərin,  işıq  və  qaranlığın  əbədi 
mübarizəsindən  asılıdır.  Xeyir,  işıq  Allahı  Hörmüz  (Ahura-Mazda)  və  şər,  qaranlıq  allahı  isə 
Əhriman  (Anhıra-Manyu)  hesab  olunur.  Onların  arasında  əbədi  mübarizə  gedir,  insanlar  onlar 


 
33 
arasında mövqe seçməkdə azaddırlar. Bu əbədi mübarizə varlığın mahiyyətini təşkil edir. Deməli, 
«Əksliklərin  vəhdəti  və  mübarizəsinin  inkişafin  mənbəyi  olması  haqqında  dialektik 
qanunauyğunluq hələ «Avesta»da ozünəməxsus şəkildə ifadə olunmuşdur. 
2.  Zərdüştilik, nəticə etibarilə xeyrin şər üzərində, işığın zülmət üzərində qələbəsinə inam və 
etiqaddır.  Gec-tez  xeyir  qələbə  çalacaqdır,  lakin  insanlar  fəaliyyətsiz  halda  durub  bu  qələbəni 
gözləməməli,  özləri  şərlə  mübarizəyə  qoşulub  bu  qələbəni  daha  da  yaxınlaşdırmalıdırlar.  Azad 
iradəyə 
malik 
olan 
insanlar, 
şəxsiyyətlər 
öz 
fəallıqları 
ilə 
dünyada 
ədalətin, xeyrin qələbəsinin təmin edilməsinə kömək göstərməlidirlər. 
3.  «Avesta»da  köçəri  həyat  tərzi  pislənir,  ona  dünyada  şərin  təzahürü  kimi  baxılır,  oturaq 
həyat, əkinçilik isə təriflənir, ona xeyrin,ədalətintəzahürü kımibaxılır. Bununlada köçəri tayfaların 
hücumlarına etiraz bildirilir. 
4. Zərdüştliyin  ictimai-tarixi  görüşləri  ziddiyyətli,  mifık  səciyyə  daşıyır.  Zərdüştə  görə 
dünya tarıxi 12 min il uzanacaq, hər 3 min ildən bir xeyir və şər qüvvələrinin hökmranlığı bir-
birini  əvəz  edəcəkdir.  3  min  il  Hörmüz  ardıcıllarının  «qızıl  əsri»olacaq,sonraisə  onuƏhriman 
vəşər qüvvələvin hökmranlığı  əvəz edəcəkdir. Lakin şər müvəqqətıdir, onun ardıcılları axirətdə 
hər  cür  əzab-əziyyətə  məhkumdurlar,  axirət  məhkəməsində  ağır  cəza  alacaqlar.  Xeyrin  - 
Hörmüzün tərəfdarları isə axirət xoşbəxtliyinə yetışəcəkdir. 
5.  Zərdüştliyin  dünyagörüşü  dualist  səciyyə  daşıyır.  Həm  maddi,  həm  də  ideal  olan 
başlanğıclar xeyir və şər keyfiyyətlərə malik olmaqla iki hissəni vəhdətdə ifadə edirlər. Ayinçilik 
praktikasında  fetişizm,  animizm,  totemizm  ibtidai  dini  ənənələrini  də  ifadə  edən,  kainatın  4 
ünsürdən  (od,  su,  hava,  torpaq)  ibarət  olmasına  inadla  bağlı  ritual  və  mərasimlər  geniş  yer 
tutmuşdur. «Avesta»nın animistik təsəvvürlərinə görə bütün təbiət canlana bilər, ruh təkcə insana 
və  heyvana  məxsus  deyildir,  bütün  başqa  cisim  və  əşyalarda  da  ruh  mövcuddur.  Ruh  həmin 
cisimlərdən  kənarda  da  müstəqil  yaşaya  bilər  və  yaşayır.  Ruh  elə  daxili  qüvvədir  ki,  onun 
vasitəsilə hər şey - insan, bitki, günəş, ay, ulduz, bütün dünya hərəkət edir, mövcud olur. Insanın 
bədən  və  ruhdan  ibarət  olması  ideyası  da  «Avesta»da  öz  əksini  tapmışdır.  Ruh  insanın  şüurlu 
fəaliyyətini - duyğu, təfəkkür, nitq, iradə və s. tənzim edir, onların mənbəyidir. 
6.  Zərdüştilikdə  oda  sitayiş  ənənələri  güclü  olmuşdur.  Bütün  zərdüşt  mənbələrində  məşəl 
yanmışdır, odla bağlı rituallar icra edilmiş, oda qurban kəsilmiş, pərəstiş olunmuşdur. Elə bunun 
nəticəsidir ki, ona bəzən atəşpərəstlik də deyilir. 
7.  Zərdüştliyin  mənəvi-əxlaqi  idealı  da  xeyirlə,  ədalətlə  sıx  bağlı  olmuşdur.  «Avesta»da 
zərdüştliyin  idealı  üç  prinsiplə  ifadə  olunmuşdur:  insan  özünün  bütün  fəaliyyətini  «xeyir  fıkir, 
xeyir söz və xeyir iş"in vəhdəti əsasında qurmalıdır. Deməli, xeyirxah fikirləşməli, həmişə yaxşı, 
xeyrli danışmalı və faydalı, gözəl işlər görməli, həmişə şəri rədd etməlidir. Bu üç tələb Zərdüştliyin 
əxlagi, saflaşdırıcı prinsipləridir.  
8.«Avesta»nın  cəmiyyətə,  dövtət  idarəçiliyinə  baxışlarında  qəbilə-tayfa  münasibətlərinin 
demokratik  prinsipləri  və  quldarlıq  demokratiyası  təqdir  olunsa  da,  «Avesta»nın  sonrakı 
tərtibatlarında monarxiya üsul-idarəsi başlıca dövlət idarəçiliyi forması elan olunmuşdur.  
Zərdüştliyin  müqəddəs kitabı  Avesta (Qanun) olub, Vendidad, Yasna və  Vispered adlı üç 
kitabdan ibarətdir. Vendidad (Videvdat "Divlər əleyhinə qanun") - şər qüvvələrin dəf edilməsinə 
yönəldilən qanun, Yasna ("Dua etmə", "Sitayiş etnıə") ibadət və qurban vermə mərasimi zamanı 
oxunan ayrı-ayrı qanunlar və Vispered (və ya Visprat -"hakimlərin hakimi", "Allahların hamısı") 
dua  xarakterli  mahnıları  tərənnüm  edən  qanunlardır.  Birinci  iki  kitabda  toplanılmış  dini 
mərasimləri əks etdirən mətnlər (yaştlar - himnlər) Aveslanın ən qədim hissələri hesab olunurlar. 
Onlar müxtəlif vaxtlarda yaranmış, irili-xırdalı 21 hissədən ibarətdir. Yasnanın əsas məzmununu 
Zərdüştün lirikası (qatlar) təşkil edir. Vispered Yasnanın ayrı-ayn hissələrinə əlavələrdir. 


 
34 
Avestanın əsas ideyası bundan ibarətdir ki, dünyada bir-birinə zidd olan qüvvələr arasında 
daimi  mübarizə  gedir.  Dünyada  mövcud  olan  bütün  şeylər  bu  mübarizənin  nəticəsində  yaranır. 
Hər  yerdə  işıqla qaranlıq, həyatla ölüm,  xeyirlə  şər,  ədalətlə haqsızlıq arasında  mübarizə  gedir. 
Zərdüştüiyə  görə,  xeyir  Allahı  Hörmüz  (Ahura-Mazda)  əvvəl-axır  şər  Allahı  Əhrimən  (Anhra-
Manyuya) üzərində qələbə  çalacaq, şər həmişəlik yox olacaq. Bununla belə, Avesta politeist və 
monoteist müddəalardan da xali deyildir. Onun ən qədim parçalarında çoxallahlılıq, o cümlədən 
Günəşi,  Ayı  və  ulduzları  ilahiləşdirmək  meyli,  qatlarda  isə,  təkallahlılıq  meyli  güclüdür. 
Əhəmənilər  dövründə  (e.ə.VI-IV  əsrlərdə)  zərdüştilik  rəsmi  dövlət  dini  e'lan  edildikdən  sonra 
onun dualist və politeist cəhətləri arxa plana keçirilmiş, Hörmüz formasında tələffüz edilən Ahura-
Mazda (Hikmət Ağa) bütün mövcudatm yeganə yaradıcısı, vahid Allah sayılmışdır. 
Avestadakı  birinci  yaşt  (Himn)  Ahura-Mazdaya  (Hörmüzə)  həsr  olunmuşdur.  Burada 
Hörmüzə  alqış, Əhrimənə  nifrət bildiriləndən sonra zərdüştilik etikasının  əsas triadası ön plana 
çəkilərək  and  içmə  formasında  deyilir:  "Xeyirxah  fıkirlə,  xeyirxah  sözlə  və  xeyirxah  əməllə 
xeyirxah  fikri,  xeyirxah  sözü  və  xeyirxah  əməli  tə'rif  edirəm.  Bütün  hamını  xeyirxah  fikrə, 
xeyirxah sözə və xeyirxah əmələ çağırır, bəd fikirdən, bəd sözdən və bəd əməldən əl çəkirəm". 
Avestadakı dini-fəlsəfi, təbii-elmi,  sosial-siyasi  baxışlar o dövrün  idealogiyasında  yüksək 
səviyyəsi  ilə  seçilirdi.  Azərbaycanda  yaradılmış  Avesta  İran,  Orta  Asiya  və  başqa  yerlərdə  də 
yayılmışdır. Onun elmi və idealoji nüfuz dairəsi isə daha uzaqlara gedib çıxmışdır. Bu, yunan elmi-
fəlsəfı fikrində, xüsusən Demokritin dünyagörüşünün formalaşmasında özünü aşkar biruzə verir.  
Avesladakı  bütün  mə"nəviyyat üç  ifadədə  yekunlaşdırılırdı:  Xeyirxah  fikir,  xeyirxah söz, 
xeyirxah əməl. Demokrit Zərdüştün bu üçlüyünü (triadasını) təkrarlamışdır. Avestada həqiqətən, 
düzgünlük və ədalət hər şeydən üstün tutulurdu. Demokrit də bunu qəbul etmişdir. 
Hazırda  zərdüştilik  Iranda  kəbrlər,  Hindistanda  isə  parslar  arasında  qalmaqdadır.  Onların 
sayı 100 min nəfərdən artıqdır.  
Bütövlükdə,  “Avesta”da  irəli  sürülmüş  fikirlər  sonralar  təkcə  şərq  xalqlarının  deyil,  eyni 
zamanda dünya mədəniyyətinin inkişafında böyük rol oynamışdır. 
 
 
 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə