2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri


  2-Avropanın orta əsrlər və intibah dövrü fəlsəfəsi



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə35/108
tarix08.01.2022
ölçüsü1,66 Mb.
#82702
1   ...   31   32   33   34   35   36   37   38   ...   108
Fəlsəfə imtahan sualları konspekti

 


 
39 
2-Avropanın orta əsrlər və intibah dövrü fəlsəfəsi 
 
Öz  dövrü  üçün  fəlsəfə  hansısa  rentgen  cihazı  rolunu  oynayır,  onun  şüaları  şeylərin  və 
hadisələrin əlçatmaz məğzinə daxil olur, dərindən və diqqətlə gizlənən “niyə?” və  “ nə üçün?”ü 
bütün başlanğıc və əksliklərin – təbiətdə, insanın xarakterində və onun özünə oxşar olanlarla (heç 
olmasa  xaricən)  ünsiyyətində  -  qarşılıqlı  fəaliyyətinin  qanunauyğunluqlarını  əks  etdirir.  Hər  bir 
araşdırıla  bilən  dövrün  öz  filosofları  olmuşdur,  onlar  peşəkar  obyektivliklə  öz  müalicə 
diaqnozlarını – bəzən geniş  traktatlarla, bəzən isə hər hansı söylədikləri bir ifadə ilə qoymuşlar. 
Buna görə, ola  bilsin  fəlsəfədə  müəyyən  ənənə  yaranmışdır, ancaq  bunları təsadüf  hesab etmək 
olmaz. Filosoflar heç də həmişə lazım olan kimi hərəkət etmirlər, ancaq həmişə necə hərəkət etmək 
lazım olduğunu bilirlər. 
 
Nəzərdən keçirdiyimiz dövrdə Qərbi Avropa dövlətlərində Roma-katolik kilsəsi aradan çıxan antik 
mədəniyyət  və  yeni  yaranan  orta  əsrlər  feodal  mədəniyyəti  arasında  əlaqələndirici  həlqə  oldu. 
Ruhanilər  intellektual  təhsil  üzərində  monopoliyanı  ələ  keçirdilər.  Bu  cür  monopoliyalar  ilk 
növbədə  monastrlarda  və  din  xadimləri  hazırlayan  monastr  məktəblərində  həyat  keçirildi.  Orta 
əsrlər  fəlsəfəsinin  adı  -  sxolastika  -  da  buradan  yaranmışdır.  Bu  dövr  fəlsəfəsinin  vəzifəsi 
gerçəkliyi  tədqiq  etmək  deyil,  inamın  elan  etdiyi  nə  varsa  hamsının  həqiqi  sübutunun  səmərəli 
yolunu axtarmaq olmuşdur. Burada sxolastikanın vəzifələrini: - 1. əqlin köməyi ilə həqiqi inama 
asanlıqla daxil olmaq və bununla onun məzmununu insanın düşünən ruhuna yaxınlaşdırmaq; 2. 
fəlsəfi  metodların  köməyi  ilə  dini  və  teoloji  həqiqətə  sistemli  forma  vermək;  3.  fəlsəfi 
arqumentlərdən  istifadə  edərək  müqəddəs  həqiqətlərin  tənqidini  istisna  etmək-qeyd  etmək 
məqsədə uyğundur. 
Sxolastik  fəlsəfi  təfəkkür  mahiyyət  etibarilə  iki  problemə  -  1)  nominalizm  və  realizmin 
mübahisəsi;  2)  Allahın  mövcudluğunun  sübut  edilməsi  -  probleminə  diqqətli  cəmləşdirmişdir. 
Mübahisənin mərkəzində belə bir sual dayanırdı: real olaraq universal universalialar mövcuddur, 
ya  yox?  Əsas  fəlsəfi  mübahisə  ümumi  və  təkcənin  münasibəti  haqqında  məsələ  üzərində 
cəmləşmişdir.  Realizm  mövcudluğu  yalnız  ümumiyə  aid  edirdi.  İfrat  realistlər  idealar  haqqında 
Platon təlimini müdafiə edirdilər: ümumi - təkcə şeylərin mövcudluğuna qədər və ondan kənarda 
mövcud olan ideyalardır. Mötədil realistlər Aristotelin ümumi növlər haqqında təliminə əsaslanır 
- bu təlimə görə, ümumi real olaraq şeylərdə, özü də ondan heç cür kənarda olmayaraq mövcuddur. 
Nominalistlər əksinə, unversialilərin real mövcudluğunu qəbul etmirdilər, onları fikrincə, ümumi 
şeylərdən sonra mövcuddur. 
Patristika dövrü xristian kilsəsinin görkəmli filosofu,

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə