2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə37/108
tarix08.01.2022
ölçüsü1,66 Mb.
#82702
1   ...   33   34   35   36   37   38   39   40   ...   108
Fəlsəfə imtahan sualları konspekti

Robert Qrostet
 tərəfindən irəli sürülmüş bu ideya onun şagirdi 
Robert 
Rocer Bekon
 tərəfindən xüsusi güc və ruh yüksəkliyi ilə təbliğ olunmağa başladı. O, sxolastikanın 
əsas  nöqsanına  - avtoritet qarşısında  baş  əymək - qarşı kəskin çıxış etmiş  və sübut etmişdir ki, 
elmi, biliyi riyaziyyat və təcrübə üzərində qurmaq lazımdır.  
          Xll  əsr  sxolastikanın  ən  görkəmli  nümayəndələrindən  biri 
Akvinalı  Foma
  olmuşdur. 
Teologiya müəllimi kimi fəaliyyətinə və çoxsaylı əsərlərinə görə ona "mələklər doktoru" (“doctor 
augelisus”)  fəxri  adı  verilmişdir.  Fomanın  təliminin  məqsədi  -  mömin  katolizm  mövqeyindən 
averoizmə  qarşı  durmaq  və  göstərməkdir  ki,  inam  və  əql  bir-birindən  nəinki  fərqlənir,  eyni 
zamanda vəhdət təşkil edir, bir-biri ilə harmonik şəkildə uzlaşırlar. Fomanın əsərlərində toxunulan 
məsələlər öz müxtəlifliyi ilə diqqəti cəlb etsə də, onların içərisində təbii-elmi əsərlər yoxdur.. 
Fomanın fikrincə fəlsəfə və dinin bir sıra ümumi müddəaları mövcuddur. Bu müddəalar həm inam, 
həm  də  əqllə  açılır.  Seçmək  imkanı  veriləndə  sadəcə  olaraq  inanmaqdansa,  başa  düşmək  daha 
yaxşıdır.  Əqlin  həqiqiliyi  (təbii  ilahiyyat)  buna  əsaslanır.  “Təbii  ilahiyyat”  fəlsəfənin  yüksək 
hissəsidir. 
Fo 
Fomanın təliminə görə, filosof və teoloq həm Allahı, həm də insanları əhatə edən onun yaratdığı 
nə varsa hamısını nəzərdən keçirərkən müxtəlif arqumentlərdən istifadə edirlər.  
Foma dünyanı bir neçə iyerarxiya pilləsinə bölünən sistem kimi təsəvvür edir. Ən geniş pillə olan 
cansız təbiətdir, onun üzərində bitki və heyvan aləmi yüksəlir; onlardan ali pillə olan insanlar aləmi 
yaranır ki, bu da fövqəltəbii və ruhi sahəyə keçiddir. Ən yetkin reallıq, bütün mövcudatın mənası 
və məqsədi Allahdır. 
Foma ruh və bədənin birləşməsini varlığın normal hadisəsi hesab edirdi. İnsan onların vəhdəti kimi 
tam  substansiya  kimi  çıxış  edir.  Eyni  zamanda  bədəndən  ayrılmış  ruhun  ölümdən  sonrakı 
mövcudluğu natamam substansiyanı təşkil edir. Bədən heç də ruh üçün buxov deyildir, onun zəruri 
əlavəsidir. 


 
41 
Foma  elə  hesab  edirdi  ki,  bədənsiz  ruhu  Allah  hər  hansı  fərdi  bədən  üçün,  onun  ölçüsündə 
yaratmışdır. Həm də insan ruhu konkret bədənin ölümündən sonra da öz fərdiliyini itirmir, yenidən 
dirilir.  Bu  Allahın  xüsusi  köməyi  ilə,  ruhun  fərdi  mahiyyətini  bədənsiz  şəraitdə  belə  saxlayan 
xüsusi  akt  hesabına  mümkün  olur.  Lakin  bədənsiz  ruhun  mövcudluğu  itki  hesab  olunur,  çünki 
insanın tam substansiyası ruh və bədənin vəhdətini tələb edir. O, məhz məhşər günü həyata keçir, 
bu vaxt ruh dirilən bədənlə  birləşir. Beləliklə, Foma xristianlığın ehkamlarından biri olan (qeyd 
edək  ki,  yəhudi  və  islam  dini  üçün  də  bu  xarakterikdir)  ölünün  dirilməsi  ehkamının  “nəzəri 
bazasını” yaratmışdır. 
Fomanın etik doktrinasının əsas ideyası avqustinçilərin ideyaları ilə eynidir: Allahı seyr etmək və 
əbədi, ölümdən sonrakı həyata hazırlıq. Lakin ona çatmaq vasitəsi avqustinçilərin yeganə düzgün 
hesab  etdikləri  vasitədən  əhəmiyyətli  dərəcədə  fərqlənirdi.  İdrakı  fəaliyyət  hissi  obrazlarsız 
mümkün olmadığı kimi, insanın Yerdəki həyatı da onun bədən tələbatının ödənilməsi və müəyyən 
ehtiraslar olmadan mümkün deyildir. Fomanın bu mülahizələrində zamanın yeni əlamətləri özünü 
göstərir. Foma Aristotelin ardınca  insanın  xoşbəxt olmaq hüququnu qəbul  edir  və  idraka  bunun 
həyata keçməsi vasitəsi kimi baxır.  
 
 
 
Beləliklə, orta əsrlərdə yeni dövrün rasionalizminin çıxış nöqtəsini təşkil edən “Mən” anlayışının 
formalaşması  prosesi  başlanmışdır.  Mistisizmə  ayrıca  bir  sual  kimi  nəzər  salmağımız  bununla 
bağlı  idi.  Orta  əsrlərin  ən  başlıca  nailiyyətlərindən  biri  kimi  fərdi  və  ümumi  arasındakı 
münasibətlər  haqqında  birinci  dərəcəli  qneseoloji  məsələlərin  işlənib  hazırlanması  oldu.  Qeyd 
etmək lazımdır ki, orta əsrlər dinin min illər boyu hökmranlığından irəli gələn tarixi gedişin sadəcə 
olaraq fasilsəsi deyildir. Bu bəşər tarixinin zəruri mərhələsi idi. Fəlsəfə isə “obyektiv ruhun başlıca 
forması” (Hegel) kimi orta əsrlər mənəvi mədəniyyətin mühüm ünsürünü təşkil edirdi. 
 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə