48
Benedikt (Barrux) Spinoza
da Dekart kimi fəlsəfəni şərtsiz doğru başlanğıc mövqe əsasında
qurmağa cəhd edirdi. O, doğruluğun və ciddi sübutun nümunəsini həndəsədə, onun aksiomalarında
və dürüst deduktiv nəzəriyyədə görürdü. Ona görə də Spinoza öz başlıca əsəri olan “Etika“nı
həndəsi metodlar əsasında şərh etmişdir.
Spinoza öyrədirdi ki, yalnız bir substansiya - təbiət mövcuddur, o özü-özünün səbəbidir, yəni öz
mövcudluğu üçün heç bir şeyə möhtac deyildir. Bu müddəa Spinozanın materializiminin və
ateateizminin əsasında dayanır.
Spinozaya görə, insan canlı məxluqdur, onun cismanilik modusları – bədəni təfəkkür moduslarına
– ruhuna uyğun gəlir. Biz insana necə baxmağımızdan (nə isə bədəni və ya ruhu olan varlıq kimi)
asılı olmayaraq o, təbiətin bir hissəsidir. İnsanın psixologiyası, onun ehtirasları və arzuları təbiətin
digər hadisələri kimi idrakın predmetidir.
Spinozanın fəlsəfəsinin əsası – fərdin substansiyaya, fərdi olanın ən ümumi olana münasibətidir.
Görkəmli alman alimi, təbiətşünası və riyaziyyatçısı, hüquqşünası və arxeoloqu, iqtisadçısı və
siyasətçisi, tarixçi və filosofu
Dostları ilə paylaş: