|
2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləriQotfrid Vilhelm LeybnitsFəlsəfə imtahan sualları konspektiQotfrid Vilhelm Leybnits
bir çox alman alimlərinə böyük təsir
göstərən fəlsəfi – idealist sistem yaratmışdır. O, yeni tip alim idi. XVII əsrin ortalarında biliklərin
artması prosesinin daha da sürətlənməsinin başlanğıcını qoyanlardan biri idi. F.Bekondan fərqli
olaraq o, yalnız elmi tədqiqatın yeni metodlarının carçısı deyil, həm də metod rolu oynayan
metodlar və hesablamalar yaratmışdır. O, yalnız yeni-yeni kəşflər haqqında və alimlərin kollektiv
işini təşkil etmək haqqındakı arzularla yaşamaqla kifayətlənmədi, həm də özü bu arzuları həyata
keçirdi, elmi akademiya və cəmiyyətin təşkilatçısı oldu.
Leybenitsin fəlsəfəsində ən canlı və sabit onun metodudur. Özünün orjinal metodunun köməyi ilə
o, elmdə əhəmiyyətli nəticələrə nail olmuşdur. Leybnits rasionalist idi. Onda idrakın dialektikası
və şeylərin dialektikası vahid planda birləşirdi.
Leybnits inkişaf səviyyəsinə görə üç növ monadanı fərqləndirir. Aşağı forma və ya aşağı səviyyəli
monadalar “qavrayışla” xarakterizə olunur (qavrayışın passiv qabiliyyəti). Ali səviyyəli monadalar
duymaq qabiliyyətinə və ona əsaslanaraq aydın təsəvvürə malikdirlər. Leybnits bu monadaları ruh
monadaları kimi müəyyən edir. Daha yüksək səviyyəli inkişaf etmiş monadalar appersepsiyaya
(ilkin təsəvvürlərə və ya təcrübəyə əsaslanan qavrayış) malikdirlər. Leybnits onları ruhların
monadaları kimi müəyyən edir, Leybnitsə görə ruhun qarışıq “qavrayışı” özündə Kainatın bütün
sonsuzluğunu birləşdirir. Ruhun özündə monadadakı kimi harmonik yetkin dünya, “qarışıq dərk
olunan harmoniya “ biləşir. Harmoniya məsələsi Leybnitsin fəlsəfəsində mühüm məsələlərdən
biridir. O, bütün monadalar aləminin nə isə daxili bir qaydasıdır və monadaların təcrid olunmasını
dəf edən prinsip kimi özünü göstərir.
Dostları ilə paylaş: |
|
|