2. ÜMumi DİLÇİLİk II indd



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə13/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   9   10   11   12   13   14   15   16   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

AQLÜTİNATİV DİLLƏR
Aqlütinativ
2
dillər köksözlü dillərdən öz morfoloji qurulu-
şu na görə fərqlənir. Bu dillərdə həm forma yaradan, həm də söz 
düzəldən ünsürlər vardır. Buna görə də söz kökünə şəkilçi əlavə 
edib yeni söz yaratmaq və forma dəyişdirmək mümkün olur.
Aqlütinativ dillərin aşağıdakı xüsusiyyətləri diqqəti 
cəlb edir:
1. Başqa dillərə nisbətən aqqlütinativ dillərdə şəkilçilər 
sözün kökünə çox möhkəm bağlı olmur. Burada söz 
öz tərkib hissələrinə asanlıqla bölünür.
1
Bax: А.С.Чикобава. «Введение в языкознание». M., 1953, c. 183.
2
Aqlütinativ – agglutinare latın sözüdür. Mənası “bitişdirmək” deməkdir.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
25
Aqlütinativ dillərin bəzi xüsusiyyətlərini Azərbaycan 
dilinə mənsub aşağıdakı sözlərdə nəzərdən keçirmək 
olar: məsələn, “yazıçıların”, “aparılmış”, “zərərsizləş-
dirmək” sözlərində kök asanlıqla müəyyənləşdirilir və 
buna qoşulan şəkilçilərin hər birinin funksiyası konkret 
şəkildə aşkar edilir: 1) yaz (kök)  (isim düzəldən şə-
kilçi), -çı (isim düzəldən şəkilçi), -lar (cəm şəkilçisi), -m 
(yiyəlik hal şəkilçisi).
2) apar (kök) -ıl (məchul növ şəkilçisi), -mış (nəqli keçmiş 
zaman şəkilçisi).
3) zərər (kök) -siz (sifət düzəldən şəkilçi), -ləş (fel düzəl-
dən şəkilçi), -dir (təsirli fel yaradan şəkilçi), -mək (məs-
dər şəkilçisi).
Göründüyü kimi, sanki kök və şəkilçilər süni olaraq 
bir-birinə yapışdırılmışdır, onları asanlıqla ayırmaq olur.
2. Aqlütinativ dillərdə müəyyən qrammatik məna bu 
və ya başqa sözdə hansı şəkilçi vasitəsilə ifadə olunursa, 
digər sözlərdə də həmin şəkilçi ilə ifadə edilir. Lakin başqa 
dillərdə məsələ belə deyildir. Bunu Azərbaycan dilində 
(aqlütinativ dil) və rus dilində (flektiv dil) cəmlik anlayı-
şını ifadə etmək üçün işlənən şəkilçilərə nəzər yetirdikdə 
aydın görmək olur.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə