Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
21
Bu üç dil qrupunun materialları əsasında belə bir qə-
naətə gəlmişdir ki, müqayisə olunan yuxarıdakı dillər iki
tip təşkil edir:
1) flektiv dillər,
2) aqlütinativ dillər.
F.Şlegel bu dil tiplərini səciyyələndirməyə səy etmiş
və kökün dəyişib-dəyişməməsini meyar götürərək flektiv
dilləri (kök dəyişdiyi üçün) zəngin və möhkəm, aqqlüti-
nativ dilləri isə “kasıb, zəif və süni”
dillər hesab etmiş-
dir. Elmi baxımdan F.Şlegelin bu mülahizəsi tamamilə
həqiqətəuyğun deyildir.
Dövrünün alimləri tərəfindən F.Şlegelin təsnifi mü-
bahisələrə səbəb olmuşdur.
Onun mübahisələrdə iştirak
edən qardaşı Avqust Şlegel (1767–1845) “Provansal dili və
ədəbiyyatı haqqında qeydlər” (1818) əsərində qardaşının
göstərdiyi iki dil tipindən əlavə üçüncü dil tipini (amorf
dilləri) müəyyənləşdirmişdir. Həmçinin flektiv dillərin iki
növdə – analitik və sintetik olduğunu izah etmişdir.
Vilhelm Humboldt (1767–1835) morfoloji təsnifə mü-
nasibət bildirərək amorf dil tipini dəqiqləşdirərək onu
köksözlü dillər adlandırmışdır. O, flektiv, aqlütinativ,
köksözlü dil tipləri ilə yanaşı, dördüncüsünü – inkorpor-
laşan dillər tipini aşkar etmişdir. Adıçəkilən müəlliflər dil
tiplərini müəyyənləşdirərkən
dillərin tarixini yox, onla-
rın hazırkı vəziyyətlərini nəzərə almışlar. Lakin Avqust
Şlegel dillərin inkişafını əsas götürmüş və üç dil tipinin
köksözlüdən aqqlütinativ və oradan flektivə doğru inki-
şaf etdiyini söyləmişdir. Onun dillərin inkişafını köksöz-
lüdən başlaması müddəasının elmi əsası yoxdur. Çün-
ki müasir köksözlü dillər heç də flektivdən geri qalmır.
Bundan başqa, bir sıra dillər təkhecalılığa doğru inkişaf
etməkdədir. Belə bir xüsusiyyət müasir ingilis ədəbi di-
lində müşahidə olunmaqdadır. Bundan başqa,
bəzi dil-
Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
22
lərdə, o cümlədən türk dillərində şəkilçilərin get-gedə
ixtisar edilməsi özünü göstərir. Məsələn, “Bu gün külək
yoxdur” cümləsi müasir türkcədə “Bu gün rüzgar yoq”
formasında işlədilir.
XX əsrin I yarısında Avqust Şlegelin yuxarıdakı böl-
güsünə başqa istiqamətdən yanaşanlar da olmuşdur. İn-
gilis alimi Maks Müller köksözlü dilləri “ailə dili”, aqlü-
tinativ dilləri “köçəri həyat keçirənlərin dili”, flektivi isə
“siyasət-dövlət quruluşu olan dil” hesab etmişdir. Əslin-
də, belə mülahizələr, sadəcə olaraq, uydurmadan başqa bir
şey deyildir. Çünki tarix göstərir ki, hər üç dil tipindən is-
tifadə edən xalqlar siyasət aləmində əsaslı müddəalar irəli
sürmüş və qüvvətli dövlətlər yaratmışlar.
Dilçilikdə yuxarıda bəhs olunan bölgülərdən başqa XIX
əsrin sonunda (F.Misteli) və XX əsrin əvvəlində (N.Fink) bir
sıra tipoloji təsnif irəli sürülmüşdür.
Müxtəlif bölgülərdə
dillərin 4, 8 və hətta 21 tipi olduğu göstərilmişdir
1
. Bütün
təsniflərdə mövqe eyni olmuş, dilin qrammatik quruluşu-
nun əlamətləri əsas meyar götürülmüşdür. Müasir dilçilik-
də dünya dillərini dörd tipdə qruplaşdırmaq konsepsiyası
daha geniş yayılmışdır. Bu təsnifə görə, dünya dilləri aşa-
ğıdakı əsas tiplərə bölünür:
1. Köksözlü dillər.
2. Aqlütinativ dillər.
3. Flektiv dillər.
4. İnkorporlaşan dillər.
Bu dil tipləri özlərinə məxsus səciyyəvi cəhətləri ilə
bir-birindən fərqlənir.
1
Bax: П.С.Кузнецов. « Морфологическая классификация языков». M., 1954.
Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
23
Dostları ilə paylaş: