2. ÜMumi DİLÇİLİk II indd


STENOQRAFİK YAZININ ƏLAMƏTİ VƏ



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə138/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   134   135   136   137   138   139   140   141   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

STENOQRAFİK YAZININ ƏLAMƏTİ VƏ 
XÜSUSİYYƏTLƏRİ
Stenoqrafik yazı bir sıra əlamətlərinə görə adi yazıdan 
fərqlənir. Bu fərq təkcə sürət məsələsində deyil, həm də yazı 
işarələrində, yazının prinsiplərində, forma və digər cəhətlərin-
də də özünü göstərir. Bunları qısa şəkildə nəzərdən keçirək.
1. Stenoqrafiya işarələri. Stenoqrafik yazının işarələri 
adi yazının hərflərindəki ünsürlərdir. Lakin bu ünsürlər 
stenoqrafiyanın ixtiyarına keçdikdən sonra nisbətən yeni 
forma qazanmış olur. Məsələn, adi fonoqrafik yazımızda-
kı “o” hərfi milli şəkildə stenoqrafiya işarəsi kimi işlənilir. 
Bu işarə stenoqrafik yazıda  səsini əks etdirir və başqa 
işarələrlə birləşərkən formasını müxtəlif şəkildə dəyişir.
Stenoqrafik işarələr həcminə – ölçüsünə görə üç yerə 
bölünür: birölçülü, ikiölçülü və kiçikölçülü işarələr
1
.
Şəkil 40. Stenoqrafik işarələr
1) kiçikölçülü; 2) birölçülü; 3) ikiölçülü işarələr.
1
R.Bağırova. “Stenoqrafiya”, Bakı, 1956, səh. 5.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
250
Göründüyü kimi, kiçikölçülü işarələr (n, r, s, t, d, 
z, y) bir milli xəttin 1/2 ölçüsündə, birölçülü stenoqrafik 
işarələr (k, v, p, h, c, t, l, m) tam bir mil arası boyda, ikiöl-
çülü işarələr isə bir mildən əlavə ya xəttüstü (b, q, x, ç), ya 
da xəttaltı (ş, g, ğ) olur. Bunlardan birölçülü və ikiölçülü 
işarələr böyük işarələr adlanır. Stenoqrafik işarələrin əksə-
riyyəti, hərflərdən fərqli olaraq, maili-sağa əyilmiş forma-
da cızılır. Eyni zamanda, bəzi işarələr –  səslə-
rinin işarələri sağdan sola,  səslərinin işarələri 
isə soldan sağa yazılır.
2. Stenoqrafik yazı sisteminin hissələri. Stenoqrafik 
yazı sistemi üç əsas hissədən ibarət olur: 1) hərfli əlifba;
2) hərf birləşmələri üçün xüsusi işarələr; 3) ixtisarlar.
1) Əlifba. Əlifba tərtibində ən münasib işarələrdən is-
tifadə olunur. Bu işarələr sadə cizgilərdən ibarətdir. 
Stenoqrafik əlifbada hər hərfin ancaq bir forması 
mövcuddur.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə