DİLLƏRİN MÜXTƏLİFLİYİNƏ DAİR DİGƏR GÖRÜŞLƏR Dillərin müxtəlifliyi bəzi alimlər tərəfindən başqa şə-
kildə izah olunur. Onlara görə, müxtəlif dillər nə ilahiyyat,
nə də dahi şəxsiyyətlər tərəfindən yaradılmışdır. Belə ki,
ayrı-ayrı şəxslər dil yaratmaq və onu dəyişdirmək bacarıq
və qüvvəsinə malik deyildirlər. Dil cəmiyyətin əldə etdi-
yi ümumi nailiyyətdir. Bir qrup alimin fikrincə, müxtəlif
dillərin yaranması məkanla əlaqədardır. Belə ki, ilk insan
kollektivinin yaradılması və formalaşması dünyanın bir
yerində deyil, eyni zamanda müxtəlif regionlarda olmuş-
dur. Bunun da əsasında müxtəlif dillər yaranmış və ayrıl-
ma yolu ilə dillər get-gedə çoxalmışdır.
Dillərin müxtəlifliyi problemi dilçilikdə hələ xüsusi
şəkildə elmi izahını tapmamışdır. Bu məsələnin həlli ayrı-
ca tədqiqat tələb edir.
DİLLƏR VƏ DİFERENSİASİYA PROSESİ “Diferensiasiya” (differantia) latın mənşəli termin
olub, ayrılma, parçalanma mənasını ifadə edir. Bəzi alimlər
dünya dillərinin diferensiasiya prosesi əsasında bir ulu dil-
dən əmələ gəldiyi fərziyyəsini irəli sürürlər. Bu fərziyyəyə
görə, deyək ki, ərəb dili ulu sami dilindən, ulu sami dili
isə ulu hind-Avropa dilindən, ulu hind-Avropa dili də ulu
dillərin ulusundan əmələ gəlmişdir. Bu fikrə görə, başqa
dillərin də yaranma yolu eyni formada olmuşdur. Belə fi-
kirlər dilçilikdə monogenizm nəzəriyyəsinə gətirib çıxarır.
Monogenizmyunanca mono (monos – tək, vahid) və geno (genos – mənşə, əmələgəlmə) sözlərindən ibarətdir. Bu
nəzəriyyəyə görə də bütün dillər bir ulu dilin şaxələnmə-
si yolu ilə meydana gəlmişdir. Başqa şəkildə desək, guya,
bütün insanlar təşəkkül tapdıqları dövrdə vahid bir dildə
“danışmışlar”.
Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
15
İnsanlar heç vaxt eyni dildə danışmamış, müxtəlif sə-
bəblərdən danışa da bilməzdilər.