Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
11
1. Asiya qitəsinin dilləri;
2. Afrika qitəsinin dilləri;
3. Amerika qitəsinin dilləri;
4. Avropa qitəsinin dilləri;
5. Avstraliya qitəsinin dilləri.
Dünya dillərinin miqdarına görə yuxarıda göstərilən
rəqəm təxminidir. Çünki indiyə qədər dillərin miqdarı tam
dəqiqləşdirilməmişdir. Buna görə də dilçilik ədəbiyyatın-
da tez-tez müxtəlif və fərqli rəqəmlərə rast gəlmək olur.
Dünya dillərinin hər biri digərindən öz orijinallığı ilə
fərqlənir. Dillərin belə müxtəlifliyi və bu müxtəlif dillərin
necə əmələ gəldiyi, inkişafı ayrı-ayrı vaxtlarda alimlərin,
mütəfəkkirlərin və digər şəxslərin diqqətini cəlb etmişdir.
Buna görə də problemə
dair müxtəlif ideyalar, görüş və
mülahizələr, nəzəriyyələr meydana çıxmışdır. Bunların
bəzisinə nəzər salaq.
MÜXTƏLİF DİLLƏRİN YARANMASINA DAİR
İLAHİ NƏZƏRİYYƏ
Dillərin müxtəlifliyi məsələsi bir neçə formada şərh
edilmişdir. İdealistlər bunu qeyri-təbii qüvvə ilə əlaqələn-
dirmişlər. Onların
fikrincə, ayrı-ayrı insanların özlərini
yaradan qeyri-təbii qüvvə insanların
müxtəlif dillərini
də meydana gətirmiş və buna görə dünyada çoxlu dil ya-
ranmışdır. Ayrı-ayrı dövrlərdə xalqlar arasında dillərin
müxtəlifliyinə dair bir sıra əfsanə də meydana çıxmışdır.
Bu əfsanələrdə dillərin nə üçün müxtəlif olması qeyri-tə-
bii qüvvə ilə əlaqələndirilir. Çoxdan yaranmış
və bəzi
xalqlar arasında geniş yayılmış
“Babil qülləsi” adlı qə-
dim yəhudi əfsanəsində deyilir ki, qeyri-təbii qüvvə tərə-
findən yaradılmış insanlar müəyyən zaman yaşadıqdan
sonra kim tərəfindən yaradıldıqları haqqında düşünmüş
və həmin qüvvəni görmək istəmişlər. Buna görə də hələ
Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
12
vahid dildə “danışan” insanlar bir yerə yığılmış, şəhər
salmış və göyə qalxmaq üçün
bir qüllə qurmağa başla-
mışlar. Onlar bu qülləni sürətlə gündən-günə ucaltmış-
lar. Bundan qəzəblənən Allah insanların onun yanına
gələ bilməsinin qarşısını almaq üçün tədbir görməli ol-
muşdur. O bu məqsədlə qülləni tikən insanların hər bi-
rinə müxtəlif dil vermişdir. Bundan sonra ayrı-ayrı dildə
danışan insanlar bir-birini başa düşməmiş və başladıqları
işdən əl çəkmişlər.
Bu fikir — yəni müxtəlif dillərin yaranmasının Allahın
qəzəbinin nəticəsi olması xalq təfəkkürünün məhsulu olsa
da, dinin təsiri nəticəsində əmələ gəlmişdir.
Dillərin müxtəlifliyinə dair
bu cür əfsanələrə qədim
yunan əsatirlərində, Amerika hindiləri, Cənubi Avstraliya
xalqları arasında da rast gəlmək olur.
Dostları ilə paylaş: