2015 Azərbaycanın İqtisadi və Sosial Araşdırmalar Jurnalı



Yüklə 119,93 Kb.

tarix06.05.2018
ölçüsü119,93 Kb.


AzJESS 

2015 

 

 



                                             Azərbaycanın İqtisadi və Sosial Araşdırmalar Jurnalı 

www.azjess.com 

Sayı/Number 4, 2015 



 

 

AZƏRBAYCAN RESPUBLĠKASINDA SOSĠAL-ĠQTĠSADĠ                       

ĠNKĠġAFIN DAVAMLIĞINI XARAKTERĠZƏ EDƏN                        

GÖSTƏRĠCĠLƏRĠN TƏHLĠLĠ 

 

Ġsgəndərov



 Ramiz

 Kamal oğlu 

i.e.d., professor 



Abbasova ġərqiyyə Abbas qızı 

i.ü.f.d., dosent 



Quliyev Rafiq MeyxoĢ oğlu 

f\r.ü.f., dosent 



Mirzəyev Fərhad Əlif oğlu 

t.ü.f.d., dosent 



 

Xülasə 

 Ölkənin inkişafı çoxtərəfli və çoxaspektli bir prosesdir və adətən, sosial-iqtisadi 

məqsədlər  nöqteyi-nəzərindən  araşdırılır.  Sosial-iqtisadi  göstəricilər  bloku  bu  və  ya 

digər  ölkənin  iqtisadi  vəziyyətini  xarakterizə  edən  əsas  makroiqtisadi  göstəricilər 

arasında  kifayət  qədər  mühüm  yer  tutur.  Sosial-iqtisadi  inkişafın  davamlığı  əsasən 

iqtisadi, sosial və  ekoloji inkişafın davamlığı ilə şərtlənir. Təqdim olunan məqalədə də 

Azərbaycanın  davamlı  sosial-iqtisadi  inkişafını  xarakterizə  edən  göstəricilər  sistemi 

təhlil edilmiş və müvafiq təkliflər verilmişdir. 

 

Açar  sözlər:  Azərbaycan,  davamlı  inkişaf,  sosial-iqtisadi  inkişaf,  investisiya, 

ekoloji inkişaf. 



 

 

Hər  bir  ölkənin  sosial–iqtisadi  inkişafını  təmin  edilməsi  dövlətin  qarşıya 



qoyduğu  mühüm  məsələlərdən  biridir.  Bu  isə  ölkə  iqtisadiyyatının  hərtərəfli  inkişafını 

və  əhalinin  həyat  səviyyəsinin  yüksəlməsini  nəzərdə  tutulur.  Sosial  -  iqtisadi  inkişafın 

davamlığı  dedikdə  elə    bir  inkişaf  prosesi    nəzərdə  tutulur  ki,  cari  zamanın  tələblərini 

ödəyərək,  gələcək  nəsillərin  maraqlarına  ziyan  vurulmur.  Belə  inkişaf  BMT-nın 

sənədlərində öz əksini  tapan davamlı  inkişaf  konsepsiyasına əsaslanır. Davamlı  inkişaf 

termini uzun bir tarixə malikdir ki, o da ətraf mühitlə sosial-iqtisadi inkişaf problemləri 

arasında olan əlaqələr aşkar olunandan sonra BMT-nin birinci konfransının ətraf mühitə 

aid  deklarasiyasının  və  Roma  klubunun  araşdırmaları  nəticəsində  tərəqqi  tapmışdır. 

Davamlı inkişaf öz təbii təməlini dağıtmadan davamlı, sosial, iqtisadi inkişafdır. Ancaq 



AzJESS 

Azərbaycanın İqtisadi və Sosial Araşdırmalar Jurnalı                                                                     Number 4, 2015 

7 | 


.  

Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın davamlığını xarakterizə edən göstəricilərin təhlili

 

 

 

 

bu  inkişafın  şərtləri  gələcək  nəsillərin  sağlam  yaşaması  və  inkişafına,  eyni  zamanda 



ətraf mühitin normal şəraitdə saxlanılmasına təminat verir.  Hazırda elmi ədəbiyyatlarda 

davamlı  inkişafın 60-а  yaxın tərifinə rast gəlmək olar. Onlardan ən çox  istifadə olunan 

tərif BMT tərəfindən  təşkil olunmuş komissiyanın məruzəsində,  sədr xanım Brudtland 

tərəfindən  irəli  sürülmüşdür:  “Davamlı  inkişaf  -  bu  günkü  cəmiyyətin  tələbatlarının 

gələcək  nəsillərin  tələbatlarını  ödəmək  imkanlarını  təhlükə  altına  qoymamaq  şərti  ilə 

ödənilməsi  deməkdir”.  Ekolojı  məhdudiyyət    problemi,  indiki  və  gələcək  istehlak 

arasında  kompromis,  hər  bir  ölkənin  uzun  müddətli  sosial–iqtisadi  inkişafının 

strategiyasının qurulması  üçün  əsas olmalıdır . Davamlı inkişaf nəzəriyyəsi son 10 ildə 

nəinki  mühüm  elmi-tədqiqat obyekti, həmçinin praktiki həyata  keçirilən   nəzəriyyədir. 

Bütün inkişaf etmiş ölkələr məhz  davamlı inkişafa cəhd edirdilər. Bizim ölkəmizdə bu 

inkişafa  kecmək  üçün  “2008-2015-ci  illərdə  Azərbaycan  Respublikasında  yoxsulluğun 

azalması və davamlı inkişaf” adında dövlət proqramı  qəbul edilmişdir. 

            Ölkənin  inkişafı  çoxtərəfli  və  çoxaspektli  bir  prosesdir  və  adətən,  sosial  və 

iqtisadi  məqsədlər  nöqteyi-nəzərindən  araşdırılır.  Hətta    iqtisadi  inkişafdan  danışdıqda 

belə,  onu    sosial  inkişafdan  ayırmaq  olmur.  Sosial-iqtisadi  göstəricilər  bloku  bu  və  ya 

digər  ölkənin  iqtisadi  vəziyyətini  xarakterizə  edən  əsas  makroiqtisadi  göstəricilər 

arasında kifayət qədər mühüm yer tutur. Əhalinin həyat səviyyəsinə iqtisadi islahatların 

təsirinin  nəticələrini  qiymətləndirmə  vasitəsi  kimi  müxtəlif  makroiqtisadi  və  sosial 

göstəricilərindən istifadə edilir.  

Məqalədə də Azərbaycanın  sosial–iqtisadi inkişafı xarakterizə edən göstəricilər  

təhlil olunmuşdur. Bu məqsədə nail olmağın  zəruri  şərti-iqtisadi  inkişafın nəticələri ilə 

əhalinin  həyat  keyfiyyətinin  və  ətraf  mühitin  bir  ölçüdə  təhlilidir.  Bunun  üçün  elə 

göstəricilər sisteminin formalaşdırılması problemi qarşıya çıxır ki, məhz bu göstəricilər 

sisteminə əsaslanaraq iqtisadiyyatın, təbiət və cəmiyyətin qarşılıqlı inkişafının vəziyyəti 

barədə kompleks qiymətləndirmə aparmaq mümkün olsun.  

Qeyd  edək  ki,  göstəricilər  sisteminin  qurulması  məsələsi  bir  sıra  müəlliflərin 

[2,3,4]  işlərində  baxılmışdır.  Bunların  arasında  V.N.Tamoşeviçin  [4]  təqdim  etdiyi 

göstəricilər  sistemi  zənnimizcə  daha  məqsədəuyğundur.  Müəllifin    fikrincə  davamlı 

iqtisadi  artıma  qarşılıqlı  təsir  edən  sosial-iqtisadi  inkişafın  əsas  göstəricilərini  şərti 

olaraq 3 qrupa bölmək olar:  

1)  İqtisadi  artımın  həcmli  (kəmiyyət  nöqteyi  nəzəri  başa  düşülür)  göstəriciləri: 

məsələn,  ümumi  daxili  məhsul,  sənaye  və  kənd  təsərufatı  istehsalının  həcmi, 

pərəkəndə ticarət dövriyyəsinin həcmi və s.;  

2)  İqtisadi  artımın  keyfiyyət  göstəriciləri:  məsələn,  investisiya  qoyuluşlarının 

həcmi, istehlak malların qiymət indeksi, və s.; 

3)  Ölkədə  demoqrafik  situasiyanı  (şəraiti)  və  ətraf  mühitin  vəziyyətini 

xarakterizə edən davamlı sosial-iqtisadi inkişaf göstəriciləri . 

Tədqim olunan məqalədə sosial-iqtisadi inkişafı xarakterizə edən göstəriciləri üç 

grupa bölmək təklif olunur: iqtisadi, sosial və ekoloji. 

Yuxarda qeyd etdiymiz  kimi, sosial-iqtisadi  inkişafın davamlığı əsasən  iqtisadi, 

sosial  və    ekoloji  inkişafın  davamlığı  ilə  şərtlənir.  Bununla  əlaqədаr  sosial-  iqtisadi 

inkişafın göstəricilərini üç grupa bölmək olar: iqtisadı, sosial və ekolojı.  




AzJESS 

Azərbaycanın İqtisadi və Sosial Araşdırmalar Jurnalı                                                                     Number 4, 2015 

8 | 


.  

Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın davamlığını xarakterizə edən göstəricilərin təhlili

 

 

 

 

Müasir  dövrdə  ekoloji  təhlükəsizlik  səviyyəsi  cəmiyyətin  sivilizasiya  meyarına 



çevrilmişdir.  Uzun  illər  ərzində  təbiətin  mühafizədən  kənarda  qalması  nəticəsində  və 

əsas  diqqətin  maddi  istehsala  verilməsi  ciddi  ekoloji  problemlərə  səbəb  olmuşdur.  Bu 

problemlərin  həllini  ekoloji  təhlükəsiz  davamlı  inkişaf  konsepsiyasının  mövcudluğu 

mümkün  etmişdir.  Təbiətdən  istifadənin  iqtisadi  qiymətləndirmə  sistemi  ekoloji 

problemlərin  həllində  böyük  rol  oynayır.  Bu  sistem  təsərrüfat  obyektlərini  öz  istehsal 

fəaliyyətlərini  ekoloji  faktorların  uçotu  ilə  modelləşdirməyə  sövq  edir.  Ekoloji-iqtisadi 

modelləşdirmə  müəssisələrə  ətraf  mühitin  çirkləndirilməsi  ilə  bağlı  ödəniləcək 

məsrəflərin  minimallaşdırılması  imkanını  verir.  Bunun  nəticəsində  ətraf  mühitin 

çirklənmə  səviyyəsinin  aşağı  olması  və  təbii  ehtiyatlardan  qənaətlə  istifadəsi  təmin 

olunur. 


 

      Ekoloji  göstəricilərə  ətraf  mühütin    vəziyyətini  xarakterizə  edən  göstəricilər 

aiddir. İlk növbədə buna atmosfera buraxılan   və suya tökülən tullantilar həcmi aiddir. 

Cədvəl  1-də  bu  göstəricilərin  1990-ci  ildən  2013-  ci  ilədək  dəyişməsi  təsvir 

olunmuşdur. 

Cədvəl 1. 

Ekoloji göstəricilər 

İllər 


Çirkləndirici 

maddələrin atmosfer 

havasına atılması , min 

ton     


 

Çirkab suların atılması, 

mln. kub.m 

2000 


908 

4106 


2001 

979 


3966 

2002 


620 

4596 


2003 

838 


4749 

2004 


975 

4817 


2005 

1054 


4878 

2006 


875 

5164 


2007 

970 


5237 

2008 


937 

5325 


2009 

997 


4802 

2010 


957 

6005 


2011 

1003 


5068 

2012 


1076 

5419 


2013 

1119 


5173 

   


Mənbə: http://www.stat.gov.az/source/environment/ 

 

Cədvəl  1-dən  göründüyü  kimi,  ildən-ilə  atmosfer  cirklənməsində  artım  müşahidə 



olunur, belə ki, 2013-cü  ildə Azərbaycanda çirkləndirici maddələrin atmosferə  atılması 

1119  т.  təşkil  edib  ki  ,  bu  da    2000-ci  illə  müqayisədə  23%  coxdur.  Çirkab  suların 

miqdarına  nəzər salsaq, görərük ki, 2013-cü  ildə bu rəqəm 5173 min ton təşkil edərək ,  

2000-ci illə müqaisədə 26% çox olmuşdur.  

       

İqtisadi  aspekt  baxımından,  qeyd  etmək  lazımdır  ki,  sosial-iqtisadi  inkişafının 



məqsədləri  bilavasitə  iqtisadiyyatın  ümumi  vəziyyəti  və    milli  xüsusiyyətlərlə  sıx 


AzJESS 

Azərbaycanın İqtisadi və Sosial Araşdırmalar Jurnalı                                                                     Number 4, 2015 

9 | 


.  

Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın davamlığını xarakterizə edən göstəricilərin təhlili

 

 

 

 

əlaqədardır. İlk növbədə  iqtisadi  göstəricilər arasında Ümumi daxili məhsul (ÜDM) və 



onun adambaşına düşən həcmi xususi yer tutur. 

Cədvəl 2. 

       Ümumi Daxili Məhsul                           

İllər 


Milyon manat 

Milyon ABŞ 

Dolları 

Adambaşına 

Manat 

dollar 


2000 

4718.1 


5272.8 

595.1 


665.1 

2001 


5315.6 

5707.7 


665.2 

714.3 


2002 

6062.5 


6235.9 

752.9 


774.4 

2003 


7146.5 

7276.0 


880.8 

896.8 


2004 

8530.2 


8680.4 

1042.0 


1060.3 

2005 


11875.6 

12553.5 


1435.7 

1517.7 


2006 

17135.8 


19852 

2120.3 


2373.3 

2007 


25228.1 

30033.5 


2980 

3548.7 


2008 

40137.2 


48852.5 

4603.7 


5603.3 

2009 


35601.5 

44297 


4033.2 

5018.2 


2010 

42465 


52909.3 

4753 


5922 

2011 


52082 

65951.6 


5752.9 

7285 


2012 

54743.7 


69683.9 

5966.1 


7594.3 

2013 


58182 

74164.4 


6258.3 

7977.4 


 

Mənbə: http://www.stat.gov.az/source/system_nat_accounts/ 

 

Cədvəl    2-də  Azərbaycanda  ÜDM,  adambaşına  düşən  ÜDM-in  həcmləri  milli 



valyuta  və  ABŞ  dolları  ilə  göstərilmişdir.  Bu  cədvəldən  görünür  ki,  Azərbaycanda 

adambaşına  düşən  ÜDM-nın  artım  tempi  kifayət  gədər  yüksəkdir  və    bu  da  iqtisadi 

artımın son  illərdə davamlı  xarakter daşıdığını göstərir. Belə  ki, 2013-ci ildə ÜDM-nin  

həcmi  58182  mln.  manat  təşkil  edərək  2000-ci  illə  müqayisədə  12  dəfə  artmışdır. 

Adambaşına düşən ÜDM-nin həcmi 2013-ci  ildə 6258,3 manat təşkil еdərək,  2000-ci 

illə müqayisədə 10 dəfədən çox artmışdır.  

Lakin bu artım əsasən təbii sərvətlərin, neft və qaz sektorunun inkişafı sayəsində 

olmuşdur (80%-ə qədər). Əlbəttə, dövlətin apardığı  islahatlar  iqtisadiyyatın  inkişafında 

mühüm rol oynamışdır. Respublikamızda yeni iş yerləri açılmalı, qeyri-neft sektorunun, 

kiçik  və  orta  sahibkarlığın  sürətli  inkişafı  təmin  olunmalı,  yoxsulluğun  azaldılması 

sahəsində  təsirli  tədbirlər  görülməlidir.    Ölkədə  bazar  münasibətlərinin 

formalaşdırılması  və  inkişaf  etdirilməsi,  sosial-iqtisadi  inkişafın  sürətləndirilməsi 

istiqamətində  strateji  islahatlar  həyata  keçirilməyə  başlanılmışdır.  Həyata  keçirilən 

islahatlar  iqtisadiyyatın  gücləndirilməsi  ilə  yanaşı,  həmçinin  əhalinin  məşğulluğunun 

təmin  edilməsi  istiqamətində  əhəmiyyətlidir.  Belə  ki,  bu  sahədə  islahatlardan  savayı, 

həmçinin önəmli rolu əmək bazarları  yerinə  yetirirlər  və bildiyimiz  kimi bizim ölkədə 

də əmək birjalarının, yaradılmış əmək bazarının getdikcə əhəmiyyəti artmaqdadır. Digər 

tərəfdən, respublikamıza bərqərar olmuş iqtisadi-sosial və siyasi sabitlik xarici ölkələrin 

Azərbaycana olan marağını artırmış, xarici investisiyaların axınına şərait yaratmışdır. 

1996-cı  ildən  başlаyaraq  ölkə  iqtisadiyyatına  xarici  investisiya  qoyuluşu 

genişlənmişdir  ki,  bu  da  davamlı    inkişafının  gələcək  perspektivlərinə  təminat  verən 

amillərdəndir.  Belə  ki,  ölkə  iqtisadiyyatına  xarici  investisiya  qoyuluşu  2000─2013–cı 

illərdə  orta  hesabla  hər  il  1  milyard  dollardan  çox  olmuşdur.  Bu  illərdə  iqtisadiyyatda 



AzJESS 

Azərbaycanın İqtisadi və Sosial Araşdırmalar Jurnalı                                                                     Number 4, 2015 

10 | 


.  

Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın davamlığını xarakterizə edən göstəricilərin təhlili

 

 

 

 

xarici  mənbələr  hesabına  qoyulan  investisiya  dövlət  büdcəsi  gəlirlərindən  3  dəfə  çox 



olmuşdur. 2013-cü  ildə ümumi  invesiyaların həcmi 21974,2 mln.  man. təşkil etmişdir, 

bu  isə  1995-ci  illə  müqayisədə    45,7  və  2000-ci  illə  isə  17  dəfədən  çox  olmuşdur  [1]. 

Onlardan  xarici  investisiyaların  payı  8269,3  mln.man.,  daxili  isə  13704,9  mln.man. 

təşkil etmişdir. Son illərdə ölkədə əlverişli işgüzar mühit yaranmış, bu da öz növbəsində  

nəinki xarici, həmçinin daxili investisiyaların artımına səbəb olmuşdur. Belə ki, 2013-cü 

ildə  daxili  investisiyaların  həcmi  2000-ci  illə  nisbətdə  30  dəfə  artaraq  13704,9  mln. 

manat təşkil etmişdir.  2008-ci ildən başlayaraq, xaricı investisiyaların həcmi azalmağa , 

daxili  investisiyaların  həcmi    isə-  artmağa  başlamış,  belə  ki,  2008-ci  ildə  ümumi 

imvestisiyaların həcmində 42% -xarici, 58% - daxili  investisiyalar, 2013-ci  ildə  isə bu 

rəqəmlər 38% və 62% təşkil etmişdir.  

Bildiyimiz  kimi,  investisiyaların  həcminin  ÜDM–ə  nisbəti  mühüm  

göstəricilərdən biridir və 90-cı illərin ortalarında bəzi inkişaf etmiş ölkələrdə bu 20-25% 

təşkil  etmişdir.  Bu  nisbət  optimal  göstəricidir.  Bəzi  inkişaf  edən  ölkələrdə  bu  nisbət 

hətta 30-35% təşkil  etmişdir. Təhlil  göstərir  ki, Azərbaycanda həmin  göstərici optimal 

nisbətdən  daha  yüksəkdir.  İnvestisiyaların  ən  yüksək  payı  2003-2005-ci  illərə  təsadüf 

edir.  Bu  dövrdə  investisiyalar,  müvafiq  olaraq,  59,5%;  68,2%;  53,8%  təşkil  etmişdir. 

Qeyd  etmək  lazımdır  ki,  investisiyaların  ən  yüksək  payını  bu  dövr  ərzində  xarici 

investisiyalar  təşkil  etmişdir.  2003-cü  ildə  ÜDM-də  59,5%  investisiyaların  46,3%-i 

xarici investisiyaların payına düşmüşdür, 2004-cü ildə – 68,2% - dən – 52,7%-i; 2005-ci 

ildə  isə  53,8%-dən  –  37,0%  olmuşdur.      2013-cü  ildə  investisiyaların  ÜDM-də  xüsusi 

çəkisi  37,8,0%  təşkil  etmiş,  xarici  investisiyaların  payı  14,2%,daxili  isə  23,6% 

olmuşdur.  Bu  da  daxili  investisiyaların  iqtisadi  inkişafın  aparıcı  qüvvəsinə 

çevrilməsinin,  xarici  investisiyalardan  asılılığın  azalmasını    göstərir  və  ÜDM-nın 

davamlı artımında öz əksini tapır. 

İqtisadi  göstəricilər  arasında  sənaye  və  kənd  təssərrüfatının    payı  ÜDM-nın 

tərkibini  xarakterizə  edirlər.  Sənaye  məhsulunun  həcmi  ÜDM-da  58,3%,  kənd 

təssərrufatı məhsulunun həcmi  isə  9% təşkil edir. 

Sənaye məhsulunun  həcmi 2013- cü  ildə 33898,1 mln. manat təşkil edib, bu  isə 

2000-ci  illə  müqaisədə  10  dəfə  çoxdur.  Geyd  etmək  lazımdır  ki,  2000-ci  ildə  sənaye 

məhsulunun  həcmində dövlət və geyri dövlət sektorlarının  payları bərabər olub, 2013-

ci ildə isə  bu pay bolümü 1: 4 təşkil etmişdir. 

Dövlət  büdcəsinin  xərcləri  və  gəlirləri,  pərakəndə  satışda  mal  dövriyyəsinin 

həcmi,  xarici  ticarət dövriyyəsinin həcmi,  idxal  və  ixrac, əhalinin  gəlirləru  və  xərcləri,  

istehlak  səbəti    indeksı,  nominal  əmək  haqqı  və  manatın  məzənnəsi  kimi  göstəricilər 

sosial–iqtisadi  inkişafının  keyfiyyətini  xarakterizə  edən  göstəricilərə  aiddir.  Bunların 

arasında  2000-2013-cü   il dövründə ən çox dəyişən göstəricilərə nəzər salaq [1]. 

2000-ci ildən başlayaraq ixrac idxalı üstəliyir, təmiz ixrac göstəricisi 2013-ci ildə 

22126 mln. ABŞ dolları təşkil edib və ixrac idxaldan 3 dəfə çox olmuşdur. Ümümlikdə 

xarici  ticarət  dövriyyəsinin  həcmi  2013-cü  ildə  43551,2  mln.  dollar  təşkil  edib,  bu  isə 

2000-ci  illə  müqayisədə  15  dəfədən    çoxdur.  Pərakəndə  ticarət  dövriyyəsinə  nəzər 

salsaq, bu sahədə də təhlil aparılan dövrdə 10 dəfədən çox  artım müşahidə olunub.  



AzJESS 

Azərbaycanın İqtisadi və Sosial Araşdırmalar Jurnalı                                                                     Number 4, 2015 

11 | 


.  

Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın davamlığını xarakterizə edən göstəricilərin təhlili

 

 

 

 

Təhlil  edilən  dövr  ərzində  ciddi  dəyişiklərə  məruz  qalan  iqtisadi  gostəricilər 



arasında  əhalinin  gəlirləri,  xərcləri  və  orta  nominal  əmək  haqqı  haqqında  məlumatlar 

mühüm yer tutur (Cədvəl 3).  



Cədvəl 3. 

Əhalinin gəlirləri və xərcləri (mln.manat) 

İllər 

Gəlirlər 



Xərclər 

Orta nominal əmək 

haqqı(manat) 

2000 


4047.3 

3272.2 


44.3 

2001 


3802.0 

3130.0 


52.0 

2002 


5018.6 

4171.2 


63.1 

2003 


5738.1 

4793.8 


77.4 

2004 


6595.1 

5549.9 


96.7 

2005 


8063.6 

6508.7 


123.6 

2006 


10198.5 

8208.1 


141.3 

2007 


14558.2 

11249.7 


214.0 

2008 


20735.4 

15891.9 


274.4 

2009 


22601.1 

17417.6 


298 

2010 


25607 

19251.5 


331.5 

2011 


30524.6 

22184 


364.2 

2012 


34769.5 

24564 


398.4 

2013 


37562 

28021.2 


425.1 

Mənbə: http://www.stat.gov.az/source/budget_households/ 

 Cədvəl 3-dən görünür ki, 2000-2013-cu illərdə əhalinin gəlirləri 9.3,  xərcləri isə  

8,6 dəfədən cox artmışdır. Ölkə üzrə orta nominal əmək haqqı da bu dövrdə 10 dəfədən 

çox  artıb.    Belə  ki,  2000-ci  ildə  əhalinin  gəlirləri  4047.3  mln.manat,  2006-ci  ildə 

10198.5  mln.manat,2013-cu  ildə  isə  37562  mln.manat  olmuşdur.  Əhalinin  xərcləri  isə 

qeyd  etdiyimiz  illərdə  uyğun  olaraq  3272.2  mln.manat,  8208.1  mln.manat,  28021.2 

mln.manat  təşkil  etmişdir.Ölkə  üzrə  orta  nominal  əmək  haqqı  isə  2000-ci  ildə  44.3 

manat,2006-ci ildə 141.3 manat,2013-cü ildə 425.1 manat olmuşdur. 

Sosial  inkişaf  ilk  novbədə  demoqrafik  göstəricilərcə  xarakterizə  edilir:  əhalinin 

sayi,  təbii  artım,  doğum  və  ölüm  əmsalları,  ana  ölümi  və  1  yaşınadək  uşaq  ölümü 

əmsalları, ömür uzunluğu  və s.( Cədvəl 4).  

İlkin məlumatlara əsasən 2013-ci ilin əvvəllərində ölkə əhalisinin sayı 9 milyon 

356,5  min  nəfər,  o  cümlədən,  53%-ni  şəhər,  47%-ni  kənd  sakinləri  təşkil  etmişdir. 

Əhalinin  təbii  artımı  2013-ci  ildə  118288  nəfər  təşkil  etmişdir,  bu  isə  2000-ci  il  ilə 

müqaisədə 1,68 dəfə artım ilə müşahidə olub.  

 Bu  gün  Azərbaycan  əhalisinin  artımı  əhalinin  təbii  artımı  hesabına  baş  verir. 

Məlumdur ki,  təbii  artım doğum  və ölümün nisbəti nəticəsində  yaranır. Son zamanlara 

qədər  Azərbaycan  təbii  artım  yüksək  olan  ölkələr  sırasına  daxil  idi.  İnkişafın  daha 

yüksək  pilləsinə  çatmış  cəmiyyətin  qarşısında  isə  başqa  problem  durur.  İnkişaf  etmiş 

ölkələrdə rifah halının  ildən-ilə artması əhalinin orta  yaş həddini  yüksəldir, doğum  isə 

aşağı  düşür.  Bu  ölkələrdə  doğumu  artırma  tədbirləri  həyata  keçirilir.  Azərbaycanda 

inkişaf  etmiş  ölkələrə  nisbətən  doğumun  hələ  də  yüksək  olduğunu  qeyd  etmək  olar. 

Qeyd  edək  ki,  inkişaf  etmiş  ölkələrdə  doğum  əmsalı  9-14%  arasında  tərəddüd  edir, 

Azərbaycanda isə 2013-cı ildə bu kəmiyyət 18.6 %  olmuşdur. Yüksək doğum dövrləri 



AzJESS 

Azərbaycanın İqtisadi və Sosial Araşdırmalar Jurnalı                                                                     Number 4, 2015 

12 | 


.  

Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın davamlığını xarakterizə edən göstəricilərin təhlili

 

 

 

 

ölüm göstəricisinin dəyişilməsinə təsir edir.  Ümumi ölüm səviyyəsinin aşağı enməsi 1 



yaşa qədər ölən uşaqların sayının azalmasına müəyyən təsir etmişdir. Əgər 1990-cı ildə 

hər 1000 nəfər doğulana 23 bir yaşa qədər ölən uşaq düşürsə, 2000-cu ildə bu rəqəm 16. 

4, 2013-ci ildə isə 10,8 olmuşdur. İlrdən ilə əhalinin ömür uzunluğu artmağdadır, 2013-

ci ildə bu rəqəm 74,1 il təşkil edib, qadınlar üçün -76,9,kişilər – 71,3 il. 



Cədvəl 4

Azərbaycan Respublikasında demoqrafik  və sosial göstəriciləri 

İllər 

Əhali(min. 



adam) 

 

 



Doğum 

əmsalı 


(adam) 

 

 



Ölüm 

əmsalı 


(adam) 

 

 



Uşaq 

ölüm  


əmsalı 

 

 



İşsizlik 

səviyyəsi 

(%)   

 

 



Yoxsulluq 

səviyyəsi 

(%)   

 

Pensiyaların 



orta 

səviyyəsi 

(man) 

 

 



 

 

 



 

2000 


8032.8 

116994 


46701 

16.4 


11.7 

50.1 


13 

2001 


8114.3 

110356 


45284 

16.6 


11.2 

49.1 


14.4 

2002 


8191.4 

110715 


46522 

16.7 


10.7 

46.3 


14.7 

2003 


8269.2 

113467 


49001 

15.5 


9.1 

43.1 


17.7 

2004 


8349.1 

131609 


49568 

14.4 


8.6 

40.2 


23.8 

2005 


8447.4 

141901 


51962 

12.7 


7.7 

30.4 


24.0 

2006 


8553.1 

148946 


52248 

11.9 


7.3 

20.2 


28.5 

2007 


8666.1 

151963 


53655 

12.1 


6.5 

15.8 


41.1 

2008 


8779.9 

152086 


52710 

11.4 


5.8 

13.2 


62.9 

2009 


8922.4 

152139 


52514 

11.3 


5.7 

10.9 


95.82 

2010 


8997.6 

165643 


53580 

11.2 


5.6 

9.1 


100.4 

2011 


9111.1 

176072 


53762 

11.0 


5.4 

7.6 


112.9 

2012 


9235.1 

174469 


55017 

10.8 


5.1 

6.0 


145.1 

2013 


9356.5 

172671 


54383 

10.8 


4.9 

5.6 


152 

Mənbə: http://www.stat.gov.az/source/demoqraphy/ 

Respublikada  aparılan  islahatlar  nəticəsində,  yoxsulluq  səviyyəsi  2002-ildəki 

49%  səviyyədən  azalaraq,  2005-ci  ildə  29,3  %  təskil  etmişdir.  2010-cu  ildə  yoxsulluq 

səviyyəsi 9.1%, 2012-ci ildə 6%,2013-cu ildə isə 5.6%  olmuşdur. Yoxsulluq başqa bir 

sosial  problemlə  də  sıx  bağlıdır–  işsizlik.  Son  illərdə  daha  da  dərinləşən  işsizlik 

probleminin  həll  edilməsi,  dayanıqlı  və  məhsuldar  məşğulluğun  inkişaf  etdirilməsi, 

yoxsulluq səviyyəsinin azaldılması, həmçinin layiqli və məhsuldar əməyi təmin edən iş 

yerlərinin  yaradılması  məsələləri  ilə  sıx  bağlıdır.  Belə  ki,    2013-cı  ildə  işsizliyin 

səviyyəsi 4,9% təşkil etmişdir, bu isə 2000-ci illə müqayisədə 2 dəfə azdır.  

Yekun  olaraq  qeyd  edə  bilərik  ki,  ölkənin  davamlı  sosial-iqtisadi  inkişafını 

xarakterizə  edən  göstəricilər  sisteminin  təhlili  iqtisadiyyatın,  təbiət  və  cəmiyətin 

qarşılıqlı  əlaqəsinin  cari  vəziyyəti  və  inkişaf  tendensiyası  barəsində  kompleks 

qiymətləndirmə  aparmağa  imkan  verir.  Bu  isə  öz  növbəsində  ölkənin  sosial-  iqtisadi 

inkişaf  strategiyasının  proqnozlaşdırılması  prosesinda  istifadə  olunan  ən  mühüm 

amildir. 

 



AzJESS 

Azərbaycanın İqtisadi və Sosial Araşdırmalar Jurnalı                                                                     Number 4, 2015 

13 | 


.  

Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın davamlığını xarakterizə edən göstəricilərin təhlili

 

 

 

 

ĠSTĠFADƏ OLUNMUġ ƏDƏBĠYYAT SĠYAHISI 

 

1.

 



Azərbaycanın statistik göstəriciləri 2014, Bakı, 2014. 812 s. 

2.Зарова    Е.В.,  Проживин  Р.А.  Сбалансированная  система  показателей 

развития 

региона: 

статистическое 

обоснование 

и 

эконометрическое 



моделирование // Вопросы статистики, 2008, №8, с.59-66. 

3.  Сивельник  В.А.,  Кузнецова  В.  Е..Особенности  статистического  анализа 

уровня  социального  развития  муниципалитетов.  //  Вопросы  статистики,  2003,  № 

11, с. 38-43 

4.  Тамашевич  В.  Н.  Проблемы  статистического  отображения 

экономического роста и экономического развития // Вопросы статистики, 2002, № 

5, с. 15-23 

5. http://www.stat.gov.az 

 

 

 



Анализ показателей  характеризующих устойчивость социально-

экономического развития в Азербайджанской Республике 

 

Профессор Искендеров Рамиз 

Доц. Аббасова Шаргия 

Доц. Гулиев Рафик 

Доц. Мирзоeв Фархад  

 

Резюме 

 

 

Развитие страны многосторонний и многогранный процесс, и, как правило, 



исследуется  с  точки  зрения  социальных  и  экономических  целей.  Социально-

экономические  показатели  занимают  очень  важное  место  среди  основных 

макроэкономических  показателей,  характеризующих  экономическую  ситуацию  в 

стране.  Устойчивость  социально-экономического  развития,  в  основном, 

характеризуется  устойчивостю  экономического,  социального  и  экологического 

развития.  В  статье  анализируется  система  показателей  характерезующие 

устойчивость 

социально-экономического 

развития 

в 

Азербайджанской 



Республике и были выдвинуты соответствующие рекомендации. 

 

Ключевые слова: Азербайджан,  устойчивое развитие, социально-экономическое 

развитие, инвестиция, экологическое развитие. 

 

 

 



 

 

 




AzJESS 

Azərbaycanın İqtisadi və Sosial Araşdırmalar Jurnalı                                                                     Number 4, 2015 

14 | 


.  

Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın davamlığını xarakterizə edən göstəricilərin təhlili

 

 

 

 

 

The analysis of the indicators characterizing the sustainability of socio-economic 



development in the Republic of Azerbaijan 

 

Prof. Ramiz



 Isgenderov

 

Assoc. Prof., Dr.  Shergiyye Abbasova, 



Assoc. Prof., Dr.  Rafig Guliyev 

Assoc. Prof., Dr.  Ferhad Mirzeyev 



Summary 

 

The development of country is the multilateral and multifaceted process, and usually 



is  investigated from the standpoint of social  and economic objectives. Socio-economic 

indicators  take  very  important  place  among  the  main  macroeconomic  indicators  that 

characterize the economic situation of the country. The sustainability of socio-economic 

development  is  mainly  characterised  by  sustainability  of  economic,  social  and 

ecological  development.  The  sustainability  of  socio-economic  development  in  the 

Republic of Azerbaijan is analysed and recommendations for improvements put forward 

in this article.  

 

Keywords:  Azerbaijan,  sustainable  development,  social-economic  development, 

investment, environmental. 

 

Qeyd:  Bu iş Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı  Fondunun 

maliyyə yardımı ilə yerinə yetirilmişdir – Qrant  № EĠF-2013-9(15)-46/44/5 

 

 



 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə