21. yüzyılda pek çok gelişmiş ve gelişmekte olan ülkede sosyal belediyecilik anlayışıyla yerel yönetimler sosyal politikada etkin rol almaktadır


binden fazla yeni mektep, yüzlerce hastane



Yüklə 13,01 Mb.
səhifə59/71
tarix08.04.2023
ölçüsü13,01 Mb.
#104773
növüYazı
1   ...   55   56   57   58   59   60   61   62   ...   71
diplom isi son olarn izmir belediyyesi

2 binden fazla yeni mektep, yüzlerce hastane
Ülkede sosyal güvenliyin arttırılması üzere sosyal altyapının gelişimi ve yeniden yapımı gerçekleşmektedir. Son birkaç yılda Azerbaycan’da 2200’den fazla orta okul, 400’den fazla yeni, modern hastane, 34 olimpiyat merkezi inşa edilmiştir. 2012 yılına olan bilgilere uygun olarak ülke arazisinde yaklaşık olarak 400 yeni mektebin, 10 olimpiyat merkezleri ve yeni hastanelerin inşaatı devam ediyor. O cümleden cumhurbaşkanının emirlerine uygun olarak ilkokulların sayısının çoğaltılması, eskilerin yeniden yapılması ve modern yapıda kurulması yönünde işler yapılmaktatır.(Kaynak: https:// www. azerbaijans.com/
Uygulanan ve uygulanmakta olan sosyal programlar yoksulluk düzeyinin önemli şekilde düşürülmesi, ülkede sosyal altyapı projelerine yapılan harcamalar, sosyal koruma sisteminin güçlendirilmesi amaçlıdır.

3.2.2. Engellilere yönelik hizmetler
İnsan hüquq və əsas azadlıqlarının qorunmasına məqsədilə proqramların hazırlanması və icra olunmasında bir nömrəli sifarişçi və təminatçı hökumət orqanlarının rolu əvəzedilməzdir. Demokratik idarəetmə və inkişafın meyarına çevrilmiş bu məqam alternativsizdir. Bununla yanaşı, dövlət orqanları cəmiyyətin bütün üzvlərinə xas olan ləyaqət və dəyərlərin, onların bərabər və ayrılmaz hüquqlarının, azadlıqlarının qorunmasında xüsusi missiya daşıyıcısıdırlar. Bu zaman həm cəmiyyət, həm də dövlət orqanları istisnasız olaraq insanların hüquqlarının və azadlıqlarının ümumiliyini, ayrılmazlığını, qarşılıqlı asılılığını və əlaqəsini, heç bir ayrıseçkiliyə yol verilmədən təmin edilməsinin zəruriliyini dərk edirlər. Bütün bunları nəzərə alaraq, əlillərin hüquqlarının təmin edilməsində, onların sosial müdafiəsinin təmin olunması sahəsində dövlət siyasətinin təkmilləşdirilməsinə ehtiyac var. Bu zaman əlillərin hüquqlarının təmin olunmasındakı humanitar məsələlərlə yanaşı, bunun iqtisadi dividenti də nəzərə alınmalıdır. “İş qabiliyyətini itirmiş” əlillər və fiziki qüsurlu insanların hüquqlarının təmin edilməsi, onlara qarşı bərabərhüquqluluq prinsipininin əməl olunmasına ciddi nəzarət etməklə onların işə qəbulu prosedurlarını asanlaşdırmaqla bir çox əlilin sosial müdafiəsi ilə bağlı problemləri aradan qaldırmaq mümkündür. Fiziki məhdudiyyətli və əliliyi olan insanların hüquqları Azərbaycan Respublikasının konistitutsiyasında, BMT Baş Məclisi tərəfindən qəbul edilmiş “Əlilərin hüquqları haqqında” Konvensiyada, Azərbaycan Respublikasının “Əliliyin və uşaqların sağlamlıq imkanlarının məhdudluğunun qarşısının alınması, əlilərin sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanunda və digər beynəlxalq və yerli qanunvericilik aktlarında təsbit olunmuş formada qorunmalıdırlar. Vaxtaşırı olaraq, bu istiqamətdə qanunvericilik bazasının təkmilləşdirilməsi üzrə işlər daim aparılçalı və əlillərin hüquqlarının təmin edilməsi sahəsində dövlət orqanlarının effektivliyi artırılmalıdır, iş mexanizmləri təkmilləşdirilməlidir. Bu tədqiqat işinin məqsədi də əlillərin hüquqlarının təmin edilməsi və sosial müdafiəsi sahəsində dövlət agentliklərinin gördükləri işlərin və qanunvericilik bazasının obyektiv qiymətləndirilməsi və bu istiqamətdə tövsiyyələr paketinin işlənib hazırlanmasıdır. Bu tədqiqat ilkin olaraq Azərbaycanda əlillərinin hüquqlarının təmin edilməsi və sosial müdafiəsi sahəsində mövcud olan hüquqi-qanunvericilik bazasını qiymətləndirəcək, tədqiqatın növbəti mərhələlərində istifadə olunacaq ümumiləşdirmələr aparılacaqdır. Növbəti paraqraflarda isə Azərbaycanda bu sahədə mövcud durum müzakirə ediləcək, əsas məqamlar müəyyənləşdiriləcəkdir. Bundan sonra isə mövcud qanunvericilik bazasını nəzərə alaraq, onların təkmilləşdirilməsi istiqamətində təkliflər toplusu təqdim olunacaqdır.
Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində əlilliyə və əmək qabiliyyətinin itirilməsinə görə sosial təminat hüququ müəyyən edilib. Əlillərin hüquqlarının müdafiəsi sahəsində ilk qanunverici akt isə 25.08.1992-ci ildə eks-prezident Ə. Əliyevin 284 saylı fərmanı təsdiqlənmiş,“Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında Qanun”dur. Bu qanun qəbul edildiyi dövrə görə geniş əhatəllilyi ilə təqdirlayiqdir və əlillərin hüquqları və sosial müdafiəsi üzrə konkret tələbləri özündə əks etdirir. 1997-ci ildə isə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 avqust tarixli, 99 saylı Qərarı ilə, “Əlilliyin meyarlarının müəyyən olunması haqqında Əsasnamə”də təsdiq edilib. Əlliliklə bağlı məsələrə dair digər qanunvericilik aktlarında da müəyyən bəndlər nəzərdə tutulub. “Əhalinin Sağlamlığı Haqqında” 26.06.1997-ciil tarixli Qanun, “Sağlamlıq imkanları məhdud olan şəxslərin təhsili (xüsusi təhsil) haqqında” 05.06.2011-ci il tarixli Qanun, “Əmək Pensiyaları Haqqında” 07.02.2006-cı il tarixi Qanun, AR. Əmək Məcəlləsi və digər qanunlarda əlillər üçün bir sıra güzəştlər və geniş əhatəli sosial təminatlar nəzərdə tutulub. 1993-cü ildən 2016-cı ilədək bir sıra yeni qanunlar təsdiq edilib, Azərbaycan Respublikası Nazirlər Kabinetinin birbaşa sərəncamları ilə bu sahədə çoxşaxəli dəyişikliklər edilib, yeni əsasnamələr və qaydalar müəyyən olunub. 05.01.2011-ci il tarixli Qərarla Tibbi-Sosial Ekspertiza Komissiyaları yenidən təşkil edilərək, 22 Zona TSEK ləğv edilməklə, onların bazasında 39 TSEK yaradılıb, 15 TSEK sədri işdən azad olunub və əlillərə keyfiyyətli və şəffaf xidmət göstərilməsi üçün müəyyən islahatlar aparılıb. 30.12.2015-ci il tarixli 413 saylı Qərarla “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair yeni Əsasnamə” təsdiq edilib. Bunlardan əlavə Azərbacan dövləti tərəfdaş çıxdığı bir sıra beynəlxalq sazişlərin tələblərinə uyğun olaraq əlillikllə bağlı yeni öhdəliklər qəbul edib. Ümumdünya İnsan Hüquqları Bəyannaməsi (10.12.1948), Uşaq Hüquqları Bəyannaməsi (20.11.1959) və BMT-nin qəbul etdiyi “Əlil İnsanların Hüquqlarının Qorunması üzrə Beynəlxalq Konvensiya”ya (13.12.2006) qoşulmaqla bağlı 02.10.2008-ci il tarixli 687-IIIQ saylı Qanunun qəbul edilməsi ilə mövcud qanunlarda bəzi dəyişikliklər və ratifikasiyalar aparılıb. Qeyri-hökumət təşkilatları və digər vətəndaş cəmiyyəti institutları ilə birgə araşdırmalar aparılıb və xeyli sayda layihələr həyata keçirilib, Hökumətə konkret tədbirlərin görülməsini tələb edən təkliflər paketləri təqdim edilib. Azərbaycanda fəaliyyət göstərən bir sıra ictimai təşkilatlar (İqtisadi və Sosial İnkişaf Mərkəzi, “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu, “Əlil Təşkilatları” İttifaqı, “Gözdən Əlilər” Cəmiyyəti, “Çernobıl Əlilləri” İttifaqı, Diabet Liqası, Hemofilialı Xəstələrin Respublika Assossiyasiyası, “Qarabaq Əlilləri və Veteranları” Cəmiyyəti, Əlillər Cəmiyyəti, “Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi, “Karlar Cəmiyyyəti” İctimai Birliyi, “Bakı Müharibə Əlil və Veteranları” İctimai Birliyi, “Qarabağın Əlil Uşaqlarına Yardım Fondu” İB, Müstəqil Həyat, İnkişaf və Dəstək Mərkəzi, “Əlil Qadınlar” Cəmiyəti, “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda” Cəmiyyəti və s.) bu proseslərdə yaxından iştirak edib və müəyyən işlər görülüb. 2013-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tərəfindən “Əlilərin Sosial Hüquqlarının Müdafisəinə dair Milli Fəaliyyət Planı (2014-2018-ci illər)” hazırlanıb və təsdiq olunub. 20.05.1997-ci il tarixdə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun qəbul onunub, 2006-cı ildə isə, şəhid ailələrinə və əlillərə ödəniləcək sığorta məbləği dəyişdirilib (artırılıb). Qanunda boşluqların və uyğusuzluqların olması səbəblərindən sağlamlığı məhdud vətəndaşlarımız, xüsusi ilə də, 2006-cı ilədək əlillik statusu alanların, o cümlədən, əlil uşaqların sosial hüquqlarının ödənilməsində ciddi problemlər qalmaqdadır.
Qanunların səmərəli icrasına nail omaq istiqamətində dövlətin islahat tədbirləri daha da nəticəli etmək üçün hesab edirik ki, hüquqi bazanın davamlı qaydada təkmilləşdirilməsi və əlillərin vəziyyətinin yaxşılaşdırılmasına real təminat yaradan qanunların və işlək mexanizmlərin formalaşdırılmasına kəskin ehtiyac vardır. Son zamanlar əlilliyin müəyyən edilməsi və rəsmiləşdirilməsi proseslərinin ASAN xidmətin elektron sisteminə keçirilməsi kimi mütərəqqi adımlar atılmaqdadır və bu tədbirlər korrupsiya və rüşvətxorluq kimi neqativ halların qarşısının alınmasına yönəlib. Belə ki, bu ilin əvvəlində, TSEKlərdə əlilliklə bağlı müraciətlərin və əlillik statusu barədə arayışların ASAN xidmətin elektron sistemi vasitəsilə verilməsi barədə qərar qəbul olunaraq, qanunların icrasının şəffaflaşdırılması istiqamətində yeni addımlar atılıb və cəmiyyət tərəfindən müsbət qarşılanır. Lakin, nəzərə almaq vacibdir ki, əsas problemlər: əlilərin sosial müdafiəsinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması üçün tələb olunan resursların əldə olunması və eyni zamanda, əlilliyi yaradan amillərin aradan qaldırılması istiqamətində görülməli işlərdir. Bu sahəyə dair hüquqi baza, xüsusilə də qeyd olunan iki istiqamət üzrə, daha da təkmilləşdirilməlidir.
Hazırda dünyada 1 milyard 180 milyon nəfər əlil var. Azərbaycanda əlillərin sayı 569 min 149 nəfərdiri ki, bu da ümumi əhalinin 6%-ni təşkil edir. Dünya əhalisinə nisbətdə (16%) müqayisə edildikdə, bu, 2.5 dəfə aşağı göstəricidir. Azərbaycanda hər 1000 nəfər 34 əlillik təqaüdü alan düşür. Bununla belə, əlilliyə səbəb olan əsas amillərdən biri -1988-ci ildən başlayaraq müharibə şəraitində yaşadığımızdır. Əlillərin 65%-i əmək pensiyaçısı, 23%-i isə, sosial müavinət alanlardır. 2015-ci il in rəsmi statistik göstəcilərinə əsasən, bütün əlillərin cəmi 5%-i işləyənlərdir. Ümumilikdə, Azərbaycanda, hazırda 65 min 482 nəfər əlil uşaq var ki, bu - ümumi əlillərin 12%-ni, 18 yaşadək əhalinin ümumi sayının isə 2.4%-ni təşkil edir. 2013-cü ilin statistik məlumatına görə əlil uşaqların sayı 57 min olub. Onlardan 1105-i xüsusi təhsil müəssisələrində, 2664-ü xüsusi internat məktəblərində (onlardan isə 1353 nəfəri məktəbdə gecələyir) və 7750 nəfəri evdə təhsilə cəlb olunub. Lakin, bu sahədə kadr hazırlığı çox zəifdir, ixtisaslı pedaqolar və psixoloqlar çatışmır. “Azərbaycan Repsublikasında xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili ilə əlaqədar İnkişaf Proqramı (2005-2009-cu illər)” çərçivəsində Təhsil Nazirliyi ilə UNESCO tərəfindən Azərbaycanda birgə inklusiv təhsil layihələri həyata keçirilməyə başlanılıb. Lakin bu layihə hələ cəmi 268 uşağı əhatə edir ki, bu çox aşağı göstəricidir. Hazırda ölkədə 14 Əlillərin Bərpa Mərkəzi və 7 İnternat Məktəbi fəaliyyət göstərir. Ramanada yerləşən 200 nəfərlik Gənc Əlillərin Əmək və İstirahət evində 123 nəfər yaşayır. Bakı şəhərində gözdən əlil uşaqlar üçün 38 saylı Müsiqi Məktəbi 1980-ci ildən fəaliyyət göstərir. Burada 200-ə yaxın gözdən əlil şagird təhsil alır. Ümumilikdə, gözdən əlil üşaqlar üçün inernat məktəblərində 281 nəfər şagird təhsil alır. Eşitmə qüsuru olan uşaqlar üçün fəaliyyət göstərən, respublika üzrə mövcud olan, cəmi 3 internat məktəbində isə, ümumilikdə 847 nəfər təhsil alır. Körpələr evlərinə gəlincə,yalnız psixonevroloji xəstəliyi olan uşaqlar üçün nəzərdə tutulmuş 1 körpələr evi fəaliyyət göstərir.Bu göstəricilər, əlil üşaqların ümumi sayı ilə müqayisədə olduqca aşağıdır. Daimi müalicəyə ehtiyacı olan əlillərin dərman və digər tibbi vasitələrlə təmin olunması vəziyyəti qənaətbəxş deyil. Səhiyyə Nazirliyinin 15.01.2008-ci il tarixli, 3 saylı əmrinə əsasən əlillərə pulsuz verilməsi nəzərdə tutulan dərmanların siyahısı stasionar müalicə alanlar üçün cəmi 115 adda, ambulator müalicədə isə cəmi 141 adda müəyyən olunub. Tibbi müayinə zamanı isə bu dərman siyahılarının sayının daha artıq olması meydana çıxır ki, əlillərin bunları əldə etmək üçün maddi mənbələri dəqiqləşdirilməyib. Bundan başqa, siyahı üzrə dərmanların da tam pulsuz əldə olunmasında çətinliklər və suni maneələr vardır. Bundan başqa dövlət hesabına xaricə müalicəyə göndərilən əlillərin sayı əvvəlki illərə nisbətən azalaraq, 2010-cu ildə cəmi 80 nəfərtəşkil edib. Bundan sonra bu xidmət məhdudlaşdırılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.11.2005-ci il tarixli 213 saylı Qərarı ilə“Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası” müəyyən edilib. Bu sənədə əsasən: işçilərinin sayı 25-dən 50-dək olan müəssilərdə ən azı 1 əlil işlə təmin edilməli, 50-100 işçisi olan müəssisələrdə işçilərin orta illik sayının 2%-i və 100-dən çox işçisi olan müəssisələrdə 2.5%-i qədər əlil işçi çalışmalıdır. Bu sahə üzrə qanunun səmərəli şəkildə icra olunmasına dövlət nəzarəti və müdaxiləsi artırılması məqsədəuyğundur. 2006-cı ildən etibarən I qrup müharibə əlilinə 8800 manat, II qrupa – 6600 manat, III qrupa - 4400 manat sığorta pulu təyin olunub. 2006-cı ilədək müharibə şəraitində əlilliklə nəticələnmiş halarla bağlı sığorta pulları isə, hələ də, tam alına bilmir. Bununla bağlı 500-dən möhkəmə qərarı verilsə də icra edilmir. 2006-cı ildən əvvəlki dövrdə əlil olanların sığorta pulları müvafiq qaydada indeksləşdirilməyib. Azərbaycanda əlil müavinətləri əlillərin müasir dövrdəki minumum yaşayış tələblərindən 4-5 dəfə azdır. 29.08.2013-cü il tarixli Fərmana əsasən Çernobl əlillərinə və müharibədə əlillik qazanan I qrup əlillərə 67 manat, II qrup əlillərə 50 manat, III qrup əlillərə isə 43 manat sosial müavinət verilir. Yalnız I qrup, müavinət alan əlillərə 60 manat prezident təqaüdü verilir. “20 Yanvar” faciəsi zamanı əlil olmuş şəxslərə: I qrup- 83 manat, II qrup-66 manat, III qrup-60 manat ödənilir. Reallıqda yaşayış minimumu sağlam əhali üçün 200 manatdan çox olduğu halda 125 manat, minimum istehlak səbəti isə 167 manat hesablandığına görə, müvafiq olaraq, əlillərin hazırki müavinətləri onların dərman və müalicə, ərzaq tələbatını ödəməyə imkanları tamamilə yerinə yetirməyə imkan vermir. 2010-cu ilin məlumatına görə pentensiar müəssisələrdə 301 əlil məhkum saxlanılır. Onlardan I və II qrup əlillərə ayda cəmi 15 manatlıq əlavə ərzaq əldə etməyə icazə verilir. Əlillərin mövcud sağlamlıq imkanlarını nəzərə alaraq, bu məbləğin yetərincə olmaması barəsində qəti fikir irəli sürə bilərik. Əlillərin sosial müdafiəsi ilə bağlı tədbirlərə dövlət büdcəsindən, ümümilikdə, 2010-cu ildə 82 milyon 49 min manat xərclənmişdir. Dövlət proqramları ilə bağlı ictimai təşkilatların və əhalinin kifayət qədər məlumatlandırılmaması səbəbindən ayrılan vəsaitlərin vətəndaş cəmiyyəti strukturlarının yaxından iştirakı ilə bölüşdürülməsi və xərclənməsi məhdudlaşdırılıb ki, bu da korrupsiyaya şərait yaradan amillərdən olub. Jurnalist araşdırmalarına görə, böyük məbləğdə vəsaitlər təyinatı üzrə xərclənmədiyini iddia edir Dövlət tərəfindən əlillərin hüquqlarının qorunması və sosial təminatının yaxşılaşdırılması istiqamətində tələb olunan işlərin görülməsinə real imkanlar və maliyyə vəsaiti olmasına baxmayaraq, yalnız kiçik miqyaslı işlər görülüb, yəni, bu işlərin həcmi və əhatə dairəsi əlillərin real ehtiyaclarının qarşılığında daha da artırılmalıdır. İndiyədək cəmi 5000 nəfər əlilə mənzil, cəmi 7500 nəfərə əlil arabası, cəmi 3250 nəfərə minik avtomobili verilib. Belə ki, əlillərə 4 ildən bir əlil arabaları paylanılır. Lakin reallıqda, Çin istehsalı olan və cəmi bir neçə aydan sonra sıradan çıxan arabalar əlil vətəndaşlarımızın növbəti 3-4 il ərzində fərdi insanlarına mərhəmətinə möhtac qalmalarına gətirib çıxarır, dövlət qayğısından məhrum edilmələri ilə nəticələnir və hüquqları pozulur. Azərbaycan Respublikasının əlillərin hüquqlarının müdafiəsi və sosial təminatının yüksəldilməsi üzrə Beynəlxalq Konvensiyaya qoşulması prosesinin davamı olaraq, bir sıra səmərəli layihələr, ekspert qiymətləndirmələri və proqramlar hazırlanıb. Lakin onların icrasının səmərəlilinə nail olunmasında dövlətin rolu azdır. Hesab edirik ki, əlillər üçün müəyən edilən təkliflərə və proqramlara dövlət dəstəyi gücləndirilməlidir.
Əlilliyi olan şəxslərin qayğı ilə əhatə olunması sahəsində Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu kateqoriyadan olan vətəndaşların sosial müdafiəsinə, onların reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına xüsusi qayğısı nəticəsində ildən-ilə güclənir. Dövlət başçısı “Mən çox istəyirəm ki, Azərbaycanda yaşayan bütün əlillər cəmiyyətdə fəal rol oynasınlar. Yəni, onlar cəmiyyətdən təcrid edilmiş vəziyyətə düşməsinlər” deyə bəyan edib.

Yüklə 13,01 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə