№2(8) 2012 79 ƏDƏBİyyatşÜnasliq biBLİoqrafiyasinin soraq-məlumat nəŞRLƏRİ



Yüklə 62,82 Kb.

tarix04.08.2018
ölçüsü62,82 Kb.


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA

№ 2(8)

2012

79

ƏDƏBİYYATŞÜNASLIQ BİBLİOQRAFİYASININ



SORAQ-MƏLUMAT NƏŞRLƏRİ

İSMAYILOVA  S.P.

Bakı Dövlət Universiteti

Biblioqrafiyaşünaslıq kafedrasının müəllimi

simaismailova23@mail.ru

ABDULLAZADƏ  F.F.

Bakı Dövlət Universiteti

Kitabxanaçılıq-informasiya fakültəsinin tələbəsi

abdullazade.f@mail.ru

Məqalədə ədəbiyyatşünaslığın  biblioqrafik  informasiya  təminatında

ədəbi-bədii əsərlərin  nəşr  tiplərindən  olan  soraq ədəbiyyatının,  məlumat

nəşrlərinin biblioqrafik mənbələri haqqında məlumat verilmişdir.

Açar sözlər: ədəbiyyatşünaslıq, soraq nəşrləri,  məlumat ədəbiyyatı

İnkişaf etməkdə olan respublikamızda elm və texnikanın sürətlə inkişafı

ilə əlaqədar  olaraq  elm,  təhsil,  tərbiyə,  mədəniyyət  və informasiya

funksiyalarını  yerinə yetirən  sosial  institutların  yəni  kitabxanaların  da  rolu

artır, əhəmiyyəti  isə əvəz  edilməz  olaraq  qalır. Məlumdur  ki,  elm  və texnika

inkişaf  etdikcə informasiya  ehtiyatı  genişlənir  və sənəd  kütləsi  artmağa

başlayır.Bu halda isə bəzən lazımi informasiya əldə etmək üçün lazımi sənədi

tapmaqda  bir  sıra  çətinliklər  törənir  ki,  bunun  aradan  qaldırılması  üçün əsas

vasitə biblioqrafiyadır.  Məlumdur  ki,  gözəl  təbiətə hər  cür  maddi  və mənəvi

zənginliklərə malik  olan  vətənimiz,  bu  gözəllikləri  duyub,  anlayan  onlardan

zövq  almaqla  yanaşı  həm  də insanlarda  estetik  zövq  yaradan  bir  çox  alim

və,yazıçı,şair  və digər  görkəmli  şəxsiyyətlər  yetişdirmişdir.  Elə bu  səbəbdən

də ədəbiyyatşunaslığa  dair  informasiyanın  çoxalması,çoxlu  miqdarda  yüksək

səviyyəli  ilkin  mənbələrin  yaranması, ədəbiyyatşunaslığın  sənəd  kütləsinin

artması,  bu  sahəyə dair  xüsusi,  sahəvi ədəbiyyatşunaslıq  biblioqrafiyasının

yaranması  zərurətini  meydana  çıxarmışdır.  Odur  ki,  bədii ədəbiyyat  və

ədəbiyyatşunaslıq  biblioqrafiyası  müstəsna əhəmiyyət  kəsb  edir.  Həmçinin

bədii ədəbiyyat və ədəbiyyatşunaslıq biblioqrafiyasının özü də qollara bölünür

ki,  bunlardan  oxucuların  və informasiya  təlabatçılarının  faktoqrafik  və

biblioqrafik  informasiya  təlabatlarının  ödənilməsində soraq  məlumat  nəşrləri

yəni    ensiklopediyalar,  lüğətlər,  ensiklopedik  xarakterli  məlumat  nəşrləri  və

s.mühüm əhəmiyyət  kəsb  edir.  Məlumat  xarakteri  daşıyan  sənədlər  dedikdə,

özündə bu və ya digər elm, bilik sahəsi və ya şəxslərə dair elmi, elmi kütləvi



KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA

№ 2(8)

2012

80

faktoqrafik  və s.  məlumatları əks  etdirən  sənədlər  nəzərdə tutulur  (4).  Bu



cəhətdən  Makulu  Pənahinin  tərtib  etdiyi  “Ədəbi  məlumat  cədvəli”,  Teymur

Əhmədovun  “Azərbaycan  yazıçıları”, Əziz  Mirəhmədovun  “Ədəbiyyat-

şünaslıq terminləri lüğəti” diqqətəlayiqdir.

On  məşhur  şərq  mənbəyinə əsaslanan  M.Pənahi  tərəfindən  tərtib

olunmuş  “Ədəbi  məlumat  cədvəli  “Klassik  biblioqrafik  mənbələrdən –

təzkirələrdən  istifadə etməli  olan ədəbiyyatşunas  tədqiqatçı  alimlərin  işlərini

yüngülləşdirmək  üçün  Azərbaycan  SSR  Elmlər    Akademiyası    Respublika

Əlyazmalar fondu tərəfindən hazırlanması lazım bilinmişdir. Cədvəl Azərbay-

can  dilində tərtib  olunsa  da  məlumat  metodiki  aparatı  3  dildə (Azərbaycan,

rus, ingilis) tərtib olunmusdur. Cədvəl  on zəngin mənbə əsasında:

1.

Təzkirətüş  şüəra  (Əmir  Dövlətşah  ibn-əlaüd-dövlə Bəxtişah  Qazı



Səmərqəndi, 1486).

2.

Təzkireyi-həft iqlim (Əmin Əhməd Razi,1593).



3.

Təzkireyi Atəşgədə (Lütfəli bəy Azəri Bəkdili, XVII əsr).

4.

Təzkireyi-Xəzaneyi Amirə (Əmir  Qulaməli  xan  Azad  Hüseyn



Belqirami, 1762).

5.

Məcməül-Füsəha (Rzaqulu xan Hidayət (Lələbaşı), 1878, 2 cilddə).



6.

Qamusul-Elam (Şəmsəddin Sami bəy ,1888-1898, 6cilddə)

7.

Təzkireyi-Nəvvab  (Mir  Möhsün  ibn  Hacı  Mir Əhməd  Qarabaği,



1913).

8.

Riyazül-Aşiqin (Məhəmməd ağa Müctəhidzadə,1910).



9.

Azərbaycan ədəbiyyat tarixi materialları (F.Köçərli, 1925, 4 cilddə).

10. Danişməndane  Azərbaycan  (Məhəmmədəli  Tərbiyət,  1937)

hazırlanmışdır.

Bu  zəngin  və olduqca  mürəkkəb  mənbələrin  sistemli  və daha  aydın

şəkildə


istifadəçilərin,əsasən  də

mütəxəssis

ədəbiyyatşunas  alimlərin

istifadəsinə verilməsinin  müstəsna əhəmiyyəti  vardır.Belə ki,  fars  və ərəb

əlifbası ilə yazılmış mənbələrdən istifadə qarşıya bir sıra maneələr çıxır ki, bu

cədvəl  bu  çətinliyi  aradan  qaldırır,  ilkin  mənbələrdə pərakəndə şəkildə

düzülməsindən asılı olmayaraq cədvəl əlifba sırası ilə tərtib olunaraq axtarışı

asanlaşdırır,  həmçinin əsərin  mətn  formasında  deyil  cədvəl  şəklində tərtibi

sorğuların  daha  tez  səmərəli,  bitkin  və hərtərəfli  ödənilməsinə şərait  yaradır.

Qeyd  etmək  yerinə düşərdi  ki,  cədvəldəki  məlumatlar  on  mənbəyə əsasən

təhlil  edilərək  uyğunsuzluqlar  müqayisəli  şəkildə izah  edildiyi  üçün  cədvəl

olduqca  dəqiq  xarakter  daşıyır.  Tərtib  zamanı  şairlərin  təxəllüsləri əsas

götürülmüş,  adı  və atasının  adı  ondan  sonra  yazılmışdır.  Təxəllüsü  olmayan

şairlərin  adı əsas  götürülərək əlifba  sırası  ilə yazılmışdır.  Titullar  isə addan

sonra mötərizə içərisində yazılmışdır. Cədvələ daxil edilən yazıçı və şairlərin

ən  məşhur əsərləri  göstərilmişdir. Cədvəldə istifadə edilən  mənbələr,  yəni

təzkirələr xronoloji qaydada düzülmüşdür. Cədvəlin əhəmiyyətli cəhətlərindən



KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA

№ 2(8)

2012

81

biri  də ondadır ki, bildiyimiz kimi təzkirələrdə tarixlər hicri təqvimlə verilir,



cədvəldə isə həmin  tarixlər  həm  hicri  həm  də miladi  tarixə çevrilərək

göstərilmişdir.  Cədvəldə adları  çəkilən  şair  və yazıçıların  “təxəllüsü, adı  və

atasının adı, doğulduğu il, vəfat etdiyi il,doğulduğu yer, vəfat etdiyi yer, hansı

dillərdə əsərlər  yazmışdır,məlumat  hansı  mənbədən  götürülmüşdür”  hamısı

qeyd olunmuşdur.

Ensiklopedik  xarakterli  məlumat  nəşrində “ədəbi  məlumat  cədvəli“,

“kitabda  adı  çəkilən  qadın  şairələr”,  ”iki  dildə şeir  yazan  şairlər”,  ”  üç  dildə

şeir  yazan  şairlər”,  ”şairlərin əsrlər  üzrə təsnifatı”  kimi  bölmələr  verilmiş,

cədvəldən axtarışı asanlaşdırmaq üçün ərəb dilində “Adlar siyahisi” köməkçi

aparatı  tərtib  olunmuşdur.  Həmin  adlar  istedadlı  xəttat  Darabadi  tərəfindən

ərəb əlifbası qrafikası ilə yazılıb və foto-faksimilesi kitaba əlavə olunmuşdur.

Eyni təxəllüslər yalnız bir dəfə yazılmışdır. Bu siyahi ərəb əlifbası ilə müxtəlif

şəkildə yazılan  hərfləri  dəqiqləşdirməyə və bu  sahədə çətinlik  törədən

cəhətləri aydınlaşdırmağa kömək məqsədi ilə ərəb dilində tərtib olunmuşdur.

Nəticə olaraq  qeyd  etməliyik  ki,  VI-XX əsr ərzində yazıb  yaradan  şairləri

əhatə etməklə böyük  bir  dövrü əks  etdirən  və 5711  şair  haqqında  məlumat

verən cədvəl istifadəçilər üçün olduqca zəngin məlumat mənbəyidir.

Ədəbiyyatşunaslıq  sahəsində soraq-məlumat  nəşrlərindən  danışarkən,

özünə məxsus  çəkisi  ilə fərqlənən  “Azərbaycan yazıçıları“  adlı  vəsaiti  qeyd

etmək  yerinə düşərdi.  (Əhmədov T.  Azərbaycan  yazıçıları.  ensiklopedik

məlumat kitabı. Bakı: Önər, 1985, 864 s.) Vəsait uzun müddətdir ki, AMEA-

nın  Nizami  adına ədəbiyyat  institutunun  “Cənubi  Azərbaycan ədəbiyyatı”

şöbəsinə rəhbərlik edən, filologiya elmləri doktoru, professor, ədəbiyyatşünas

alim,  jurnalist  Teymur Əhmədov  tərəfindən  tərtib  olunmuşdur.  ”Faydalı

kitab”  adı  altında  ilk  nəşrə müqəddimə xalq  yazıçısı,  akademik  Mirzə

İbrahimov  tərəfindən  yazılmışdır  (29  may,  1978). Bu  kitabda  yazıçıların

tərcümeyi-halı,  hansı əsərləri  yazdığı,  onların  çapı,  başqa  dillərə tərcüməsi

barədə müxtəsər,  yığcam  məlumat  verilir. Ədəbiyyatşunas  alim  T.Əhmədov

bu  kitabı  ensiklopedik  ruhda  tərtib  etmişdir.  O,  hətta  yazıçıların

ünvanını,telefon nömrəsini də oxuculara çatdırmışdır.Burada hər bir yazıçının

qısa  biblioqrafiyası  ilə bərabər,  yaradıcılığının ən  səciyyəvi  cəhəti  də qeyd

olunur.Vəsaitdə materialların əks  olunması  seçmə xarakter  daşıyır  və hər  bir

müəllifin  yaradıcılığı  tam  dolğunluqla əks  etdirilir.  İkinci  nəşrə müqəddimə

isə AMEA-nın müxbir üzvü Ə.Mirəhmədov tərəfindən  yazılmışdır (14 aprel,

1994). Bu kitabda respublikada və ondan kənarda yaşayan səkkiz yüzdən artıq

yazıçı,  tərcüməçi,  redaktor,  alim,  nasir  və b. ədəbi  şəxsiyyətlər  haqqında

məlumat  verilmişdir.  Şəxsiyyətlər  haqqında  yığcam, əhatəli,dəqiq  bioqrafik

məlumat  verildiyinə görə ensiklopedik  nəşrlər  silsiləsinə aiddir.  İlk  nəşrdən

fərqli olaraq həcmi artırılmış bu mənbədə 887 nəfər ədəbi şəxsiyyət haqqında

məlumatın  verilməsi nəşrin  informasiya  potensialını  daha  da  artırmışdır.  Üç




KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA

№ 2(8)

2012

82

yüz  iyirimi  beşə qədər  yazıçı  kitaba  (ikinci  nəşrə)ilk  dəfə daxil  edilmişdir



ki,bunların da əsasən birinci nəşrdə bu və ya digər səbəblərə görə “qələmdən

düşənlər”,  “yaddan  çıxanlar”  ,yazıçılar  birliyinə son  illərdə qədəm  qoyan-

lardır.  “Azərbaycan  yazıçıları“  ensiklopedik  məlumat  kitabının  təkmil-

ləşdirilmiş yeni üçüncü nəşri bütünlüklə XX əsri əhatə edir. Bu əsrdə “Azər-

baycan ədəbiyyatı  son  dərəcə zəngin  çox  cəhətli,  sıx əlaqəli  olması  ayrı-ayrı

ədəbi  şəxsiyyətlərin  diqqət  daşıyan,  parlaq,  ictimai  fəaliyyəti,  bədii

yaradıcılığı  ilə səciyyələnir.  Bu  kitab  2004-cü  ildə Nurlan  nəşriyyatı

tərəfindən  çap  olunmuşdur.  (Əhmədov T.  XX əsr    Azərbaycan  yazıçıları.

ensiklopedik  məlumat  kitabı  (təkmilləşdirilmiş  III  nəşr).  Bakı: Nurlan, 2004,

984 s., şəkilli). Bu nəşr XX əsr  Azərbaycan yazıçılarının həyat və yaradıcılığı

haqqında    ensiklopedik  məlumat  toplusudur.  Burada  öz əsərləri  ilə milli-

mənəvi  xəzinəmizi  zənginləşdirən  yazıçıların  oçerkləri  verilmişdir.  Sovet

hakimiyyəti  dövründə represiyaya  məruz  qalan  və mühacirətdə – Türkiyə,

İran, İraq, ingiltərə və başqa xarici ölkələrdə yaşayıb yaradan soydaşlarımızın,

1990-ci  il  yanvarın  on  doqquzundan  iyirmisinə keçən  müdhiş  gecə -sovet

ordusunun Bakıya hücumu zamanı şəhid olan ,həmçinin Qarabağ münaqişəsi

başlananda  doğma  yurd-yuvasından  didərgin  salınan  qələm  sahiblərinin

tərcümeyi  halları  da  kitaba  daxil  edilmişdir.  “Azərbaycan  yazıçıları“

ensiklopedik  məlumat  kitabı  Azərbaycan ədəbiyyatının ədəbi-mədəni  irsi  ilə

maraqlanan  hər  kəs  üçün  qiymətli  mənbədir.  Məlumat  kitabı- “Fundamental

ədəbi  salnamə”(Kamal  Talıbzadə),”Faydalı  kitab”(Mirzə İbrahim),  ”Yazıçı

ömrünün  salnaməsi”(Əziz  Mirəhmədov)”  Ön  söz əvəzi”  (T.Əhmədov)

bölmələrindən ibarətdir. Vəsaitdə əlifba sırası ilə yazıçılar haqqında bioqrafik

məlumatdan  sonra əsərlərinin  qısa  biblioqrafiyası  verilmişdir  ki,  bu  da

biblioqrafik məlumat əldə etmək istəyənlər üçün mühüm əhəmiyyət kəsb edir.

Ensiklopedik  məlumat  kitabı  bütöv  bir əsrdə həmin  mərhələyə mənsub

yazıçıların  nəsli  içərisindəki  dəyişiklikləri,  inkişafı əks  etdirir.  Yazıçı

salnaməsi  yaşından,  mövqeyindən,  şöhrət  və vəzifəsindən  asılı  olayaraq  hər

hansı

ədəbi  şəxsiyyətin  dəqiq  tərcümeyi-hal  məlumatını,  biblioqrafik



göstəricisini  qısa,  yığcam  və olduğu  kimi  nümayiş etdirir.  Hər  yazıçı  nəslini

dəqiqliklə ifadə etmək məqsədi salnamənin müəllifinə imkan verir ki, bir əsr

daxilində yüzlərlə yazıçının  həyatındakı  dialektik  inkişafın  mənzərəsini

yaratsın. Ensiklopedik nəşrin 1965-ci il nəşri əgər səkkiz yüz səksən yeddiyə

qədər  yazıçını əhatə edirdisə,  yeni əşrdə bir  sıra  texniki  qüsurlar  aradan

qaldırılmış,  haqqında  məlumat  verilən  yazıçıların  sayı  iki  dəfədən  çox

artırılmışdır. Müəllif bəzi məlumatları təkmilləşdirmiş, dəqiqləşdirmiş, müasir

ədəbi  prosesi  ayrı-ayrı  yazıçıların  yaradıcılıqları  ilə əlaqələndirmişdir. ”XX

əsr  Azərbaycan  yazıçıları”  kitabının əhəmiyyətini  artıran  cəhətlərdən  biri  də

XX əsr Azərbaycan mühacir ədəbi qüvvələrini də əhatə etməsidir. Daha sonra




KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA

№ 2(8)

2012

83

qeyd  edə bilərik  ki,  biblioqrafik  nəşrlərin  azlığı  şəraitində bu  məzmunda



ensiklopedik məlumat kitabının hazırlanması çox böyük əhəmiyyət kəsb edir.

Ədəbiyyatşunaslığın  soraq-məlumat  xarakterli  nəşrlərindən  biri  də

ədəbiyyatşunas  alim Ə.Mirəhmədov  tərəfindən  tərtib  olunmuş  “Ədəbiy-

yatşunaslıq  terminləri  lüğəti”dir.  XX əsrin  50-60-cı  illərində ədəbiyyat

nəzəriyyəsinə və terminalogiyasına  aid əsərlərin  ,məlumat  kitablarının  və

sahəvi lüğətlərin Azərbaycan dilində nisbətən az buraxılması respublikamızda

bu  sahəyə ehtiyacı  daha  da  artırmışdır.  “Ədəbiyyatşunaslıq terminləri

lüğəti”nin  1957-ci  ildə birinci  nəşri  bu  sahdə ilk  addımlardan  idi.  Bu  nəşrin

hazırlanmasında  xeyli  elmi ədəbiyyatdan  istifadə edilməsinə baxmayaraq

tərtibçi,  görkəmli  alim,  SSRİ  pedoqoji  elmlər  akademiyasının  həqiqi  üzvü

Timofoyevle,  L.Venqrovun  yazdığı  məşhur  “Kраткий  словарь  литературо-

ведческих терминов”  kitabına  ilk  məxəz  kimi əsaslanmışdır.  Müəllif  dünya

ədəbiyyatı  terminləri  ilə yanaşı  Məhz  Azərbaycan  klassik  və şifahi  xalq

ədəbiyyatına  ümumiyyətlə Yaxın  və orta  Şərq ədəbiyyatına  aid  olan

terminlərin  izahına  lüğətdə daha  geniş  yer  verilmişdir.  İstifadəçilərin

sorğularını 

hərtərəfli 

ödəmək 


üçün 

bəzi 


terminlər

ətraflı 


izah

edilmişdir.Lüğətin  1988-ci  il  nəşri  daha  da  təkmilləşdirilmiş  və “Maarif”

nəşriyyatında çap olunmuşdur. (Mirəhmədov.Ə. Ədəbiyyatşunaslıq terminləri

lüğəti. – B.: Maarif, 1988. – 268  s.)  Lüğətdə dünya  klassik  və müasir

ədəbiyyatına  ,xüsusilə Azərbaycan  bədii  söz  sənətinə aid  terminlər  və

anlayışların  izahı  verilmişdir.  Şifahi ədəbiyyatın  yaradıcılıq  metodları  və

ədəbi  cərəyanların  xarakteriskası  kitabda  mühüm  yer  tutur.  Şərqə aid

terminlərin  böyük  bir  qismi  Azərbaycan  elmi ədəbiyyatında  ilk  dəfə izah

olunur.  Terminlərin  izahında  tarixi-xronoloji  prinsip  gözlənilmiş  ,lüğətə

tövsiyyə annotasiyası  yazılmışdır.  Lüğətin əsaslı  surətdə təkmilləşdirilmiş

yeni  nəşrinin  hazırlanması  zəruriliyi  onun  sözlüyü,  ümumiyyətlə,  SSRİ

xalqları ədəbiyyatını oxuyub, öyrənənlərə kömək məqsədi ilə nəzərdə tutulsa

da,  bu  xalqların ən  çox  işlənən ədəbiyyatşunaslıq  terminlərindən  nümunələr

daxil edilsə də, əlavə olunmuş terminlərin çoxu Azadə, Alqış, Bəyan, Bəlağət,

Qarğış,  Sanama,  Xəmsə və b.  bu  kimi  sırf  Azərbaycan  kaloritli  terminlərdir.

Ədəbiyyat  tarixi, Ədəbiyyat  nəzəriyyəsi  və ədəbi  tənqid  sahəsinə aid  bədii

uydurma, dünya ədəbiyatı, ədəbi surətlər, ədəbiyyatın tərbiyəvi əhəmiyyəti və

b.bu  kimi  beynəlxalq  səciyyəli  terminlər  də lüğətdə ilk  dəfə izah  olunur

.Həmçinin,  SSRİ  xalqları ədəbiyyatına  və xarici ədəbiyyata  dair  də yeni

əlavələr  edilmişdir.  Bütün  bu əlavələr  nəticəsində lüğətdə 543  terminin izahı

verilmişdir. Əvvəlki kimi yaradıcılıq metodlarından, ədəbi formalarından, janr

və növlərdən  bir  çoxunun  izahı,  tarixi  aspektdə verilir,  onların  müasir  dünya

ədəbiyyatında,  xüsusilə çox  millətli  sovet ədəbiyyatında  və onun  qüvvətli

qollarından biri olan Azərbaycan söz sənətində nə kimi mövqe tutduğu məna

kefiyyətcə dəyişib-dəyişilmədiyi  göstərilir.  Bəzi  terminlərin  izahı  xeyli



KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA

№ 2(8)

2012

84

dəqiqləşdirilmiş,  gətirilən  bir  çox  misallar  başqaları  ilə əvəz  olunmuş  yaxud



əvvəlki  misallara  yeniləri  də əlavə edilmişdir.  İzahı  xeyli  genişləndirilmiş

terminlərdən Bayatı, Vodevil, Qəzəl, Qəhrəman, Divan, Ədəbi əlaqələr, Əruz

vəzni,  Publisistika,  Təcnis,  Ustadnamə və s.  qeyd  etmək  olar. Ədəbiyyatın

mahiyyəti  bədiilik, ədəbi  cərəyanlar,  müasir  burjua ədəbiyyatının  xüsusiy-

yətləri və s. bu kimi məsələlərin nəzəri cəhətdən mümkün qədər yeni izahına

xüsusi fikir verilmişdir.Ona görə çox təbii olaraq, bəzi köhnəlmiş müddəaları

lüğətdən çıxarmaq lazım gəlmişdir.

Nəticə olaraq ədəbiyyatşunaslıq  elm  və mədəniyyətlə bağlı  yüksək

inkişaf etmiş  bir  sahə olduğu  üçün ədəbiyyatşunaslığa  dair  sənəd  kütləsi  də

çox zəngin və olduqca rəngarəngdir. Məhz elə bu zaman professor Z.Əliyevin

fikrini  qeyd  etmək  yerinə düşərdi:  ”Sənədlər  və təlabatçılar  arasında

bəşəriyyətin  topladığı  möhtəşəm  sənəd  yığımından  daha  mütərəqqi  və

səmərəli  istifadə

olunmasına  təsir  göstərən  vasitəçilərdən  biri  də

biblioqrafiyadır. (3) Yəni hər iki sahənin əməkdaşlarının birgə səyi nəticəsin-

də həm  ayrı-ayrılıqda ədəbiyyatşunaslıq  və biblioqrafiyaşunaslıq  sahə-

sində,həm  də eyni  zamanda ədəbiyyatşunaslıq  biblioqrafiyasının  inkişafında

mühüm nailiyyətlər əldə etmiş olarıq.



ƏDƏBİYYAT

1. Əhmədov T.  XX əsr    Azərbaycan  yazıçıları  .ensiklopedik  məlumat

kitabı     (təkmilləşdirilmiş III nəşr). – Bakı:  Nurlan , 2004. – 984 s. – (şəkilli)

2. Əhmədov T.  Azərbaycan yazıçıları. Ensiklopedik məlumat kitabı. B.:

Önər, 1985, 864 s.

3. Əliyev Z.H. Biblioqrafik  informasiya  və onun  elmi  mahiyyəti  //

Kitabxanaşunaslıq və biblioqrafiya . – 1998 , №1. – s .19.

4.  İsmayılova  S.P  Azərbaycanda bədii ədəbiyyat  və ədəbiyyatşunaslıq

üzrə sənəd  kütləsi  biblioqrafiyalaşdırma  obyekti  kimi. Dərs  vəsaiti. – Bakı:

BDU, 2008, 66 s.

5. Mirəhmədov Ə. Ədəbiyyatşunaslıq terminləri lüğəti. – Bakı:  Maarif,

1978, 199 s.

6.  Mirəhmədov Ə. Ədəbiyyatşunaslıq  terminləri  lüğəti  (işlənilmiş  və

təkmilləşdirilmiş IV nəşr). – B.: Maarif, 1988. – 268 s.

7 . Pənahi Makulu. Ədəbi məlumat cədvəli. – B.: Elm. – 1962. – 574 s.


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA

№ 2(8)

2012

85

DIRECTORY EDITIONS OF LITERARY CRITICISM’S



BIBLIOGRAPHY

ISMAYILOVA S.P.

ABDULLAZADE F.F.

simaismailova23@mail.ru

abdullazade.f@mail.ru

SUMMARY

Keywords: literature; news publishers; news  literature

This  article  provides  information  about  the  importance  of  directory

editions  of  literary  criticism  and  bibliography  and  explanation  of  the  main

features of encyclopedic editions of philological scientists.

ИЗДАНИЯ СПРАВОЧНОЙ ИНФОРМАЦИИ

О БИБЛИОГРАФИИ ЛИТЕРАТУРОВЕДЕНИЕ

ИСМАИЛОВА  С.П.

АБДУЛЛАЗАДЕ  Ф.Ф.

simaismailova23@mail.ru

abdullazade.f@mail.ru

РЕЗЮМЕ

Ключевые  слова:

литературоведение;

справочное

издание;

информационное издание.

В этой статье, дана информация о важности изданий справочной

информации  в  области  библиографии  и  литературоведение,  также

были  объяснены  основные  характерные  черты  энциклопедических

изданий ученых литературоведов.



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə