102
bütün sahələrinin fəaliyyətinə qarışır. Ona görə də bu cür
iqtisadiyyatın idarə olunması inzibati - amirlik qaydaları
kimi səciyyələndirilir.
Bu tip ictimai təsərrüfatda iki model fəaliyyət göstə-
rir: birincisi, direktiv-planlaşdırma modeli; ikincisi, nor-
mativ-planlaşdırma modeli. Hər iki model sərt qayda-qa-
nunlara əsaslanır. Bu qaydalara əsasən, müəssisələrin müs-
təqilliyi əsasən nəzərə alınmır, onların təsərrüfat fəaliy-
yətinin qiymətləndirməsi direktiv və normativ planların
yerinə yetirilməsi ilə ölçülmüşdü. Bu modellərin ümumi
cəhəti, sərbəst bazar münasibətlərini məhdudlaşdırmaq
xətti olmuşdu.
Məlumdur ki, planlı sosialist əmtəə təsərrüfatında
hakimiyyət orqanları əmr, göstəriş, tapşırıq, qanunlar ver-
mək yolu ilə iqtisadiyyatı idarə edirdi. Dövlət Plan Komi-
təsi geniş bir əraziyə malik ölkədə ən adi istehlak malla-
rından başlayaraq, strateji raketlərə qədər hər şeyi plan-
laşdırır və milyonlarla istehsalçılardan bu göstəriciləri
danışıqsız yerinə yetirməyi tələb edirdi. «Plan-qanundur»
prinsipi ilə işləyən sosialist təsərrüfat sistemi, real vəziy-
yət, bazardakı tələblə-təklif, insanların maraq və zövqü ilə
hesablaşmadığından, eyni zamanda dünya miqyasında el-
mi-texniki nailiyyətlər əsasında genişlənən kəskin rəqabət
mübarizəsinə davam gətirə bilmədiyindən, məğlubiyyətə
uğradı.
Müasir bazar iqtisadiyyatı müxtəlif mülkiyyət forma-
larının və sahibkarlıq fəaliyyətinin qarışığından ibarət
olan kompleks iqtisadi sistem kimi fəaliyyət göstərir. Bu
şəraitdə qarışıq iqtisadiyyat modeli tədricən üstün bir
mövqe tutmaqdadır. Deməli, ölkənin iqtisadiyyatında xü-
susi mülkiyyət sahibləri, dövlət-hakimiyyət orqanları (qu-
rumları), kollektiv mülkiyyətçilər, xarici investorlar və
103
digər işgüzar biznes adamları birgə fəaliyyət göstərirlər.
Bunu, keçmiş Sovet İttifaqı dağıldıqdan sonra, ya-
ranmış müstəqil dövlətlərin iqtisadiyyatı timsalında daha
aydın görmək olar. Məsələn, Rusiya kimi böyük bir ölkə-
də son illərdə böyük dəyişikliklər baş verərək, mülkiyyətin
65-70%-i xüsusi mülkiyyətçilərin əlinə keçmişdir.
Son məlumatlara görə Azərbaycan Respublikasında
ÜDM-un 82% özəl bölmənin payına düşür. Respublikada
sənaye məhsulunun 33-35%, kənd təsərrüfatı məhsulla-
rının isə 95-98%-i özəl bölmənin payına düşür. Hazırda
respublikanın iqtisadiyyatında dövlət bölməsi, xüsusi sa-
hibkarlar, şərikli müəssisələr, xarici investorlar fəaliyyət
göstərməkdədirlər.
Bəzən belə fikirlər irəli sürülür ki, dövlət iqtisadiy-
yatın işinə qarışmamalı və təsərrüfat məsələləri ilə məşğul
olmamalıdır. Lakin dünya təcrübəsi göstərir ki, dövlətin
müəyyən hüdudlar çərçivəsində ölkənin təsərrüfat həyatın-
da iştirakı məqsədəuyğundur. Çünki, ölkənin və milli iqti-
sadiyyatın elə problemləri, sahələri vardır ki, dövlətin
həmin işdə iştirakı, habelə tənzimləyici fəaliyyəti, ölkənin
milli maraqları, onun iqtisadi təhlükəsizliyi baxımından
məqsədəuyğundur.
104
MÖVZU 6.
CƏMİYYƏTİN İQTİSADİ SİSTEMİ
a)
İqtisadi sistemin mahiyyəti və prinsipləri.
b)
İqtisadi sistemin daxili quruluşu(strukturu).
c)
İqtisadi sistemlərin təsnifatı (formaları, tipləri və mo-
delləri).
a)
Sistem (sustem) sözünün yunancadan tərcüməsi
müxtəlif hissələrdən ibarət tam, yaxud bütöv mənasını ve-
rir.
İqtisadi sistem dedikdə təbiətin, cəmiyyətin və insan
fəaliyyətinin qarşılıqlı əlaqəsi, habelə kompleksli surətdə
inkişafı başa düşülür: Deməli, iqtisadi sistem təsərrüfat hə-
yatı hadisələrinin və prinsiplərinin inkişafı gedişini özündə
əks etdirir. Bu baxımdan iqtisadi sistem konkret hər hansı
bir cəmiyyətdə onun istehsal imkanlarına, ölkənin və əha-
linin maddi-mənəvi ehtiyaclarının ödənilməsi səviyyəsinə
uyğun olmalıdır. Başqa sözlə iqtisadi sistem, cəmiyyət
miqyasında iqtisadi əlaqələrin və insanların çoxcəhətli tə-
sərrüfat fəaliyyətinin ümumi ifadəsi (məcmu) olub, bütöv-
lükdə ölkənin, habelə əhalinin maddi-mənəvi tələbatları-
nın ödənilməsinə xidmət edir.
İqtisadi nəzəriyyə elmində iqtisadi sistemə qısa və
geniş təriflər verilir. Qısa tərifə görə «cəmiyyətdə əsas
iqtisadi münasibətlər (mülkiyyət) və istehsalın (müəssisə-
lərin, birliklərin) təşkilati-hüquqi formaları bazasında ya-
ranmış prosesə iqtisadi sistem deyilir». Geniş tərifə görə
«iqtisadi sistem - iqtisadiyyatın əsas probleminin həllinin
təşkili və idarə olunmasına görə, mövcud resurslardan
105
(torpaq, kapital, əmək, sahibkarlıq fəaliyyəti) istifadə edə-
rək, cəmiyyətin, habelə onun üzvlərinin tələbatlarının ödə-
nilməsi prosesinə deyilir»
Aydındır ki, müxtəlif tarixi dövrlərdə cəmiyyətin
ehtiyacları və insanların tələbatlarını hərtərəfli təmin et-
mək üçün real imkanlar, konkret şərait eyni olmamışdır.
Lakin istər qədim dövrlərdə, istərsə orta əsrlərdə,
istərsə də müasir mərhələdə insan cəmiyyəti yaşayıb inki-
şaf etmək üçün hökmən istehsal etmiş, məhsulların böl-
güsünü həyata keçirmiş, mübadilə aparmış və nəhayət
məhsullar, xidmətlər istehlak olunaraq, son məqsəd kimi
reallaşdırılmışdır.
Deməli, bütün iqtisadi sistemlər həmişə «nə istehsal
etməli, necə istehsal etməli və kim üçün istehsal etməli?»
problemi ilə qarşılaşmışlar. Bu həyati suallara cavab isə,
məhdud iqtisadi resurslarla insanların sonsuz tələbatlarını
necə ödəməyin optimal yollarının axtarışı ilə verilmişdir.
İqtisadi sistem bu işi, məhdud iqtisadi resurslardan
səmərəli istifadə etməklə, cəmiyyətin və onun üzvlərinin
çoxcəhətli tələbatlarını ödəməyə çalışmışdır.
Bütün cəmiyyətlərin təsərrüfat həyatı və iqtisadiyyatı
- torpaq, resurslar, insan, kapital kimi müxtəlif amillərin
qarşılıqlı fəaliyyətinin nəticəsidir. İlk baxışda bu amillərin
qarşılıqlı əlaqəsi, təsiri və fəaliyyəti bir növ nizamsız hərə-
kəti xatırlada bilər.
Lakin əslində həmin müxtəlif amillərin, ünsürlərin
hərəkəti və fəaliyyəti müəyyən qanunauyğunluqlar əsasın-
da baş verir. Bütün bunlar cəmiyyətin vahid iqtisadi siste-
mini təşkil edir. İqtisadi sistemin vəzifəsi bütövlükdə öl-
kənin təsərrüfat həyatının təşkilinə və onun idarə edilmə-
sinə xidmət göstərməkdir.
Dostları ilə paylaş: |