4
Dərsliyi iqtisad elmləri doktoru, professor Q.Y.Əbdülsəlim-zadə
və iqtisad elmləri doktoru, professor İ.M.Abbasov hazırlamışlar.
Redaktor: iqtisad elmləri doktoru,
professor A.T.Əhmədov
Rəyçilər: iqtisad elmləri doktoru,
professor
iqtisad elmləri doktoru,
professor
İqtisadi nəzəriyyə (Mikroiqtisadiyyat). Dərslik. 2012. Səh.
Dərslikdə iqtisadi nəzəriyyə kursunun tərkib hissəsi və bölməsi sayılan
mikroiqtisadiyyatın ev təsərrüfatları, müəssisələr, şirkətlər, korporasiyaların
timsalında, bazar münasibətləri iqtisadi sistemi şəraitində tələb, təklif,
qiymət, rəqabət, xərclər, əmək haqqı, mənfəət kimi məsələləri cəmiyyətin,
tələbatlarının sonsuzluğu, iqti¬sa¬di resursların məhdudluğu reallığında,
daha yüksək səmərəliliyə nail olmaq istiqamətində şərh olunmuşdur.
Qrifli nəşr
Bakı Biznes Universiteti nəşriyyatı - 2012.
7
MÖVZU 1.
ÜMUMİ GİRİŞ, KURSUN MƏQSƏD VƏ
VƏZİFƏLƏRİ
a)
İqtisadi nəzəriyyənin müasir elmlər sistemində yeri.
b)
Kursun məqsəd və vəzifələri.
c)
Mikroiqtisadiyyat və makroiqtisadiyyat.
ç) İqtisadi nəzəriyyənin (Economicsin) 10 prinsipi.
d) İqtisadi nəzəriyyənin başqa elmlərlə əlaqəsi.
a)
Bəşəriyyətin keçdiyi mürəkkəb və ziddiyyətli yük-
səliş yolunun, müxtəlif ictimai-iqtisadi quruluşların, fərqli
təsərrüfat sistemlərinin ümumi inkişaf qanunauyğunluqla-
rının, onların özünəməxsus cəhətlərinin tənqidi surətdə
təhlil olunub öyrənilməsində, ən başlıcası isə bu zəngin
təcrübədən yaradıcılıqla faydalanmaqda, ictimai elmlərin
tərkib hissəsi sayılan iqtisadi nəzəriyyənin müstəsna əhə-
miyyəti vardır.
İnsanlar yaşadıqları cəmiyyəti, onun enişli-yoxuşlu
inkişaf mərhələlərini və hazırda gəlib çatdığı sosial – iqti-
sadi səviyyənin konkret göstəricilərini, eyni zamanda gə-
ləcək yüksəliş istiqamətlərini elmi biliklər əsasında öyrə-
nib müəyyənləşdirirlər.
Ümumiyyətlə elm dedikdə - təbiət, cəmiyyət və in-
san təfəkkürünün inkişaf qanunları haqqında vahid biliklər
sistemi başa düşülür. Hələ qədim dövrlərdə elm öz tədqi-
qat sahələrinə görə
təbiət və cəmiyyət elmlərinə ayrılmış-
dı. Müasir dövrdə elm –
ictimai (sosial), təbiət və texniki
elmlərə bölünür.
Geniş əhatəli iqtisad elminin nəzəri və metodoloji